Ayətullah Bəhcətin dəfn mərasimi

 
Ayətullah Bəhcətin dəfn mərasimi





Ayətullah Behcətə görə, seyri-süluk tədricən və mərhələ-mərhələ olmalıdır. İnsan elə düşünməməlidir ki, qısa müddət ərzində bir ibadət və "riyazət"lə nəticə ala bilər. O deyirdi ki, yol uzundur, nəticəyə çatmaq üçün möhkəm və səbirli olmaq gərəkdir. Ayətullah Behcət Seyyid Əli Qazi, o da Molla Hüseyinqulu Həmədanidən nəql edirdi ki, nə qədər ki, insan günah edir, mələkut aləminin (qeyb aləminin) qapıları onun üzünə açılmır. Mələkuta, mənəviyyat aləminə çatmağın yolu günahı tərk etməkdir.

Bütün böyük ariflərin uca mənəvi məqamlara çatmaq üçün, seyri-sülukda özlərinəməxsus metodları olub və başqalarının tərbiyəsində də bu metoddan istifadə ediblər. Dəyərli fəqih və böyük arif Ayətullahul- üzma Behcətin (r) seyri-süluk və tərbiyə metodunun bir çox özəllikləri var. Bu fürsətdə həmin özəlliklərin daha mühüm olanlarına xülasə şəkildə işarə edəcəyik:

1-ci özəllik: Seyri-süluka aid üç metodun bir yerə toplanması
Seyri-süluk ilə bağlı üç metod var: "Mərifətun-nəfs" metodu, "riyazət" metodu və "Allaha və pak Əhli-beytə eşq" metodu. Böyük şəxsiyyətlərdən bəziləri bir metoddan istifadə ediblər və sonadək bu metodu davam etdiriblər. Lakin o hər üç metoddan istifadə edirdi. Ayətullah Bəhaud-dini (r) buyurmuşdu ki, hal-hazırda dünyanın ən varlı şəxsi Ayətullah Behcətdir. Bu sözdən məqsədi nə idi? Bu məsələyə işarə etmişdi ki, bəziləri kamilliyə bir yolla, bəziləri iki yolla gedir. Lakin o, Ayətullah Behcət üç yolla getmişdi. Yəni "Mərifətun-nəfs", "riyazət" və "eşq" metodlarını, yollarını bir yerə cəmləmişdi. Başqa sözlə desək Ayətullah Behcət (r) zikr, fikr və eşqi bir yerə cəmləmişdi. Bu metodlar, üsullar barəsində bir məqalədə ətraflı izah verməyin mümkün olmadığı məlumdur. Elə bu səbəbdən "riyazət" yolu barəsində danışmaqla kifayətlənəcəyik.
Riyazətin (nəfslə mübarizə aparmaq, ruhu gücləndirən əməlləri yerinə yetirmək) addımları
Bütün dinlərdə, millətlərdə, mənəvi hərəkatlarda riyazət olub və var. Həzrət Əli (ə) 45-ci məktubda buyurur: "Və innəma hiyə nəfsi əruzuha bit-təqva"; "Bu mənim nəfsimdir, təqva ilə onu riyazətə çəkirəm." "Riyazət" kəlməsi həmin məktubda bir neçə dəfə təkrarlanır.
Riyazətin 6 əsası var:

Birinci əsas maddiyyata, dünya bər-bəzəyinə bağlılıqdan qurtulmaqdır. Yəni insan məqam, şöhrət, pulpərəstlik və dünyapərəstlik kimi dünya bağlılıqlarına göz yummalıdır. Əlbəttə insan normal şəkildə yaşamalıdır. Lakin insanın həyat tərzi onun başını qatıb, onu Allahdan uzaqlaşdıracaq şəkildə lüks yönlü və ehtiyacdan artıq xərclərlə dolu olmamalıdır. Dünya və dünya bağlılıqları Ayətullah Behcəti (r) çirkaba bulaya bilmədi və o daim insanları dünya bağlılıqlarından uzaqlaşdırmağa çalışırdı.

