Ucuz, yoxsa bahalı telefonlar daha yaxşıdır?

 
Ucuz, yoxsa bahalı telefonlar daha yaxşıdır?


Səsi ötürmək və almaq üçün istifadə edilən telekommunikasiya cihazı olan telefon uzun təkamül yolu keçdikdən sonra, nəhayət, mobil telefonun ixtirası ilə ikinci dəfə “dünyaya gəldi”.

İlin sonunda 7 milyard mobil telefon olacaq

Yeni satışına başlandığında çox az insanda olsa da, zamanla təkmilləşən mobil telefon istifadəçilərinin sayı da getdikcə artmağa başladı. BMT-nin Telekommunikasiya Birliyinin bu il mobil telefon istifadəsi ilə bağlı hazırladığı hesabata görə, 2014-cü ilin sonunda dünyada aktiv halda olan 7 milyard mobil telefon olacaq. Başqa sözlə, bir insana 1 mobil telefon düşəcək.

Mobil telefonlar zamanla həm xarici görünüşünün dəyişməsi, həm funksiyasının artması ilə insanların diqqətini cəlb edirlər. Əvvəllər istifadəçilər kiçik telefonlarla öyünmək üçün getdikcə kiçilən modelləri satın almağa başladılar. Bundan sonra kiçik modellərin ekranlarında mesaj yazmaqda, veb səhifəsi oxumaqda çətinlik çəkənlərin şikayətləri ön plana çıxdı və bu dəfə ekranlar böyüməyə başladı. İri ekranlı telefonlara tələb yüksəldikcə bu telefonları çalışdıra bilmək üçün lazım olan təchizatlar da artmağa başladı. Daha güclü prosessor, daha yüksək tutumlu batareya, daha irihəcmli ekranlar meydana gəldi. Bütün bu yüksək səviyyəli təchizatlar isə telefonların maliyyəsini də yüksəltdi. Başqa sözlə, daha yaxşı bir telefondan istifadə etmək istəyənlər yüksək məbləğ ödəmək məcburiyyətində qaldılar. Lakin qiymət düşdükcə ucuz sensorlu ekranlar, zəif tutumlu batareya, prosessoru yavaş telefonlar istifadəçiləri narahat etdi. Ancaq telefon bazarında özünə yer edən ağıllı telefonların komponentlərinin ucuzlaşmasıyla ağıllı telefon bazarında tarazlıq dəyişməyə başladı.

Artıq ucuz telefonlar da yüksək səviyyəli komponentlərə malik ola bilir. “Windows Phone” sisteminin də hərəkətə keçməsiylə ötən il ağıllı telefonların qiymətlərində önəmli bir enmə yaşandı. İlk dəfə ağıllı telefon satın almaq istəyən, ancaq telefonların yüksək qiymətlərindən çəkinənlərə ucuz, amma keyfiyyətli telefon modelləri təqdim edən “Windows Phone” sayəsində istifadəçilər yaxşı telefon əldə etməklə yüksək qiymət ödəməkdən xilas oldular. Onu da qeyd edək ki, bir çox istehlakçı telefona xeyli məbləğ ödədikdən sonra illərcə onu dəyişmək istəmir. Qiymətlərə gəldikdə isə ekspertlərin fikrincə, 2012-ci ildə ağıllı telefonların qiyməti 450 dollar olduğu halda 2018-ci ildə bunun 260 dollara enməsi gözlənilir. Ucuz, ağıllı telefonlarla bağlı iki fərqli standart var ki, birincisi ağıllı telefon istifadəçisinin çox olduğu, inkişaf etmiş ölkələr üçün istehsal edilən modellərdir. İkinci model isə Nokia, Google və Motorolla kimi firmaların irəli sürdüyü siyasətdir ki, bu markalar səviyyəli telefonlarını, rəqiblərinin beşdə biri qiymətinə bazara təqdim edirlər.

Telefonu hansı üstünlüklərinə görə seçirlər?

