Peyğəmbərlərə iman

 
Peyğəmbərlərə iman

Bildiyimiz kimi imanın altı əsası vardır. Bunlar - Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır. Hər bir müsəlman bu altı əsasa iman gətirməlidir. Allahın peyğəmbərlərinə və elçilərinə iman gətirmək bu əsaslardan biri hesab olunur. Uca Allah buyurur: “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” (əl-Bəqərə, 285). Bu ayədə Uca Allah elçilərə olan imanı imanın digər əsasları arasında qeyd edir və elçiləri qəbul etməkdə aralarında fərq qoymamağı buyurur. Uca Allah buyurur: “Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: "Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!"– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər – məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir” (ən-Nisə, 150-151). Bu ayələrdən aydın olur ki, əgər insan Allahın elçilərinə iman gətirməzsə və ya onların arasında fərq qoyarsa, bəzilərini qəbul etsə belə o, əsl kafir hesab edilir. Quran insanları bütün elçilərə iman gətirməyə çağırır, lakin onların hamısının eyni dərəcədə olduğunu və bəzisinin digərlərindən üstün olmadığını güman etmək doğru deyildir. Əksinə, Allah hər bir elçisini bir çox mömin bəndələrindən üstün tutaraq layiq olduğu dərəcəyə yüksəltmişdir. Uca Allah buyurur: “Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir” (əl-Bəqərə, 253). Qurani Kərimdə aşağıdakı iyirmi beş peyğəmbərin və elçinin adı qeyd olunur: 1. Adəm 2. Nuh 3. İbrahim 4. İsmail 5. İshaq 6. Lut 7. Yəqub 8. Yusuf 9. Musa 10. Hərun 11. Davud 12. Suleyman 13. İlyas 14. Əlyəsə`ə 15. Yunus 16. Əyyub 17. Zəkəriyyə 18. Yəhyə 19. İsa 20. İdris 21. Hud 22. Zulkifl 23. Şueyb 24. Salih 25. Muhəmməd Bəzi ayələrdə bu peyğəmbərlərin adları sıra ilə qeyd edilir: “Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik” (ən-Nisə, 163). “Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin Müdrikdir, Biləndir. Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmaili, Əlyəsə`i, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik” (əl-Ənam, 83-86). Qurani Kərimdə bu böyük şəxsiyyətlərlə yanaşı Loğman, Zülqarneyn və Üzeyr kimi əməlisalehlərin adları da qeyd edilir. Bəzi İslam alimləri onların da peyğəmbər olduğunu hesab edirlər. Həmçinin, Qurani Kərimdə bəzi peyğəmbərlər haqqında danışılır, lakin onların adları çəkilmir. Buna misal olaraq əl-Kəhf surəsindəki Musanın qissəsini gətirmək olar. Həmin qissədə Xıdır peyğəmbərdən söhbət gedir, lakin adı çəkilmir. Onun adı Peyğəmbərin hədislərində qeyd olunur. Allahın elçilərinin sayı yalnız bütün bu deyilənlərlə məhdudlaşmır. Uca Allah buyurur: “Biz səndən əvvəl də elçilər göndərmişdik. Onlardan bəziləri haqqında sənə danışmış, bəziləri haqqında isə danışmamışıq. Heç bir elçi Allahın izni olmadan hər hansı bir ayə gətirə bilməzdi. Allahın əmri gəldikdə isə ədalətlə hökm verilər və yalan danışanlar orada ziyana uğrayarlar” (Ğafir, 78). Bu ayə açıq-aydın dəlalət edir ki, elçilərin əksəriyyəti Quranda qeyd olunmamışdır. Tək Allaha ibadət etmək və Ona şərik qoşmaqdan çəkinmək prinsipi bütün elçilərin dəvətinin əsasını təşkil etmişdir. Allah buyurur: "Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan (Allaha şərik qoşmaqdan) çəkinin! – deyə peyğəmbər göndərmişdik" (ən-Nəhl, 36). Onların hamısı vahid bir dini təbliğ etmiş və onlar bir əqidəyə sahib olmuşlar. Onlar insanlara Allahın buyuruqlarını çatdırır və doğru yolu göstərirdilər. Buna baxmayaraq onların gətirdikləri qanunlar fərqli olmuşdur. Bu qanunlar onların yaşadığı dövrə və göndərildiyi xalqa uyğun gəlirdi. Uca Allah buyurur: "Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik" (əl-Maidə, 48).


