Bankları dirçəltməyin daha bir yolu

 
Bankları dirçəltməyin daha bir yolu

Azərbaycanın xarici valyuta ehtiyatlarından banklara kredit şəklində cəlb olunması məsələsi yenidən gündəmdədir.

Bildirilir ki, Neft Fondunun xarici banklarda aşağı faizlə saxlanan vəsaitlərinin az bir hissəsi Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları vasitəsilə iqtisadiyyatın ehtiyaclı sahələrinə yönəldilə bilər. Qeyd edək ki, Mərkəzi Bankın baş direktoru Rəşad Orucov hesab edir ki, Neft Fondunun pullarını gətirib kredit kimi özəl banklara vermək iqtisadi baxımdan doğru deyil. MB rəsmisinin fikrincə, bu gün buna ehtiyac yoxdur.

“Bank sisteminin Azərbaycan Mərkəzi Bankından (AMB) alınan kreditlər üzrə öhdəlikləri cari ilin yanvar-may aylarında azalıb. İyun ayının 1-nə yenidən maliyyələşdirmə çərçivəsində kommersiya banklarına 3 milyard 139 milyon 100 min manat mərkəzləşdirilmiş kredit verilib. Bu da ilin əvvəli ilə müqayisədə 27,6 milyon manat azdır. Azalma yanvar-aprel aylarında qeydə alınıb. Mərkəzi Bankın faiz dərəcəsini 4,75 faizdən 4,25-ə endirməsindən sonra mayda aprel ayı ilə müqayisədə yenidən maliyyələşdirmənin həcmi 15,1 milyon manat artıb”. Baş direktor vurğulayıb ki, Azərbaycanda strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarını ötüb.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli isə bildirir ki, MB rəsmilərinin yanaşması reallığa uyğun deyil. Millət vəkilinin fikrincə, xarici valyuta ehtiyatlarımızdan kommersiya banklarına kredit verilməsi məsələsi tezliklə yenidən aktuallıq kəsb edəcək: “Zamanında Azərbaycan prezidentinin ölkənin strateji valyuta ehtiyatlarından ölkə daxilində kredit kimi istifadə edilməsi məsələsini qaldırması çox müsbət və zəruri haldır. Mərkəzi Bank və digər aidiyyəti strukturlar hələ bu məsələdə tərəddüd etsələr də, kredit bazarında yaranmış vəziyyət və real sektorun inkişafının sürətləndirilməsi tələbatı gec-tez belə bir addım atılmasını zəruri edəcək”.

Azərbaycanda strateji valyuta ehtiyatlarının 50 milyard ABŞ dollarını ötdüyünü qeyd edən iqtisadçı millət vəkili həmin vəsaitin xeyli hissəsinin çox aşağı faizlə xarici banklarda saxlanıldığını söylədi: “Ona görə də həmin vəsaitdən istifadənin səmərəliliyinin artırılması istiqamətində müxtəlif səpkili tədbirlər həyata keçirmək olar. Söhbət həmin vəsaitin əhəmiyyətli hissəsindən yox, etibarlı nəzarət mexanizmi və aşkarlıq şəraiti yaratmaq şərtilə, onun cəmi 1-2 milyard dollarının və ya 2-4 faizinin aşağı faizlə özəl kommersiya bankları vasitəsilə perspektivli istehsal sahələrinə yönəldilməsindən gedə bilər. Ölkədə, hətta güclü Aqrar-Sənaye Bankı yaratmaqla və onu ucuz kredit resursları ilə təmin edərək kənd təsərrüfatına və onunla bağlı sahələrin qalxınmasına, eləcə də İnnovasiyalı İnkişaf Bankı yaratmaq vasitəsilə ölkədə innovasiyalı inkişafa rəvac vermək olar. Daha çox əlavə dəyər yaradan, rəqabət qabiliyyətli sahələrə aşağı faizli kreditlərin verilməsi Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması sahəsində görülən işlərin sürətlənməsinə təkan verə bilər. Həmin vəsaitin kiçik bir hissəsindən “xalq evlərinin” tikintisi sahəsində çox zəruri bir layihənin həyata keçirilməsində də istifadə etmək olar”.

