Hansı məhsullar kökəltmək əvəzinə arıqladır?

 
Hansı məhsullar kökəltmək əvəzinə arıqladır?

Meyvələr. Qreyfrut

Xeyiri. Bu meyvənin tərkibində olan efir yağı və orqanik turşuları yaxşı həzmə imkan verir. Onun xeyiri həm də bundadır ki, qanda şəkərin səviyyəsini aşağı salır və bu da iştahı öldürür.

Necə yeyək? Bu meyvə olduqca böyük doyumluluq yaratmaq qabiliyyətinə malikdir. Buna görə də, onu hansısa yemək vaxtı ilə tam əvəz etmək olar. Əgər gündə bir qreyfrut yeyilərsə, çəki getdikcə azalacaq. Səhər yeməyi, nahar və şam öncəsi yarım dənə bu meyvədən yeyin, nəticəni gecikmədən görün.

Alternativ. Belə bir effektivliyi sizə onun “qardaşlıqlar”ı – portağal və naringi də verə bilər. Ümumiyyətlə, sitrus meyvələri immuniteti gücləndirir və zəhərləri qanda dəf edir. Ona görə də, bəzi günləri yalnız “sitrus” ailəsinə həsr etmək lazımdır. Gün ərzində 6-6 porsiyaya bölməklə 1,5 kq bu meyvələrdən yeyin.


Ananas

Xeyiri. Ananasın tərkibində olan bromelayn, orqanimzdə ağır zülallı məhsulların (ət, süd məhsulları, balıq) rahatlıqla həzm olunmasına imkan verir. Ananasın kobud lifləri, vitamin və mineralları bağırsaqların düzgün işləməsinə imkan verir və bu da arıqlamağa imkan verir. Həmçinin bu ekzotik meyvə iştahı sıfıra endirir.

Necə yeyək? Optimal variant – gün ərzində bir neçə dəfə bir hissə ananas yeməkdir. Nəzərə alın ki, arıqlamağa imkan verən mineral bu meyvənin tam özəyindədir, konservləşdirilmiş ananasda isə bu, ümumiyyətlə yoxdur. Daha bir məsləhət – ananas yedikdən sonra dişlərinizi yuyun. Çünki, onun tərkibində olan minerallar dişin minasını dağıda bilər.


Tərəvəz
Kərəvöz. Artıq çəkidən əziyyət çəkənlər üçün əvəzsiz məhsuldur. Maddələr mübadiləsini yaxşılaşdıran kərəvöz, başlıca pəhriz məhsullarından biri hesab olunur. Aşağı kaloriyaya malik olan bu məhsul çoxlu toxumalara malikdir və deməli, iştahı rahatlıqla yatırır. Kərəvöz və buna oxşayan məhsullar artıq çəki vermədən mədəni doldurur, orqanizmdə piylərin yanması gedən bir vaxtda heç bir enerji ayırmır.
deyerler.org Kələm. Çoxlu su və toxumalar, lakin az şəkər – kələmin piyləri yandıran formulası məhz budur. O vitaminlərlə zəngindir, kalorisi isə minimumdur. Kələmi yeyirsən, iştahın aradan gedir, əlavə çəki isə gəlmir. Bundan başqa həmin tərəvəz də bağırsaqların işini asandlaşdırır. Kələmin bütün növləri effektli arıqladıcı qabiliyyətə malikdir. Kələmi həm çiy, həm də bişmiş vəziyyətdə yemək olar. Bolqar bibəri, turp, yaşıl noxud, çuğundur, kök və kələmin alternativləri hesab olunur. Orqanizm onların həzminə çox vaxt itirir və çoxlu enerji sərf edir.

Ədviyyat

Darçın. Darçın qanda şəkəri öldürməyə imkan verir və qanda onun səviyyəsini aşağı salır. Bu isə yeni piy qatlarının yaranmasının qarşısını alır. Onu sadəcə çayın və ya kofenin tərkibində qəbul etmək xeyirli olar.

Kəpək. Tərkibində nadir vitaminlər mövcuddur. Olduqca zəif şəkildə həzm olunur və uzun müddət aclığın qarşısını alır. Qanda xolesterinin səviyyəsini azaldır. Kəpək həm də bağırsağı güclü işləməyə məcbur edir.


Geri dön

Biqeyrət....

  • 28 iyul 2014 02:32
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
Meqaleye gore twk)

Mrs.IsGenDerLi

  • 22 iyul 2014 12:45
  • Məqalə: 55
  • Şərh: 2746
  • Bal:
{awards}
Meqale Ucun Twk

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 35
Cəmi: 54

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}