Alıcıların telefon alarkən, əsasən, hansı tərəflərinə üstünlük verdiklərinə gəldikdə isə dünyanın tanınmış şirkətlərindən olan “Nielsen” mobil cihaz istifadəçiləri arasında araşdırma aparıb. 10 ölkədə aparılan araşdırmaya görə, istifadəçilər telefon satın alarkən ən çox istifadə asanlığına üstünlük verirlər. Daha sonra ödənən məbləğə uyğun olması, eləcə də dizayn gəlir. “Hansı telefonu istifadə edirsiniz?” sualına isə 19 faiz ağıllı telefon, 20 faiz çoxfunksiyalı, 61 faiz isə texnoloji imkanları geniş olan telefonlar cavabını verib. İstifadə məqsədlərinə gəldikdə isə respondentlərin 49 faizi sıx şəkildə sosial şəbəkədən istifadə, 32 faiz oyunlara görə seçim etdiklərini bildiriblər . Eləcə də 14 faiz musiqi dinləmək, 10 faiz xəbər izləmək və s. üçün istifadə edir. Onu da qeyd edək ki, telefon alarkən kişi və qadınların zövqündə də fərqlər var. Belə ki, qadınlar telefonlar alarkən digər modellərə nisbətən daha bahalı modelləri seçirlər. Hətta bəzi insanlar telefonlarını xarici ölkələrdən sifariş verməyə üstünlük verirlər. Yəni ölkədə satışda olan telefonları deyil, həm ucuzluğuna, həm də keyfiyyətinə görə xaricdən almağa üstünlük verirlər.

Bu gün mobil telefon bir çox insan üçün sosial status göstəricisi olaraq görülür. Xüsusilə də gənclər arasında geniş yayılan ağıllı telefona hələ 18 yaşına çatmayan uşaqların bir çoxunda rast gəlinir. Bu gün gənclər üçün artıq ən ucuz telefon axtarışı yerini ən görünüşlü telefon axtarışına buraxıb. Ən ucuz mobil telefon almaq üçün isə ikinci əldən mobil telefon almaq konkret həll yoludur. Ancaq ikinci əl telefonu alarkən etibarlı bir mağazadan almaq lazımdır. Əks təqdirdə çox ucuz aldığınız üçün mobil telefonun bir həftə sonra atılması sizi daha da üzəcək və daha çox pul sərf etməli olacaqsınız. Almaq istədiyiniz mobil telefon markasını daha ucuz almaq üçün yeganə yol onu bazara çıxan kimi almaq əvəzinə 1-2 ay səbr etməkdir. Bazara yeni çıxarılan telefonların satış qiymətləri, sadəcə, 1-2 ay ərzində düşməyə başlayır.

Kim hansı telefonu seçir?

Ekspert Osman Gündüz telefon bazarında qiyməti müəyyən edən bazardır: “Əgər telefon satanlar baha qiymətə ölkəyə gətirə bilirlərsə, gətirmə, rüsum və digər xərcləri də üzərinə qoyaraq bunu həyata keçirirlər. Bu gün bazarda ucuz və baha qiymətə telefon tapmaq olar. Bu, onun funksiyalarından, imkanlarından, hansı sistemdə işləməsindən, ağıllı, standart tipli telefon olmasından asılıdır. Bir sözlə, müxtəlif qiymətə müxtəlif tipli telefon tapmaq olar”.

Ekspertin fikrincə, burada ancaq keyfiyyətdən söhbət gedə bilər. Yəni nə qədər təminat verilir, servis necə təşkil olunur və bunlar necə həyata keçirilir. Keyfiyyətli, yoxsa keyfiyyətsiz formada həyata keçirilir? Bildirildi ki, indi müxtəlif qurumlar tərəfindən satış həyata keçirilir və servis də müxtəlifdir: “İlkin diqqət yetirilməsi lazım olan amil odur ki, onun sertifikatı varmı, eləcə də keyfiyyəti normaldırmı, proqramlara nəzər salmalıdırlar ki, funksional vəziyyətdədir, yoxsa yox. Hansısa bir qüsuru varmı. Həmçinin qablaşdırılması ilə bağlı vəziyyətə baxmalıdırlar. Eyni zamanda təminat verilirmi ki, necə servis göstəriləcək? Eləcə də həmin şirkətin adı, ünvanı, qiyməti real dünyada olub-olmamasına və s. baxıb alqı-satqı prosesini həyata keçirmək daha düzgün olardı”.