Ə.Məsimli deyir ki, əhalinin aztəminatlı hissəsinin evlə təmin edilməsi Azərbaycan iqtisadiyyatına güclü təkan verə bilər: “Almaniyanın müharibədən sonrakı təcrübəsini xatırlatmaq yerinə düşər. Orada insanları evlərlə təmin etmək iqtisadiyyatın böyük irəliləyişinə səbəb oldu. Bu təcrübəni Azərbaycanda da tətbiq etməklə biz iqtisadiyyatın inkişafına nail ola bilərik. Bunun üçün ucuz qiymətə – hər kvadratmetri 50-100 manata olan “xalq evləri” tikilməlidir. Bununla biz həm aztəminatlı təbəqənin evlə təmin olunmasına nail oluruqsa, digər tərəfdən, iqtisadiyyatın güclənməsinə nail olacağıq”.

Xatırladaq ki, Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsini cəlb edərək banklara kredit şəklində vermək məsələsi 2009-cu ildən ölkə başçısı tərəfindən gündəmə gətirilib. Dünya böhranı ilə mübarizə tədbirlərindən biri kimi təklif edilən bu variant bir xeyli müzakirələrə səbəb oldu. Bir sıra ekspertlər Azərbaycanın Neft Fondunun ehtiyatlarını sürətlə xərclədiyini iddia edərək belə bir təklifin reallaşmasının gələcək nəsillər üçün haqsızlıq olduğunu bildirirdilər. Başqa cür düşünənlər də vardı və onların qənaətincə, bank sektorunu, ona bağlı olan bir sıra sahələri çökdürmək də indiki və gələcək nəsil üçün ciddi problem yaratmaqdır və yolverilməzdir.

Prezident İlham Əliyev hələ bir neçə il əvvəl bu barədə danışarkən bildirib ki, Neft Fondunun aktivləri maksimum əmniyyətdə saxlanılır: “Burada həm etibarlılıq, həm də, əlbəttə ki, o vəsaitin idarə olunmasından əldə edilmiş gəlir də vacib rol oynayır. Bizim banklarımız, yəni özəl banklarımız bu yaxınlarda 1 milyard dollar məbləğində kredit resurslarını qaytarıblar və bu proses davam edir. Bank sektoru hər bir ölkənin iqtisadiyyatının inkişafında çox mühüm rol oynayır. Düzdür, bizim dövlət investisiya layihələrimiz, investisiya proqramımız çox böyükdür və milyardlarla vəsaitlə ölçülür, ancaq bununla bərabər, bank sektorundan verilən kreditlərin, xüsusilə iqtisadiyyatın real sektoruna verilən kredit resurslarının da çox böyük əhəmiyyəti var. Ona görə baxmaq lazımdır, mən hesab edirəm ki, xaricdə saxlanılan valyuta ehtiyatlarımızdan biz müəyyən həcmdə ən əmniyyətli, ən etibarlı yerli banklara yerləşdirə bilərik. Ancaq o şərtlə ki, bu vəsait yalnız iqtisadiyyatın real sektoruna yönəldilsin və bu vəsaitin xərclənməsində dövlət nəzarəti həddindən artıq güclü olsun”.

Bank-maliyyə məsələləri üzrə ekspertlər bildirirlər ki, kommersiya banklarına nizamnamə kapitalı tələbinin artırılması ilə bağlı müvafiq qərarın icraya yönəlməsi bir sıra bankları çətin duruma salıb. Bu baxımdan xaricdəki valyuta ehtiyatlarımızın bir hissəsinin banklara kredit şəklində cəlb olunması və bu vəsaitdən səmərəli istifadə olunması, onun iqtisadiyyatın vacib sahələrinə yönəldilməsi düzgün addım olar. Vəsait daha böyük, daha etibarlı banklara yönəldilir və beləliklə, bank bazarının çoxunu özündə birləşdirən belə banklar müştəriləri bölüşməyə məcbur olurlar. Nəticə etibarilə həm bazarda normal mühit yaranır, həm banklar dirçəlir, həm də iqtisadiyyatın ehtiyaclı sahələri daha sürətli inkişaf edir.


