Azərbaycanda Rafael və Coşğun cütlüyünü tanımayan insan çətin ki, tapılsın. Məzəli parodiyaları, şən zarafatları, hər il verdikləri konsertlərlə Rafael və Coşqun hamının sevgisini qazanıb. Enter.Az-a müsahibə verən Rafel İskəndərov həm Coşğunun, həm də öz yerinə danışıb.
- Qadın geyimi geyinmək sənə nə qədər zövq verir?
- İki nəfərdən ibarət teatrın aktyoruyam. Ssenarini yazan Müşfiq Abbasov hər kəsin rolunu özünə görə yazır. Fərqi yoxdur qadın, kişi, qoca ya cavan. Həmin roldan imtina etmək bir az düzgün çıxmır. Mən rolu istənilən halda oynayıram. Necə oynadığımı isə yalnız tamaşaçı deyə bilər. Əgər tamaşaçı razı qalırsa, demək mən zövq verə bilirəm.
- İldə bir konsert dolanmağa kömək edir?
- Toya qətiyyən getmirik. Qazancımız ancaq və ancaq konsertdən, disklərdən və arada çəkilən filmlərdən olur.
- Parodiya və toy - bu iki mövzu bütün konsertlərinizdə var. Niyə onları təkrarlayırsınız?
- Mövzu eyni ola bilər, amma qonaqları ayrıdır.Toyda yalnız bir nəfər dəyişməz olaraq qalır, o da toyun aparıcısı Siltuş Gölçəmənli. Nə qədər ki, toya ehtiyac var, tamaşaçı alqışlayır. Bu, davam edəcək. Çünki toya gələsi hələ çox qonaqlar var.
- Coşqun yaxşı aktyordur, yoxsa sən?
- Onu qoy izləyici desin. Mənim də zəif anlarım olur, Coşqunun da.
- Tükənmək təhlükəsini yaşamısınız?
- Allaha şükürlər olsun ki, hələ yox. Aktyorun ən böyük vəzifəsi müşahidədir. Əgər müşahidəni və öz üzərindəki işi dayandırsan, o zaman tükənə bilərsən. Aktyor daim axtarışda olmalıdır.

Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description