Ramazan ayı haqqında

 
Ramazan ayı haqqında


Həzrəti Muhəmməd Peyğəmbər (s): - "Ramazan ayı Allahın ayıdır. Bu ayda savablar ikiqat artar, günahlar silinər. Ramazan - bərəkət, tövbə, bağışlanmaq, cəhənnəmdən xilas olmaq və behişt qazanmaq ayıdır. Bu ayda hər cür günahdan çəkinin, Quran oxumağı çoxaldın, Allahdan öz ehtiyaclarınızı istəyin, Rəbbinizi tez-tez xatırlayın. Ramazan ayında oruc tutmadığınız günlərdəki vəziyyətdə olmayın (yəni daha yüksək mənəvi səviyyədə olmağa çalışın)".

Həzrəti Muhəmməd Peyğəmbər (s) Cabir ibn Abdullah adlı səhabəyə belə buyurub: "Ey Cabir! Hər kim Ramazan ayında gündüzlər oruc tutsa, gecələrin bir hissəsini oyaq qalıb ibadət etsə, cinsiyyət üzvünü və dilini günahdan, gözünü harama baxmaqdan çəkindirsə, camaata pislik etməsə, yeni doğulmuş körpə kimi günahlardan təmizlənər". Cabir dedi: "Sənə fəda olum, bu nə yaxşı hədisdir!". Peyğəmbər ona belə cavab verdi: "Amma bu savaba yetməyin şərtləri də necə çətindir!".

Bir gün Muhəmməd Peyğəmbər (s) görür ki, həyat yoldaşlarından biri oruc tutduğu halda öz xidmətçisini söydü. Peyğəmbər xanımına tapşırdı ki, yemək yesin. Qadın təəccüblə soruşdu: "Orucluq zamanı nə yemək?". Peyğəmbər buyurdu: "Bəs sən necə oruc tutmusan ki, xidmətçini söyürsən? Oruc təkcə yeyib-içməkdən çəkinmək deyil".

Bir gün Peyğəmbərimiz Ramazan ayının üstünlüklərindən danışarkən Həzrət Əli əleyhissalam qalxıb soruşur: "Bəs, bu ayda yerinə yetirilməsi ən çox savab olan əməl hansıdır?". Peyğəmbər cavab verir: "Allahın qadağan etdiyi işlərdən çəkinmək". - "Hər şeyin qapısı var, ibadətin də qapısı orucdur".

"Oruc - cəhənnəm atəşindən qorunmaq üçün bir sipərdir". - "Oruc tutan adamın yuxusu da ibadət sayılar; bu şərtlə ki, öz müsəlman qardaşının arxasınca qeybət etməsin".

"Müsəlman şəxsin oruc tutması Şeytanın üzünü qara edər". - "Oruc tutan adam iki dəfə sevinər: iftar açanda və qiyamətdə - Allahın mərhəmətinin şahidi olanda".

"Allah-təala buyurub: "Oruc mənim üçün tutulur, onun mükafatını da mən özüm verəcəyəm".

"Canım ixtiyarında olan Allaha and olsun ki, oruc tutan adamın ağzının iyi Allah yanında müşk ətrindən daha üstündür". - "Oruc tutun ki, sağlam olasınız".

"Əsil yazıq şəxs odur ki, Ramazan ayında günahlardan bağışlanma fürsətini əldən vermiş olsun".

"Ramazan ayında qılınmış bir vacib namaz, başqa aylardakı yetmiş namazdan əfzəldir. Bu ayda hər kim mənə çoxlu salavat göndərsə, qiyamət günündə əməllər hesablananda xeyir əməlləri ağır gələr. Bu ayda Qurandan bircə ayə oxuyan şəxs, başqa aylarda bütöv Qur’anı başa vurmuş adam qədər savab qazanar".

Peyğəmbər iftar zamanı xurma ilə iftar açmağa çalışardı. Xurmanın təzəcə yetişdiyi vaxtlarda nübar xurma yeyərdi. - Peyğəmbər Ramazanda əsirləri azad edər, dilənçilərə pay verərdi.

