"Nə mahnılarımdan huşunu itirən qadınlardan istifadə elədim..."-Qaraqan

 
"Nə mahnılarımdan huşunu itirən qadınlardan istifadə elədim..."-Qaraqan


- Daha çox qəmli mahnılar ifa edirsiniz. Səbəb?

- Pozitiv enerjili bir–iki mahnım var. Ancaq əksəri qəmli mahnılardır. Uzun əsrlər bundan öncə də dünyada iki incəsənət növü mövcud olub: şairlər, təlxəklər. Təlxəklərin işi oyun çıxarıb insanları əyləndirmək idisə, şairlərin işi qəmli şeirlər yazmaq idi. Mən də yəqin şairlər kateqoriyasına aidəm və mənə belə daha rahatdır.

- Qaraqan bu gün kifayət qədər sevilir. Bu sevgini qazanmaq üçün nəsə edirsiniz?

- Ümumiyyətlə heç nə etmirəm. Məqsəd sevilmək deyil. Məqsəd yazmaqdır və bu yazı kimisə sevindirirsə çox yaxşı. Belə deyim ki, taleyin qəribə bir ironiyası var ki, Allah elə şeyləri insanlara verir ki, əslində bu həmin insana lazım deyil. Bu sevgi də mənə heç bir halda lazım deyildi. Bəlkə də bu sevgiyə digər bir insanın daha çox ehtiyacı var idi. İnsanlar var ki, bilərəkdən elə geyinirlər ki, baxılsınlar, diqqət cəlb etsinlər. Amma Allah onlara istədiyini vermir. Mənə isə verildi. Hərdən özüm də düşünürəm ki, bu niyə mənə verildi. Mən bu sevgiyə müsbət bir şey kimi baxmıram.

- Bəs bu məşhurluq sizə hər hansı bir mənada maneçilik törədirmi?

- Hərdən rahat gəzə bilməyəndə əsəbləşirəm ki, niyə məni tanıyırlar.

- Neçə yaşınız var?

-27.

- Məşhur olduğunuz dönəmdən bu günə kimi tam səmimi desək məşhurluqdan baş giccəllənmə oldumu ?

- Tam səmimi deyirəm bir qram da olmadı. Nə mahnılarımdan huşunu itirən qadınlardan istifadə elədim, nə "super yazmısan, brat” deyən varlı qaqaşlardan istifadə elədim. Bu şan-şöhrət mənə heç nə vermədi. Necə idimsə, eləcə də qalmışam. Və bunu məni uşaqlıqdan tanıyan insanlar yaxşı bilir. İnsanı o şey dəyişə bilər ki, həmin şey insana təsir edə bilsin. Hansısa alkoqolameyilli insana alkoqol dükanı versək, bu onun həyatını tam dəyişəcək. O içəcək, sonra isə dükanı dağıdıb tökəcək. Amma alkoqol dükanını bir dindara versələr, bu ona təsir etməyəcək, heç bir mənada da həyatını dəyişməyəcək. Çünki dindar içki qəbul etmir. Əgər şöhrəti alkoqol kimi qəbul etsək, mən şöhrət içkisini içmədiyim üçün başım da giccəllənməyib.

- Qaraqana ən qeyri-adi təklif nə olub?

- Qeyri-adi təkliflər olub. Vəzifəli insanların qızları və yaxud imkanlı insanlar, partiya başçıları, TV və ya radio rəhbərləri mənə təklif ediblər ki, gəl bizimlə işlə. Sən insanlara təsir edə bilirsən. Ancaq qəbul etməmişəm.

- Məsələn, intim münasibət təklif edən xanımlara cavabınız nə olur?

- Mənə intim münasibət təklif edən xanımlar olub. Onları da başa düşürəm. Amma … (gülür)

- Guya onlarla görüşmürsüz ?

- Belə deyək də.. Var qablar gündəlik istifadə edirik, mütamadi şəkildə və var plasmas qablar. Hansı ki bir dəfə istifadə edib, tullayırsan. Mən bir dəfəlik qab deyiləm heç kim üçün. Və xoşlamıram qısa müddətlik istifadə olunmağı… Elə münasibətdə özümü plasmas qab hiss edə bilərəm. Mənlik deyil elə münasibətlər. Mən hesab etmirəm ki, əgər elə təklifə hə desəm mən fanatdan yox, fanatım məndən istifadə edəcək. Bu necə hansısa qızın qüruruna toxunarsa, mənim də qüruruma toxunur. Ona görə elə şeyləri sevmirəm.

- Evlənmək barədə nə düşünürsünüz?

- Evlilik barədə heç düşünmürəm. "Evlənmək vaxtıdır” deyirlər. Amma mənim üçün belə bir anlayış yoxdu. İnsan 40, 50 yaşlarında və yaxud da heç evlənməyə də bilər. Sadəcə kimləsə yaşaya da bilərsən. İki insanın xoşbəxtliyi üçün 300 nəfər yeyib-içib, hoppanıb-düşməsə də olar.

- Mentalitet Qaraqan üçün nə deməkdir?

