İnsanın yaranması prosesi

 
İnsanın yaranması prosesi


Hər bir ana, bətnində körpəsini gəzdirərkən onun hamiləliyin müxtəlif periodlarında necə olması, hansı inkişaf mərhələsinə çatmasını çox düşünür. Ümumiyyətlə bətndaxili dövrdə 3 trimestr ayırd edilir. Hər bir trimestrdə döldə sadədən mürəkkəbə doğru inkişaf gedir. Əgər siz-gələcək analar körpənizdə hal-hazırda hansı dəyişikliklər getdiyini bilmək istəyirsinizsə bu sxem əsl sizin üçündür.

1-TRİMESTR

Hamiləliyin 1-2-ci həftəsi.
- Mayalanma baş verir.
- Mayalanmış yumurtahüceyrə 3 sutka uşaqlıq boşluğuna doğru irəliləyir.
- Uşaqlıq boşluğunda keçən növbəti 3 sutkadan sonra rüşeym implantasiya edir.
- Rüşeym xüsusi hormon-xorionqonadotropin (XQ) hazırlayır.
- Rüşeymdənkənar üzvlər-xorion, amnion, sarı cisim kisəsi inkişaf edir.

Hamiləliyin 3-4-cü həftəsi.
- Embrionun 21-ci günü formalaşmış ürək artıq döyünməyə başlayır.
- Yumurtahüceyrə və spermatozoidlərə başlanğıc verən hüceyrələr əmələ gəlir.
- Gələcək körpənin başı formalaşır.
- Qaraciyər, mədəaltı vəzinin rüşeymi əmələ gəlir.
- Yuxarı tənəffüs yolları-qırtlaq və traxeyanın mayası qoyulur.
- Əl və ayaqların mayası formalaşır.
- Beyin və onurğa sütunu formalaşır.
- Embrionda göz yarıqları əmələ gəlir.
- Embrion 4 mm ölçüdə olur və formasına görə qulaq seyvanına bənzəyir.

Hamiləliyin 5-6-cı həftəsi.
- Embrion 7-11 mm uzunluqdadır.
- Nazik bağırsaq, döş sümüyü və oynaqlar formalaşır.
- Gözlər, burun, alt və üst çənə əmələ gəlir.
- Timus-çəngələbənzər vəzi artıq vardır.
- Ürək artıq 4 hissədən ibarətdir.
- Əllərdə və ayaqlarda barmaqlar formalaşır.
- Baş beynin və sinir sisteminin intensiv inkişafı ilə əlaqədar olaraq reflektor aktivlik artır.
- Gözlər, qulaqlar görünməyə başlayır, ağciyər, mədə və qaraciyər formalaşır

Hamiləliyin 7-8-ci həftəsi.
-Embrion 12.5 mm ölçüdədir, çəkisi isə cəmi 1 q-dır.
-Beyincik formalaşır və böyrəküstü vəzinin beyin maddəsinin mayası qoyulur.
-Tam formalaşmamasına baxmayaraq dölün bədəninin vacib hissələri təyin edilir.
-Gözlər, qulaqlar, əl və ayaqlar artıq yaxşı görünməyə başlayır.
-Dölün əzələ və skeletinin formalaşması davam edir.
-Beyin differensasiyaya uğrayır, sinir sistemi daha da mürəkkəbləşir

Hamiləliyin 9-10-cu həftəsi.
- Əl və ayaq barmaqlarında artıq dırnaqlar da təyin edilir, əzələ və bağ aparatının inkişafı davam edir.
- Üzün quruluşu təkmilləşmişdir, gözlərin inkişafı sona çatmışdır.
- Beyin yarımkürələri artıq formalaşmışdır.
- Gözün buynuz qişasının formalaşması isə hələ də davam edir.
- Xüsusi stetoskop vasitəsilə dölün ürəkdöyüntüsü eşidilə bilər
- Ana hiss etməsə də embrion artıq hərəkətə başlayıb, lakin beyincik hələ yetişmədiyindən bu hərəkətlər xaotikdir.

Hamiləliyin 11-12-ci həftəsi.
- Döl 13-15 mm uzunluqdadır.
- Ürək, qaraciyər, böyrək, immun və endokrin sistemin formalaşması hələ də davam edir.
- Formalaşmış əzələlər dölün hərəkətinə təkan verir.
- Artıq bu dövrdə körpənin cinsiyyətini təyin etmək mümkündür.
- Körpədə udma aktı meydana gəlir, böyrəklər sidik əmələ gətirir və onu dölyanı mayeyə ifraz edir, sümük daxilində qan əmələ gəlir.

