Mənə qarşı sən (Bölüm 1)

 
Mənə qarşı sən (Bölüm 1)


Bu hekayə adi insanlardan bəhs edir. Nə şirkət müdirləri var, nə də Cindirellalar. Sadəcə adi insanlar. Amma, fərqli insanlar... Həyatları, fikirləri, düşüncələri tamami ilə fərqli iki insan xəyal et və o iki insanın talelərinin bir-birinə bağlı olduğunu düşün. Su ilə od, ağ və qara, keçmiş və gələcək... Sən və mən. Ya bir gün eşq pərisi bu iki insanla oynamaq qərarına gəlsə? Əli və Jalə. Bir feminist və köhnə düşüncəli. Nə olacaq?....
Azərbaycanın ən qədim şəhərlərindən...əslində ən yeni şəhərlərindən biri-Mingəçevir. Yeni binalar, köhnə binalar və buranın sakinləri. Durmadan dəyişən, yenilənən şəhəri daha da öyməyə ehtiyac yoxdu, keçək əsas məsələyə. Şəhərin mərkəzindəki, yeni binalardan birindəki bir ailə. Məmmədovların evi biraz fərqli idi. Muasir əşyalar, divardakı abstraq rəsimlər və daha nə qədər yeni şeylər. Əliyə görə bunların hamısı "Amerkanski zir-zibil” idi, amma Elya xanım bu tip şeyləri çox sevirdi. Bu dünyada ən çox sevdiyi isə, indi qarşısında oturub 5-ci kökəni yeyən oğlu idi. Eh, Əli. Uzun boylu, geniş çiyinli, qara qaş, qara göz bu oğlan hansı qızın xəyalı deyildi ki? Hələ birdə bu yaraşığa ağıl, tərbiyə, savad əlavə edin. 26 yaşına çatmışdı, artıq evlənmə vaxtı idi. Amma Əli ona uyğun qız tapma işinə anasına tapşırmışdı. Elə indi Elya xanım oğlunun çayını bitirməsini gözləyirdi ki, əlindəki şəkli ona uzatsın. Əli çayını bitirib, anasına baxdı. hə, şəkili uzatmağın tam vaxtı idi. Əli şəkili anasından alıb, bir müddət baxdı. Üzündə gülümsəmə yaranırdı, deyəsən bu dəfə xoşuna gəlmişdi. Elya xanım da belə düşünüb, fərəhlə dedi:
- Hə oğlum, bu səfərkin bəyəndin yəqin?
- Hə, pis deyil...anası. Bəs qızının şəklini nə vaxt göndərəcək?
- B-bu elə qızın özüdü....
- Qızın? Bunun taylarının nəvəsi var! Sənalla neçə yaşı var onun?!
- Cəmi 33...34...35?

Əli əsəbindən bilmirdi gülsün, yoxsa ağlasın. Elya xanımı nədənsə həmişə oğlunun zövqündə olmayanları seçirdi. Əli şəkili stolun üstünə atıb, sakitləşməyə çalışdı. Şirin dilini işə salıb, dedi:
- Ana, qurban olum bu səfərkində nə tapdın?
Elya xanım oğlunu tanıyırdı. Bilirdi indi üzü gülsə də, hələ də əsəbidir. Amma o da ana idi, oğlu üçün ən yaxşısını istəyirdi əlbətdə. Bu səfər özünü haqlı çıxarmağa çalışıb, dedi:
- Nə? Bax oğlum, 2 universitet bitirib, işi, ayda 500 manat maaşı. Savadlı, dünya görüşlü bir qızdı. Valla sənə layiqdi.
- Ay ana, istəmirəm mən bunları. Bax mən oxumuş, işləyən qız istəmirəm. Mənə lazımdı evdə sənə kömək eləsin, atamın hörmətin saxlasın, evin qədrin bilsin bəsdi. Bu içi qurumuşları niyə sırıyırsan axı mənə? Nolar bir düz-əməllisini tapsan? Lap get kəndən tap, daha yaxşı. Şəhərin çoxbilmiş qızlarından min dəfə yaxşıdılar. Bax axrınca dəfə deyirəm, mənə bir qız tap evlənməyə. Amma qurban olum səndən cavan olsun heç olmasa.

