Kişilər oxumasın: qadınlar üçün daşdan keçən 10 məsləhət

 
Kişilər oxumasın: qadınlar üçün daşdan keçən 10 məsləhət


Qadınla kişinin münasibətlərini keçilməz cəngəllik hesab edənlər nə qədər də yanılırlar...

İnsan xoşbəxtliyini necə qurmalıdır? Münasibətlərdə necə xoşbəxt olmalı, sənə əziz olan adamı necə xoşbəxt etməli?

İki cümlədə üç dəfə «xoşbəxtlik» sözunun işlədilməsi dilin kasıblığından deyil. Xoşbəxtlik hamının istəyi, hamının arzusudur. Kimin onu nədə görməsi o qədər də vacib deyil, əsas odur ki, adam həyatda özünü məsud saya bilsin. Öz ağlınla, özünə güvənərək yaşamağın əsas dövrü isə evliliklə üst-üstə düşür. Deməli, ailədə səadətin, xoşbəxtliyin yolunu tapmaq lazımdır.

Dahi rus yazıçısı Lev Nikolayeviç Tolstoy bu suala cavab vermişdi. Ona minnətdarlıqla hələ məktəb illərindən bilirik ki, «xoşbəxt ailələr bir-birinə bənzəyir, xoşbəxt olmayan ailələr hərəsi ayrı cür bədbəxtdir».
Amma indi psixoloqlar əmindirlər ki, tamamilə əksinədir: bütün xoşbəxt olmayan ailələr adətən hamısı bir səbəbdən iztirab çəkir, xoşbəxt cütlüklər isə razılığa gəlirlər, öz yollarını axtarırlar. Onlar həmçinin gizlində münasibətləri saxlaya biləcək universal qaydalara riayət etməyə çalışırlar. Bunlar hansılardır?

Qayda 1: Hər kəs özünə görə

Amma demə ki, sən heç vaxt bunu hiss eləməmisən. Nə vaxtsa bircə dəfə də olsa, hansısa tanışlarının münasibətinə baxanda düşünmüsən: "Aman Allah, bunlar niyə indiyə qədər bir yerdədirlər, niyə bu qədər illər bir yerdə ömür sürəndən sonra bunların sifətindən razılıq oxunur".
Əslində hər şey çox sadə, eyni zamanda çox mürəkkəbdir: bu ikisi bir-birlərində şəxsiyyəti görüb və qəbul eləyiblər. Və bunun əsasında da bir-birinə fərdi yanaşmaya görə əlaqələrini qurublar. Özgənin dəyərlərinə və xoşbəxtliyinə orientir kimi baxmağın mənası yoxdur. Sən öz məhəbbətini, öz ailəni, öz xoşbəxtliyini qurursan. Sizin munasibətləriniz ancaq SİZİN münasibtlərinizdir.

Qayda 2: Kimsəni qoyma

Jurnallar, televerilişlər, rəfiqələr, sənin anan, onun anası, nənə, hətta qonşu da - hamı bilir ki, necə düzgün yaşamaq lazımdır. Amma... Heç kim sizin aranızda baş verənləri səndən yaxşı bilmir. Ona görə də xəyalən özünün və öz yarının ətrafında dairə çək və kənar adamları məhəbbət məkanına buraxma. O qədər münasibətlər hətta ən yaxşı niyyətlə, istəklə belə, analar, rəfiqələr tərəfindən pozulub ki. Onları bütün məsləhət və şərtləri ilə baş-başa burax, qulaq asma!

Qayda 3: Başqa yol tap

«Kişilərin ürəyinə yol onların mədəsindən keçir» artıq hamının zəhləsini tökmüş deyimdir. Və bir çox qadınlar ciddi-cəhdlə kulinariya ilə məşğul olurlar ki, münasibətləri zərif fransız mətbəxi vasitəsi ilə qursunlar… Amma onun xoşbəxt axşamının resepti sadədir: bir qutu düşbərə, bir kiloqram peçenye, uzun oyunsuz seks və bu gün sənə niyə bir dəfə də olsun eşq elan etməməsini aydınlaşdırmamaq perspektivi.
Düzdür, elə kişilər var ki, borşsuz ailə həyatını təsəvvür eləmir, amma başqa cür düşünənlər də var. Onlar üçün vacib deyil ki, yarımfabrikat yeyirlər, yoxsa restoran menyusundan şedevr.
Yeri gəlmişkən, xanımlar, niyə sobanın başında ancaq siz dayanmalıınız? Sübut olunub ki, ən yaxşı aşpazlar kişilərdir. Bəlkə sizinkinin də əlindən yaxşı aşpazlıq gəlir, amma bu qabiliyyəti hələ aşkarlanmayıb?