2-TRİMESTR

Hamiləliyin 13-14-cü həftəsi.
- Ürək sutkada 23 litr qan vurur.
- Baş, əllər, ayaqlar formalaşmış vəziyyətdədir və kiçik insanı xatırladır.
- Dölün dərisi nazik və şəffafdır.
- Baş tüklənməyə başlayır.
- Döl daha da aktiv hərəkətlər icra edir

Hamiləliyin 15-16-cı həftəsi.
- Plasentanın formalaşması başa çatmışdır.
- Dölün dərisi çəhrayıdır, qulaqları yaxşı görünür.
- Dölün üzü və bədənin digər hissələri aydın şəkildə ayırd edilir.
- Döl gözlərini qırpa, ağzını aça və əllərini bükə bilir.
- Dölün bətndə aktiv hərəkəti davam edir

Hamiləliyin 17-18-ci həftəsi.
- Bütün orqanlar formalaşıb və böyüməyə davam edirlər.
- İmmun sistemin formalaşması başa çatmışdır, interferon və immunoqlobulinlər sintez edilir.
- Dölün dərisində qoruyucu təbəqə əmələ gəlmişdir.
- Falanqalarda naxışlar formalaşır və sonralar barmaq izlərinin fərdiliyini təmin edir.
- Tənəffüs hərəkətləri meydana gəlsə də, onlar ağciyər tənəffüsü üçün yetərli deyillər.
- Bu vaxtdan etibarən ana dölün tərpənişini hiss edir.
- Dölün uzunluğu 20.5 sm, çəkisi isə 200q-dır

Hamiləliyin 19-20-ci həftəsi.
- Başın və bədənin müəyyən nahiyələrində tüklər vardır. Bu tüklər lanuqo adlanır.
- Döl barmaqlarını əmir və daha da hərəkətlidir.
- Daimi dişlərin mayası qoyulur.
- Bu mərhələdə baş beynin sürətli inkişafı gedir.
- Stetoskop vasitəsilə ürəkdöyünmələr yaxşı eşidilir.
- Böyrəklərin işləməsi davam edir.
- Dölün çəkisi 230-290 q-dır, lakin bu müddətdə körpənin dünyaya gəlməsi baş verərsə, onun yaşama ehtimalı çox azdır.

Hamiləliyin 21-22-ci həftəsi.
- Qulaq sümükləri formalaşır və səskeçirmə qabiliyyəti meydana çıxır.
- Körpə ananın nəfəsini, səsini və ürəkdöyünməsini eşidir.
- Bu period, dölün çəkisinin artmasının ən intensiv dövrü hesab olunur.
- Dölün uzunluğu 30 sm, çəkisi 350-400 q-dır
- Ağciyərlər o səviyyədə formalaşır ki, artıq döl bətnxarici mühitdə, intensiv terapiya nəzarəti altında yaşaya bilər.

3-TRİMESTR.

Hamiləliyin 23-24-cü həftəsi.
- Bağırsaqlarda ilk nəcis-mekoniy əmələ gəlib.
- Döl nəinki xarici, o cümlədən uşaqlıqdaxili səslərə də həssasdır.
- Reflektor hərəkətlər aktivləşir, bədənin ümumi hərəkəti isə güclənir.
- Ağciyərlərdə surfaktant hazırlanır, alveolları bürüyür.
- Döl artıq yata və oyana bilir.
- Dəri qırmızılaşır, qırışıqlarla və tüklərlə zənginləşir.
- Bu dövrdə doğulan hər 10 körpədən 8-i intensiv terapiya nəzarəti altında yaşama qabiliyyətinə malik olur.

Hamiləliyin 25-26-cı həftəsi.
- Dölün hipofizi artıq adrenokortikotrop hormonu sintez edir.
- Dərialtında piy toxuması toplanmağa davam edir.
- Ağız və dodaqlar daha da həssas olurlar.
- Gözlər yarımaçıq vəziyyət alır və işığı qəbul edə bilir.
- Dölün çəkisi 700-750 q-dır.
- Bu dövrdə doğulan hər 10 körpədən 9-u yaşayır

Hamiləliyin 27-28-ci həftəsi.
- Ağciyərlər artıq adi hava ilə tənəffüs edə bilərlər.
- MSS-i tərəfindən ritmik tənəffüs və bədən temperaturunun tənzimi nəzarət altında olur.
- Dölün boyu 35 sm, çəkisi 1000 q-dır.
- Bu dövrdə doğulan uşaqların demək olar ki hamısı yaşama qabiliyyətli olurlar
- Körpə gözlərini yumub-açır, barmaqlarını əmir, xarici səslərə cavab reaksiyası verir, hətta gülümsəyir və ağlayır.

