Dolmabağça sarayı

 
Bu gün Dolmabağça sarayının yerləşdiyi ərazi XVII əsrdə Osmanlı donanmasının gəmilərinin saxlandığı limanlardan biri idi. Ənənəvi dənizçilik şənliklərinin təşkil edildiyi bu liman bir müddət sonra bataqlığa dönmüşdü. XVII əsrdə doldurulmasına başlanan bu liman Osmanlı padşahlarının əyləndikləri və istirahət etdikləri bir bağça kimi istifadə edilməyə başlandı. Bu bağçada uzun tarixi zaman ərzində inşa edilmiş köşklər və qəsrlər kompleksi bir müddət Beşiktaş Sahilsarayı adıyla tanınmışdı.


Mabeyn Binasının bağça tərəfdən görünüşüXVIII əsrin II yarısına doğru, Türkiyə memarlığında qərb təsirləri görünməyə başlamış və "Türk rokkokosu" deyilən memarlıq üslubu, yenə qərb ölkələrinin təsiri ilə tikilən barokko üslublu köşklər, qəsr və saraylar inşa edilməyə başlanmışdır. III Səlim Boğaziçində qərb memarlıq üslublarında ilk binaları inşa etdirən padşahdır. O. Memar Antoine Ignace Mellinqə Beşiktaş sarayında bir qəsr inşa etdirmiş, lazım bildiyi digər tikililəri də genişlətmişdir. II Mahmud Topqapı sarayından başqa, Bəylərbəyi və Çırağan bağçalarında iki böyük saray inşa etdirmişdir. Bu dövrdə Yeni Saray (Topqapı sarayı) rəsmən olmasa belə tərk edilmiş sayılırdı. Bəylərbəyindəki saray, Ortaköydəki mərmər sütunlu Çırağan sarayı, köhnə Beşiktaş sarayı ilə Dolmabağçadakı qəsrlər II Mahmudun fəsillərə görə dəyişən iqamətgahlarıydı. Sultan Əbdülməcid də atası kimi Topqapı sarayına çox etibar etmir, orada yalnız bir neçə soyuq qış ayını keçirirdi. Onun qırxdan çox övladının demək olar ki hamısı Boğaziçi saraylarında dünyaya gəlmişdir.

Əbdülməcid köhnə Beşiktaş sarayında bir müddət yaşadıqdan sonra, o zamana qədər üstünlük verilən klassik Osmanlı sarayları yerinə, iqamətgah, səfirlik, qonaq qəbulu və dövlət işlərinin idarəsi məqsədiylə Avropa saraylarına bənzər planlaşdırma və üslubda bir saray inşasına qərar verdi. Əbdülməcid digər şahzadələr kimi dərin təhsil almasa da, qərb ölkələrinə meyilli bir sultan idi. Qərb musiqisi və həyat tərzini sevən padşah, ayrıca fransız dilini də bilirdi.

İki yüz il əvvəl dənizdən əldə edilmiş torpağın yenidən boşaldılması üçün vaxtilə bu günkü Dolmabağça sarayının yerində olan köşklərin nə zaman uçurulması bəlli deyil. Lakin Dolmabağça sarayının inşasına 1842–ci ildə başlandığı güman edilir. Bununla belə, həmin dövrdə inşaat ərazisinin genişləndirilməsi ilə əlaqədar olaraq ətrafdakı tarla və məzarlıq ərazilərinin də alınması haqqında məlumatlar vardır. İnşaat işlərinin bitmə tarixi müxtəlif qaynaqlarda fərqli tarixlərlə qeyd edilmişdir. Lakin 1853–cü ildə inşaat ərazisini gəzən bir fransızın söylədiklərindən, həmin tarixdə sarayın bəzək işlərinin hələ tamamlanmadığı, mebellərinin yerləşdirilmədiyi anlaşılır.


Sarayın əsas binasının ümumi görünüşüSultan I Əbdülməcid tərəfindən inşa etdirilən sarayın ərazisi İstanbul boğazının Avropa sahilində 600 metr ərazini əhatə etməkdədir. Saray müxtəlif Avropa memarlıq üslublarından istifadə edilməklə 1843–1855–ci illərdə erməni Karapet Əmir Balayan və oğlu Niqokos Balayan tərəfindən inşa edilmişdir. 1855–ci ildə inşası tamamlanan Dolmabağça sarayının açılış mərasimi ruslar və türklər arasında bağlanan Paris müqaviləsindən (30 mart 1856) sonra olmuşdur. 7 şəvval 1272 (11 iyun) tarixli "Ceride-i Havadis" adlı qazetdə, sarayın 7 iyun 1856–cı ildə rəsmən açılması haqqında xəbər verilmişdir.

