Qurani-kərimin vahid bir kitab şəklində tərtibi

 
Qurani-kərimin vahid bir kitab şəklində tərtibi

Peyğəmbər əleyhissəlamın bir çox yaxın əshabəsi Qurani-kərimi əzbər bilər, hər hansı bir ayənin nazil olma səbəbini, hökmünü, dəqiq mənasını ondan soruşub öyrənərdilər. Müxtəlif ərəb qəbilələrinə mənsub olan bu əshabələrin hər biri mətni sabit saxlamaq şərtilə Allah kəlamını öz ləhcəsinə müvafiq surətdə oxuyardı. Bu zaman qiraətdə müəyyən fərqlər əmələ gələrdi. Məhəmməd əleyhissəlamın özü buna izn verərək belə demişdi: “Quran yeddi ləhcədə nazil olmuşdur. Sizin üçün hansı ləhcədə mümkündürsə, həmin ləhcədə də oxuyun!” Lakin Peyğəmbərin vəfatından sonra vəziyyət dəyişməyə başladı. Quranın qiraətindəki sövti fərqlər bəzən ləfzi fərqlərə gətirib çıxardır, bəzi sözlərin yaxın və ya oxşar səs tərkibli başqa sözlərlə əvəz edilməsinə səbəb olurdu. Quranı əzbər bilən əshabələrdən hər biri öz qiraət variantını düzgün hesab edir, Allah kəlamının məhz bu cür nazil olduğunu iddia edirdi. Nəticədə, Quranın necə oxunması barədə böyük şəhərlərdə mübahisələr başlandı, müsəlman icmasının müxtəlif firqələrə bölünməsi, müqqəddəs kitabın təhrif olunması təhlükəsi yarandı. Ümmətin ağıllı başçıları bu barədə düşünməyə, yaranmış vəziyyətdən çıxış yolu axtarmağa məcbur oldular.

Qurani-kərimin vahid bir kitab şəklində tərtibinə ilk dəfə Yəmamədə baş verən bir vuruşda Allah kəlamını əzbər bilən yetmişə qədər əshabə şəhid olduqdan sonra Ömərin təşəbbüsü ilə Əbu Bəkrin xəlifəliyi zamanında başlanmış, sonra bu iş Osmanın xəlifəliyi dövründə davam etdirilmişdi. Əbu Bəkr həmin işi Peyğəmbər əleyhissəlama əsas vəhy katiblərindən biri olan Zeyd ibn Sabit başda olmaqla Quranı əzbər bilən bir neçə yaxın əshabəyə tapşırmışdı. Onlar Peyğəmbər əleyhissəlam dövründə dəri, sümük, daş və xurma ağacının qabıqları üzərində yazılmış, həmçinin bir çox əshabənin hafizəsinə həkk olunmuş ayələrin hər birini Allah kəlamını əzbər bilən iki mötəbər şəxsin şahidliyi ilə qeydə aldıqdan sonra bunları cild halına saldılar. Tərtib edilmiş nüsxə əvvəlcə Əbu Bəkrin, sonra isə Ömərin yanında saxlanırdı. Ömər vəfat edərkən həmin nüsxənin öz qızında – Peyğəmbərin zövcələrindən biri olan Həfsədə qalmasını vəsiyyət etmişdi.

Tarixi qaynaqlar Quran nüsxələrinin eyni zamanda Əli əleyhissəlam, Peyğəmbərin digər yaxın əshabələri Übeyy ibn Kəb, Abdullah ibn Məsud, Miqdad və Əbu Musa əl-Əşəri tərəfindən yazıldığını da xəbər verir.

Xəlifə Osmanı isə yenidən bu işə sövq edən aşağıdakı hadisə olmuşdu. Məşhur sərkərdə Hüzeyfə bin əl-Yəman hicrətin 35-ci ilində suriyalı və iraqlı əsgərlərdən ibarət ordunun başında Azərbaycanda döyüşən zaman şamlılar Übeyy ibn Kəbin, kufəlilər Abdullah ibn Məsudun, bəsrəlilər isə Əbu Musa əl-Əşərinin tərtib etdiyi Quranı oxuyur, hərə öz nüsxəsinin, öz qiraətinin düzgün olduğunu iddia edirdi. Hüzeyfə Mədinəyə qayıtdıqdan sonra Azərbaycanda baş vermiş hadisəni Osmana danışıb, bu sahədə təcili bir iş görməyin vacib olduğunu ona demişdi. Xəlifə Osman özü də həmin fərqləri hiss etmişdi. Çünki Mədinə qarelərinin öz aralarında belə Quranın qiraəti barəsində bəzən Allah kəlamının təhrif olunmasına gətirib çıxarda bilən fikir ixtilafı var idi. Buna görə də Osman Məhəmməd Peyğəmbərin yanında katiblik edən məşhur əshabələri bir yerə yığıb Əbu Bəkrin xəlifəliyi zamanında tərtib edilmiş Quranı onlara vermiş, oradakı ayələri yenidən nəzərdən keçirib dəqiq düzəlişlərlə vahid bir mətn tərtib etməyi tapşırmışdı. Bir müddətdən sonra Zeyd ibn Sabitin başçılıq etdiyi bu işçi heyət Allah kəlamının vahid mətnini tərtib etdi. Osman həmin mətnini dört, yaxud altı nüsxədə yazdırıb, birini Mədinədə saxladı, digərlərini Şam, Kufə və Bəsrəyə göndərdi. Qalan bütün nüsxələr isə yığılıb yandırıldı. Belliklə, islam aləmində Qurani-kərimin bu gün əlimizdə olan vahid mətni qaldı.
V.M.Məmmədəliyev


Geri dön

music_angel

  • 4 sentyabr 2011 16:39
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

::..ONSLAUGHT::..

  • 16 fevral 2011 20:49
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk,.,.,.,.,.,.,.,.,.,.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 15 fevral 2011 19:47
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk.............

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

CandyGirl

  • 13 fevral 2011 18:00
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
melumat ucun tesekkur

--------------------

only-girl

  • 13 fevral 2011 10:04
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
TWK ELLEZRINE SAGLIG

--------------------

huseyn12

  • 13 fevral 2011 08:46
  • Məqalə: 59
  • Şərh: 202
  • Bal:
{awards}
Quran müsəlmanlara ALLAH tərəfindən Peyğəmbərimizə (s.ə.s.) göndərilib. Müsəlman olaraq Quran haqda bilməyimiz vacibdi.
Təşəkkür edirəm.

--------------------
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsib et.

kukla_2019

  • 13 fevral 2011 02:28
  • Məqalə: 20
  • Şərh: 349
  • Bal:
{awards}
twk
Muselman dinine boyuk hormetim var.

фея

  • 13 fevral 2011 00:41
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
AXIRACAN OXUDUM COX SAQOL

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Ulya

  • 13 fevral 2011 00:08
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 27

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}