Maraqlı bir hekayə

 
Maraqlı bir hekayə


Qeyri-adi bir izdiham var idi.Hər yer insanlarla dolu idi.Kimisi çaşqın-çaşqın ətrafına baxır,kimisi sağa-sola qaçır,kimiləri yerdə diz çökərək başını əllərinin arasında gizləyirdilər.
Sanki,ürəyi yerindən çıxacaqdı.Soyuq tər basmışdı.Dünyada ikən qiyamət,sorgu-sual və tərəzi haqqında çox şey eşitmişdi.Ancaq məhşər meydanındakı ürpərti,qorxunun bu qədər dəhşət verəcəyini heç vaxt düşünməmişdi.Hər kəs öz növbəsini gözləyir və növbəsi çatınca hesaba çəkilmək üçün çağrılırdı.Növbə ona gəlib çatmışdı.Onun adını çəkmişdilər.Təşviş içində sağa-sola baxır.Dodaqları titrəyə-titrəyə:
-Məni çağırdınız? — deyir.
İzdiham birdən aralanır,qarşısında bir yol açılır.İki nəfər qollarına girir.Bunlar məşhər meydanının xidmətçiləri idi.İzdihamın arasından çaşqın baxışlarla keçir.Meydanın mərkəzinə gəlirlər.Xidmətçilər yanından uzaqlaşırlar.Başı önünə əyilir...Bütün həyatı gözlərinin önündən gəlib-keçir.Öz-özünə:
— Şükürlər olsun,gözlərimi dünyaya açdığım evdə hər zaman dininə ən gözəl şəkildə əməl etməyə çalışan insanları gördüm.Atam ibadətlərinə həddindən artıq həssas yanaşır,dostları ilə dini söhbətlər təşkil edir,malını İslam yolunda xərcləyirdi.Anam da onun kimi.Mən də hər zaman onlar kimi oldum.Bəşəriyyətə xidmət etməyə çalışdım,onlara Allahdan danışdım.Namazımı qıldım,orucumu tutdum.Fərz olan nə varsa,yerinə yetirdim,haramlardan uzaq durdum....
Bunları düşünərkən yanaqlarından göz yaşları süzülürdü.Öz-özünə: «Rəbbimi sevirəm,heç olmasa,sevdiyimi düşünürəm,» — deyirdi.Amma bir tərəfdən də: «Onun üçün nə etsəm,yenə azdır,bu,mənim cənnəti qazanmağıma kifayət etməz.Yeganə ümidim Allahın bağışlaması və rəhmətidir,» — deyə düşünürdü.
Hesab çox uzun çəkdi.Qorxudan muncuq-muncuq tər tökür,tir-tir titreyirdi.Gözləri tərəzinin millərində qalmışdı.Nəticənin nə olacağını gözləyirdi.Nəhayət,oradan onu çıxardaraq əvvəl olduğu yerə gətirirlər.Hökm veriləcəkdi.Öncə adı oxundu.Artıq ayaqlarının üstündə dayana bilmirdi.Gözlərini yumub həyəcan içində hökmü gözləyirdi.Birdən məhşərdəki izdihamdan bir uğultu qopdu.Qulaqları səhvmi eşidirdi,nədir,Onun adı «cəhənnəmliklər» siyahısında oxunmuşdu.Dizləri üstə çökdü,yıxıldı. «Ola bilməz» — deyə qışqırdı.Qalxıb sağa-sola qaçmaga başladı.Hıçqıraraq: «Mən necə cəhənnəmlik ola bilərəm?Həyatım boyunca Allah yolunda qulluq edən insanlarla bir yerdə olmuşam.Onlarla bərabər insanlarla Rəbbimi tanıtmağa çalışmışam,» — deyirdi.
Göz yaşları titrəyən vücudunu islatmışdı.Məşhər xidmətçiləri qollarından tutub izdihamı yararaq onu alovları göylərə yüksələn cəhənnəmə tərəf aparmağa başladılar.
Xidmətçilərin qolları arasında çırpınırdı.Bir qurtuluş yox idimi?Bir yardım edən olmayacaqdımı?Dodaqlarından qırıq-qırıq yalvarışla qarışıq kəlmələr süzülməyə başladı: «Oruclarım… Oxuduğum Quranlar… Namazım… Heç biri xilas etməyəcəkmi?»
Ağlaya-ağlaya yalvarırdı.Alova yaxınlaşmışdılar.Başını geriyə çevirdi.Son çırpıntıları idi.
Rəsulullah (s.ə.s.):«Birinizin qapısının ağzından bir çay axsa və o çayda gündə beş dəfə yuyunsanız,üzərinizdə heç kir qalarmı?Namazda belədir.Allah onun sayəsində bütün günahları silər,»- buyurmamışdımı?
Son dəfə:«Namazlarım da mı mənim dadıma çatmayacaq?»-deyə düşündü və «namazlarım....» deyə hıçqırdı.
Xidmətçilər isə onu dibi görünməyən cəhənnəm çuxurunun başına gətirdilər.Alovların istisi üzünü yandırmağa başlamışdı.
Sonuncu dəfə dönüb geriyə baxdı.Artıq gözləri də qurumuşdu.Ümidini tamam itirmişdi.
Qollarını sıxan əllərin boşaldığını hiss elədi.Qolları yanına düşdü.Xidmətçilərdən biri onu arxadan möhkəm bir şəkildə itələdi.Ayaqları yerdən üzüldü.Bədəni bir anda uçurumun dibinə yuvarlandı.Alovların içərisinə doğru süretlə düşürdü.Bir neçə metrə düşmüşdü ki,bir əlin onun qolundan tutduğunu hiss etdi.Başını qaldırıb yuxarıya baxdı.Onu xilas edən uzun və ağ saqqallı nurani bir qoca idi.Qoca onu yuxarıya doğru qaldırdı.O,üst-başının tozunu təmizlədikdən sonra soruşdu
-Siz kimsiniz?
-Mən sənin namazlarınam.
-Bəs məni xilas etməyə niyə bu qədər gec gəldin?Lap son anda çatdın.Az qalmışdı alovların içinə düşəm.
Qoca acı-acı gülümsəyərək başını yellədi:
-Sən məni həmişə axıra saxlayırdın,xatırladınmı?!
Gözlərini açdığı zaman yatağında idi.Qan-tər basmışdı.Dərindən bir ah çəkdi və "Əlhamdulillah,çox şükür ki,yuxu imiş,"-dedi.Sonra çöldən gələn səsə qulaq asdı.Yatsı namazının azanı oxunurdu.Ox kimi yerindən sıçradı:dəstəmaz alacaqdı...


