Məkkə İslamiyyətdən əvvəl

 
Məkkə İslamiyyətdən əvvəl

Məkkə İslamiyyətdən əvvəl

Ərəbistan

Ərəbistan Asiyanın cənubi-qərbində yerləşir. Sahəsi 3 milyon km-dir. Şimal tərəfdən-İordoniya, Küveyt, İraq, Şam və Fələstinlə, cənubdan Yəmənlə, şərqdən "Fars” körfəzi və qərbdən "Qırmızı dəniz”lə əhatə olunub.
Qədim dövrlərdə adı Ərəbistan yarımadası, sonralar "Hicaz” və nəhayət, Ərəbistan adı ilə mərufdur.
Cəddə. Bu adın qoyulmağına səbəb ulu nənəmiz Həvvanın (əleyha salam) bu şəhərdə dəfn olunmasıdır. Çünki ərəblər öz ulu nənələrinə "cəddə” deyərlər. Buna görə bu şəhərin adını "Cəddə” qoyublar.

Məkkə və Mədinə
Hər iki "Hərəm” təbii quruluşu, coğrafi baxımdan Ərəbistan yarımadasında yerləşir. Din və tarixi əlaqələri çox güclü olduğundan müsəlmanlar bu iki müqəddəs məkanı bir-birindən ayrı hesab etmir, hər ikisini özlərinə doğma sayırlar.

İbrahim, İsmail və Məkkənin qısa tarixi
Həzrət İsmail 120 il ömür sürdü. 16 yaşında ikən atası ilə birlikdə Kəbəni bina etməyə başladılar.
Hərçənd ki, Kəbəni ilk dəfə bina edən Həzrət Adəm (əleyhissalam) idi, amma İbrahim (əleyhissalam) öz oğlu ilə onu təzədən tikdi. Kəbənin tarixi yer üzündə bəşəriyyətin tarixi ilə bir vaxta təsadüf edir.
Həzrət İsmailin məxsus olduğu qəbilənin adı "Cərhum” idi. Bu qəbilənin camaatı "Hübəl” adında bir büt düzəldib Kəbəyə qoymuşdular və ona sitayiş edirdilər. Zaman ötdükcə bu bütlərin sayı artmış, İslamiyyətədək sayı 360-a çatmışdı.
Sonralar "Xüzaə” qəbiləsi Məkkədə hakimiyyəti ələ keçirdi. Bir müddətdən sonra, "Qüreyş” qəbiləsi onları Məkkədən çıxarda bildi. Qusəy ibni Kilab "Xüzaə” qəbiləsi başçısının kürəkəni idi. Məkkənin abadlığına çox çalışırdı. O, "Darun-nədvə”-ni tikdi. Bura müşavirəyə yığışmaq, iş bölgüsü aparmaq üçün nəzərdə tutulmuşdu.
Qusəydən sonra onun övladları Əbdi Mənaf (Haşim) və Əbdül Müttəlibin nüfuzu Məkkədə artdı. Məkkə böyük bir ticarət mərkəzinə çevrildi. Ərəb qəbilələri buraya ticarət və ziyarət üçün axışıb gəlirdilər. Məkkədə bu vəziyyət başqa şəhərlərin zalım hökmdarlarına heç də sərfəli deyildi. Onlardan biri olan Əbrəhə Yəməndə hakimiyyət başına gəldiyi vaxt (özü xaçpərəst idi) xristianlığı burada genişləndirmək istədi. Bunun üçün də o, ərəbləri Kəbədən çıxardıb kilsələrə tərəf qovurdu. Bununla kifayətlənməyib Kəbəni dağıtmaq üçün ora həmlə etdi. Bu hadisə İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in təvəllüd ilinə, (məşhur "Fil” ilinə) təsadüf edir. O ildə düşmənlər Allahın qüdrəti ilə əzaba düçar oldular.
İslam peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) əcdadı
Həzrət İbrahim (əleyhissalam) və Həzrət İsmail (əleyhissalam) İslam Peyğəmbəri Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in əcdadı olmuşlar. Bu iki peyğəmbərin tarixi İslam tarixinin bir həlqəsi olduğuna görə onlar haqqında müxtəsər məlumat veririk.

