“İki könül bir olarsa”… kişilər də ərə gedər

 
“İki könül bir olarsa”… kişilər də ərə gedər


Daha dünyanın elə vaxtıdı ki, artıq ərə gedən kişi ərinin kimliyini kişi kimi etiraf edir.

Hətta "ərinin" hesabına beş kişidən biri olan kişilər də var. Məşhur deyimə düzəliş etsək belə olar: Hər uğurlu kişinin arxasında (dilimiz gözəl dildir) bir güclü kişi var.

Məlumatlara görə, uzun illər “baba” dediyimiz Leninin iki oğlan sevgilisi olubmuş: Qriqoriy və Vova. Lenin 1917-ci ildə Rozliv gölünün yaxınlığında yaşayarkən onlarla tez-tez görüşüb.

“Qulaq gündə bir şey eşitməsə kar olar” deyiblər. Amma artıq elə zamanadı ki, eşitdiyimiz heç bir şey qulağa yeni gəlmir. Çox demirəm, 10-15 il bundan əvvəl bir nəsli yerli-dibli məhv edəcək, bir kəndi rəzil-rüsvay edəcək bir xəbər indilərdə elə adiləşib, elə bəsit hal alıb ki, artıq belə xəbərlərlə heç kimi şoka salmaq mümkün deyil. Ötən əsrin sonlarına doğru desəydilər ki, filankəsin oğlu ərə gedir, bəhmənkəsin oğlu qız olur, filan ölkənin naziri bəhmən kişiylə evlənib və s. inanın ki, gözlərimiz hədəqəsindən çıxardı, ağızlarımız köpüklənər, mədəmiz qıcqırar, dalağımız sancardı. Amma indi bunların heç biri baş vermir. Çünki qloballaşan dünyada kimin oğlunun kimin qardaşına ərə getməsi, kimin ərinin cinsini dəyişdirməsi bizi o qədər də ilgiləndirmir. Həm də artıq qulaqlarımız bu tip xəbərlərdən “mozol” olub.

Daha dünyanın elə vaxtıdı ki, heç kim cinsindən və ərindən utanmır, ərə gedən kişi ərinin kimliyini kişi kimi etiraf edir. Hətta ərinin hesabına beş kişidən biri olan kişilər də var. Məşhur deyimə düzəliş etsək belə olar: Hər uğurlu kişinin arxasında (dilimiz gözəl dildir) bir kişi var.

Düzdü, bəzən bu cür kişilərin ərə getmələrini kişi kimi etiraf etmələri onlara yaşadıqları ölkədən asılı olaraq, müxtəlif cür baş ağrıları yaradır. Amma bu, o qədər də böyüdüləsi məsələ deyil.

Ərə gedən “kişi”lərə çox yükləndik, deyəsən. Sanmayın ki, belə “oriyentativ hallar” ancaq erkək cinsinə şamildir. Dünyanın dörd bir yanına səpələnmiş qadınlar da bəzən həmcinsləri ilə evlənir, onların hesabına arvad olurlar. Nəysə, gəlin, dünyanın ən məşhur ərə gedən kişiləri və arvad alan qadınları haqqında bir az araşdırma aparaq.

“Həyat yoldaşı”nı rəsmi tədbirlərə aparan fransız nazir

Başlayaq bizim gözümüzdə həmişə “kef edən” xalq kimi yaşayan fransızlardan. Fransa Senatının ən ciddi simalarından olan, Sarkozi hökümətində nazir işləmiş Roger Karoutchi ərə gedən kişilər arasında ən cəsarətlisi hesab olunur. Belə ki, o, 2009-cu ildə hələ nazir postunu tutarkən, homoseksual olduğunu etiraf etmişdi. Hətta mətbuata verdiyi açıqlamalarda bildirmişdi ki, kişi sevgilisi olduğu üçün çox xoşbəxtdir və bunu gizləmətmək niyyətində deyil. Onu da qeyd edək ki, adı çəkilən nazirin kişi sevgilisindən prezident Sarkozinin də xəbər var idi. Çünki nazir rəsmi tədbirlərə həmişə sevgilisini də aparır və onun “həyat yoldaşı” olaraq təqdim edirmiş.

“Fransız xalqı kef edir” ifadəsini yanıltmaq niyyətindən uzaq olan fransızlar bu kimi sevgi macəralarını dayandırmaq barədə qətiyyən düşünmürlər. Ərə gedən bayaqkı nazirdən savayı, hələ 1998-ci ildə Parisdə bələdiyyə seçkiləri zamanı seçki kampaniyasını daha uğurlu qurmaq və seçicilərə kim olduğunu tam aydın izah edərək, onların səsini qazanmaq niyyətində olan Bertrand Delanoe seçkilər öncəsi homoseksual olduğunu etiraf etmiş və bununla, fransız cəmiyyətində böyük nüfuz qazanmışdı. Hətta deyilənlərə görə, həmin hadisədən sonra cənab Bertrandın qapısının ağzı elçilərlə dolub-daşmışdı.

