Su altında qalmış həyat

 
Su altında qalmış həyat


Qədim Bakının bir hissəsini Xəzər dənizi udub.1192-ci il Şamaxı zəlzələsindən sonra Şirvanşahlar Bakını yeni paytaxt seçir və 1420-ci ildən başlayaraq orada yeni iqamətgah — indiki Şirvanşahlar sarayını inşa edirlər. Bu zaman ortaya belə bir sual çıxır: bəs arada qalan 200 illik bir zamanda Şirvanşahların iqamətgahı hara olub? Sualın cavabı Bakı buxtasında Xəzər dənizinin suları altındadır.

Ümumiyətlə, Xəzərin sualtı abidələrinin öyrənilmə tarixi 1968-ci ilə aiddir. Bu abidələrin tədqiqat və öyrənilməsi işlərinə rəhbərlik edən Viktor Kvaçidze bir çox abidələri elmə daxil edib. Bakı buxtasında sualtı abidələr qrupuna aid olan Bayıl qəsrində aparılan tədqiqat qəsrin divarlarının, xüsusən cənub bürclərinin təbii təsirlərə baxmayaraq salamat olduğunu göstərdi. Hazırda cənub bürclər suyun səthindən 5-10 sm hündür olduğundan müşahidə edilir.
Qəsr haqqında tarixi mənbələr bir çox məlumatlar verib. Məsələn, Arif Ərdəbili 1369-cu ildə yazdığı «Fərhadnamə» dastanında Bakıda gördüklərini belə qələmə alır: «Bakıda dənizdə bir qala var ki, yeni şəhər qalasını orada su basmışdır». Burada suların altında qalmış şəhərdən bəhs olunduğu şübhə doğurmur. Yəqin ki, bu qala tikintisi başa çatandan bir əsr keçməmiş dənizə qərq olub və Arif Ərdəbilinin vaxtında o hələ el yaddaşında «yeni şəhər qalası» kimi qalırdı. Deyim həm də Bayıl qəsrinin şəhər qalası olmasını, yəni Bakının müdafiə sisteminə daxil edilməsini bir daha təsdiq edir.
XIX yüzillikdə yaşamış görkəmli Azərbaycan tarixçi alimi, siyasi xadim Abbasqulu Ağa Bakıxanov da Bayıl qəsri haqda yazıb: «Bakı şəhəri qarşısında, dəniz içərisində indi də görünən bürclərdən, hasarlardan, qəbir daşlarından və tarixçilər tərəfindən bu şəhərin keçmiş vəziyyəti haqqında yazılan təsvirlərdən məlum olur ki, dörd-beş yüz il bundan əvvəl abad olan yerlər indi su altında qalıb. Ehtimal ki, bir zamandan sonra bu yerlər yenə zahirə çıxsın»
XII-XIII əsrlərdə qala-liman kimi tikilmiş və Bakının dənizdən qorunmasında mühüm yer tutan Bayıl qəsri ola bilər ki, daha qədim bir kompleksin özülləri üzərində salınıb. Bayıl qəsri eyni zamanda Şirvanşahların iqamətgahı olub. Səlnamələrin verdiyi məlumatlara görə, 1306-cı ildə dənizdə güclü zəlzələ baş vermiş, suyun səviyyəsi qəflətən yuxarı qalxdığı üçün ada və onun üzərindəki qəsr suyun altında qalmışdır. Bundan sonra da Şirvanşahlar İçərişəhərdə yeni saray tikdirməyə məcbur olublar.