Şəhərdə fəaliyyət göstərən bir neçə telefon dükanında da olduq. Onların əksəriyyətində hazırda məhz ağıllı telefonlar, “planşetlər” üstünlük təşkil edir. Mağazaya gələn alıcıların bir çoxu isə qiyməti baha olsa da, məhz belə, ağıllı, irihəcmli telefonlara üstünlük verirlər. Alıcılardan biri, avtobus sürücüsü olan Sahib Rəhimov deyir ki, ona ancaq ucuz, gündəlik danışıq telefonu lazımdır. Buna görə belə bir telefon almaq niyyətindədir. “Ucuz, yoxsa bahalı telefonlar daha yaxşıdır?” sualımıza cavabında isə alıcı bildirdi ki, bahalı telefon onu heç də maraqlandırmır. Onun fikrincə, bahalı telefon yalnız gənclər, internetdən istifadə edənlər, boş vaxtı daha çox olanlara lazımdır.

Telefon istifadəçilərindən olan Emil Babayev deyir ki, ucuz, yaxud bahalı telefon seçiminə gəldikdə o, pulun az və ya çox olmasına baxır:Əgər pulun azdırsa, ucuz, varsa, bir az bahalısını alırsan ki, hər cür imkanı olsun. Yəni internet, video, musiqi, sosial şəbəkələr və s. Bahalı telefon alan yalnız danışmaq məqsədilə almır. Mənim telefonum “Samsung” firmasına aiddir. Ona görə, istifadə edirəm ki, keyfiyyətlidir. Amma müasir deyil. Yəni ancaq danışmaq və foto üçün yararlıdır. Digər yenilik üçün dəyişilməlidir. Çox bahalı deyil, amma normal bir telefon istəyirəm.

Turac Hüseynova isə bu gün bütün gənclərin əksəriyyətinin “planşet” lərdən istifadə etdiyini deyir. Hazırda kiçik ölçüdə telefonu olsa da, o da belə telefon almaq niyyətindədir. Səbəbini isə onunla izah edir ki, ilk öncə xarici görünüşü onun zövqünü oxşayır, eyni zamanda bir çox funksiyalara malikdir. Lakin hazırda baha qiymətə olduğu üçün onu ala bilməsə də, yaxın gələcəkdə məhz belə bir telefon almaqda qərarlıdır. Onun sözlərinə görə, bu seçimi həm də dəblə bağlıdır: “Kiçik telefonlar ucuz olsa da, xoşuma gəlmir. Telefon mənə yalnız danışmaq üçün lazım deyil. İstəyirəm müxtəlif funksiyası olsun. Həm də irihəcmli olması daha yaxşıdır”.


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 1 avqust 2014 00:59
  • Məqalə: 665
  • Şərh: 18462
  • Bal:
TəŞəKKüRLəR

вคɴค iкiмizi คɴlคт ❤

  • 28 iyul 2014 17:29
  • Məqalə: 665
  • Şərh: 18462
  • Bal:
{awards}
Tesekkur edirem=)

Biqeyrət....