- (düşünür) Heç bir xüsusi anlam kəsb etmir, inanın. Bəlkə xüsusi nələrisə var, amma məncə yoxdur.

- Bu gün Qaraqanın məqsədi nədir?

- Vacib məqsədlərimdən biri odur ki, insanı meymunlardan ayıran əsas cəhətləri insanlarda inkişaf etdirməkdir. Normal insanlar əgər hələ də primitiv vəziyyətdə qalırlarsa, həm özləri, həm cəmiyyət üçün təhlükəlidirlər. Gənclərdə, insanlarda beyin qırışlarını inkişaf etdirmək məqsədlərimdən biridir.

- Gənclər arasındakı münasibəti yazıçı olaraq Qaraqan necə qiymətləndirir?

- Xarici ölkədə olan zaman da mən özüm üçün araşdırdım. Və belə nəticəyə gəldim ki, Azərbaycan gənclərinin heç bir problemi yoxdur. Necə bir yazıların altda olan şərhi oxuyub, həmin insana nifrət ediriksə, bir balaca ingilis dilini bilən şəxs də onlarda olan şərhləri oxuyur və eyni vəziyyətlə rastlaşır. Hər bir ölkədə dahilərlə yanaşı avam kütlə də var.

- "İkinci addım”ı yazmaq üçün xarici ölkəyə yollandınız. Burada yazmağa sizə nə mane olurdu?

- "İkini addım”ın səfərlərini etdim, qurtardım. Müəyyən məbədlər, dini qurumlar, gizli təşkilatların olduğu yerə getdim və eyni zamanda da informasiya topladım. Bir çox kitablarımı Bakıdan kənarda yazıram. Bakıdan çıxan zaman sanki enerji bunkerindən çıxırsan. Bakıda neqativ çox sıxır. Başqa yerdə olanda daha rahat düşünürsən. Bütün yazıçılarda var bu psixolojı durum.

- "Исповедь одного извращенца ” kitabınızı oxuyan zaman düzü təəccübləndim.. O kitabı yazıb bitirdikdən sonra insanlar sizi qınaq obyektinə tutmadı ki?

- Sırf o kitabdan sonra yaxşı təkliflər gəldi, tənqidlər yox. (gülür)Tənqidi önəmsəmirəm. Heç önəmsəmirəm.

- Ədəbi mühitə necə gəldiniz?

- Rəşad Məcidin köməkliyi ilə. O hekayələrimi bəyənmişdi, deyirdi kitab yaz. Yazıçılar birliyində oldum, böyük yazıçılarımızı gördüm, təsirləndim. Kiçik bir şeydən də təsirlənən insanam. Yazıçılar birliyinin o mənada mənə köməyi oldu. Amma bunu başlıq üçün demirəm. Çünki ondan başqa mənə heç bir köməyi dəymədi ki, tərifləyim. Mənəvi cəhətdən amma köməyi çox oldu.

- Qaraqan həmişə baş rolda özü olur?

- Hə.

- "Etiraf otağına” daxil olsanız ilk etirafınız nə olar?

- İnsan hər gün özü-özünə nələrisə etiraf etməlidir. Mən beləyəm. Ona görə də rahatam. Mənfi və müsbət cəhətlərimlə.

- Ən mənfi cəhətiniz nədir?

- Özünə qapalı olmağım. O insanları sevirəm ki, hamı ilə ünsiyyətə girə bilirlər.

- Milyonçu olmaq belə asandır?

- Əslində hə. Bizim bütün xoşbəxtlik hisslərimiz fermentlərin buraxılışı ilə baş verir. Məsələn, sənin pulundan asılı olmayaraq Havay adasında, bəyaz yaxtada 7 qadın və saksafon çalanla uzanmısansa, orada sənin keçirdiyin endorfin hissi ilə balaca bir uşağın Sulutəpədə velisopedlə düşdüyü anda keçirdiyi endorfin hissi ilə eynidir. Sən dünyanı dağıtsan da həyatdan daha çox həzz ala bilmərsən. Bunu narkomanlar edə bilər. Ona görə düşünürəm ki, hər bir insan milyonçu ola bilər. Sadəcə milyonçu olmaq üçün arzuları dəyişmək lazımdır. Əgər mən bu gün bir milyonluq avtomobil istəmirəmsə, deməli mən həmin bir milyonu qazanmıram.

- "Salam Allah”, ya tanrı ? Bəziləri deyir ki, tanrı yunanlarda, Allah bizdədir. Siz bilərəkdən belə mübaliğəyə yol vermisiniz.

- Bu sadəcə radikal dindarların fikri ola bilər. Bir varlığın ki, mindən artıq adı var, ona tanrı deyəndə nə olar ki ?

- Namaz qılırsınız?

- İbadət edirəm. Amma bəlkə də başqa cür edirəm.

- İslam dininə qulluq edirsiniz?

- Din sözünün mənası yol deməkdi. Hərənin də Allaha doğru öz yolu var.

- Başa düşmədim. Hərənin öz yolu var, təbii. Bəs sizin yolunuz, dininiz hansıdır?

- Mən belə sual verərdim ki, onların qulluq etdiyi din İslamdır ki ?