İkinci addım zikrlərə bağlanmaqdır. İnsan gərək zikr əhli olsun. Dil zikri, əməldə zikr və qəlb zikri. İnsanın boş, faydasız və əbəs sözlər yerinə zikr deməsi necə də yaxşı olardı. Həzrət Ayətullah Behcətdən ən gözəl zikrin nə olduğu soruşulduqda belə buyurdu: Məhəmməd və onun ailəsinə salavat; Çünki bu zikrdə tövhid, nübüvvət, imamət və məad bir yerə cəmlənib. "Əllahummə" Allaha etiqad və tövhidin nişanəsidir. "Səlli əla Muhəmməd" nübüvvətdir. "Və ali Muhəmməd" imamətdir. Digər bir tərəfdən belə deyirsiniz: "Səlli"; Yəni rəhmət göndər; Bu isə mükafata inam mənasını verir, yəni qiyamətə inam.
O buyururdu:" Mən bir şəxs tanıyıram ki, həzrət Saminul-hucəcin (ə) ziyarətgahı ətrafına insanların sıx şəkildə toplandığını görüb irəli getmirdi. Amma zərihi öpmək istəyirdi. Bir neçə salavatla yol onun üçün açıldı və çox rahat gedib zərihi öpüb, qayıtdı."
Onun bu sözlərindən özünü nəzərdə tutduğu məlum idi.
Riyazətin üçüncü əsası bundan ibrətdir ki, bütün hədəflər, istəklər və ləzzətlər bir məqsədlə olsun və bu Allaha bəndəlikdir. Riyazətin bu əsasını həyata keçirmək, ona riayət etmək doğrudan da çətindir. Allaha bəndə olmaq və Allaha bağlanmaq çətindir.
Riyazətdəki dördüncü addım daxili vəsvəsələri və xəyalları cilovlamaqdır. Daxili vəsvəsələr, insanın zehnində yaranan vəsvəsələr onu məğlub edir. Rəhmətlik İmam bu xəyalları cilovlamaq üçün "Qırx hədis" kitabında bir neçə yol göstərir.
Beşinci əsas mənəvi yığıncaqlardan uzaq olmamaqdır. Misal üçün camaat namazı kimi yığıncaqlar. Həzrət Ayətullah Behcət hətta 96 yaşında belə çox yaşlı olmasına baxmayaraq camaat namazında iştirak edirdi. Ağanın çox yaxın yoldaşlarından bəziləri deyirlər ki, biz dəfələrlə olurdu ki, ona deyirdik ki, bu gün camaat namazına getməsin; O bəzən bir neçə gün xəstə olurdu və biz məscidə getmək barədə düşünmürdük və ona deyirdik ki, bu gün camaat namazına getməsin. O isə deyirdi: Bu gün gərək gedək!
Riyazətin altıncı əsası əyyamullahdakı (İlahi günlər) fürsətlərdən düzgün faydalanmaqdır. Rəcəb, Şəban, Ramazan ayı və digər münasibətlər əyyamullahdan hesab olunur. Böyüklərdən bəziləri bu üç ayı ardıcıl olaraq oruc tutarmışlar. Lakin təəssüflər olsun ki, bunlar unudulub. Həzrət Ayətullah Behcət 96 yaşında belə oruc tuturdu. Yaşlanma, fiziki zəiflik ona mane ola bilmirdi.
Ayətullah Behcətin seyri-süluk və tərbiyə metodunun ikinci özəlliyi: Batini paklaşdırmanın dərindən aparılması
Ayətullah Behcətin (r) seyri-süluk metodunun ikinci özəlliyi bundan ibarət idi ki, o nəfsin paklaşdırılmasının daxildən, dərindən və ciddi olmasının zəruruiliyinə inanırdı. Həqiqi, təsirli dərman davamlı istifadə olunan dərmandır. Əgər şəxs həftədə bir dəfə Kumeyl duası oxusa, gözəl hal tapıb, sonradan günahla yanaşı həyata qayıdıb, köhnə həyat tərzinə davam etsə bu faydasız olar. Elə bu səbəbdən o deyirdi ki, birinci addım haramları tərk etmək, vacibləri yerinə yetirməkdir. Əgər insan bütün namazları, nafilələri qılsa, duaları oxusa lakin eyni zamanda günah etsə, onun əməlləri təsirsiz olacaq. Günah yararsız otlar kimidir. Əgər vücudumuzu yararsız otlar bürüsə, artıq orada gül bitməz.

Üçüncü özəllik: Seyri-sülukda tədricilik
Onun fikrinə görə seyri-süluk tədricən və mərhələ-mərhələ olmalıdır. İnsan qısa bir müddətdə bir ibadət və riyazətlə nəticə ala biləcəyini düşünməməlidir. O deyirdi ki, yol uzundur və nəticəyə çatmaq üçün möhkəm və səbirli olmaq lazımdır. O Seyyid Əli qazi, Qazi isə Molla Huseyinqulu Həmədanidən nəql edirdi ki, nəqədər ki, insan günah edir, mələkut aləminin qapıları onun üzərinə açılmır. Mələkut aləminə çatmağın yolu günahı tərk etməkdir.