Həmkarımızı özünə arvad edən İslandiyanın qadın baş naziri

Bir kişidən yazdıq, bir də qadından yazaq. Deməli, İslandiya dövlət olub, dövlətlər sırasına qoşulduqdan bəri tarixində ilkə imza atdı. Belə ki, bu ölkənin 66 yaşlı baş naziri Yoxanna Siqurdardottir hələ 2002-ci ildən qadın jurnalist Conni Leosdottirlə rəsmi nikahdadır. İslandiya kimi ölkədə isə baş nazirin kimi özünə arvad eləməsi və ya kimin oğlunun kimə ərə getməsi kimi məsələlər o qədər də önəm daşımır. Bunun da səbəbini belə izah edirlər ki, İslandiya cəmiyyəti çox liberaldır.

Köhnə dünyanı buraxaq, yeni dünyanı tutaq. ABŞ da avropalı qardaşlarından bu mənada geri qalan deyil. Hətta deyim ki, bir-iki addım irəlidədir. Bu ölkənin Nyu-Cersi ştatının qubernatoru Ceyms Makqrivi hələ 2005-ci ildə vəzifəsindən istefa edərək, bunun səbəblərini açıqlamış, bildirmişdi ki, o, homoseksualdır və buna görə də postundan gedir. Nyu-Cersi qubernatoru zənn edirdi ki, onun cinsi orientasiyası ştatın rəhbərliyinə təzyiq yönəldə bilər. Bir tərəfdən yaxşıdı ki, qubernator ayıbına kor olanlardandır, amma neynəsin, “könül bu, ota da qonar, təzəyə də”.

Məsələnin başqa bir tərəfi də adı çəkilən qubernatorun iki qız atası olmasıdır. Yeni dünya sakinlərinin avropalılardan bu məsələdə fərqli cəhəti ondan ibarətdir ki, ABŞ-lılar “milli mənəvi dəyərlərə, mentalitetlərinə” bağlı adamlardır. Tutaq ki, hansısa islanddan fərqli olaraq, amerikalıya kimin oğlunun kimə ərə getməsi önəmlidir. Mühafizəkar cəmiyyətdir, nə də olsa.

Kişi hesabına kişi olanlar almanlar arasında da geniş yayılıb. Bu ölkədə də bir çox tanınmış insan qeyri-ənənəvi münasibətdədir. Ancaq bu yazıda söhbət siyasi “kişi”lərdən getdiyi üçün elə mövzunu da bu yöndə davam etdirək.

Almaniyanın ən tanınmış homoseksuallarından olan Olo fon Boyts bir zamanlar kişi sevgilisinin üzündən çox bəlalar çəkdi. Hamburq bələdiyyə seçkilərində rəqibləri onun homoseksual və ya bizim sözümüzlə, “mavi” olduğunu bəyanlayır və bu yolla seçki kapmaniyasına zərbə vurmağa çalışmışdılar. Lakin Boytsun atası özündən daha kişi çıxdı və oğlunun hansı rəngdə olduğu barədə seçicilərə dolğun informasiya verdi. Yekunda isə seçicilərin böyük hörmətini qazanan Olo fon Boyts seçkinin qalibi oldu.

Britaniyada normal cinsi seçimi olan siyasi varmı?

Britaniya adası isə “rəng seçimi”ni rahatlıqla edən kişi siyasətçilərlə boldur. Belə ki, ada dövlətin tanınmış siyasilər, hətta nazir postunu tutan bir çox şəxs rənglərinin növü ilə bağlı rahatlıqla açıqlamalar verib və cəmiyyət də bundan çox məmnundur. Hətta kişilərlə sevişmələri onlara xüsusi sevgi və hörmət gətirib. Nümunə kimi bu ölkənin ən məşhur siyasətçilərindən olan Ben Bredşou, Kris Brayant, Nik Herbert və lord Piter Mandelsonu göstərə bilərik.

Bəs yaxşı, cinsi seçimləri normal insanlardan fərqlənən belə şəxslərin dövlət idarəçiliyini həyata keçirmələri cəmiyyət üçün nə dərəcədə təhlükəlidir? Mütəxəssislərin fikrincə, qeyri-ənənəvi cinsi oriyentasiyaya malik şəxslərin psixoloji durumları qarışıq, əsəbləri və xarakterləri zəif olur. Bu üzdən də onlar asanlıqla şantaj qurbanına çevrilə bilərlər. Əslində, seçimini kişilərdən yana edən kişi cinsinin nümayəndələri, bu, xüsusən də siyasilərə aiddir, müxtəlif zamanlarda müxtəlif güclər tərəfindən şantaj edilib və cinsi münasibətlərindən dolayı işlərində məqsədli xətalar buraxıblar.

Bir başqa rəydə isə bildirilir ki, bu cür fərqli oriyentasiyaya malik olan şəxslər adətən bunu ictimaiyyətdən gizlətmək üçün özlərini “əsl kişi” kimi göstərməyə çabalayır. Misalçün, işçiləri ilə həddən artıq ciddi və sərt rəftar edir, özləri üçün “məşuqə saxlayır” görüntüsü yaradır, bununla da ətraflarında şəxslərdə özlərinə qarşı heç bir şübhə yaranmamasına çalışırlar.