Peyğəmbər Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. İyirmi üçüncü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, əhya saxlasınlar; yuxulu olanların üzünə su çiləyərdi. İmam Əli (ə): - "Ramazan ayında çoxlu dua və istiğfar edin. Dua sizdən bəlanı uzaqlaşdırar, istiğfar isə günahlarınızı məhv edər".

"Sizə Ramazan ayında oruc tutmağı tövsiyə edirəm, çünki bu ayın orucu günahların qarşısını kəsən möhkəm divardır". - "Dil orucu qarın orucundan, qəlb orucu isə dil orucundan üstündür".

İmam Əli (ə) Ramazan ayında hər axşam ehsan süfrəsi açıb camaata iftar verərdi. Süfrə yığışdırılandan sonra camaata nəsihət verib xütbə söyləyərdi.

İmam Əli (ə) xəlifəlik dövründə başqa günlərdə olduğu kimi, Ramazan ayında da axşamlar hava qaralandan sonra şəhərdəki kasıbların evinə, kimsəsiz qocalara, şəhid ailələrinə yemək aparardı, amma özünün kimliyini gizli saxlayardı. Yalnız Əli (ə) şəhid oduqdan sonra camaat başa düşdü ki, onlara yemək gətirən şəxs xəlifənin özü imiş. Fatimeyi-Zəhra (ə): - "Allah orucu vacib etdi ki, bəndələrin ixlası (səmimiliyi) sübut olunsun".

"Dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən adamın orucundan nə fayda?!" İmam Həsən (ə): - "Allah Ramazan ayını öz bəndələri üçün müsabiqə ayı etdi ki, ibadət vasitəsilə onun razılığını qazanmaqda bir-birini ötməyə çalışsınlar. Bir dəstə imkandan istifadə edib irəli getdi və qələbə qazandı, bir dəstə isə geri qalıb uduzdu". İmam Zeynulabidin (ə): - Ramazan ayında böyük qazanlarda ət xörəyi bişirtdirib iftar süfrəsi açardı. Hətta xörəklərin yaxşı bişməsini də özü yoxlayıb arxayın olardı. Amma iftar vaxtı özü o xörəkdən yeməzdi, sadə və zahidyanə yeməklə kifayətlənərdi. İmam Cəfər Sadiq (ə): - "Ramazanın hər gecəsində Allah çoxlu bəndəni gələcək cəhənnəm əzabından azad edər; bu şərtlə ki, halal ruzi ilə iftar açmış olsunlar. Ramazanın son gecəsində Allah bütün ay ərzində bağışladığı sayda bəndəsini bağışlayar".


Geri dön

PoZitiV Kaa=)

  • 5 iyul 2014 00:02
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
Meqaleye gore twk...

--------------------

Wiyinimmm

  • 29 iyun 2014 04:54
  • Məqalə: 22
  • Şərh: 3770
  • Bal:
{awards}
мɘpɒlɘγɘ ϱoяɘ тɘωɘʞʞυяlɘя

Yokka_

  • 17 iyun 2014 16:16
  • Məqalə: 166
  • Şərh: 7002
  • Bal:
{awards}
allah razi olsun

^^YeRaZKa MeLeK^^

  • 16 iyun 2014 01:37
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
Allah razi olsun...!

--------------------

♫ мєl๏dyคм ♫

  • 16 iyun 2014 00:52
  • Məqalə: 163
  • Şərh: 4781
  • Bal:
{awards}
Tewekkurler

--------------------

SlatkiY Problemchik

  • 15 iyun 2014 23:50
  • Məqalə: 4
  • Şərh: 799
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Знаешь ли ты любовь рыб, они не могут дотронуться до др друга, а всегда чуствуют любовь в своих сердцах. И я щас не могу дотронуться до тебя, потому что ты всегда в сердце моём.

