Azərbaycan səhnəsinin əfsanəvi Məcnunu - Hüseynqulu Sarabski

 
Azərbaycan səhnəsinin əfsanəvi Məcnunu - Hüseynqulu Sarabski



Azərbaycanın Xalq Artisti, görkəmli aktyor, opera müğənnisi, rejissor, pedaqoq, tanınmış teatr xadimi Hüseynqulu Sarabskinin XX əsr milli musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutan sənətkarlardandır.
Professional musiqi teatrının banilərindən biri olan Hüseynqulu Sarabskini səhnəmizin əfsanəvi Məcnunu adlandırırlar. Sənətə Şərqin və Azərbaycanın ilk operası, dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” zirvəsindən başlayan sənətkar bütün ömrünü bu zirvənin məsuliyyətini və ucalığını dərk edərək yaşayıb, sənətinə, peşəsinə vurğunluğu ilə nəsillərə nümunə olub. Səhnədə olduğu 30 ildən artıq bir müddətdə Məcnun rolunu 400 dəfə ifa edib.
1879-cu ildə Bakıda kasıb bir ailədə doğulan, gözəl səsə malik olan Hüseynqulu uşaqlıqdan musiqiyə böyük həvəs göstərirdi. Görkəmli sənətkarın Sarabski təxəllüsünü götürməsinin maraqlı tarixçəsi var. 12 yaşında olarkən ilk dəfə həvəskarların ifasında "Xan Sarabi” adı ilə tamaşaya qoyulmuş Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” komediyasına baxır. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü-Sarabski də tamaşadan aldığı güclü təəssüratla bağlıdır.
Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi. Ancaq o, teatra, aktyorluq sənətinə qarşı çıxanların tənəsinə, hədə-qorxularına baxmayaraq öz arzularına doğru inamla irəliləyirdi. Onun teatra gəlməsində, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhimbəy Məlikovun, Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olub.
İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun "Dilin bəlası” pyesində Rəsul rolunu ifa edən Hüseynqulu sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli obrazlar yaradıb.
O, Azərbaycan dilinə tərcümə olunmuş Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərləri əsasında hazırlanmış tamaşalarda da çıxış edib. Məhz Henrix Heynenin "Əlmənsur” pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu "Hicaz” muğamı onun Azərbaycan mədəniyyətinin yeni bir aləminə – musiqili-teatra, operaya gətirir.
Məhz bu tamaşa zamanı Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun” üzərində işləyən Üzeyir Hacıbəylinin diqqətini cəlb edir. Məcnun rolu Hüseynqulu Sarabskiyə böyük şöhrət qazandırır. Bu roldan sonra bir vaxtlar teatra "oyunbazlıq” kimi baxanların Sarabskiyə qarşı olan münasibəti dəyişir.
Dünya opera sənətinin unikal bir səhifəsi olan Şərqin və Qərbin musiqi teatr ənənələrinin kəsişdiyi muğam operasının tarixini Hüseynqulu Sarabskisiz təsəvvür etmək mümkün deyil. O, Üzeyir Hacıbəylinin opera və operettalarında – Kərəm ("Əsli və Kərəm”), Şeyx Sənan ("Şeyx Sənan”), Şah Abbas ("Şah Abbas və Xurşidbanu”), Söhrab ("Rüstəm və Söhrab”), Sərvər ("O olmasın, bu olsun), Mərcan bəy ("Ər və arvad”), Əsgər ("Arşın malalan”), Müslüm Maqomayevin "Şah Ismayıl”ında Şah İsmayıl, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib”ində Aşıq Qərib rollarının ilk ifaçısı olub.
H.Sarabski həmçinin, bir sıra publisistlik əsərlərin müəllifidir. Bütün gücünü Azərbaycanda teatrın inkişafına həsr etmiş bu insanın həyat xatirələri "Köhnə Bakı” kitabında əksini tapıb.


Geri dön

Yokka_

  • 17 iyun 2014 18:15
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
tesekurler

SlatkiY Problemchik

  • 16 iyun 2014 02:19
  • Məqalə: 4
  • Şərh: 799
  • Bal:
{awards}
tesekurler

--------------------
Знаешь ли ты любовь рыб, они не могут дотронуться до др друга, а всегда чуствуют любовь в своих сердцах. И я щас не могу дотронуться до тебя, потому что ты всегда в сердце моём.

SlatkiY Problemchik

  • 13 iyun 2014 22:42
  • Məqalə: 4
  • Şərh: 799
  • Bal:
{awards}
twk meqaleye gore eladi

Xebere gore cox sagolun

--------------------
Знаешь ли ты любовь рыб, они не могут дотронуться до др друга, а всегда чуствуют любовь в своих сердцах. И я щас не могу дотронуться до тебя, потому что ты всегда в сердце моём.

^^Nazli^^

  • 13 iyun 2014 17:40
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
tesekkurlerr

--------------------

ヅ Bad Girl ヅ

  • 13 iyun 2014 12:44
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Tesekurler

--------------------

Biqeyrət....

  • 13 iyun 2014 03:15
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
megaleye gore tesekkurler cox sagolun)

PoZitiV Kaa=)

  • 12 iyun 2014 22:52
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

★✰..BeLieBerKa..✰★

  • 12 iyun 2014 20:54
  • Məqalə: 270
  • Şərh: 3639
  • Bal:
{awards}
şərhlər üçün təşəkkür edirəm laughing
hə birdə məqaləni oxumağı hamıya məsləhət bilirəm feel

LeLLi

  • 12 iyun 2014 18:54
  • Məqalə: 166
  • Şərh: 3306
  • Bal:
{awards}
Melumata gore tewekkur edirem

--------------------

my angel__

  • 12 iyun 2014 18:37
  • Məqalə: 291
  • Şərh: 11176
  • Bal:
{awards}
bilirdim bu haqda cox sagol yende :)

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

NikaLYa

  • 12 iyun 2014 18:27
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
tewekkur edirrem

--------------------

^Peri MaSali^

  • 12 iyun 2014 18:21
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
tesekurler

PércyDarkMoon

  • 12 iyun 2014 18:20
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Cox sagolun

--------------------

Diamond Lady

  • 12 iyun 2014 18:08
  • Məqalə: 20
  • Şərh: 1640
  • Bal:
{awards}
Tewekkurler

--------------------
aysel mamedova

TENHA_OGLAN25

  • 12 iyun 2014 17:54
  • Məqalə: 7
  • Şərh: 223
  • Bal:
{awards}
Ilk werh Mennen

Mr.LegenD

  • 12 iyun 2014 17:39
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
Ilk werh Mennen

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 480
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 44
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
 
{slinks}