Sultan Əbdülməcidin hakimiyyəti dövründə sarayın 3 milyon kisə qızıl miqdarında olan borcu Maliyyə Xəzinəsinə dövr edilincə, xəzinə çətin vəziyyətə düşmüş, aylıqları ayın əvvəlli yerinə ortalarında, daha sonra isə üç-dörd aydan bir ödəməyə məcbur olmuşdur. İnşası 5.000.000 qızıl pula başa gələn Dolmabağça sarayında Sultan Əbdülməcid cəmi altı ay yaşamışdır.


* Dolmabağça sarayının hərəmxana hissəsində sonradan yerləşdirilmiş Atatürkün iş otağı.
* Atatürkün Dolmabağça sarayında dünyasını dəyişdiyi yatağıİqtisadiyyatın iflasa uğradığı bir vaxta taxta çıxan Sultan Əbdüləzizin hakimiyyəti dövründə sarayın xərcləri ən yüksək səviyyəyə çatmışdır. 5.320 insanın işlədiyi sarayda illik xərc 2.000.000 strelinqə bərabər idi. Sultan Əbdüləzizin ölən qardaşı qədər qərbə vurğunluğu yox idi. Alaturka bir həyat tərzinə üstünük verən padşah daha çox pəhləvan güləşləri və xoruz döyüşlərinə maraq göstərirdi. Saray Əbdüləzizin hakimiyyətinin son dövrlərində müxtəlif siyasi hadisələrə, intriqalara, rüşvətlərə şahid olmuşdur. Bütün bunlar isə padşahın taxtdan endirilməsinə səbəb olmuşdur.

30 may 1876–cı ildə Sultan V Murad saraydakı otağından götürülərək Bab-ı Sərəsgərə aparılmış və orada onunçün andiçmə mərasimi keçirilmişdir. V Murad səltənət qayığı ilə Sirkəçidən Dolmabağçaya dönərkən, eyni saatda Sultan Əbdüləziz başqa bir qayıqla Topqapı sarayına köçürülməkdə idi. Saraya gətirilən V Murad üçün burda daha bir andiçmə mərasimi təşkil edilmişdir. V Muraddan sonra taxta çıxan II Əbdülhəmidin şərəfinə bütün şəhər işıqlandırılarkən, Dolmabağça sarayında yalnızca bir otaqda işıq yanırdı ki, həmin otaqda da padşah təzə konstitusiya üzərində işləyirdi.Davamlı olaraq sui–qəsddən şübhələnən padşah Dolmabağça sarayında yaşamaqdan imtina edərək Ulduz sarayına köçmüşdür. Beləcə bu padşah da sarayda yalnız 236 gün qalmışdı.

Böyük xərc çəkilərək inşa etdirilmiş saray, otuz üç il boyunca ildə iki dəfə Böyük Qəbul Otağında təşkil edilən ziyafətlər üçün istifadə edilmişdir. V Mehmedin hakimiyyəti dövründə sarayın işçilərinin sayı azaldılmış, ölkədə böyük hadisələrin baş verdiyi səkkiz il dövründə, sarayda çox az hadisə yaşanmışdır. Bu hadisələr 9 mart 1910–cu ildə doxsan nəfərə verilən bir ziyafət, eyni ilin 23 martında Serbiya kralı Petronun bir həftə müddətində davam edən ziyarəti, vəliəhd Maksın ziyarəti və Avstriya imperatoru Karl ilə imperatriça Zitanın şərəfinə təşkil edilmiş ziyafətdir. Yorğun və yaşlı padşahın vəfatı isə Dolmabağça sarayında yox, Ulduz sarayında olmuşdur. VI Mehmed adıyla taxta çıxan Vəhdətdin isə Ulduz sarayında yaşamağa üstünlük versə də, vətənini Dolmabağça sarayından tərk etmişdir.

