Kitablara iman

 
Kitablara iman

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrailin: “Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: “(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Müsəlman bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin ola bilməz. Hər bir müsəlman Uca Allahın insanları doğru yola yönəltmək və Onun rizasını qazanmaq üçün onlara ilahi kitablar göndərdiyinə iman gətirməlidir. Uca Allah buyurur: “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər” (əl-Bəqərə, 285). İmanın bu əsaslarına iman gətirmək xeyirxahlıq və təqva mənbəyidir. Möminlər bütün ilahi kitablara fərq qoymadan iman gətirməlidirlər. Uca Allah müsəlmanlara Kitab (Tövrat və İncil) əhlinə bu sözlərlə müraciət etməyi buyurur: “Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (əl-Bəqərə, 136). Bütövlükdə ilahi kitabların hamısına iman gətirməklə yanaşı müsəlmanlar Allahın Onun elçisinə haqqında xəbər verdiyi hər bir kitaba ayrıca iman gətirməlidirlər. Muhəmməd peyğəmbərin gəlişindən qabaq göndərilən ilahi kitabların adları Quran ayələri və Peyğəmbərin hədisləri vasitəsilə bizə məlum olmuşdur. Bunlar aşağıdakılardır: 1. Tövrat Musa peyğəmbərə nazil edilmiş kitabdır. Uca Allah buyurur: “Əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün açıq-aydın dəlillər, doğru yolu göstərən rəhbər və rəhmət olaraq Kitab verdik ki, bəlkə, düşünüb ibrət alsınlar” (əl-Qasas, 43). Tövrat İsrail övladlarına göndərilən ən əzəmətli kitabdır. Allah onu lövhələrdə yazılmış halda nazil etmişdir. Uca Allah buyurur: “Biz onun üçün lövhələrdə hər şeydən öyüd-nəsihət və hər şeyin təfsilatını yazdıq (və belə buyurduq:) “Bunları möhkəm tut və camaatına da onun ən gözəl hökmlərindən tutunmağı əmr et! Mən sizə fasiqlərin yurdunu göstərəcəyəm” (əl-Əraf, 145). Bəzi Quran ayələrində Tövratda nazil edilənlər barəsində Uca Allah belə buyurur: “Biz (Tövratda) onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, (vurulmuş) yaralara da (yaralar) qisas alınmalıdır. Hər kəs bunu sədəqə etsə (qisasdan vaz keçsə), bu onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır” (əl-Məidə, 45). Tövratı qorumaq din xadimlərinə və baş keşişlərə tapşırılmışdır. Uca Allah buyurur: “Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir” (əl-Məidə, 44). Lakin yəhudi alimləri onu təhrif olunmaqdan qoruya bilmədilər və Allahın halal buyurduğu bəzi şeyləri haram saydılar və Onun haram buyurduğu bəzi şeyləri də halal saydılar. “Onlar: “Allah insana heç bir şey nazil etməmişdir”– deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb (bir qismini) göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizin də, atalarınızın da bilmədiyiniz şeylər sizə öyrədilmişdir”. Sən: “Allah!”– de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər” (əl-Ənam, 91). “Siz (yəhudilərin) sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər” (əl-Bəqərə, 75). Bu ayədəki “Allahın Sözü” yəhudilərin təhrif etdikləri Tövratdır. Onlar Tövratdakı hökmləri dəyişdirib halalı haram, haramı da halal etdilər və haqqı batilə, batili də haqqa çevirdilər. 2. İncil İsa peyğəmbərə nazil edilən kitabdır. Uca Allah buyurur: “Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik” (əl-Məidə, 46). İncil Tövratı təsdiq etdi və bu iki kitab arasında ziddiyyət olmamışdır. Quran şərhçiləri qeyd edirlər ki, İncil ilə Tövrat arasındakı fərq İsrail oğullarının ixtilaf etdikləri bir neçə məsələyə aid idi. Quranda Uca Allah İsa peyğəmbərin öz xalqına belə dediyini xəbər verir: “Məndən əvvəl (nazil olmuş) Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim). Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin” (Ali İmran, 50). İncil öz gəlişi ilə haqqın üzərinə nur saçdı və həmin dövrdə İsrail oğulları arasında olan bütün ixtilafları həll etdi. Lakin bu ilahi kitabın doğru yolu nurlandırması çox çəkməmişdir. Kafir keşişlər İncilin mətnini və mənasını təhrif etdilər və bir ilahi kitabın əvəzinə müxtəlif müəlliflərə aid edilən çoxlu incillər uydurdular. Uca Allah buyurur: ““Biz xaçpərəstik!”– deyənlərlə də əhd bağlamışdıq. Onlar da (özlərinə) öyrədilənin bir hissəsini unutdular. Buna görə də onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Allah onlara nə etdikləri barədə xəbər verəcəkdir. Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur (Muhəmməd) və açıq-aydın bir Kitab gəldi” (əl-Maidə, 14-15). 3. Zəbur Davuda göndərilən kitabdır. Uca Allah buyurur: “Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik” (ən-Nisə, 163). Məşhur təfsir alimi Qatədə demişdir: “Bizə məlum olduğuna görə Zəbur Allahın Davuda öyrətdiyi dualardan, Uca Allaha edilən təriflərdən ibarətdir. Zəbur halal və haram, vacib buyurulan və qadağan olunan məsələlərə işarə etməmişdir”. Quran Zəburda əməlisalehlərə müjdə verildiyini xəbər verir. Uca Allah buyurur: “Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz) kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar” (əl-Ənbiya, 105). 4. İbrahimə və Musaya verilən səhifələr Uca Allah buyurur: “Yoxsa Musanın səhifələrində olanlar barədə ona xəbər verilmədi? Məgər vəfalı olan İbrahimin (səhifələrində olanlar barədə ona bildirilmədi?) Heç bir günahkar başqasının günah yükünü daşımaz. İnsan can atdığı şeyə nail olar. Əlbəttə, onun can atdığı (əməl) ona nəsib olacaqdır. Sonra da ona (bunun) əvəzi tam veriləcəkdir!” (ən-Nəcm, 36-41). Bu və sonrakı ayələrdə Allah həmin səhifələrdə nə yazıldığı barədə xəbər vermişdir. Bu haqda başqa surədə belə deyilir: “Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır. O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır. Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz; Axirət isə daha xeyirli və daha sürəklidir. Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir – İbrahimin və Musanın səhifələrində” (əl-Əla, 14-19). İslam alimləri Musaya verilən səhifələrin Tövratın içində və ya ayrıca nazil olduğu barəsində ixtilaf etmişlər. Sonuncu ilahi kitab isə müqəddəs Qurandır. Bu kitab haqqında inşallah başqa məqalədə ayrıca danışılacaq.