  • 28 iyul 2014 12:48
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
Meqaleye gore twk

AySenKa

  • 7 iyul 2014 21:59
  • Məqalə: 27
  • Şərh: 2156
  • Bal:
{awards}
tewekkurler

NeFeSiM LiL OrXaN

  • 6 iyul 2014 16:57
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
Tewekkurler

Yokka_

  • 5 iyul 2014 18:54
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
✿†ε$εκκuƦlεƦ✿

PoZitiV Kaa=)

  • 5 iyul 2014 15:25
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk

--------------------

qirilmis qelb

  • 5 iyul 2014 14:35
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
tewekkurler dosim menim

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

^^FiDaNKa^^

  • 4 iyul 2014 20:18
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
tewekkur edirem

Sene_yox_deyirem

  • 4 iyul 2014 16:30
  • Məqalə: 10
  • Şərh: 252
  • Bal:
{awards}
MENCE BAHALI TELEFON YAXSIDI EN GOZELIDE IPHONE DI

PércyDarkMoon

  • 4 iyul 2014 15:33
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
`·.,¸¸,.·´¯ †ε$εκκuƦlεƦ ¯`·.,¸¸,.·´

--------------------

Payız qoxulu

  • 4 iyul 2014 11:32
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
təşəkkürlər qaqam

--------------------

classic_guiter_girl

  • 4 iyul 2014 11:13
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
Təşəkkür lər

K.r.A.l

  • 4 iyul 2014 00:58
  • Məqalə: 26
  • Şərh: 1379
  • Bal:
{awards}
elaaaaaaaaaaaaaaaaaaaa

--------------------
Qaгаиliq oтagiм... тelefoи iшigi... нeziи maниi... goz
yaшlariм... agliмda seи... ve oludeи feгqi olмayaи
мeи.

Biqeyrət....

  • 4 iyul 2014 00:42
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
tesekkurler

Yokka_

  • 3 iyul 2014 23:44
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
cox sagolun

ADA GirL

  • 3 iyul 2014 23:44
  • Məqalə: 32
  • Şərh: 4751
  • Bal:
{awards}
Mən bahalıdan yanayam əsas da keyfıyyetınden

Мои Мечты

  • 3 iyul 2014 23:38
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
Tewekkurlerrr

--------------------
Həyat sevgi ilə xoşdur. Sevgisiz həyat boşdur. Nə olar Allahım sevənləri qovuşdur.

^^KuKuLKa^^

  • 3 iyul 2014 23:01
  • Məqalə: 769
  • Şərh: 11595
  • Bal:
{awards}
İlin sonunda 7 milyard mobil telefon olacaq

--------------------

Nazlim_97_

  • 3 iyul 2014 22:18
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Tewekkurler.

Payız qoxulu

  • 3 iyul 2014 22:06
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
tewekkur qaqamm

--------------------

^^Nazlı Şeytan^^

  • 3 iyul 2014 21:24
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
Mende Samsung Qalaxydi

Səssiz

  • 3 iyul 2014 21:21
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Tewekkurler

--------------------
Səssiz'liyim

sevgi asiqi

  • 3 iyul 2014 20:40
  • Məqalə: 0
  • Şərh: 290
  • Bal:
{awards}
tewekkurler

--------------------
cox terk edildim,ama kederlenmirem cunki bu qederimdendir,
amma esla terk eden olmadim bu da menim xarakterimdendir.

Yokka_

  • 3 iyul 2014 18:37
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
tewekkurler

VEHŞİ BEBİR

  • 3 iyul 2014 18:21
  • Məqalə: 1
  • Şərh: 502
  • Bal:
{awards}
tewekkurler

--------------------
her cüre şekillerin qebulu ve müxtelif bezekli ramkalarda bezedilmesi.

AYKA ŞOKOLADKA

  • 3 iyul 2014 17:59
  • Məqalə: 57
  • Şərh: 1155
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrr

--------------------

Xanim Zehra

  • 3 iyul 2014 17:29
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
tewekkur..

Wiyinimmm

  • 3 iyul 2014 17:17
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
(\ /)
( . .) ♥
c(“)(“)✎ᵀᴱ$ᴱᴷᴷᵁᴿᴸᴱᴿ

--------------------

classic_guiter_girl

  • 3 iyul 2014 17:08
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
Təşəkkürlər

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 25
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}