2 ildir hər gün eyni səhnə yaşanırdı. Əli nə qədər etiraz etsə də, Elya xanım oğluna oxumuş bir qız almağa and içmişdi. Özü oxumasa da, muasir qadın idi. Amma ya Əli? Əminəm daş dövrünə getsək, ondan daha muasir fikirli insanlar tapardıq. İnadkar, lovğa, özünüsevən bu insanın bir tək zəif tərəfi var idi, o da... Elya xanım dodaqlarını uşaq kimi büzüb, başını aşağı saldı. Arada burnunu da çəkirdi. Əli anasının tələsinə bu dəfə düşməyib, heç ona tərəf baxmadı da. Amma bu nə qədər çəkə bilərdi ki?
- Ana.
- ...
- Ana yaxşı da.
- ....
- Ana qurban olum belə eləmə.
Yenə Əli Elya xanıma yaxınlaşıb, onun könlünü almağa çalışırdı. Elya xanımın əllərinindən öpüb, şirin dilini işə saldı:

- Anaların bi dənəsi, evimizin sultanı, kainatın incisi, küsdün?
Elya xanımı belə şeylərlə aldatmaq mümkün idi? hələ də dodağını büzüb durmuşdu. Əli artıq yalvarmağa keçəndə, gözlərini süzdürüb, küskün-küskün dilləndi:
- Ananı bu qədər çox istəyirsənsə, niyə sözünə baxmırsan? Heç anan sənin pisliyini istəyər?
- Yaxşı, bundan sonra qulaq asacam hər dediyinə.
- Helə? Indi bir qız var...
- De görüm necə qızdı anaların bidənəsi.
- Valla yaxşı qızdı. Lap sən istəyəndi. Bir yeməklər bişirir ki, ləzzətindən doymassan. Amma...
- Amması?