Qayda 4: Gözəlliyə aldanma

Marqaret Mitçelin məşhur «Küləklə sovrulanlar» romanı «Skarlet O`Xara gözəl deyildi…» sözləri ilə başlayır. Sonra isə əsas qəhrəmanın qadın cəlbediciliyinin iki şeyə əsaslanan sirləri gəlir: xarizma və cazibədarlıq. Münasibətlərdə gözəlliyə istinad etmək, ümid etmək ən uğursuz və məğlubiyyətə aparan variantdır. Həmişə eləsi tapılar ki, kiprikləri daha uzundu, saçları daha gurdu.
Amma bu, o demək deyil ki, təkcə hamburgerlə keçinmək və manikür etməmək olar. Sadəcə olaraq, sənin gözlərində «şeytanlar oynamalıdır», sənin məşq etmiş bədənində zəriflik və şəhvət gizlənməli, danışığın savadlı və sözaltı mənalarla zəngin olmalı, yanaqlarında hiyləgərlik, yerişində ceyran incəliyi olmalıdır.
Həyatı və onun içərisində özünü sevmək lazımdır.

Qayda 5: Divanı yığışdır

Münasibət qurarkən kişilərə rəhm etmək lazımdır. Onu tükünün əks istiqamətində sığallamaq, lazım oldu-olmadı, divanın yerini dəyişdirmək təklifi ilə ilişmək olmaz. Boynuna daş asmaq istəyirsənsə, belə elə.
Sözün mənası o deyil ki, kişini çərlətmək lazımdır. Mənası odur ki, divanın üstündə çox qalan şeyi yerindən dəbərtmək lazımdır. Kişilərin potensialı böyükdür. Onlar həmişə müharibəyə olmasa da, futbola; inqilaba olmasa da bilyard oyununa can atırlar.

Qayda 6: Səbri seç

İşinə yarımaq və ya qorxudan səbr etmək, dözmək lazım deyil.
İntimdə özünü göstərir - dözürsən; dostları ilə bütün gecəni keçirir, sənsə susursan (qoy düşünsün ki, ideal həyat yoldaşısan); anası sənə ağır sözlər deyir, sən gülümsəyirsən (birdən onu sənin əleyhinə kökləyər)… Doğrudan da düşünürsən ki, bu minvalla və əsaslarla ciddi münasibətlər yaratmaq olar? Bir dəfə özünü saxlaya bilməyib ona həqiqəti deyəcəksən: «Mən heç vaxt yataqda səndən həzz almamışam», «Sənin dostlarından zəhləm gedir» , «Sənin anan…».

Qayda 7: Müqayisə et

Onunla «nəsə baş verdiyini, nəsə elə deyil»i başa düşmək üçün ayaqyolunun qapısında durub qulaq asmaq, poçtu açıb telefonda potensial aşnalarını axtarmaq lazım deyil. Sizə tez-tez məsləhət görürlər ki, xırda şeylərə reaksiya verməyin, hər şeyi çətin gün olduğu, pis əhval-ruhiyyə ilə əlaqələndirin. Amma bütün bunların əhəmiyyəti var (o necə baxır və ya baxmır, necə yeyir, necə yatır). Onun sənə münasibətinə diqqətlə bax. Hər şeydən şübhələnən manyaka çevrilmək lazım deyil, amma onun «sönmüş» baxışlarını da "hər şey özü-özünə keçər" deyib nəzərə almamaq da kütlukdür.

