Zarafatın mənfi təsir qoyduğu haqda nəql olunmuş rəvayətlər

 
Zarafatın mənfi təsir qoyduğu haqda nəql olunmuş rəvayətlər

Həzrət Peyğəmbər (s) Әli (ə)-a tövsiyə edərək buyurur:
«Ey Әli! Zarafat etmə ki, bununla öz dəyərini itirmiş olarsan. Yalan danışma ki, bununla iman nurun aradan getmiş olar».
Həzrət Әli (ə) buyurur:
«Yalan və zarafatı, həmçinin haqlı olsa belə, mübahisəni tərk etməyincə insan xalis imana nail ola bilmir».
«Zarafat öz arxasınca kin-küdurət gətirir.
«Hər şeyin bir kökü vardır. Әdavət və düşmənçiliyin də kökü zarafatdır».
«Heybət və vüqara xələl gətirən şey zarafatdır».
«İnsan zarafat etməklə kiçilir».
İmam Sadiq (ə) buyurur:
«Zarafat etməyin ki, camaat da cürət edib sizə qarşı hörmətsizlik etməsin».
İmam Sadiq (ə) buyurur:
«Zarafat etməkdən çəkinin. Çünki, zarafat kişilərin mənlik və şəxsiyyətinə xələl gətirir».
İmam Sadiq (ə) öz səhabələrindən birinə nəsihət verərək buyurmuşdur:
«Hər şeydən əvvəl sənə təqvalı olmağı və zarafat etməkdən çəkinməyi tövsiyə edirəm. Çünki, zarafat şəxsiyyətinə xələl gətirir».
Nəql olunmuş rəvayətlərdən belə bir nəticəyə gəlmək olur ki, zarafat islam nöqteyi-nəzərindən nisbi (yəni, zaman və məkan baxımından heç də sabit olmayan) bir rəftar tərzidir.
Bir sözlə, islam möminlərə bütün ömürlərini zarafat və deyib-gülməklə keçirmələrini, habelə başqalarının könlünü almaq xatirinə görülən bütün işləri qətiyyətlə pisləyir və eyni zamanda yaşadığı cəmiyyətdə ünsiyyətdə olduğu şəxslərlə səmimi rəftar etmələrini və onlarla gülər üzlə davranmağı tövsiyə edir.
Yəni, zarafat edərkən ifrata varmamalı və xoşagəlməz sözlər deməklə başqalarının qəlblərini qırmamalıdır. Bütün bunlarla yanaşı, haqdan uzaq düşərək yalan və iftiraya da yol verməməlidir.
Buradan artıq, eyni məzmunda nəql olunmuş rəvayətlərin iki hissəyə bölündüyü məlum olur. Onlardan birində ifrata varıldıqda zarafatın verdiyi mənfi nəticələr, digərində isə həddi aşmadan səmimiyyətin artması üçün edilən münasib zarafatlar nəzərdə tutulur. Peyğəmbər (s) bu haqda buyurur:
«Çox zarafat etmək insanın şəxsiyyətinə xələl gətirir».
Әli (ə) buyurur:
«Çox zarafat etmək, insanın şəxsiyyət və dəyərini aşağı salır».
«Çox zarafat etmək insanın şəxsiyyətinə xələl gətirməklə yanaşı düşmənçiliyə də səbəb olur».
«Çox zarafat edən şəxsin vüqar və əzəməti azalar».
Demək, insanların təqva və şəxsiyyətinə xələl gətirməyəcəyi təqdirdə, dostluq və səmimiyyətin artması üçün zarafat etməyin heç bir irad və nöqsanı yoxdur.
Peyğəmbər (s) və Məsum imamların (ə) həyat və sünnəsi bizlərə onların hansı şəraitdə, necə və kimlərlə zarafat etdikləri haqda kifayət qədər məlumatlar əldə etməyə imkan verir. Dərsin əvvəlində Peyğəmbərdən (s) nəql olunmuş bir hədis qeyd etmişdik. Orada deyilirdi:
«Mən zarafat edirəm, lakin həqiqətdən başqa bir şey söyləmirəm».
Peyğəmbərin (s) zarafat etməsi haqda nəql olunmuş rəvayətlərin bir neçəsinə diqqət yetirin:
«Bir gün bir ağbirçək qadın Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) onu görçək buyurur: Qoca qadınlar cənnətə getməyəcəklər. Qadın bunu eşitcək ağlamağa başlayır. Peyğəmbər (s) gülümsəyərək buyurur: Sən cənnətə daxil olarkən qoca olmayacaqsan. (Peyğəmbər (s) bunu demək istəmişdir ki, cənnət əhli cavan yaşlarında olacaqlar.) Sonra o həzrət bu ayəni oxudu:
«Şübhəsiz ki, Biz cənnət qadınlarını başaq cür [yeni bir yaradılışla] yaradacağıq!
Onları bakirə qızlar [kimi] yaradacağıq».
Başqa bir rəvayətdə deyilir :
«Ümmü Әymən adlı bir qadın Peyğəmbərin (s) yanına gəlib deyir: Әrimin sizinlə işi vardır. Peyğəmbər (s) soruşur: Sənin ərin gözündə ağ olan həmin şəxsdirmi? (Ümmi Әymən belə güman edir ki, Peyğəmbər (s) göz xəstəliyi olan mirvari suyunu deyir.) Bunun üçün də deyir: Xeyr! And olsun Allaha onun gözündə ağlıq yoxdur. Peyğəmbər (s) bir daha buyurur: Amma onun gözündə ağlıq vardır.
Ümmi Әymən deyir: Xeyr! And olsun Allaha!
Peyğəmbər (s) təbəssüm edərək buyurur:
Elə bir insan yoxdur ki, gözünün ağı olmasın.»
Digər bir rəvayətdə deyilir:
«Bir çöl ərəbi vaxtaşırı Peyğəmbərin (s) yanına gələr və onun üçün hədiyyələr gətirərdi. Lakin Peyğəmbərdən (s) gətirdiyi hədiyyələrin pulunu istəyərdi. Həmin şəxs hər dəfə hədiyyələrin pulunu istəyəndə Peyğəmbəri (s) gülmək tutardı. Bunun üçün də qəmgin olduğu vaxt buyurardı:
Kaş, həmin çöl ərəbi bir də gələydi.»
Başqa bir əhvalatda deyilir:
«Bir şəxs Peyğəmbərdən (s) onu dəvəyə mindirməsini xahiş edir. Peyğəmbər (s) buyurur:
Mən səni dəvənin balasına mindirəcəyəm. Həmin şəxs təəccüblə deyir: Dəvə balasının ki, mənə gücü çatmaz. Peyğəmbər (s) buyurur:
Hər bir dəvə başqa bir dəvənin balası deyilmi?»
Bu hədislər və Məsum imamların etdikləri zarafatlar haqda nəql olunmuş rəvayətlərin məzmununa nəzər saldıqda bu həqiqətin şahidi oluruq ki, onların etdikləri zarafatlar olduqca qısa və məhdud olmuş və orada yalan, qeybət və iftiraya yol verilməmişdir.


