Meyvə şirələri faydalıdır

 
Meyvə şirələri faydalıdır


Ta qədim zamanlardan məlumdur ki, təzə-tər meyvələrdən çəkilmiş şirə ən yaxşı məlhəmdir. Onun köməyi ilə nəinki xəstəlikləri müalicə etmək olur, hətta onların qarşısını da almaq mümkündür. 1939-cu ildə ABŞ naturoloqu Normann Uokerin «Şirələrlə müalicə» kitabı nəşr olundu. Kitab dərhal populyarlıq qazandı və hər il müxtəlif ölkələrdə ayrı-ayrı dillərdə nəşr edilməyə başladı. Uoker kəşf etmişdi ki, şirələrdə 90 faiz su var və bu, sözün əsl mənasında dirilik suyudur. Şirələrin tərkibində bioloji cəhətdən olduqca fəal hüceyrələr var. O, orqanizmdə vitaminlərin, faydalı mikroelementlərin, üzvi turşuların artmasına xidmət edir. Şirə dərhal maddələr mübadiləsinə qoşulur və insan hüceyrələrinin fəaliyyətinə təkan verir. Məhz buna görə də ondan təbabətdə və pəhrizlərdə geniş istifadə olunur. İstənilən şirələr mədə şirəsinin dərəcəsini tənzim edir, qanda xolesterin tərkibini normaya salır və toksinləri bədəndən xaric edir. Bir çox şirələrin tərkibində olan fitonsidlər antimikrob xüsusiyyətinə malik olduğu üçün mədədə qeyri-sağlam mikrobları məhv edə bilirlər. Təzə meyvələrdən çəkilmiş şirələrdə C vitamini və kalsium bol olur. Konservləşdirilmişlərdə nisbətən az: buzluqda saxlanılanlarda isə tamamilə olmur. Hal-hazırda C vitamini və kalsiumla zənginləşdirilmiş şirələr satılır. Lakin bir şeyi unutmaq olmaz ki, karton qabda olan şirələrdə C vitamini get-gedə yoxa çıxır. Şirə oksigenlə təmasa girdiyi üçün bu dağıdıcı proses baş verir. Ümumiyyətlə, satışda olan təbii şirələr evdə çəkilmiş təbii şirələrdən qat-qat faydasız olur.

Artıq yay fəslidir. Qış boyu vitamin çatışmazlığı, stresslər, şlakların artması orqanizmi zəiflədib. Odur ki, ən yaxşı məlhəm kimi şirələr tövsiyə edilir. Tərəvəz şirələri yaradıcı və bərpaedici sayılır. Onlar aminokislot, mineral duzlar, vitaminlərlə olduqca zəngindir.

Yerkökü şirəsi: onun tərkibində A, B, C, E, D vitaminləri boldur. O, həzm prosesini tənzimləyir. Şiş xəstəliklərində müalicəvi rola malik olur. Bundan başqa, göz, qaraciyər, dəri xəstəliklərinin qarşısını sipər kimi alır. Bu şirə əsasən uşaq və qocalara faydalıdır.

Kələm şirəsi: O orqanizmi təmizləməkdə müstəsna rola malikdir. Bu şirə onikibarmaq bağırsağın yarasına ən yaxşı məlhəmdir. Bundan başqa, şiş xəstəliklərinə və bağırsaq tutulmasına qarşı böyük zərbədir. Onun tərkibində çoxlu sayda vitamin, enzim, mineral duzlar var. Daha ləzzətli olması üçün yerkökü şirəsi ilə qatışdırılması məsləhət görülür.

Çuğundur şirəsi: o, qırmızı qan hüceyrələrini artırır və qanın tərkibini zənginləşdirir. Onunla böyrəkləri, qaraciyəri, dalağı təmizləyirlər. Bu şirə qan təzyiqini və ürək-damar xəstəliklərini də müalicə edir.

İndi isə meyvə şirələrindən danışaq.

Armud şirəsi: ta qədim zamanlardan bu şirə ilə hərarəti aşağı salırdılar və mədə pozuntularını müalicə edirdilər. Son zamanlar məlum olub ki, kal armudun şirəsi stafilokok, bağırsaq-dizenteriya çöpləri və başqa mikrobları məhv edə bilir. O həm də sidikqovucu keyfiyyətə malikdir. Meyvə şirələrinin içərisində ən faydalısı məhz armud şirəsidir. Onun tərkibi faydalı mikroelementlərlə son dərəcə zəngindir.

Alma şirəsi: onun tərkibində A və C vitaminləri boldur. Üzvi turşular, minerallar hədsiz dərəcədə çoxdur. Alma şirəsində olan minerallar dərini təravətləndirir, saçı və dırnaqları gücləndirir. Bu şirə ilə qripi və bağırsaq mikroblarını müalicə etmək olur. O, orqanizmin müdafiə sistemini gücləndirir. Nəticədə zərərli toksin maddələri bədəndən xaric edilir. Orqanların müalicəsində, qaraciyər və böyrəklərin güclənməsində, mədə-bağırsağın təmizlənməsində ən gözəl dərman alma şirəsidir.

