Azərbaycanın "Eurovision-2011" təmsilçisi seçildi

 
Azərbaycanın "Eurovision-2011" təmsilçisi seçildi



Bu gün Akademik Milli Dram Teatrında İTV-nin canlı yayımı ilə "Eurovision-2011"in milli seçim turu çərçivəsində final gecəsi keçirildi. Azərbaycanı "Eurovision-2011" mahnı müsabiqəsində təmsil etmək üçün beş finalçı - Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova çıxış edib öz imkanlarını göstərdilər. İfaçıların hər biri 4 mahnıdan ibarət xüsusi repertuarla çıxış etdilər. Bir dəfə Azərbaycan, üç dəfə ingilis dilində mahnılar səsləndirdilər.

Üç saatlıq konsert proqramında finalçılarla yanaşı, Bakıda qonaq olan “Eurovision” ulduzları da Azərbaycan tamaşaçılarının görüşünə gəldi. Bu axşamkı şouda Azərbaycanın “Eurovision-2010” təmsilçisi Safura Əlizadə, Gürcüstan təmsilçisi Sofia Nijaradze, San Marinonun “Eurovision-2011”də təmsil edəcək nümayəndəsi Senit, İsveçrənin “Eurovision-2011”-dəki nümayəndəsi Anna Rossinelli və digər qonaqlar öz ifalarını təqdim etdilər.

Finalçıların çıxışları başa çatdıqdan sonra münsiflər heyətinin üzvləri qalibi müəyyən etmək üçün məşvərətə getdilər. Münsiflərin qərarı tamaşaçıları və finalçıları xeyli intizarda saxladı. Fasilə dövründə müxtəlif ölkələrin "Eurovision" təmsilçilərinin klipləri yayımlandı. Nəhayət, uzun sürən məsləhətləşmələrdən sonra Azərbaycanı "Eurovision - 2011"də təmsil edəcək nümayəndənin adı açıqlandı - Eldar Qasımov və Nigar Camal!

Qalib münsiflər heyətinin ümumi qərarı əsasında müəyyən edildi. Münsiflərin qərarını açıqlayan İsmayıl Ömərov bildirdi ki, onlar ən ədalətli, düzgün qərar seçiblər: "Münsiflərə qərar vermək həqiqətən çox çətindir. Əslində biz bilirik kim güclüdür, amma yenə də çalışırıq elə seçim edək ki, iştirakçıların xətrinə dəyməyək. Amma biz sonda ən ədalətli, ən ideal bir qərara gəldik. Eldar Qasımov və Nigar Camal!".

Eldar Qasımov 1989-cu ildə Bakıda anadan olub. 1995-2006-cı illərdə 160 saylı məktəbdə oxuyub. 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbində fortepiano sinfində musiqi təhsili alıb. 2008-ci ildə Almaniyada olarkən vokal dərsləri alıb. Almanca sərbəst danışır. 2006-2010- cı ildə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. Hazırda həmin universitetin magistratura pilləsində təhsilini davam etdirir. Çox kiçik yaşlarından mahnı oxumağa başlayıb, Azərbaycan və Rusiyanın müxtəlif şəhərlərində təşkil olunmuş konsert proqramlarında iştirak edib.

Nigar Camal - 1980-ci ildə Bakıda doğulub. 1985-1986-cı illərdə uşaq ansamblının solisti olub. 1988-1995-ci illərdə musiqi məktəbində təhsil aldığı müddətdə bir neçə mahnı da bəstələyib. 1996-cı ildə “Pöhrə” musiqi yarışmasında diplomla təltif olunub. 2005-ci ildən Londonda yaşayır. RnB, Soul, Pop janrlarında mahnılar ifa edir.

Qeyd edək ki, milli final konserti Azərbaycanın İctimai Televiziyası ilə yanaşı, Eurovision TV, TRT və Gürcüstanın İctimai Televiziyası ilə də canlı yayımlanırdı.

"Eurovision-2011" mahnı müsabiqəsi bu ilin may ayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.

Təmsilçilərimizə bu müsabiqədə uğurlar və ölkəmizə birincilik qazandırmalarını arzu edirik!


Geri dön

_RONALDO_

  • 10 mart 2011 23:56
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
tewekkurler

--------------------

::..ONSLAUGHT::..

  • 15 fevral 2011 20:06
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk..........

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Lexikon

  • 15 fevral 2011 03:20
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekurler

,,kepenek,,

  • 13 fevral 2011 23:13
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
eldarin cox yaxsi sesi var ancaq NIgarin sesi yoxdu ikisine de ugurlar

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

::..ONSLAUGHT::..

  • 13 fevral 2011 20:35
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 12 fevral 2011 20:48
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
winked winked winked

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

MiYasKa KrEoZi

  • 12 fevral 2011 19:07
  • Məqalə: 35
  • Şərh: 699
  • Bal:
{awards}
heR 2Si uReyimCe oLdu LayiqDirLerr winked uGuRLarrr... love love love

--------------------

Lindo

  • 12 fevral 2011 19:03
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
layiq olub olmadiqlarini bilmirem bu il Eurovisonu izlemedim. amma yene de ugurlar
twk

Emin77777

  • 12 fevral 2011 17:44
  • Məqalə: 3
  • Şərh: 15
  • Bal:
{awards}
Uqurlar olsun

single lady

  • 12 fevral 2011 17:38
  • Məqalə: 0
  • Şərh: 270
  • Bal:
{awards}
Heyif eger bu il bunlar getdise 1-ciliyi yuxumuzda gorerik yeqin.Ilhame layiq idi

Nur_Ay

  • 12 fevral 2011 16:53
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
LAYIQDIRLER.UGURLAAAAR

--------------------

only-girl

  • 12 fevral 2011 15:09
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Təşəkkür

--------------------

Ulya

  • 12 fevral 2011 14:41
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
he yaxsi oxuyur iksi de.ugurlar

nilayka

  • 12 fevral 2011 14:36
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkkur insallah 1-ci olariq

--------------------

Black_eagle

  • 12 fevral 2011 14:33
  • Məqalə: 5
  • Şərh: 93
  • Bal:
{awards}
Inwallah gelen il "Eurovision" musiqi yariwmasi Azerbaycanda keciriler...

--------------------
I keep waiting here by the phone with your pictures hanging on the wall

-=EFSANE-XANIM=-

  • 12 fevral 2011 14:31
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
INANMIRAM BUNLAR YER TUTA. EN YAXWISI 10 OLARLAR.HEC 10LUGA DA DUWMEYECEKLER

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

heyasiz204

  • 12 fevral 2011 14:20
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
XEBERE GORE TEWEKKUR INANIRANMI OLKEMIZI LAIYIQINCE TEMSIL EDECEKLER wink

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

_DENIZKA_

  • 12 fevral 2011 14:20
  • Məqalə: 25
  • Şərh: 241
  • Bal:
{awards}
twk winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 39
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}