Hamiləliyin 29-30-cu həftəsi.
- Körpə dölyanı mayeyə 0.5 litr sidik ifraz edir.
- Dəri qalınlaşır və çəhrayılaşır.
- Beynin sinir hüceyrələri arasında kontakt daha da artır.
- Təqribən bu müddətdən sonra dölün ölçüsü və çəkisi daha da artır (Çəki 1200-1300 q olur).
- Doğulan uşaqların hamısı yaşayır (Tibb işçilərinin nəzarəti altında)

Hamiləliyin 31-32-ci həftəsi.
- Qulaqlar öz formasını alır.
- Göz qapaqları tamamilə yumulub-açılır.
- Körpənin dərisi yumşaq və çəhrayıdır.
- Körpə işıq və qaranlıq hissiyyatı ilə artıq tanışdır.
- Körpənin çəkisi 1500-1800 q, uzunluğu 37-39 sm-dir.
- Doğulan uşaqların hamısı yaşayı (Tibb işçilərinin nəzarəti altında)

Hamiləliyin 33-34-cü həftəsi.
- Başın tükləri yumşaq olur,dəri pendirəbənzər yaxma ilə örtülüdür.
- Qulaq seyvanları düzlənməyə başlayır.
- Körpə oğlandırsa yumurtalar xayalığa düşür.
- Əzələlərin tonusu artır, uşaq başını döndərir və qaldırır.
- Uşağın çəkisi 1800-2100 q, boyu 40-42 sm-dir və yaşama qabiliyyətli olurlar

1-ci proses

İnsanın yaranması prosesi

2-ci proses

İnsanın yaranması prosesi

3-cü proses

İnsanın yaranması prosesi

4-cü proses

İnsanın yaranması prosesi

5-ci proses

İnsanın yaranması prosesi

6-cı proses

İnsanın yaranması prosesi

7-ci proses

İnsanın yaranması prosesi


Geri dön

NELLY19

  • 4 iyul 2011 13:54
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
tesekkurlerrrrrrrrrrrrrrrrrrr xebere gore

RRRR

  • 16 aprel 2011 11:51
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
maraqli idi.cox sagolun winked

::..ONSLAUGHT::..

  • 4 aprel 2011 17:39
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
maraqlidi twk

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 4 mart 2011 13:42
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
maraqlidi twk

--------------------

YazYamuru

  • 1 mart 2011 01:14
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Sitat: GLAMOUR_97

susmaq verilmesi gereken
en zor cevaplardan biridir
konusan kolay olandir
ben sustum
isteyen konussun....!

wink

--------------------



GlamouR_

  • 25 fevral 2011 23:27
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
susmaq verilmesi gereken
en zor cevaplardan biridir
konusan kolay olandir
ben sustum
isteyen konussun....! love

--------------------

Nur_Ay

  • 25 fevral 2011 23:06
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
TWK CHOOOX MARAQLI XEBERDI...

--------------------

imaməli

  • 17 fevral 2011 08:47
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
what vhat

::..ONSLAUGHT::..

  • 16 fevral 2011 21:02
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk,.,.,.,.,.,.,.,.,.,.,.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 15 fevral 2011 20:04
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk........

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

nice_87

  • 14 fevral 2011 09:04
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
her bir qiza oz sevdiyinen hamile olmagi vwe ana olmagi arzulayiiram

Su Perisi

  • 13 fevral 2011 23:22
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
təşəkkürlər cox sagol.

--------------------

,,kepenek,,

  • 13 fevral 2011 23:15
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
tesekkurler

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

Ulya

  • 12 fevral 2011 20:19
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox maraqlidi

AYLIN040

  • 12 fevral 2011 19:00
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
{awards}
maraqidi cox sagolun

--------------------
HEYAT SENI GULDURENDE GULURSEN,HUNERIN VAR AGLADANDA GUL GORUM!

::..ONSLAUGHT::..

  • 12 fevral 2011 18:55
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
cdox sagol

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

heyasiz204

  • 12 fevral 2011 18:09
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
tewekkur wink

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

only-girl

  • 12 fevral 2011 17:27
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
-Ureyim Bulandi wink

--------------------

dansoz

  • 12 fevral 2011 17:20
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
cooox mayaqyi idi coooox saq olun. winked

Kisa_Kiss

  • 12 fevral 2011 16:50
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
wink wink

--------------------

Doktor

  • 12 fevral 2011 16:32
  • Məqalə: 9
  • Şərh: 695
  • Bal:
{awards}
çox maraqlı xəbər idi çox sağol

--------------------

nilayka

  • 12 fevral 2011 15:24
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkur

--------------------

only-girl

  • 12 fevral 2011 15:19
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Təşəkkür

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 35
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 540
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}