Tövhid qəhrəmanı–İbrahim (əleyhissalam)
Həzrət İbrahim (əleyhissalam) elə bir mühitdə dünyaya göz açmışdı ki, burada xalq bütə sitayiş edirdi. O, bütpərəstliyə qarşı üsyan etdi və bunun nəticəsində Babildən Fələstinə sürgün edildi.
"Əmaliqə” milləti onu yaxşı qarşıladı və Hacəri də ona bir hədiyyə etdi. Hacər və İbrahim (əleyhissalam)-dan dünyaya İsmail (əleyhissalam) göz açdı. İbrahim (əleyhissalam)-a Allah tərəfindən əmr olundu ki, Hacəri və oğlu İsmaili Məkkədə bir dağın ətəyində qoysun. Bura yaşayış üçün münasib olmayan bir yer idi. İbrahim (əleyhissalam) oranı tərk edəndə Hacər soruşdu ki, bizi kimə tapşırırsan? Həzrət İbrahim buyurdu ki, bu işlərin hamısı Allahın əmriylədir. Ondan ümidinizi üzməyin.
Sonra ağlaya-ağlaya üzünü səmaya tutub belə dua etdi: "Ey Allah, bu yeri sülh və əmin-amanlıq yeri et! Öz nemətlərini bura yağdır.” ("Bəqərə” surəsi, ayə 125)

Zəmzəm çeşməsinin tarixi
Həzrət İbrahim (əleyhissalam) gedəndən sonra qızmar səhrada qalan Hacər və oğlu İsmail onlar üçün ayrılmış sudan və yeməkdən bir müddət istifadə etdilər. Azuqə qurtardıqdan sonra Hacərin südü çəkildi. Uşağın halı narahatedici idi. Ana hövlnak halda "Səfa” dağına su axtarmağa gəldi. "Mərvə” dağına baxanda günəş şüasının qaya üzərinə inikasından yaranan parıltını su zənn edib, dağa sarı qaçdı. Lakin ümidi heç oldu. Yeddi dəfə su axtarmaq məqsədilə bu iki dağın arasını qaça-qaça qət edəndən sonra bütün ümidi üzüldü. Əlacsız körpəsinin yanına qayıtdı. Onun can verməsinə tamaşa etdi. Bu vaxt İbrahim (əleyhissalam)-ın duası yadına düşdü və üzünü səmaya tutub Allahdan nicat istədi. Elə bu anda gördü ki, İsmailin ayaqları altından su axır.
Bu həyat əlaməti quşları da buraya çəkdi. Bu yerdən aralıda məskunlaşmış "Cərhum” tayfası uzaqdan quşların uçuşunu və bir yerə toplaşmasını görüb həmin yerdə su olduğunu hiss etdi. Və bu məkana gəlib Hacər və İsmailin bir çeşmənin yanında məskən saldığını görüb bura köç etdilər. İsmail böyüdükdən sonra həmin qəbilədən bir qızla ailə qurdu. Həzrət İbrahim (əleyhissalam) Allahın əmri və İsmailin köməkliyi ilə Kəbə evini tikdi.
İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in əcdadlarından İbrahim və İsmaildən başqa onun son dörd cəddi–Qüsey, Mənaf, Haşim və Əbdül Müttəlibin tarixinə qısa nəzər salaq.

Qusey
O, Məkkə əhlinə–Qüreyşə başçılıq edirdi. Kəbənin hökmranlığı onun əlində idi. Qüsey Darün-Nədvənin (ərəblərin məsləhət və məşvərət üçün yığışdığı yer) əsasını qoymuşdur. Miladın 5-ci əsrində vəfat etdi. Özündən sonra iki oğlu qaldı: Əbdud-dar və Əbdu-Mənaf.

Əbdu mənaf
Onun adı Muğuri idi. Xoşəxlaqlı olduğuna görə xalqın ona çox hörməti var idi.