2008-ci ilin avqust-sentyabr aylarında Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi sualtı arxeologiya aid ekspedisiya təşkil edir. Təcrübəli dalğıcların iştirak ilə tədqiqat Abşeronun şərqindəki Gürgan burnu yaxınlığından başlanır. Qeyd edək ki, dənizin bu yerində sular altında vaxtilə inkişaf etmiş Gürgan şəhəri gizlənir. Dalğıclar Gürgan mayakından 1 km şimala sahildən şirli və şirsiz saxsı qabların qırıqları tapıblar. Əldə edilən materiallar əsasən XI-XIII əsrə aid olan saxsı qabların qırıqlarından ibarətdir. Sahildən 500-800 metr aralıda, 3-5 metr dərinlikdə orta əsrə aid yaşayış yerinin qalıqları təyin olunub. Həmçinin 5-6 metr dərinlikdə qəbristanlığın yeri də qeydə alınıb. Qeyd edək ki, sahildə yaşayan əhali suyun altından müxtəlif qab nümunələri və təndirlər aşkarlayıblar. Tədqiqat qrupu sahilə yaxın, dənizdən 100-200 m aralıda hündür qayaların üzərində e.ə. III-II minilliklərə aid kurqan və bir-birinə bitişik daş qutu qəbirlərdən ibarət olan çox saylı abidələr üzə çıxardı. Daş dairənin daxilində yerləşən qəbirdən e.ə. II minilliyə aid olan boz rəngli saxsı qab, tuncdan hazırlanmış kvadrat kəsikli biz və balaca ölçülü xəncər tapılıb. Uzunluğu 160, eni 60-80 sm olan, şərqdən qərbə istigamətlənmiş halda yerləşən qəbir oval formasındadır. Dağılmış qəbirlərin ətrafından saxsı qabların fraqmentləri, muncuq və tunc sırğa hissələri tapılıb. Sahildə 100-200 m aralıda hündür qayaların üzərində e.ə. III-II minilliklərə aid kurqan və bir-birinə bitişik daş qutu qəbirlərdən ibarət olan çox saylı abidələr var. Burada daş dairənin daxilində yerləşən qəbirdən e.ə. II minilliyə aid olan boz rəngli saxsı qab, tuncdan hazırlanmış kvadrat kəsikli biz və balaca ölçülü xəncər tapılıb. Uzunluğu 160, eni 60-80 sm olan, şərqdən qərbə istigamətlənmiş halda yerləşən qəbir oval formasındadır. Dağılmış qəbirlərin ətrafından saxsı qabların fraqmentləri, əqiq muncuq və tunc sırğa hissələri tapılıb.
Lakin tədqiqatın davamı üçün lazımı texniki avadanlığın olmaması üzündən ekspedisiya yarımçıq qalıb. Kəşfiyyat işləri Abşeron arxipelaqı adalarına daxil olan «Tereşkin» adasında da aparılıb. Adıçəkilən ada suyun artması nəticəsində iki hissəyə bölünüb. Tikililərdən burada 1932-ci ilə aid mayak və balıqçı komalarını qeyd etmək olar. Ərazidə az miqdarda XVI-XVIII əsrlərə aid saxsı qırıqları da tapılıb.
Kəşfiyyat xarakterli işlər Salyan rayonunun Şirvan qoruğunun sahilyanı ərazilərində də aparılıb. Burada əsasən Bəndovan burnundakı sahilyanı ərazilər V.A.Kvaçidze tərəfindən tədqiq olunub. IX-XIV əsrlərə aid Muğan şəhərinin qalıqları tapılıb. Dənizin dibindən və sahildən tapılan materialların əksəriyyəti orta əsr şirli və şirsiz saxsı məmulatı üçün səciyyəvi olan nümunələrlə təmsil olunub.
Bakı, Abşeron arxipelaqı adalarından zəngin materiallar aşkarlandı. Aparılan sualtı arxeoloji tədqiqatlar nəticəsində orta əsrlərdə mövcud böyük siyasi və iqtisadi mərkəzləri sayılan Muğan şəhəri və Quştasfi vilayətinin lokalizasiyası təyin edilib. Adıçəkilən yaşayış yerləri XIV əsrin əvvəlində Xəzərin qalxması nəticəsində suyun altında qalıb. Aparılan tədqiqat nəticəsində Salyan bölgəsində, Abşeron yarımadasının sahilyanı ərazisində və Xəzər dənizi adalarında maraqlı tarixi əhəmiyyət kəsb edən materiallar aşkarlanıb.