Ehliwie-samux.tr.gg


Geri dön

sevinckaa

  • 10 iyul 2014 11:40
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
meqale ucun tesekurler

--------------------
I am happy

PoZitiV Kaa=)

  • 3 iyul 2014 22:09
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk

--------------------

classic_guiter_girl

  • 3 iyul 2014 16:47
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
Allah razi olsun

_favorit_arkadas

  • 2 iyul 2014 17:27
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------

Yokka_

  • 1 iyul 2014 23:52
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
allah razi olsun

PoZitiV Kaa=)

  • 1 iyul 2014 20:55
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

Payız qoxulu

  • 1 iyul 2014 17:19
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Wiyinimmm

  • 1 iyul 2014 02:14
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
tēຟēkkนrlēr

--------------------

Sessiz Melodiya

  • 26 iyun 2014 02:01
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

NikaLYa

  • 25 iyun 2014 22:50
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Xanim Zehra

  • 24 iyun 2014 17:53
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
ALLAH razi olsun

Mr.LegenD

  • 24 iyun 2014 01:21
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
Tewekkurler

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

Sessiz Melodiya

  • 23 iyun 2014 23:35
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
Meqaleye gore twk

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

PoZitiV Kaa=)

  • 23 iyun 2014 23:33
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk

--------------------

^^FiDaNKa^^

  • 23 iyun 2014 23:22
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
Allah razi olsun

ヅ Bad Girl ヅ

  • 23 iyun 2014 22:43
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

♔ Rapuиzel ♔

  • 23 iyun 2014 22:26
  • Məqalə: 333
  • Şərh: 7142
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

✰ღMouRnfuL GirLღ✰

  • 23 iyun 2014 21:13
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

2-ci kurs telebesi

PércyDarkMoon

  • 23 iyun 2014 20:58
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ruqiyye

  • 23 iyun 2014 20:50
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
tesekkur ....

--------------------
MEN HECKIMIN HECKESIYEM
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 46
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 442
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 28
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}