Elya xanım "amma” dedisə, deməli vəziyyət yaxşı deyil.
- Amma taleyin oyunu, bəxti bir dəfə sınıb. Boşanıb. Amma bir görsən, elə bil qız uşağıdı. Akademiya da oxuyub. Hə, bir də ki... 4 uşağı var. Nolsun ki? Nə gözəl, yox yerdən 4 nəvəm olacaq. Hə, nə deyirsən?
Əli təəccüblə anasının üzünə baxırdı. nə deyəcəyini bilməyib, başını yellədi. Elya xanım bunun razılıq olduğunu düşünüb, sevinməyə başlamışdı. Amma Əli tək kəlimə etmədən masadan qalxdı. Stolun başına keçirdiyi pencəyini geyindi.
- Nə deyirsən oğlum? Gedək elçi?
Əli ayaq saxlayıb, arxaya döndü. Gülümsəməyə çalışıb dedi:
- Anacan, sənin kimi ürəyi yumuşaq bir insan dünyada yoxdu. Sözün əsl mənasında dünyada yoxdu. Bu fikirlərin Yer üçün çox muasirdi, hansi planetdən gətirmisən bunları? 4 uşaq?! İstəmirəm! Mən subay, 18-19 yaşında, normal bir qız istəyirəm. Narahat olma, əziyyət çəkib nəvələrini biz istesal edərik.
Qapı sərt şəkildə örtüldü. Elya xanım yenə 4 divar arasında tək qalmışdı. Belə vaxtlarda vaxtında oxumadığına daha çox peşman olurdu. Imkanları yaxşı idi, əri işləyirdi, oğlu işləyirdi. Amma hər səhər onlar qapını örtüb gedirdilər və o bütün günü bu geniş evdə tak qalırdı... Stuldan qalxıb, qonaq otağına keçdi. Televizoru yandırıb, çox sevdiyi Amerika kanallarından birinə çevirdi...
Şəhərin digər ucuda, daha köhnə məhəllələrindən birində isə mənzərə fərqli idi. Köhnə evin , kiçik qonaq otağında balaca masanın ətrafına ailə yığışmışdı. Jalə gözucu anasını süzüb yeməyini yeyirdi. Yenə eyni baxışlar... birazdan hər gün olan hadisə yenə yaşanacaqdı. Oxumuş, böyümüş və "yetişmiş” Jalənin evlənmək məsələsi. Nadir kişi öz ağırlığını saxlayıb tək kəlimə demirdi. Amma indi belə Sima xanıma söz açsın deyə işarə vururdu. Yazıq Sima xanım, qızı ilə əri arasında qalırdı həmişə. Indi də gülümsəməyə çalışıb, Jaləyə dedi:
- Qızım, necəsən?
- Yaxşıyam ana, sən necəsən?
- Yaxşı. Qızım dünən qonşumuz Afət xala gəlmişdi. Deyirdi ki, bəs onların uzaq qohumlarından biri səni görüb, bəyənib. Oğlan işləyir yaxşı yerdə, deyib ki, "onu elə saxlayacam ki...
Jalə cəld ayağa qalxdı. əsgər kimi dayanıb, bir nəfəsə dedi:
- Bir qızın ilk vəzifəsi oxumaq və sonra işləməkdir. Ancaq özünü və lazım gəlsə ailəsini rahat yaşada biləcək vəziyyətdə olduqda evliyi düşünməlidir. Bu isə mütləq muasir, qadin və kişi huquqlarının, haqlarının bərabər olduğunu bilən birisi ilə olmalı. Yaşasın feminizm!
Nadir kişi əli ilə başını tutub pıçıldadı:
- Uje himn kimi əzbərdən deyir. Qocalıb öləcəm, tək qızımın toyunu görmədən köçəcəm dünyadan...
- Yoxa , hara ölürsən! Sən də hələ can var. O vaxt gəlinbacını qoymadın işləməyə, indi də istəyirsən qızını bədbəxt eləyəsən?
Aha, digər otaqdan Nadir bəyin kabusu da gəldi. Yetər Nadir kişinin doğmaca bacısı idi, amma elə davranırdı ki, görən düşməni elə bilərdi. Buna görə də Jalə ona "bibi” əvəzinə, "xala” deyirdi. əsl feminist idi. Özü oxumuşdu, işləyirdi və bütün qadınların onun kimi olmasını ürəkdən istəyirdi. Amma bir problem vardı ki, evdə qalmışdı. 40 yaşına çatmışdı, amma hələ də onun fikirlərini qəbul edəcək birisi çıxmamışdı qabağına. Elə Nadir kişi də, bundan istifadə edirdi.
- Nədi? Işləməsə də, gül kimi baxmıram ona? Sənin kimi olaydı? Alan yoxdu səni. Qoyasan ancaq kişiləri asıb-kəsəsən. Məni heç nə öldürməsə də, sən çərlədib öldürəsən.
Yetər xanım əllərini belinə qoyub, diqqətlə Nadir kişiyə baxdı. üzünü Sima xanıma tutub dedi:
- Gəlinbacı, sən işləmək istəmirdin? O diplomu evdə tozlanmağa almışdın? Düzün de, peşmanan da bu keçələ qulaq asıb, işləmədiyinə?
Yenə bütün gözlər Sima xanımda idi. bu yazıq qadın hər gün bu cur suallara məruz qalırdı. Bir tərəfdə 25 illik həyat yoldaşı, digər tərəfdə onu qardaşından çox sevən baldızı. Bacı-qardaş yenə divara dirəmişdilər onu. Ikisinin də gözündən "mənim tərəfimi tut” oxunurdu. Sima xanım gülümsəməyə çalışıb çiynini çəkdi. Yox, bununla onlardan qurtula bilməzdi. Yenə də ona baxırdılar. Üzünü qızına tutub, qurbanlıq quzu kimi yazıq-yazıq baxdı. Jalənin növbəsi idi artıq. Atasına və bibisinə baxıb, sərt şəkildə dedi:
- Bir qadın işləməlidir. Anam işləməyib, mən də onun əvəzinə işləyəcəm. beləliklə elan edirəm: ən az 10 il işləyəndən sonra evlilik haqqında düşünəcəm. Sözüm bitdi.
Nadir kişi iç çəkib, öz-özünə mızıldandı:
- 10 il... qızımın toyunu görmədən öləcəm... indi 24 yaşı var, 10 il sonra 34 olacaq. bidənə, gözəl-göyçək qızım bu ifrətəyə qoşulub, evdə çürüyəcək.
- Nə? Sən kimə ifritə dedin? Patriarxik beyindən nə gözləmək olar ki! Mən evdə qalmamışam, sadəcə öz ayaqlarımın üstündə dura bilən azad qadınam.
- Pa! Güya ərə getsəydin mənim ayaqlarım üstə duracağdın! Qızımı oxşatma özünə!
- Əsl sən qızının başını geridə qalmış fikirlərlə doldurma!
Bacı qardaşın davaya başı elə qarışmışdı ki, Sima xanımla (YAZAR CEMİLE MEMMEDLİ)Jalənin otaqdan çıxdıqlarından xəbərləri belə olmadı. Sima xanım qızını qapının ağzınadək ötürüb, öz xeyir-duasını verdi. Üz-gözündən öpüb, pıçıltıyla dedi:
- Bu iş sənin haqqındı qızım. İnşallah daha yuxarı yerlərdən gələcək səs-sorağın.
Jalə anasının üzündən öpüb, evdən çıxdı. Əslidə onun örnək aldığı tək insan anası idi. səssiz-səmirsiz, amma çox ağıllı olan anası...
Bu şəhərin digər ucunda, bir ofisdə isə mənzərə fərqli idi. Rəşid kişi qarşına iki qovluğu qoyub, öz-özünə danışırdı:
- Deməli burda ali təhsilli, amma bu da Əlidi. Bir də master edib, amma bu da Əli. Çertyojları musabiqələrdə qalib gəlib, amma bu tərəfdən də Əli. Of, neynəyim indi mən?
Başını qaldırıb, çiyni üstündən qovluqlara baxan Cəmil bəyə baxdı. Doğma qardaşı ilə işləməyinə elə peşman idi ki. Başını bulayıb dedi:
- Noldu qaqa? Sən seçə bildin barı?
- Əlini seçək.
- Amma bu biri daha yaxşıdı.
- Onda bunu seçək.
- Bəs Əli?