Geri dön

Biqeyrət....

  • 28 iyul 2014 12:40
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
məqaləyə görə çox sağolun...

Sıla Rəsulova

  • 14 iyul 2014 15:57
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

AySenKa

  • 7 iyul 2014 21:41
  • Məqalə: 27
  • Şərh: 2127
  • Bal:
{awards}
Tewekkurler

_favorit_arkadas

  • 6 iyul 2014 17:20
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
məqaləyə görə çox sağolun...

--------------------

NeFeSiM LiL OrXaN

  • 6 iyul 2014 16:44
  • Məqalə: 38
  • Şərh: 3491
  • Bal:
{awards}
Tewekkurler

Yokka_

  • 5 iyul 2014 18:41
  • Məqalə: 166
  • Şərh: 7002
  • Bal:
{awards}
✿†ε$εκκuƦlεƦ✿

PoZitiV Kaa=)

  • 5 iyul 2014 15:21
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
{awards}
Meqaleye gore twk

--------------------

No Ordinary Boy

  • 5 iyul 2014 14:35
  • Məqalə: 27
  • Şərh: 2132
  • Bal:
{awards}
MEqaleye gore twk...

--------------------

qirilmis qelb

  • 5 iyul 2014 14:12
  • Məqalə: 65
  • Şərh: 2760
  • Bal:
{awards}
hm maraqlidi tewekkurler

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Nazi_Odi

  • 5 iyul 2014 01:03
  • Məqalə: 35
  • Şərh: 5068
  • Bal:
{awards}
copy etdim oxuyacam çox maraqlıdı=)

Sıla Rəsulova

  • 4 iyul 2014 23:49
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
Tewekkurler

Yokka_

  • 4 iyul 2014 19:54
  • Məqalə: 166
  • Şərh: 7002
  • Bal:
{awards}
tewekkurler

^^FiDaNKa^^

  • 4 iyul 2014 19:45
  • Məqalə: 48
  • Şərh: 5783
  • Bal:
{awards}
tewekkurler

Payız qoxulu

  • 4 iyul 2014 18:40
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
Meqaleye gore twk)

Meqaleye gore twk)

--------------------

♫ мєl๏dyคм ♫

  • 4 iyul 2014 17:54
  • Məqalə: 163
  • Şərh: 4781
  • Bal:
{awards}
Mende isteyerdim burani arawdirmaq.Cox macerali..

--------------------

ヅ Bad Girl ヅ

  • 4 iyul 2014 16:58
  • Məqalə: 790
  • Şərh: 20234
  • Bal:
{awards}
tewekkurler

--------------------

PoZitiV Kaa=)

  • 4 iyul 2014 16:58
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

Payız qoxulu

  • 4 iyul 2014 15:27
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
Tewekkur edirem

--------------------

PércyDarkMoon

  • 4 iyul 2014 15:23
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Tesekkurler

--------------------

✰MiRi YusiF FaN✰

  • 4 iyul 2014 13:36
  • Məqalə: 3
  • Şərh: 134
  • Bal:
{awards}
suppa xeberdir twk

--------------------
Yolda gedirsən sənə isə oğlanlar baxır, sən isə bilirsən sadəcə bir nəfərinsən! Soyuducunun:D

T.O.M.A

  • 4 iyul 2014 13:21
  • Məqalə: 21
  • Şərh: 1751
  • Bal:
{awards}
тещеккурлер

Payız qoxulu

  • 4 iyul 2014 13:18
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
tewekkurler

--------------------

Wiyinimmm

  • 4 iyul 2014 12:42
  • Məqalə: 22
  • Şərh: 3770
  • Bal:
{awards}
(\ /)
( . .) ♥
c(“)(“)✎ᵀᴱ$ᴱᴷᴷᵁᴿᴸᴱᴿ

Rapunzel Aşkı

  • 4 iyul 2014 12:35
  • Məqalə: 77
  • Şərh: 340
  • Bal:
{awards}
tewekkurler


--------------------

Xanim Zehra

  • 4 iyul 2014 12:19
  • Məqalə: 19
  • Şərh: 3238
  • Bal:
{awards}
tewekkur..

Payız qoxulu

  • 4 iyul 2014 11:15
  • Məqalə: 485
  • Şərh: 6415
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

classic_guiter_girl

  • 4 iyul 2014 11:10
  • Məqalə: 37
  • Şərh: 5440
  • Bal:
{awards}
Öz məqaləm ;)

♔ Rapuиzel ♔

  • 4 iyul 2014 10:03
  • Məqalə: 333
  • Şərh: 7076
  • Bal:
{awards}
tewekkurler

--------------------

Qaska_Quli

  • 4 iyul 2014 09:20
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
Teshekkurrrrrrrrr

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 51
Cəmi: 76

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 58
Cəmi: 645
 
MiSS HaPPy)
Xəbərləri: 49
Cəmi: 80
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 46
Cəmi: 61
 
Arzu_zadeh
Xəbərləri: 43
Cəmi: 179
 
♔Hе важно∞
Xəbərləri: 36
Cəmi: 151
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 11
Cəmi: 686
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 33
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}