Siyasətçinin və ya dövlət rəsmisinin cinsi seçiminin fərqli olması Azərbaycan kimi mühafizəkar ölkələrdə qəbuledilməz sayılır. Çünki cəmiyyət bunu normal qarşılamır və bir siyasətçinin və ya dövlət rəsmisinin həmin dövlətin aynası olduğunu düşünür. Lakin yazıdan da görünür ki, bu tip məsələlər liberal dəyərlərin həddən artıq geniş yayıldığı Avropa ölkələrində artıq adiləşdiyi üçün cəmiyyət də buna normal yanaşır.

Tarixin ləkəli məşhur üzü: Lenin, Platon, İsgəndər…

Əslində, belə aydın olur ki, qeyri-ənənəvi cinsi münasibətlər hələ lap qədimlərdə də mövcud olub və bunun müasirliklə heç bir əlaqəsi yoxdu. Liberalizmin bir dəyər kimi mövcud olmadığı zamanlarda belə, homoseksuallar və lesbiyanlar öz seçimlərini başqa yöndə ediblər.

Belə ki, ilk lirik şair sayılan Sappho, həm də dünyanın ilk lesbiyanı kimi tanınır. Qeyri-ənənəvi cinsi oriyentasiyaya məxsus olduğu iddia edilən şəxslərdən biri də - bəlkə də inanmazsınız – Platondur.

Dünyanın yarısına qədərini işğal edən məşhur sərkərdə Makedoniyalı İsgəndər haqqındankı iddiaları isə eşitməyən qalmayıb. Belə məlumdur ki, İsgəndər kişi sevgilisinin ölümünün ardınca günlərcə yas saxlayıb.

Bizə hər kəsdən doğma olan, hətta deyim ki, cinsi seçimi bizim üçün vacib olan Vladimir İliç Leninin isə kişi sevgilisinə yazdığı eşqnamələr tarixin səhifələrində öz yerini alıb. Məlumatlara görə, uzun illər “baba” dediyimiz Leninin iki oğlan sevgilisi olub: Qriqoriy və Vova. Lenin 1917-ci ildə Rozliv gölünün yaxınlığında yaşayarkən onlarla tez-tez görüşüb. Leninin yazdıqlarından belə görünür ki, o, öz kişi sevgilələrini bir xeyli aldadıb. Hətta Vova Lenini xəyanətdə ittiham edib. Tarixi homoseksuallar sırasında Fransız kralı III Henrinin də adı mütləq çəkilməlidir.

Müasir zamanımızın tanınmış homoseksuallarını isə demək olar ki, hər kəs tanıyır. Elton Con, Riki Martin, Corc Maykl və sairə və ilaxirə.

Bu baxımdan, homoseksuallığın yayılmasından narahatlığa qərq olub, qiyamət qorxusu yaşayanlar həyəcanlanmasınlar. İndicə adını yazdığımız tarixi şəxslərin belə, vaxtilə homoseksual olduğunu nəzərə alsaq, deməli, dünya bu cür qeyri-ənənəvi münasibətlərə görə dağılan deyil.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 23:41
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
QEWENG XEBERDI YAZAN ELLERIVIZ VAR OLSUN ....................!..MARAQLIDIR.

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_RONALDO_

  • 27 may 2011 14:44
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Tşk belə movzuya toxundugun üçün çox sağol belə insanlarin yeri yanliz cəhənnəmdir birdə tşk

Tşk belə movzuya toxundugun üçün çox sağol belə insanlarin yeri yanliz cəhənnəmdir birdə tşk

--------------------

GUNAHKAR MELEK

  • 15 fevral 2011 15:28
  • Məqalə: 0
  • Şərh: 242
  • Bal:
{awards}
bu vapse dehsetdi

--------------------
ALDANMA INSANIN GOZELLİYİNE,
GOZELLIK INSANIN DAXILINDEDIR.
XARICI OLSA DA PARLAQ BIR GUNES,
DAXILI BELKE DE ZULMET GECEDIR

::..ONSLAUGHT::..

  • 14 fevral 2011 22:03
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
bawdan xarablar

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

R_O_M_A

  • 14 fevral 2011 21:48
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
ONLARDA OZLERINE GORE KISI SAYILIRLAR OZ ARALARINDA

--------------------

Fuad.Bayramli

  • 14 fevral 2011 16:11
  • Məqalə: 2
  • Şərh: 19
  • Bal:
{awards}
Azərbaycanda kişilər qadınlardan 2 faizədək azdır, Yəni 48 faiz kişi 52 faiz qadındır...
8 milyonun 2 faizidə artıq nəqədər olursa hesablayarsız..
Belə məqamda kilşi ilə kişi münasibəti saxlayan kişikimiləri qırmaq lazımdır!

Ulya

  • 14 fevral 2011 15:51
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
belay

,,kepenek,,

  • 14 fevral 2011 13:55
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
cox gozel movzudur tesekkur

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}