PoZitiV Kaa=)

  • 15 iyun 2014 21:00
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
{awards}
Ilk werh mennen


Meqaleye gore twk

--------------------

SlatkiY Problemchik

  • 15 iyun 2014 20:37
  • Məqalə: 4
  • Şərh: 799
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Знаешь ли ты любовь рыб, они не могут дотронуться до др друга, а всегда чуствуют любовь в своих сердцах. И я щас не могу дотронуться до тебя, потому что ты всегда в сердце моём.

Biqeyrət....

  • 15 iyun 2014 17:44
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
{awards}
ALLAH razi olsun

Sessiz Melodiya

  • 15 iyun 2014 17:26
  • Məqalə: 44
  • Şərh: 6866
  • Bal:
{awards}
meqale ucun teshekkur

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

SlatkiY Problemchik

  • 15 iyun 2014 14:42
  • Məqalə: 4
  • Şərh: 799
  • Bal:
{awards}
allah razi olsun cox sagol

--------------------
Знаешь ли ты любовь рыб, они не могут дотронуться до др друга, а всегда чуствуют любовь в своих сердцах. И я щас не могу дотронуться до тебя, потому что ты всегда в сердце моём.

Mr.LegenD

  • 15 iyun 2014 00:45
  • Məqalə: 88
  • Şərh: 2317
  • Bal:
{awards}
Tewekkurler

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

Sevgi Meleyi...

  • 15 iyun 2014 00:26
  • Məqalə: 11
  • Şərh: 226
  • Bal:
{awards}
''Allah-təala buyurub: "Oruc mənim üçün tutulur, onun mükafatını da mən özüm verəcəyəm".
-------------------------------------
Tewekkurler

--------------------
♥Ş♥E♥R♥E♥F♥ ♥M♥E♥S♥E♥L♥E♥S♥İ♥

OnE DiReCtIoN_ZAYN

  • 14 iyun 2014 23:11
  • Məqalə: 5
  • Şərh: 4445
  • Bal:
{awards}
tewekkurler

--------------------

my angel__

  • 14 iyun 2014 23:09
  • Məqalə: 291
  • Şərh: 10843
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
Səndən sonra içimdə yoxdur qorxu. Çünki səni itirmək idi ən pis qorxulu duyğu.. #17

Diamond Lady

  • 14 iyun 2014 22:34
  • Məqalə: 20
  • Şərh: 1626
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
aysel mamedova

LEMAN123

  • 14 iyun 2014 22:17
  • Məqalə: 7
  • Şərh: 1622
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..

PércyDarkMoon

  • 14 iyun 2014 22:14
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN bidenem

--------------------

♔ Rapuиzel ♔

  • 14 iyun 2014 21:12
  • Məqalə: 333
  • Şərh: 7076
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

ヅ Bad Girl ヅ

  • 14 iyun 2014 21:09
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Tesekurler

--------------------

Sessiz Melodiya

  • 14 iyun 2014 21:03
  • Məqalə: 44
  • Şərh: 6866
  • Bal:
{awards}
tesekkkkkurlerrr

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

ღNəmLi kiprikღ

  • 14 iyun 2014 20:52
  • Məqalə: 235
  • Şərh: 7674
  • Bal:
{awards}
Twkler serhlere gore...

SlatkiY Problemchik

  • 14 iyun 2014 20:45
  • Məqalə: 4
  • Şərh: 799
  • Bal:
{awards}
cox sagol meqaleye gore

--------------------
Знаешь ли ты любовь рыб, они не могут дотронуться до др друга, а всегда чуствуют любовь в своих сердцах. И я щас не могу дотронуться до тебя, потому что ты всегда в сердце моём.

LeLLi

  • 14 iyun 2014 20:41
  • Məqalə: 166
  • Şərh: 3223
  • Bal:
{awards}
Allah razi olsun...Cox sagolun

--------------------

ヅ Bad Girl ヅ

  • 14 iyun 2014 20:31
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
ILK WERH MENEN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 56
Cəmi: 81

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 157
 
ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
NIGAR
Xəbərləri: 49
Cəmi: 793
 
lamiye_2001
Xəbərləri: 34
Cəmi: 37
 
♔Hе важно∞
Xəbərləri: 32
Cəmi: 244
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 508
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}