Geri dön

Sessiz Melodiya

  • 30 iyul 2014 22:54
  • Məqalə: 44
  • Şərh: 6866
  • Bal:
Tewekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Biqeyrət....

  • 26 iyul 2014 21:24
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
{awards}
Meqale Ucun Twk

Yokka_

  • 19 iyul 2014 02:47
  • Məqalə: 166
  • Şərh: 7002
  • Bal:
{awards}
meqale ucun twk..

sevinckaa

  • 15 iyul 2014 17:12
  • Məqalə: 3
  • Şərh: 4043
  • Bal:
{awards}
TəŞəKKüRLəR

--------------------
I am happy

^^FiDaNKa^^

  • 15 iyul 2014 13:52
  • Məqalə: 48
  • Şərh: 5783
  • Bal:
{awards}
tewekkur edirem

sevinckaa

  • 14 iyul 2014 22:55
  • Məqalə: 3
  • Şərh: 4043
  • Bal:
{awards}
Teshekkurrrrrrrrr megalechun

--------------------
I am happy

Nazi_Odi

  • 14 iyul 2014 16:46
  • Məqalə: 36
  • Şərh: 5417
  • Bal:
{awards}
Xeber ucun tewekkurler

^^YeRaZKa MeLeK^^

  • 14 iyul 2014 16:41
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
Cox sag olun

--------------------

Angry Boy

  • 14 iyul 2014 16:29
  • Məqalə: 348
  • Şərh: 6152
  • Bal:
{awards}
Tewekkur meqale ucun

Mr.LegenD

  • 14 iyul 2014 16:19
  • Məqalə: 88
  • Şərh: 2317
  • Bal:
{awards}
Tewekkurler

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

Manoliya

  • 14 iyul 2014 16:04
  • Məqalə: 46
  • Şərh: 2926
  • Bal:
{awards}
Tewekkurlerr...

Qaska_Quli

  • 14 iyul 2014 15:52
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
Teshekkurrrrrrrrr

--------------------

♔ Rapuиzel ♔

  • 14 iyul 2014 15:35
  • Məqalə: 333
  • Şərh: 7076
  • Bal:
{awards}
Tewekkurler

--------------------

PércyDarkMoon

  • 14 iyul 2014 15:34
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
TəŞəKKüRLəR

--------------------

✰ღMouRnfuL GirLღ✰

  • 14 iyul 2014 15:28
  • Məqalə: 129
  • Şərh: 5052
  • Bal:
{awards}
Meqale Ucun Tewekkurler Can ...

--------------------

2-ci kurs telebesi

Sıla Rəsulova

  • 14 iyul 2014 15:23
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
tewekkurler

PoZitiV Kaa=)

  • 14 iyul 2014 15:21
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
{awards}
Meqaleye gore twk

--------------------

winxclub_bloom

  • 14 iyul 2014 15:00
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
melumat uchun teshekkurler

--------------------

Wiyinimmm

  • 14 iyul 2014 13:58
  • Məqalə: 22
  • Şərh: 3770
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur ...

ヅ Bad Girl ヅ

  • 14 iyul 2014 13:53
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
TəŞəKKüRLəR

--------------------

♫ мєl๏dyคм ♫

  • 14 iyul 2014 13:41
  • Məqalə: 163
  • Şərh: 4781
  • Bal:
{awards}
İlk şərh məndən..

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 48
Cəmi: 70

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 236
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 876
 
Limon qoxusu
Xəbərləri: 56
Cəmi: 77
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 549
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}