Cəmil bəy çiynini çəkib, yazıq-yazıq qardaşına baxdı. Hə, yenə ən ağır iş Rəşid kişiyə qalmışdı. Qovluqları örtüb, qaşlarını düyünlədi. Qəti qərara gəlib, dedi:
- İkisi də! 3 ay vaxtları var, hansı yaxşı olsa iş onundu.....


Müəllif: Cəmilə Məmmədli

Ardı var


Geri dön

Biqeyrət....

  • 28 iyul 2014 03:03
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
meqalae ucun twk....

Yokka_

  • 22 iyul 2014 23:03
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
Meqale ucun tewekkurle

Qaranliqda_tek

  • 16 iyul 2014 14:48
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
tewekkurler

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

AySenKa

  • 7 iyul 2014 18:50
  • Məqalə: 27
  • Şərh: 2156
  • Bal:
{awards}
tewekkurler

_Nermin_

  • 7 iyul 2014 15:04
  • Məqalə: 26
  • Şərh: 659
  • Bal:
{awards}
Şərhlərə görə təşəkkürlər...Mən 2ci hissəsini hətta 3cü hissəsini göndərmişəm amma Adminka hələ paylaşmayıb..Onun üçün sizdən üzür istəyirm.

LEMAN123

  • 6 iyul 2014 23:00
  • Məqalə: 7
  • Şərh: 1634
  • Bal:
{awards}
TEWEKURLER. MARAQLI IDI

_favorit_arkadas

  • 6 iyul 2014 20:43
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
məqaləyə görə çox sağol...

--------------------

_Nermin_

  • 6 iyul 2014 14:51
  • Məqalə: 26
  • Şərh: 659
  • Bal:
{awards}
İcazısiz Başka saytda paylaşılmaqa HALAL'lıq verilmir..!

