Quran hidayət nurudur

 
Quran hidayət nurudur

Uca Allah müqəddəs Quranı nazil etməklə insanlara böyük lütf və mərhəmət göstərmişdir. Quran yaradılmış məxluq deyildir. O, Allahın kəlamı, peyğəmbərliyin şəhadətnaməsi və sonuncu ilahi vəhydir. Quran özündən əvvəlki ilahi kitabları təsdiq etmiş, həmin ilahi kitablarda buyurulan qanunları ləğv etmiş, sonuncu və ən kamil ilahi qanunları bərqərar etmişdir. Uca Allah buyurur: “Bu da mübarək (xeyir-bərəkətli) özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik” (əl-Ənam, 92). Uca Allah onu Muhəmməd peyğəmbərə – ona və ailəsinə Allahın salavatı və salamı olsun – Cəbrail adlı mələyin vasitəsilə vəhy edərək göndərmişdir. Uca Allah Qurani Kərimdə bu haqda belə buyurur: “Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Cəbrail (Ruhuləmin) endirdi: xəbərdar edən peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi)” (əş-Şuəra, 192-194). Peyğəmbərin səhabələri onu Peyğəmbərin mübarək dilindən eşitdilər, sonra da onu öz hafizələrinə həkk etdilər və onu nazil edildiyi kimi yazdılar. Uca Allah buyurur: “Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!” (ən-Nəhl, 89). Quran - əbədi möcüzə, tükənməz hikmət mənbəyidir. Quran – Allahın qırılmayan, möhkəm ipi və doğru yoludur. Quran - nur, hidayət, keçmiş və gələcək haqqında xəbərdir. Quran – mübahisələrin ən düzgün həlli və həlledici sözdür. Uca Allah buyurur: “Bu (Quran haqla nahaqqı) ayırd edən kəlamdır! O, oyun-oyuncaq (əyləncə) deyildir!” (ət-Tariq, 13-14). Kim Quranda olanı söyləyirsə, haqqı söyləyir. Kim Qurana əsasən hökm verirsə, ədalətli davranır. Kim Quranı təbliğ edirsə, doğru yola çağırır. Qurana iman gətirən yaradılmışlara qul olmaqdan azad olaraq öz Rəbbinin quluna çevrilir və yeni həyata qədəm qoyur. Onun qəlbi Allaha ibadət etmək və Onun rizasını qazanmaq üçün dirildilir. Uca Allah buyurur: “Sənə də beləcə əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi doğru yola yönəltmək üçün bir nur etdik. Həqiqətən, Sən onları doğru yola yönəldirsən” (əş-Şura, 52). Görkəmli İslam alimi Abdur-Rahmən əs-Sədi bu ayəni təfsir (şərh) edərkən belə demişdir: “Uca Allah bu kitabı ruh adlandırmışdır. Ruh bədənə həyat verdiyi kimi Quran da insanın qəlbinə və ruhuna həyat verir və onun önünə dünya və axirətin səadət qapılarını açır. Bu ona görə baş verir ki, Quran ayələri çoxlu xeyir-bərəkəti və bol elmi özündə cəm edir. Allahın Kitabı - Rəbbin öz elçisinə və möminlərə olan lütfü və Onun sonsuz mərhəmətinin təzahürüdür. İnsanlar öz əməlləri ilə bu lütfü qazana bilməzdilər, ona görə də Uca Allah öz peyğəmbərinə, onun bundan əvvəl nə bir ilahi kitab, nə də iman haqqında heç bir şey bilmədiyini, nə də ilahi qanunlara tabe olmadığını xatırladır. Bundan əlavə o, yazıb-oxumağı da bilməzdi. Lakin ona elə bir kitab verilmişdir ki, Allah onu nur etmişdir. Bu nur insanlara küfr, bidət (dində olmayan şeylərin dinə salınması) və nəfsi istəklərin zülmətindən çıxış yolu salır, onlara haqqı tapmağa və doğru yola yönəlməyə kömək edir”.


Geri dön

Yokka_

  • 17 iyun 2014 19:34
  • Məqalə: 166
  • Şərh: 7002
  • Bal:
Alllah razi olsun...

Biqeyrət....

  • 13 iyun 2014 05:15
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
{awards}
Alllah razi olsun...!

prosta barbi

  • 12 iyun 2014 13:39
  • Məqalə: 101
  • Şərh: 3837
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ヅ Bad Girl ヅ

  • 12 iyun 2014 12:53
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

^^YeRaZKa MeLeK^^

  • 12 iyun 2014 01:16
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
Alllah razi olsun...!

--------------------

♫ мєl๏dyคм ♫

  • 12 iyun 2014 00:52
  • Məqalə: 163
  • Şərh: 4781
  • Bal:
{awards}
tewekkurler

--------------------

PoZitiV Kaa=)

  • 11 iyun 2014 16:29
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

Xanim Zehra

  • 11 iyun 2014 13:07
  • Məqalə: 19
  • Şərh: 3238
  • Bal:
{awards}
Allah razi olsun

NikaLYa

  • 11 iyun 2014 11:34
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

^^Nazli^^

  • 11 iyun 2014 09:40
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

No Ordinary Boy

  • 10 iyun 2014 23:56
  • Məqalə: 27
  • Şərh: 2132
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

Mr.LegenD

  • 10 iyun 2014 23:51
  • Məqalə: 88
  • Şərh: 2317
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

AySenKa

  • 10 iyun 2014 23:24
  • Məqalə: 27
  • Şərh: 2127
  • Bal:
{awards}
Allah Razi Olsun

PoZitiV Kaa=)

  • 10 iyun 2014 23:10
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

^Peri MaSali^

  • 10 iyun 2014 22:55
  • Məqalə: 42
  • Şərh: 3881
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Sessiz Melodiya

  • 10 iyun 2014 22:44
  • Məqalə: 45
  • Şərh: 6866
  • Bal:
{awards}
tesekurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

♔ Rapuиzel ♔

  • 10 iyun 2014 21:24
  • Məqalə: 333
  • Şərh: 7076
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

PércyDarkMoon

  • 10 iyun 2014 21:21
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Diamond Lady

  • 10 iyun 2014 20:57
  • Məqalə: 20
  • Şərh: 1626
  • Bal:
{awards}
Tewekkurler

--------------------
aysel mamedova

LeLLi

  • 10 iyun 2014 20:49
  • Məqalə: 166
  • Şərh: 3223
  • Bal:
{awards}
Allah razi olsun...Cox sagolun

--------------------

Sessiz Melodiya

  • 10 iyun 2014 20:34
  • Məqalə: 45
  • Şərh: 6866
  • Bal:
{awards}
tesekurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 59

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}