Geri dön

Wiyinimmm

  • 29 iyun 2014 05:09
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
ɱєƣʌʅєɣє ʛơɾє ƭєɯєƙƙυɾʅєɾ

--------------------

Yokka_

  • 17 iyun 2014 18:58
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

SlatkiY Problemchik

  • 13 iyun 2014 23:05
  • Məqalə: 4
  • Şərh: 799
  • Bal:
{awards}
COX SAGOLUN MEQALEYE GORE

--------------------
Знаешь ли ты любовь рыб, они не могут дотронуться до др друга, а всегда чуствуют любовь в своих сердцах. И я щас не могу дотронуться до тебя, потому что ты всегда в сердце моём.

Biqeyrət....

  • 13 iyun 2014 04:04
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
ALLAH razi olsun...

NikaLYa

  • 12 iyun 2014 15:45
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN............. smile
Hminizdaaannn mendendee tongue

--------------------

prosta barbi

  • 12 iyun 2014 13:22
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✰ ♥..Золушка..♥ ✰

  • 12 iyun 2014 12:49
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..

Səssiz

  • 12 iyun 2014 12:43
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
BASORTUSU
Muselman kadinin once yuregini orter..
Sonra gozlerini..
Sonra dilini..
Sonrada bedenini...

Cox gozeldir Allah Razi olsun...

--------------------
Səssiz'liyim

♔ Rapuиzel ♔

  • 12 iyun 2014 11:26
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Diamond Lady

  • 12 iyun 2014 09:15
  • Məqalə: 20
  • Şərh: 1640
  • Bal:
{awards}
teweKkurler

--------------------
aysel mamedova

^^YeRaZKa MeLeK^^

  • 12 iyun 2014 02:07
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun...!!

--------------------

Mr.LegenD

  • 11 iyun 2014 22:46
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
tewekkurler

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

No Ordinary Boy

  • 11 iyun 2014 22:23
  • Məqalə: 27
  • Şərh: 2154
  • Bal:
{awards}
Meqaleye Gore Twk...

--------------------

ヅ Bad Girl ヅ

  • 11 iyun 2014 20:04
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Sessiz Melodiya

  • 11 iyun 2014 19:47
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
cox uzun oldu

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

PSIXOPATKA

  • 11 iyun 2014 19:47
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Sessiz Melodiya

  • 11 iyun 2014 19:33
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tesekkkkurlerr

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

sessiz deniz

  • 11 iyun 2014 19:27
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnnnn

NikaLYa

  • 11 iyun 2014 18:59
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

OnE DiReCtIoN_ZAYN

  • 11 iyun 2014 18:35
  • Məqalə: 5
  • Şərh: 4457
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN twk edirem

--------------------

PoZitiV Kaa=)

  • 11 iyun 2014 18:27
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

UReYeMeee

  • 11 iyun 2014 18:19
  • Məqalə: 5
  • Şərh: 200
  • Bal:
{awards}
tesekurler

^Peri MaSali^

  • 11 iyun 2014 18:09
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ღ★Damla★ღ

  • 11 iyun 2014 18:07
  • Məqalə: 213
  • Şərh: 3971
  • Bal:
{awards}
Allah Razi Olsun

Kapriznaya Dəcəlka

  • 11 iyun 2014 18:01
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
tewekkurler

--------------------

my angel__

  • 11 iyun 2014 17:59
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
Cox sagol uzundu deye secilmiwlere atdim oxuyacam axwam :)

--------------------
Помни, что ты - мое все ❤

PércyDarkMoon

  • 11 iyun 2014 17:47
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

^^Nazli^^

  • 11 iyun 2014 17:43
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Kapriznaya Dəcəlka

  • 11 iyun 2014 17:39
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
ilk serh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}