Ardı olacaq təşəkkür edirəm şərhlərə görə))

I am Belieber

  • 6 iyul 2014 12:18
  • Məqalə: 29
  • Şərh: 1350
  • Bal:
{awards}
TESEKKUR EDIREM.. smile

--------------------
Tres metros sobre el cielo☆

NeFeSiM LiL OrXaN

  • 6 iyul 2014 11:36
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
Tewekkurler

GUNI

  • 6 iyul 2014 01:31
  • Məqalə: 0
  • Şərh: 6492
  • Bal:
{awards}
ardi hokmen olsun....

--------------------

lider

  • 5 iyul 2014 22:16
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
Tewekkurler. Ardini gozleyirem sebrsizlikle

Manoliya

  • 5 iyul 2014 21:34
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
Meqaleye gore twkk

--------------------

_Nermin_

  • 5 iyul 2014 21:31
  • Məqalə: 26
  • Şərh: 659
  • Bal:
{awards}
Priya,
Sizdə əziyyət çəkib oxudugunuz üçün saqolun eləcədə hərkəsə təşəkkür edirəm

İcazısiz Başka saytda paylaşılmaqa HALAL'lıq verilmir..!


İcazısiz Başka saytda paylaşılmaqa HALAL'lıq verilmir..!

ADA GirL

  • 5 iyul 2014 19:35
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
coxsagolunn

Yokka_

  • 5 iyul 2014 18:29
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
✿†ε$εκκuƦlεƦ✿

sessiz deniz

  • 5 iyul 2014 18:29
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrrr

Priya

  • 5 iyul 2014 17:29
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Əla başladı. Təşəkkür edirəm həm əziyyət çəkib yazdığınız üçün ən əsası isə müəllifi qeyd etdiyiniz üçün. Burda çox hekayələr var ki, müəllifsizdir.Sağ olun.

--------------------




Yokka_

  • 5 iyul 2014 16:17
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
Tewekkurler

goz yasim

  • 5 iyul 2014 16:16
  • Məqalə: 0
  • Şərh: 973
  • Bal:
{awards}
tesekkurler yarisin oxudum

onu unutmaqi isdemir urek bu hesret yukunu dawiya bilmez

VEHŞİ BEBİR

  • 5 iyul 2014 16:02
  • Məqalə: 1
  • Şərh: 502
  • Bal:
{awards}
tewekkurler

--------------------
her cüre şekillerin qebulu ve müxtelif bezekli ramkalarda bezedilmesi.

PoZitiV Kaa=)

  • 5 iyul 2014 14:50
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk

--------------------

No Ordinary Boy

  • 5 iyul 2014 14:07
  • Məqalə: 27
  • Şərh: 2154
  • Bal:
{awards}
MEqaleye gore twk...

--------------------

Qaska_Quli

  • 5 iyul 2014 14:04
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrrrrrr

--------------------

_Nermin_

  • 5 iyul 2014 13:57
  • Məqalə: 26
  • Şərh: 659
  • Bal:
{awards}
Şərhlərə Görə Təşəkkür Edirəm

_favorit_arkadas

  • 5 iyul 2014 13:12
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Məqaləyə görə çox sağolun...

--------------------

Haziran Gecesi

  • 5 iyul 2014 12:44
  • Məqalə: 2
  • Şərh: 225
  • Bal:
{awards}
twk oxudum maraqli idi

qirilmis qelb

  • 5 iyul 2014 12:43
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
atdim secilmislere duzdu axira qeder oxumadim ama oxuyacam maraqli geldi mene tewekkurler ellerinize sagliq

atdim secilmislere axira qeder oxumadim ama oxuyacam insallah maraqli geldi mene tewekkurler ellerinize sagliq

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

ヅ Bad Girl ヅ

  • 5 iyul 2014 12:34
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

NikaLYa

  • 5 iyul 2014 12:34
  • Məqalə: 102
  • Şərh: 7389
  • Bal:
{awards}
tewekur edirem

--------------------

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 49

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}