Qayda 8: Rədd et

Müəyyən vaxtdan sonra bir-birinizə o qədər alışırsınız ki, əvvəllər eləməyə çəkindiyiniz, utandağınız hərəkətləri bir-birinizin yanında eləyirsiniz. Bü bir-birinə çox yaxın olmaq adlanır. Belə yaxınlıq lazım deyil, rədd edin getsin. Bu romantikanı və seksual cazibədarlığı öldürür.

Qayda 9: Qalmaqal yarat

Öz əlaqələrini, münasibətlərini aydınlaşdırmayan adamlar çox vaxt bunları qıraqda edirlə. Başları öz hobbilərinə qarışır, «əvəzedici» (aşna, it, yaxşı dost) tapır, dərdlərini içkidə boğurlar.
Ona görə də münasibətləri «tonusa gətirmək» üçün yaxşı qalmaqal bəzən sadəcə olaraq vacibdir. Əvvəla, mənfi enerjinin çıxmasına kömək edir, İkincisi , küsüb barışmağın hər mənada öz ləzzəti var, üçüncüsü də qalmaqal adətən mübahisədən yaranır. Mübahisə isə həqiqəti ortaya çıxarır.
Narazılığını göstərməkdən çəkinmə. Bu hansısa bir şənlikdə nəsə qələt elədiyini sonra onunla aydınlaşdırmaqdan yaxşıdır.

Qayda 10. Əsas odur ki, həddi keçməyəsən

Hər cütlüyün aylıq qalmaqal norması var. Əgər bu qaydaları axıracan oxuyanların arasında kişilər varsa, indi sözüm onlaradır. Soruşa bilərsiniz ki, qadınlara aid olan bu qaydaları sən haradan bilirsən. Mən bilmirəm, ailə psixologiyası ilə məşğul olan xristian bir xanım mütəxəssisin fikirləri əsasında yazmışam. Ona görə də qaydalardan birini mentalitetimizə tam uyğun gəlmədiyi üçün ümumiyyətlə yazmamışam. Yazının içərisində elə məsləhətlər var ki, onlamrla qətiyyən razı deyiləm. Bəzilərini mütəxəssis rəyindən kənara çıxmadan bacardığım qədər qəbul edilə biləcək şəkilə salmışam.
Amma pelmenini düşbərə ilə əvəz eləsəm də, borşu bozbaşla əvəz eləyib bozbaşı təhqir eləməmişəm. Bir də ki, qadına aid olan yazını siz niyə oxuyursunuz ki?..


Geri dön

-KoR-ReSSaM-

  • 19 fevral 2012 08:19
  • Məqalə: 0
  • Şərh: 285
  • Bal:
tesekkur edirem

--------------------
sevgi :/

AYKA87

  • 21 may 2011 19:53
  • Məqalə: 0
  • Şərh: 75
  • Bal:
{awards}
tesekkurler

_RONALDO_

  • 6 mart 2011 12:33
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
maraqlı xəbərə görə çox sağol

--------------------

::..ONSLAUGHT::..

  • 15 fevral 2011 21:05
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk.............

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Nur_Ay

  • 12 fevral 2011 11:16
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
CHOX SAGOL...MARAQLIDIR..

--------------------

фея

  • 12 fevral 2011 02:10
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
COX SAQOL XEBER UCUN

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Made_In_Bakinka

  • 12 fevral 2011 01:02
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
cox sagol xeber ucun

,,kepenek,,

  • 12 fevral 2011 00:57
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
cox sagol maraqli idi

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

heyasiz204

  • 12 fevral 2011 00:21
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
TEWEKKUR MARAQLIYDI smile

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

nilayka

  • 11 fevral 2011 23:58
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk bacis

--------------------

YazYamuru

  • 11 fevral 2011 22:22
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
nenemin canina and ice bileremki ki&iler oxumadi wink

--------------------



RS85

  • 11 fevral 2011 22:18
  • Məqalə: 3
  • Şərh: 44
  • Bal:
{awards}
oxumuyaq deyirsiz oxumuyaqdaaa hahahahaha wink

LOVE IS DEAD

  • 11 fevral 2011 22:00
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
teshekkurler winked

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

Ulya

  • 11 fevral 2011 21:16
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

MiRacLe_GirL

  • 11 fevral 2011 21:10
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
hmm...tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}