Geri dön

Wiyinimmm

  • 29 iyun 2014 05:09
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
méqáléýé gőŕé téwékkúŕléŕ

--------------------

Yokka_

  • 17 iyun 2014 18:40
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
ALLAH RAAAZI OLSUN feel

Biqeyrət....

  • 13 iyun 2014 03:41
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
ALLAH razi olsun winked

PoZitiV Kaa=)

  • 12 iyun 2014 23:21
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

Mr.LegenD

  • 12 iyun 2014 15:34
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
tewekkurler

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

NikaLYa

  • 12 iyun 2014 15:21
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH RAAAZI OLSUN............

--------------------

Xanim Zehra

  • 12 iyun 2014 14:26
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
Allah razi olsun

Воровская

  • 12 iyun 2014 13:01
  • Məqalə: 74
  • Şərh: 1356
  • Bal:
{awards}
tewekkurleer

--------------------




^^YeRaZKa MeLeK^^

  • 12 iyun 2014 12:40
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun...!!

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 12 iyun 2014 12:05
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
meqaleye gore twr...

Sessiz Melodiya

  • 12 iyun 2014 11:34
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

ღ★Damla★ღ

  • 12 iyun 2014 11:27
  • Məqalə: 213
  • Şərh: 3971
  • Bal:
{awards}
Allah Razi Olsunn

prosta barbi

  • 12 iyun 2014 10:30
  • Məqalə: 101
  • Şərh: 3862
  • Bal:
{awards}
Allah razi olsun

Diamond Lady

  • 12 iyun 2014 07:57
  • Məqalə: 20
  • Şərh: 1640
  • Bal:
{awards}
tEwekkurler

--------------------
aysel mamedova

☆__LorD_DeviL__☆

  • 12 iyun 2014 01:56
  • Məqalə: 73
  • Şərh: 236
  • Bal:
{awards}
Allah razı olsun

NikaLYa

  • 11 iyun 2014 23:41
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

♔ Rapuиzel ♔

  • 11 iyun 2014 22:53
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ヅ Bad Girl ヅ

  • 11 iyun 2014 22:09
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Tesekurler

--------------------

Mr.LegenD

  • 11 iyun 2014 21:59
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
Tewekkurler

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

^^Nazli^^

  • 11 iyun 2014 21:54
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

No Ordinary Boy

  • 11 iyun 2014 21:53
  • Məqalə: 27
  • Şərh: 2154
  • Bal:
{awards}
Meqaleye gore twk

--------------------

Fikammm

  • 11 iyun 2014 21:45
  • Məqalə: 8
  • Şərh: 76
  • Bal:
{awards}
twkler Allah razi olsun winked

princessa_sevda

  • 11 iyun 2014 21:33
  • Məqalə: 13
  • Şərh: 852
  • Bal:
{awards}
tewekkurler%%%%%

--------------------
[/url]

PércyDarkMoon

  • 11 iyun 2014 21:31
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

^Peri MaSali^

  • 11 iyun 2014 21:04
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

OnE DiReCtIoN_ZAYN

  • 11 iyun 2014 20:58
  • Məqalə: 5
  • Şərh: 4457
  • Bal:
{awards}
tewekkurer

--------------------

(A)dmin

  • 11 iyun 2014 20:51
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
Allah razı olsun

Sessiz Melodiya

  • 11 iyun 2014 20:50
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkkurlerrrr

ALLAH RAZII OLSUUUN

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

AySenKa

  • 11 iyun 2014 20:45
  • Məqalə: 27
  • Şərh: 2156
  • Bal:
{awards}
Allah razı olsun

PoZitiV Kaa=)

  • 11 iyun 2014 20:43
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk

--------------------
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}