Virtual sevgi var?

 
Virtual sevgi var?

Virtual sevgiyə inanırsınız? sualını tv-də və radio kanallarında eşidəndə bu mənə mümkünsüz bir şey kimi gəlirdi. Necədə mən virtual sevə bilərəm? çox keçmədi çatda bir qızla tanış oldum. Zaman keçdikcə o qıza günü gündən bağlanmağa başlayırdım. 1 il danışıqlardan sonra artıq bir-birimizə qarşı sevgi hissi oyanmışdı. Söhbətdən sonra telefonla əlaqə saxlamağımız daha da bizi bir-birimizə bağlayırdı. Bir-birimizi ürəkdən sevirdik. Amma gəldi çatdı elə bir gün... Danışdım o qızın anası ilə. Anası ilə danışıqda anası mənə qızının bu sevgidən əziyyət çəkərək tez-tez ağladığını və sonda isə bir valideyn kimi qızına qarşı öz fikirlərinin olduğunu mənə bildirdi. Bundan sonra artıq o qızla əlaqələri tamamilə kəsmək məcburiyyətində qaldım. Bunu qızın özünə də eynilə bildirdim. Həmin günün axşamı o qızı çatda görəndə bu söhbətimizin sonuncu söhbət olacağını bilirdim və beləliklə də sonuncu danışığımızı bir yadigar olaraq çatdan bir word mətninə copy etdim...
Mən-> Salam, acıda olsa bu son danışığımızdır.
O Qız-> Salam, mən heç nə anlaya bilmirəm, sən məndən belə rahatlıqla əl çəkirsən?
Mən-> Anlamamalı heç nə yoxdur. Rahatlıqla səndən əl çəkdim çəkmədim fərqi nədir? Incimə sənin valideynlərinin sənə qarşı fikri başqa mənim valideynlərimin başqa.
O Qız-> Bəs sən məni heç vaxt atmayacaqdın?
Mən-> Mən səni heç zaman atmayacaqdım atmadım da. Amma məgər mənim istəyimləmi oldu ayrılmağımız :(
O Qız-> Mən indi necə yaşaya bilərəm, heç məni düşünmürsən sən?
Mən-> Bir müddətdən sonra mənə görə yaşamaq heç də sənə çətin gəlməyəcək, eynilədə mənə sənsiz (Belə danışığıma səbəb ayrılmağımızın ona çoxda çətin gəlməməsi olub)
O Qız-> Mən deyəndə ki siz oğlanlara nə var ki azad və rahatsınız mənə yox deyirdin sən. Başımı təmiz itirmişəm, mən nə etdim ki, sən belə edirsən.
Mən-> Məgər mən sənə, sənin nəsə etdiyini dedim..? Sənlik heçnə yoxdur...
O Qız-> Necə olacaq. Axı sən mənim birinci və axırıncım olmalı idin ya yox?
Mən-> Bilmirəm axırıncın olmalı idim ya yox hər halda bunu özün yaxşı bilərsən.
O Qız-> Bəs mənə niyə elə gözəl sözlər yazırdın sən? Deməli mən sənin üçün elə belə vaxt keçirmək üçün lazım olmuşam, bəs Allahdan qorxmursan sən? Məni aldatdığını düşünmürsən?
Mən-> Məgər o sözlərdə zərrə qədər olsa yalan var idi.. ? Bəlkə sənlə bərabər o sözləri başqasına da yollayırdım? Yox ancaq sənə həsr olunmuşdu. Həqiqətən o sözləri sənə yazınca haldan-hala düşürdüm daim səninlə çatda olan danışıqlarımız gözümün önündən keçirdi. Bilənlər bilir o çata girməyimin səbəbi səni görməyim olurdu. Bir daha olmayacaq. Səni aldatdığımı zənn edirsən, yer göy bildi səni sevməyimi sən bilmədin. Sənlə hərçənd heç bir dəfə olsun belə görüşməmişəm amma danışığından belə çıxır ki, səninlə bir yerdə olub sonra səni aldatmışam.
O Qız-> Mən çata gələcəm və başqaları ilə söhbət edəcəm bəs sən onda nə hisslər keçirəcəksən həəəə?
Mən-> Sənlə danışmaq üçün inan hər şeydən əl üzürdüm təki sənlə danışım. Məhz ona görə nə gəzintiyə nədə şənliklərə belə getmirdim ki, gəlib gözləyərsən olmaram deyə. Mənim hər şeyim sən idin, şənliyi ancaq sənlə danışmaqda görürdüm. Axşamın da tez gəlməyini səbirsizliklə gözləyirdim ki, indi sən çata daxil olacaqsan danışacağıq. Demək başqaları ilə söhbət edəcəksən. Yaxşı sevgiyə son qoyuruq-qoyuruq buna görə məni incitməyimi qərara aldın? Bu gündən etibarən başqaları ilə sənin söhbət etməyini görən deyiləm. Danış ürəyin istəyən kimi. Danış! Bir daha çalışacam gözünə dəyməyim, hərçənd səni çatda hamıdan üstün tutduğumu özündə görmüşdün!
O Qız-> Mən yuxuma belə, belə bir şeyin ola biləcəyini gətirməzdim Vallah. Sən mənim bircə dənəmsən. Məgər elə deyil?
Mən-> Gözəlim sən də mənim bir dənəmsən olacaqsan daima olmusan da. Bağışla canım bağışla sonu olmayan bir şeyi davam etmək lazım deyil. Canımsan mənim, heç zaman üzülmə nə mənə nə də başqasına görə. Sənin tək qıza üzülmək olmaz. Bir müddətdən sonra unudulacam. Anan demişkən bu yaşlarda olan sevgi təbiidir.

