Atmosfer cəbhəsi

 
Atmosfer cəbhəsi


Atmosfer cəbhəsi — müxtəlif fiziki xassəyə malik olan qonşu hava kütlələrini bir-birindən ayıran və meteoroloji elementlərin kəskin dəyişməsi ilə xarakterizə olunan səthə deyilir.

Hava kütlələri bir-birindən öz fiziki xassələrinə görə fərqlənir. Bir hava kütləsi digərindən atmosfer cəbhəsilə ayrılır. Cəbhə xətti yer səthində kiçik bucaq altında (1°-dən az) meyilli olur.Cəbhə xəttinə müxtəlif fiziki xassəli hava kütlələri həm yan-yana,həm də biri digərinin üzərində yerləşərək hərəkət edir.Cəbhə eni bir neçə kilometrədək,uzunluğu isə min kilometrlərlə ölçülən atmosfer cəbhəsi zolağı əmələ gətirir.Atmosfer cəbhəsi əksər hallarda 12-15 km hündürlüyədək,bütün troposferi tutur.Atmosfer cəbhəsi zolağında geniş əraziləri əhatə edən buludlar əmələ gəlir və yağıntı düşür.Bu yağıntılar cəbhə yağıntıları adlanır.

Hava kütləsinin atmosfer cəbhəsinin hansı tərəfinə daha fəal hərəkət etməsindən asılı olaraq,isti və soyuq atmosfer cəbhəsi ayrılır.İsti hava kütləsi daha fəal hərəkət edib,soyuq hava kütləsini geri çəkilməyə məcbur edirsə,bu kütlələr arasında cəbhə İsti cəbhə adlanır.İsti cəbhə zolağında lələkli,lələkli-laylı,yüksək laylı,laylı yağışlı buludlar əmələ gəlir və yağıntı düşür.

Soyuq hava kütləsi daha fəal olub isti hava kütləsinə doğru hərəkət edib onu sıxışdırarsa,bu kütlələr arasında yaranan atmosfer cəbhəsi Soyuq cəbhə adlanır.Soyuq cəbhədə lələkili-laylı,yüksək laylı,laylı yağışlı və yüksək topa buludlar sistemi yaranır,küləyin güclənməsi və yağıntıların düşməsi müşahidə edilir.Atmosfer cəbhəsinin tipindən asılı olmayaraq cəbhə zolağında baş verən proseslərə cəbhə prosesləri deyilir.Hava kütlələrinin əsas coğrafi tiplərini bir-birindən ayıran səthə planetar cəbhə zonası və ya iqlim cəbhəsi deyilir.


Geri dön

_RONALDO_

  • 28 fevral 2011 18:38
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Cox sagol...........

--------------------

nilayka

  • 11 fevral 2011 21:54
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
smile winked

--------------------

Lexikon

  • 11 fevral 2011 19:44
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
twkkkkkkkkk

Yusif

  • 11 fevral 2011 13:55
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
wink wink

heyasiz204

  • 11 fevral 2011 12:54
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
maraqli melumatlardi atmosfer cebheleri hakda tewekkur wink

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

Ulya

  • 11 fevral 2011 12:44
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqlidi winked

Doktor

  • 11 fevral 2011 12:28
  • Məqalə: 9
  • Şərh: 695
  • Bal:
{awards}
maraqlı məlumatdı çox sağol

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 36
Cəmi: 55

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}