- Namaz qılırlar, oruc tuturlar, fitrə, zəkat verirlər, Həccə gedirlər və belə halda özlərini müsəlman hesab edirlər. Bəs siz ?

- Hərə bir cür zənn edir. İslam sözünün tərcüməsi Allaha təslim olmaq deməkdir. Mən də elə zənn edirəm ki, İslamdır.


Geri dön

Biqeyrət....

  • 28 iyul 2014 01:58
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
meqale ucun twk.

aylan ismayilova

  • 16 iyul 2014 22:32
  • Məqalə: 0
  • Şərh: 65
  • Bal:
{awards}
vauvvv ela melumatlar oyrendim tsk

Yokka_

  • 10 iyul 2014 01:16
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
meqale ucun twk.

sevinckaa

  • 9 iyul 2014 14:54
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
meqale ucun twk..

--------------------
I am happy

Diamond Lady

  • 9 iyul 2014 12:09
  • Məqalə: 20
  • Şərh: 1640
  • Bal:
{awards}
tewekkurler

--------------------
aysel mamedova

Yokka_

  • 8 iyul 2014 23:20
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
Meqaleye gore twk

ヅ Bad Girl ヅ

  • 8 iyul 2014 18:45
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
TəŞəKKüRLəR

--------------------

PoZitiV Kaa=)

  • 8 iyul 2014 16:20
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk

--------------------

PércyDarkMoon

  • 8 iyul 2014 11:47
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Tesekkurler urem maraglidi

--------------------

^^Nazli^^

  • 8 iyul 2014 08:52
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
tesekkurlrrrr.............

--------------------

Biqeyrət....

  • 8 iyul 2014 02:40
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
tesekkurler megaleye gore )

_leka_the_one_

  • 8 iyul 2014 01:05
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Xestesiyem♥♥ Ana deyirki tel.i doldrup QaraQan♥in mahnilariyla.. favori reper'im winked

Payız qoxulu

  • 7 iyul 2014 22:30
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
✰KaVkaZ GiRl✰,
aha fellow smile


Milawka_14, oppuureemm caann urehsen :*

--------------------

VEHŞİ BEBİR

  • 7 iyul 2014 22:09
  • Məqalə: 1
  • Şərh: 502
  • Bal:
{awards}
tesekkurler

--------------------
her cüre şekillerin qebulu ve müxtelif bezekli ramkalarda bezedilmesi.

my angel__

  • 7 iyul 2014 20:35
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
Cox gozel musahibe verib.. Sevirem Qaraqani.. cox sagol

--------------------
Помни, что ты - мое все ❤

Yokka_

  • 7 iyul 2014 20:23
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
tewekkur edirem

Awk bir hayal

  • 7 iyul 2014 20:08
  • Məqalə: 137
  • Şərh: 2790
  • Bal:
{awards}
qaraqanim menim ureyimdimeqaleye superdi twk allah razi olsun

GUNI

  • 7 iyul 2014 19:58
  • Məqalə: 0
  • Şərh: 6492
  • Bal:
{awards}
hmmm maragli suallar veribler qaraqanda babat cavablar verib beyendim meqaleye gore twk..

--------------------

★WirinKa★

  • 7 iyul 2014 19:43
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
maraxli heyati varimis tsk

--------------------

♫ мєl๏dyคм ♫

  • 7 iyul 2014 19:38
  • Məqalə: 163
  • Şərh: 4785
  • Bal:
{awards}
ஐ╠═.•✰•.══✿†ə$əκκüƦləƦ✿══.•✰•.═╣ஐ

--------------------

_NILKA_

  • 7 iyul 2014 19:19
  • Məqalə: 0
  • Şərh: 43
  • Bal:
{awards}
oxudum sona kimi...tewekkurler.dinleyirem qaraqani winked

ADA GirL

  • 7 iyul 2014 18:19
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Qaraqana qarwi simpatiyam var,coxsagolun:)

Manoliya

  • 7 iyul 2014 17:48
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
Tewekkurlerr maraqli idi

--------------------

_TobiSh_

  • 7 iyul 2014 17:25
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
TesekkkurLerrr

Qaska_Quli

  • 7 iyul 2014 16:56
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrrrrr

--------------------

✰Dгeaм✰

  • 7 iyul 2014 16:48
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
27 yawi var???? belay

PoZitiV Kaa=)

  • 7 iyul 2014 16:45
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
KIWI adamsan))))

--------------------

_favorit_arkadas

  • 7 iyul 2014 16:34
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
məqaləyə görə çox sağolun...

--------------------

Prosta Moda

  • 7 iyul 2014 16:09
  • Məqalə: 0
  • Şərh: 589
  • Bal:
{awards}
Tewekkurler maraqli idi

--------------------
Yalandan ağlama, onsuzda yox bir faydası… Sevgi bir oyundur, ayrılıq da qaydası…

^^FiDaNKa^^

  • 7 iyul 2014 15:02
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
Mrs. BLaCK BLO_oD,
QARAQANI bəyənməmək olar...mən onu çox sevirəm ...Düz dirsiz...bəyən məyən şərh yazmasın məncə ...

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 27
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}