Və beləliklə o son söhbətimizlə də əlaqələrimiz tamamən kəsildi. Aradan 3 il keçir. O qızı hələ də sevirəm. Kim bilir, bəlkə də elə bir gün gələr həyat səni bu səhifəni açıb oxumağa vadar edər. Canım hər şeyim mənim, səni virtual həyatdan tapdım, səni mən sənə qovuşmaq üçün sevdim, sevib ayrılmağım üçün deyil. Bəlkə də sən bütün bu yazılarımı indi oxuyursan.. unutma ki, mən səni nə atar nə də tərk edərdim unutma səni ölüncəyə qədər də sevərdim, unutmamışam səni, ölüncəyə qədər də unutmayacam və sevəcəm...


Geri dön

Memmedzade_Mesume

  • 7 may 2011 11:50
  • Məqalə: 34
  • Şərh: 558
  • Bal:
Virtual Sevgi VAr!!!!!!!
xebere gore tsk edirem canim

--------------------
"HəYaT MəNiMSə əGəR HeçKiM QaRışa BiLMəZ
Və BiLiRəM ki HəR KəSLə DoST oLuNMaZ.
SeVGiYə GəLdiKDə BiR DəFə SeVdiM,
BiR DaHa işiM oLMaZ

_RONALDO_

  • 4 mart 2011 16:08
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
maraqlidi twk

--------------------

_RONALDO_

  • 27 fevral 2011 20:51
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Sitat: money and love
tewekkur edirem cox sagol


--------------------

_RONALDO_

  • 23 fevral 2011 15:21
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
maraqlidiye.amma bilirsiz sevgi umumiyyetle yalandir.o ki, qaldi virtual sevgi ondan hec vg=danismaqa deymez.tesekkurler

--------------------

Su Perisi

  • 21 fevral 2011 14:17
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

guzel90

  • 19 fevral 2011 10:46
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
Seni başa düşürəm.Virtual sevgi var.Sevenlərdə var.Mən də sevdim düzdü ayrıldıq amma bunun səbəbi vardı.Elə bizim də ayrılıq səbəbimiz bu oldu.Qorxaqlıq və cəsarətsizlik.Virtual sevən oğlanlar sevdiklərinin yanında sona qədər ola bilmir.Ayrıldiqdan sonra çox peşman olurlar.Gri qayıtmaq istədikdə geriyə yol olmur.Virtual və ya real sevginizin arxasında durun.Problemlərdən qorxub qaçmayın.Sevdiyiniz sizdən sadəcə sevgi gözləyir.Unutmayın onun sevgisinin,qayğısının yerini heç kim doldurmayacaqşAmma bunu siz gec çox gec başa düşürsüz ox təəssüf.[b][/b][i][/i] love

only-girl

  • 15 fevral 2011 18:04
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
twk movzu xoshuma glmedi nede oxumadim

--------------------

Ulya

  • 15 fevral 2011 11:29
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
no

SeVGi_MeLeYi_11

  • 15 fevral 2011 11:09
  • Məqalə: 9
  • Şərh: 77
  • Bal:
{awards}
Men inanmiram inanmayacam virtual sevgiye

Shady Lady

  • 15 fevral 2011 00:49
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
{awards}
Men de bele sheylere menasiz birshey kimi baxiram.Ama olanda olurmush.Ne diyim.Allah qovushdursun sizi.AMIN!

Cici-Kiz

  • 15 fevral 2011 00:40
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Kədərli hekaye idi, amma qızın agli var idi sevməyəydi. Olmayacaq duaya amin demək axmaqlıqdır. Təsəkkurlər!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

nilayka

  • 14 fevral 2011 23:41
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk maraqliydi tewekkur edirem

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 46
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}