Portağal şirəsi: təzə çəkilmiş portağal şirəsində çoxlu sayda vitaminlər, minerallar və 11 adda aminokislot olur. Qreypfrut və limon şirəsi kimi o da mədəni təmizləməkdə əvəzsiz məlhəm sayılır. Bundan əlavə, portağal şirəsi damarların və kapillyarların divarlarını gücləndirir, eyni zamanda üz dərisinin qan dövranını yaxşılaşdırır. Portağal şirəsinin mütəmadi qəbulu ürəyi və ağciyəri gücləndirir. Ən əsası isə odur ki, tərkibində olan C vitamini soyuqdəymənin qarşısını alır və bədənin müqavimətini artıraraq iltihab xəstəliklərinə qarşı güclü müdafiə sistemi yaradır. Buna baxmayaraq, sitrus meyvələrindən çəkilmiş şirələrin həddən artıq qəbulu orqanizm üçün zərərli sayılır. Belə ki, mədədə turşuluğun dərəcəsini artırır və orqanizmdə kalsium maddəsini kəskin surətdə azaldır. Bu səbəbdən həftədə 3-6 stəkan içilməsi məsləhətdir.

Yaşıl tərəvəzlərdən hazırlanmış təbii şirələr maddələr mübadiləsini gücləndirir. Eyni zamanda insanı artıq çəkidən azad edir.
Qarpız və xiyar şirələri: bu şirələr ən yaxşı sidikqovucu sayılır. Ona görə də sidik kisəsində və böyrəkdə daşın xaric edilməsində müstəsna rola malikdir. Eyni zamanda oynaqlarda duzlaşmanın qarşısını almaq üçün əvəzsiz vasitədir.
Nar şirəsi: bağırsaq tıxaclarına və şlaklara ən gözəl məlhəmdir. O, orqanizmdə şişlərin yaranmasının qarşısını ala bilir. Sarı və narıncı rəngli meyvələrin şirəsi də şişlərin yaranma prosesini dayandıran vasitələrdən biridir.
Yemiş şirəsi: həzm sistemini tənzimləyir. Böyrək və sidik kisəsinin fəaliyyətini tənzimləyir.
Gavalı şirəsi: bağırsaq tıxaclarının qarşısını alır. Qanda şəkərin dərəcəsini aşağı salır. Turş gavalının şirəsi şəkərli diabet xəstələrinə daha çox məsləhət görülür.
Gilas şirəsi: bağırsaqların fəaliyyətini tənzimləyir. Yoğun bağırsağın işini yüngülləşdirir.


Geri dön

classic_guiter_girl

  • 6 iyul 2014 14:10
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
Meqaleye gore twk

Wiyinimmm

  • 2 iyul 2014 16:45
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
ஐ╠═════☺ȶɛաɛӄӄʊʀʟɛʀ ☺═════╣ஐ

--------------------

Yokka_

  • 17 iyun 2014 20:19
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
Meqaleye gore twk... fellow

Biqeyrət....

  • 14 iyun 2014 03:30
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
Meqaleye gore twk..

^^YeRaZKa MeLeK^^

  • 13 iyun 2014 01:24
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Şərhlərə görə təşəkkür edirəm winked winked winked

--------------------

No Ordinary Boy

  • 11 iyun 2014 13:19
  • Məqalə: 27
  • Şərh: 2154
  • Bal:
{awards}
Meqaleye gore twk...

--------------------

OnE DiReCtIoN_ZAYN

  • 10 iyun 2014 16:38
  • Məqalə: 5
  • Şərh: 4457
  • Bal:
{awards}
xebere gore twk

--------------------

LeLLi

  • 10 iyun 2014 16:15
  • Məqalə: 166
  • Şərh: 3306
  • Bal:
{awards}
Tewekkurler meqaleye gore

--------------------

Mr.LegenD

  • 10 iyun 2014 14:35
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
Tewekkurler

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

^^YeRaZKa MeLeK^^

  • 10 iyun 2014 14:04
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Şərhlərə görə sağ olun wink wink wink wink

--------------------

♫ мєl๏dyคм ♫

  • 10 iyun 2014 13:50
  • Məqalə: 163
  • Şərh: 4776
  • Bal:
{awards}
tewekkurler

--------------------

lider

  • 10 iyun 2014 12:54
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
Men cugundur wiresin daha cox xowlayiram. melumat ucun tewekkur

PércyDarkMoon

  • 10 iyun 2014 11:26
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Cox sagolun

--------------------

^^Nazli^^

  • 10 iyun 2014 11:23
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
hmmm istifade edirem mende tesekkur

--------------------

^Peri MaSali^

  • 10 iyun 2014 10:15
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
.,..,..,,.tesekurler..,.,.,..

♔ Rapuиzel ♔

  • 10 iyun 2014 09:15
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
tewekkurler

--------------------

Diamond Lady

  • 10 iyun 2014 08:52
  • Məqalə: 20
  • Şərh: 1640
  • Bal:
{awards}
İlk werh mennen

--------------------
aysel mamedova
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 52
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}