Sarayın Qəbul Salonunun giriş qapısıTBMM rəisi Qazi Mustafa Kamal tərəfindən imzalanmış teleqraf alan Əbdülməcid Əfəndi xəlifə elan edilmişdi. Yeni xəlifə TBMM-dən gələn heyəti dolmabağça sarayında qəbul etmişdi. Xilafətin ləğv edilməsindən sonra isə Əbdülməcid Əfəndi, yaxınları ilə birgə Dolmabağça sarayını tərk etmişdir (1924). Boşalan saraya Atatürk üç il ərzində bir dəfə də gəlməmişdi. Lakin onun hakimiyyəti dövründə saray iki baxımdan önəm qazanmışdır: xarici qonaqların bu sarayda qəbul edilməsi və mədəniyyət, sənət baxımından saray qapılarının açılması. İran şahı Pəhləvi, İraq kralı Feysal, İordaniya kralı Abdulla, Əfqanıstan kralı Amanulla, xüsusi ziyarət üçün gələn İngiltərə kralı Edvard və Yuqoslaviya kralı Aleksandr Mustafa Kamal Atatürk tərəfindən Dolmabağça sarayında qəbul edilmişdir. 27 iyul 1932–ci ildə Qəbul Otağında I Türk Tarix Konqresi açılmış, 1934–cü ildə I və II Türk Dil Qurultayları burda toplanmışdır. 1930–cu ildə sarayda “Alliance Internationale de Tourisme”in Avropa toplantısı təşkil edildikdən sonra saray turizm üçün açılmışdır.

Cümhuriyyət dövründə, Atatürkün İstanbul səfərlərində iqamətgah kimi istifadə etdiyi sarayda yaşanan ən vacib hadisə, 10 noyabr 1938–ci ildə Atatürkün ölümüdür. Atatürk Dolmabağça sarayının 71 nömrəli otağında dünyasını dəyişmişdir. Sarayın Böyük Qəbul Otağında Atatürkün nəşi önündən son sayğı keçişi həyata keçirilmişdir. Saray Atatürkdən sonra prezidentliyi dövründə İsmət İnönü tərəfindən İstanbula gəlişləri zamanı istifadə edilmişdir. Ölkədə təkpartiyalı sistem qurulduqdan sonra saray, xarici qonaqları qəbul etmək üçün istifadə olunmuşdur.

1952–ci ildə Dolmabağça sarayı Millət Məclisi İdarə Amirliyinin təklifi ilə həftədə bir dəfə xalqın ziyarəti üçün açıq elan edilmişdir. 10 iyul 1964–cü ildə Millət Məclisi Rəhbərlik Divanının toplantısı ilə rəsmi açılış edilmiş, Millət Məclisi İdarə Amirliyinin 14 yanvar 1971–ci il tarixli qərarı ilə bir gizli xəbər səbəb göstərilərək bağlanmışdır. 25 noyabr 1979–cu ildə 554 saylı Millət Məclisi Başqanı qərarı ilə turizm üçün açılan Dolmabağça sarayı, həmin ilin 12 oktyabr tarixində yenə bir gizli məlumat səbəbindən başlanmışdır. İki ay sonra isə Millət Məclisi Başqanının telefon zəngi ilə təkrar turizm xidmətinə verilmişdir. MGK İcra Dairə Başqanlığının 16 noyabr 1981–ci il tarixli və 1.479 saylı qərarı ilə sarayı ziyarətçilər üçün təkrar qapatmış və bir ay sonra 1.750 saylı MGK Gənəl Sekretarlığının əmriylə açılmışdır.
Saat qülləsi, Məfruşət dairəsi, Quşluq, Hərəmxana və Vəliəhd dairəsi bağçalarında ziyarətçilərə kafe xidməti göstərən, hədiyyə satışı ilə məşğul olan obyektlər açılmış, bu ərazidə Kültür Tanıtım Mərkəzi tərəfindən hazırlanan milli sarayları tanıdan məlumat xarakterli kitabçalar, müxtəlf suvenirlər, Milli Saraylar Tablo Kolleksiyası, satışa çıxarılmışdır. Saray 1984–cü ildən bu günə kimi muzey kimi xidmət göstərməkdədir.


Geri dön

::..ONSLAUGHT::..

  • 16 fevral 2011 20:16
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
twk,.///,.,.,.,.,.,.,.,.,.,.,.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 15 fevral 2011 19:17
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
adi maraqlidi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 14 fevral 2011 22:26
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk.........

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}