Haşim
Haşim, Əbdu Mənafın oğlu idi. O, qardaşı Əbdu Şəms ilə əkiz doğulmuşdu. Anadan olanda Haşimin barmağı Əbdu Şəmsin alnına yapışmışdı. Onu ayırandan sonra xeyli qan axdı. Xalq bunu pis mənaya yozub dedilər ki, bu iki qardaş arasında qan davası olacaq.
Haşim Zil-həccə ayında Kəbənin divarına söykənib belə xütbə oxuyardı: "Ey Qüreyş! Allah sizi Kəbənin yanında məskun etməklə sizə fəzilət bəxş edib. Onun evinə ziyarətə gələnlər sizin qonağınızdır, onlara hörmət edin! And olsun Allaha ki, əgər qüdrətim olsaydı, sizdən bu baradə əsla kömək istəməzdim.
Haşim Məkkə-Şam və Məkkə-Yəmən arasında ticarətin əsasını qoydu.

Əbdül Müttəlib
Qüreyşin başçısı.

Əbdül Müttəlib Haşimin oğlu, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-in babası idi. Mühit hər bir insanın həyatına böyük təsir göstərir. Amma Əbdül Müttəlibin yaşadığı mühitin insan mənəviyyatına mənfi təsir edən cəmiyyət olmasına baxmayaraq, onun həyatında bu dövrün eybəcərlikləri iz qoya bilməmişdi. O, tovhidə inanmışdı, daim xalqı pis işlərdən çəkindirirdi.
Əbdül Müttəlib Allahla əhd bağlamışdı ki, 10 oğlu olarsa, birini Kəbəyə qurban verəcək. Bu əhd-peyman barəsində heç kimə bir söz deməmişdi. 10-cu oğlan uşağı dünyaya gələndən sonra, ərəb adət-ənənəsinə görə əhdə sadiq qalan Əbdül Müttəlib qalan oğlanlarını başına yığıb öz əhdindən onları xəbərdar etdi.
Onlar bu işi başqa yolla həll etmək istəyirdilər. Buna görə təcrübəli bir alimə müraciət etdilər. Həmin alimin məsləhəti ilə belə qərara gəldilər ki, qan bahası dəvələrlə əvəz olunsun, yenidən püşk atılsın. Şərt belə idi ki, püşk dəvələrə düşənə kimi atılsın. Dəvələrin sayı 100-ə çatanda, yəni 10-cu püşkdə Abdullah xilas oldu. Bütün Məkk şadlığa qərq oldu. Amma vəziyyətdən nigaran qalan Əbdül Müttəlib püşk atma mərasimini 3 dəfə yerinə yetirdi və hər dəfə 100 dəvə qurbanlıq üçün təyin olundu.


Ehliwie-samux.tr.gg


Geri dön

Səssiz

  • 28 iyun 2014 22:28
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
Allah razi olsun

--------------------
Səssiz'liyim

✰ღMouRnfuL GirLღ✰

  • 20 iyun 2014 15:41
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

2-ci kurs telebesi

Yokka_

  • 17 iyun 2014 19:57
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
ALLAH razi olsun

Biqeyrət....

  • 13 iyun 2014 05:57
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
ALLAH razi olsun

^^YeRaZKa MeLeK^^

  • 12 iyun 2014 00:24
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun...!!!!

--------------------

♫ мєl๏dyคм ♫

  • 12 iyun 2014 00:11
  • Məqalə: 163
  • Şərh: 4776
  • Bal:
{awards}
tewekkurler

--------------------

No Ordinary Boy

  • 11 iyun 2014 12:37
  • Məqalə: 27
  • Şərh: 2154
  • Bal:
{awards}
Meqaleye gore twk...

--------------------

^^Nazli^^

  • 11 iyun 2014 10:10
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Mr.LegenD

  • 11 iyun 2014 05:08
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
Tewekkurler

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

PoZitiV Kaa=)

  • 10 iyun 2014 23:38
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

PércyDarkMoon

  • 10 iyun 2014 22:47
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Diamond Lady

  • 10 iyun 2014 19:32
  • Məqalə: 20
  • Şərh: 1640
  • Bal:
{awards}
Tewekkurler

--------------------
aysel mamedova

♔ Rapuиzel ♔

  • 10 iyun 2014 19:24
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

LeLLi

  • 10 iyun 2014 18:34
  • Məqalə: 166
  • Şərh: 3306
  • Bal:
{awards}
Tewekkur edirem....Allah razi olsun

--------------------

NikaLYa

  • 10 iyun 2014 17:48
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ILK SERH MENDEN

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}