Geri dön

_Nermin_

  • 21 iyun 2014 21:57
  • Məqalə: 26
  • Şərh: 651
  • Bal:
Allah razi olsun!

Yokka_

  • 17 iyun 2014 16:34
  • Məqalə: 166
  • Şərh: 7002
  • Bal:
{awards}
TESEHKURLER

Sessiz Melodiya

  • 16 iyun 2014 00:55
  • Məqalə: 45
  • Şərh: 6866
  • Bal:
{awards}
meqale uchun teshekkur

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

SlatkiY Problemchik

  • 16 iyun 2014 00:15
  • Məqalə: 4
  • Şərh: 799
  • Bal:
{awards}
tesekurler

--------------------
Знаешь ли ты любовь рыб, они не могут дотронуться до др друга, а всегда чуствуют любовь в своих сердцах. И я щас не могу дотронуться до тебя, потому что ты всегда в сердце моём.

PoZitiV Kaa=)

  • 15 iyun 2014 21:28
  • Məqalə: 309
  • Şərh: 8782
  • Bal:
{awards}
Meqaleye gore twk

--------------------

SlatkiY Problemchik

  • 15 iyun 2014 15:08
  • Məqalə: 4
  • Şərh: 799
  • Bal:
{awards}
cox sagol meqaleye gore yene bkleriz ))

--------------------
Знаешь ли ты любовь рыб, они не могут дотронуться до др друга, а всегда чуствуют любовь в своих сердцах. И я щас не могу дотронуться до тебя, потому что ты всегда в сердце моём.