Dördüncü özəllik: Tutumları, istedadları nəzərə almaq
Ayətullah Behcətin tərbiyə məktəbinin əsaslarından olan digər bir məsələ insanların tutumlarını və istedadlarını nəzərə almaqdır. İnsanlar bir-birləri ilə fərqlənirlər və bəzilərinin tutumları digərləri ilə fərqli olur. Əgər ibadətlər və əməli göstərişlər zamanı tutumlardakı və istedadlardakı fərqlər nəzərə alınmasa, salik (seyri-sülukla məşğul olan şəxs) zədə ala bilər. Ayətullah Behcət insanlar arasında fərq olduğuna inanırdı və bəzi insanlara dediyi məsələləri, digərlərinə demirdi.

Beşinci özəllik: Bildiklərimizə əməl etmək
O buyururdu: "Bildiyinizə əməl edin. Kamillik yolu buradan başlayır. Məsələn, ilk vaxt namazın ürfanın qapısı olmasını və bir çox bərəkətlər gətirməsini bilirsiniz. Namazı ilk vaxtda qılın. Günahın kamilliyə mane olduğunu bilirsiniz; onu tərk edin."
Böyüklərin üsulu, metodu bildiklərinə əməl etmək olub. O həmin metoddur ki, Qurani-kərimdə ona işarə olunub və əməlsiz alimlər barəsində buyurulub: "Onların məsəli kitab yüklü ulağın məsəlidir." Həmçinin rəvayətlərdə müxtəlif ifadələrlə buyurulur: "Hər kəs bildiyinə əməl etsə, Allah bilmədiyini ona öyrədər." ("Biharul-ənvar", c.70, s.189) Bu səbəbdən insanın bildiklərinə əməl etməsi məsələsi Ayətullah Behcətin (r) çox-çox təkidlə yanaşdığı və tövsiyə etdiyi bir məsələ idi.

Altıncı özəllik: Əhli-beytə eşq və onlara təvəssül etmək
Ayətullah Behcət (r) deyirdi ki, təvəssül kamillik yolunu açır. Əlbəttə bu fikir ona ustadından qalmışdı. Həzrət Ayətullah Seyyid Əli Qazi buyurmuşdu ki, mənim hər nəyim varsa, iki səbəbdəndir: Biri Quran tilavəti, o biri isə Aşura ziyarəti və təvəssül. Ayətullah Behcət (r) Əhli-beytə aşiq idi. Seyyidüş-şühədaya (ə) böyük eşqi var idi. Onun gündəlik proqramlarından biri bu idi ki, sübh namazından sonra Həzrət Məsumənin (s) hərəminə gedərdi. Nəcəfdə olduğu vaxt da Həzrət Əmirəl-mömininin (ə) hərəminə getmək onun gündəlik proqramlarından idi. Məşhədə gedəndə də hər gün Hərəmi ziyarət edərdi. Cümə günləri onun öz evində rövzə məclisi qurulardı. Sonralar bu proqram məsciddə keçirildi və heç zaman tərk olunmadı. Dəfələrlə müşahidə etmişdim ki, xüsusi ilə sübhlər fiqh və üsul dərsindən əvvəl tələbələrə həzrət Vəliyyi-əsri (Allah zühurunu tezləşdirsin) xatırladır, qəlbləri ona doğru yönəldirdi. Həmişə söhbətlərində İmam Zamana (Allah zühurunu tezləşdirsin) xüsusi yer ayırırdı.


Dilimizə çevirdi: M. Əhməd
HaqqYolu



nardaranpiri.com


Geri dön

Biqeyrət....

  • 28 iyul 2014 11:35
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
Meqale Ucun Tewekkur ...

Yokka_

  • 20 iyul 2014 00:47
  • Məqalə: 166
  • Şərh: 7002
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur ...

Aysun:

  • 11 iyul 2014 14:52
  • Məqalə: 0
  • Şərh: 193
  • Bal:
{awards}
Bir kisi xanimina el qaldirarsa. Qiyametde onun hakimi men olaram.

--------------------
Ana,Atalariniza yax$iliq edinki,ovladlariniz da sizde yaxshiliq etsin..

winxclub_bloom

  • 11 iyul 2014 02:13
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
Allah rehmet etsin

--------------------

sevinckaa

  • 10 iyul 2014 22:30
  • Məqalə: 3
  • Şərh: 4043
  • Bal:
{awards}
tewekkur..

--------------------
I am happy

Yokka_

  • 10 iyul 2014 00:59
  • Məqalə: 166
  • Şərh: 7002
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 40
Cəmi: 75

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 45
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 42
Cəmi: 122
 
NIGAR
Xəbərləri: 38
Cəmi: 783
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 236
 
lamiye_2001
Xəbərləri: 23
Cəmi: 25
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 500
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
..::Kitty::..
Xəbərləri: 3
Cəmi: 3
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}