^^YeRaZKa MeLeK^^

  • 14 iyun 2014 21:04
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
Twk edirem...

--------------------

SlatkiY Problemchik

  • 14 iyun 2014 19:24
  • Məqalə: 4
  • Şərh: 799
  • Bal:
{awards}
Ilk werh menen

--------------------
Знаешь ли ты любовь рыб, они не могут дотронуться до др друга, а всегда чуствуют любовь в своих сердцах. И я щас не могу дотронуться до тебя, потому что ты всегда в сердце моём.

Mrs.IsGenDerLi

  • 14 iyun 2014 17:29
  • Məqalə: 55
  • Şərh: 2725
  • Bal:
{awards}
maraqli idi tewekurler

--------------------


MissinG_YoU_A_LoT

  • 14 iyun 2014 16:52
  • Məqalə: 82
  • Şərh: 144
  • Bal:
{awards}
maraqglidi.. teşekkurler

--------------------
Əgər bir gün kitabım çıxarsa yüzlərlə insanın intiharına səbəb olar .... :(

Xanim Zehra

  • 14 iyun 2014 16:23
  • Məqalə: 19
  • Şərh: 3238
  • Bal:
{awards}
tewekkur...

Prosta Moda

  • 14 iyun 2014 16:15
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
tewekkurler

--------------------
Yalandan ağlama, onsuzda yox bir faydası… Sevgi bir oyundur, ayrılıq da qaydası…

ARORA

  • 14 iyun 2014 16:02
  • Məqalə: 0
  • Şərh: 44
  • Bal:
{awards}
MENCE MARAQLİ İDİ wink winked

ヅ Bad Girl ヅ

  • 14 iyun 2014 15:52
  • Məqalə: 789
  • Şərh: 20233
  • Bal:
{awards}
Tesekurler

--------------------

NeFeSiM LiL OrXaN

  • 14 iyun 2014 15:22
  • Məqalə: 38
  • Şərh: 3489
  • Bal:
{awards}
tewekkurler

NikaLYa

  • 14 iyun 2014 15:08
  • Məqalə: 102
  • Şərh: 7305
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

♫ мєl๏dyคм ♫

  • 14 iyun 2014 14:58
  • Məqalə: 163
  • Şərh: 4782
  • Bal:
{awards}
Meqale ucun cox sagolun

--------------------

Biqeyrət....

  • 14 iyun 2014 14:45
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
{awards}
megaleye gore tesekkurler

ShคмKiʀKค

  • 14 iyun 2014 14:26
  • Məqalə: 74
  • Şərh: 5547
  • Bal:
{awards}
cox gozel hekayedi cox sag ol.. no

^Peri MaSali^

  • 14 iyun 2014 14:24
  • Məqalə: 42
  • Şərh: 3881
  • Bal:
{awards}
tesekurler,meqaleye gore

Diamond Lady

  • 14 iyun 2014 14:14
  • Məqalə: 20
  • Şərh: 1626
  • Bal:
{awards}
Tewekkurler

--------------------
aysel mamedova

Prosta FaN

  • 14 iyun 2014 14:10
  • Məqalə: 0
  • Şərh: 1207
  • Bal:
{awards}
ohh bee özümü onun yerində hiss elədim təşəkkürlər...

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"

ღ★Damla★ღ

  • 14 iyun 2014 13:48
  • Məqalə: 213
  • Şərh: 3896
  • Bal:
{awards}
Tewekkurler Meqaleye Goree

♫ мєl๏dyคм ♫

  • 14 iyun 2014 13:48
  • Məqalə: 163
  • Şərh: 4782
  • Bal:
{awards}
Tewekkurler

--------------------

PércyDarkMoon

  • 14 iyun 2014 13:36
  • Məqalə: 242
  • Şərh: 9513
  • Bal:
{awards}
Cox sagolun maragli idi

--------------------

Mr.LegenD

  • 14 iyun 2014 13:33
  • Məqalə: 88
  • Şərh: 2317
  • Bal:
{awards}
Ilk werh Mennen

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 37
Cəmi: 59

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 579
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}