Dayanın

 
Dayanın


Dostlar, bu məqaləni mən rus dilində oxumuşdum, mənə çox təsir etdi və sizlərlə bölüşmək istədim. İndi yaşadığımız cəmiyyətdə məncə ən böyük problemlərdən biridir.

“Biz tərbiyələndirdiyimiz insanlara cavabdehik” ( Ekzyüperi)

" Mən narkoman ailəsində anadan olmuşam. Deyirlər ki, insanlar yalnız 5-6 yaşlarından etibarən həyatında olan hadisələri xatırlayarlar. Bəlkə də heç kim mənə inanmaz, amma mənim uşaqlıq xatirələrim 2 yaşımdan başlayır. Məncə buna səbəb həyatımda baş verən hadisələr idi.
Mənim 2 yaşım vardı, o zaman ki, atam məni çarpayımdan götürüb 2-ci mərtəbədən həyətə atmışdı.İlk qorxunu mən o zaman hiss etmişdim,anamın qışqıraraq pillələrdən aşağı düşməsi… O zaman mənə heç nə olmamışdı, hətta bu hadisədən sonra mən atama nifrət də etmədim, sadəcə olaraq mən belə hislərə hələ hazır deyildim.
… Nə üçün bizim ailədə belə hadisələr olurdu, mən bunu başa düşə bilmirdim… Bəlkə onların özləri də bu sualın cavabını bilmirdilər. Mənim atam ali təhsilli, alicənab insan idi və həmçinin narkotiklər… Anam gözəl, savadlı müəllimə və bütün bunlara dözürdü… Niyə? Çünki o onun övladının atası idi, onların ailəsində ayrılmaq düzgün qəbul olunmurdu...
Anam mənim üçün, atam üçün, ailəsini qorumaq üçün daim mübarizə aparırdı. Amma görünür ki, narkotiklər ondan da güclü idilər. Zamanla narkotiklər atamın həyatının mənasına çevrilməyə başladı. Nə qədər ki, atam narkotikdən sonra “ çox-çox yüksəklərə qalxırdı”, anam bir o qədər də gündən günə alçalırdı. Belə günlərdə onlar nə bir-birlərindən, nə də məndən utanırdılar. Qışqırır, bir-birlərini təhqir edirdilər, hətta elə yüksəkdən qışqırırdılar ki, mən nə qədər də qulaqlarımı bərk-bərk bağlasam, başqa otağa keçsəm də yenə də onların səsini eşidirdim. Hərdən barışıq olurdu. Qohumlar yığılır, atamı tənbeh edirdilər. Atam isə başını aşağı salıb onlara qulaq asırdı, belə anlarda mənim ona çox yazığım gəlirdi… Mən ona yaxınlaşar, əlini tumarlayardım, o isə məni qucaqlayardı.
Qohumların gəlişindən sonra bir müddət hər şey qaydasına düşərdi. Atam mənə balaca maşınlar düzəldərdi, anam qəşəng geyinər, saçını düzəldər və biz gəzməyə gedərdik. Lakin bu o qədər də uzun çəkməzdi. Müəyyən zamandan sonra hər şey yenidən başlanırdı. Evimizdə yenə dəhşət dolu qara günlər başlayırdı. Mən çalışırdım ki, atamın gəlişinə qədər tez yatım, başımı yastığın altına salardım ki, heç nə eşitməyim. Mən çox tənha idim, heç kim məni anlamaq istəmirdi. Mən onlara qarşı olan hislərimi ifadə edə bilmirdim və bu da mənə əziyyət verirdi. Sadəcə olaraq mən çox balaca idim. Qaranlıq otaqda çarpayımda uzanaraq mən həm atamın yolunu gözləyirdim, həm də onun gəlməməsini istəyirdim. Onu dayandıracaq sehrli sözləri tapmağa çalışırdım. O yastığın altında mən çox göz yaşları tökmüşdüm, mənim yeganə dostum o idi.
Mənə elə gəlirdi ki, valideynlərim məni tamam unudublar, onların başları özlərinə, öz problemlərinə o qədər qarışmışdı ki, mənim varlığımı unutmuşdular. Hər halda mən belə düşünürdüm. Və mən onlardan intiqam almaq qərarına gəldim. Bəs kiçik, kimsəsiz bir insanın belə səhnələrlə qarşılaşması, belə əziyyət çəkməsi ədalətdənmidir? Mən tamamilə getmək qərarına gəldim, yəni ölmək. Mənim artıq 7 yaşım var idi və həyat, ölüm haqqında çox az da olsa anlayışım var idi.
Mən güclü olmaq qərarına gəldim, artıq ağlamayacaqdım. Axşamlar atamın gəlməsinə yaxın mən gözlərimi bərk-bərk bağlayır və nəfəs almamağa çalışırdım. Belə hallarda mənim ürəyim çox zəif döyünürdü. Bir gün mən yenə də nəfəs almamağa çalışanda birdən ürəyimin döyüntüsü yavaş-yavaş azalmağa başladı. Mən çox qorxdum və bütün gücümü toplayıb: “Ana, ana” deyə qışqırdım. Sonra isə heç nə xatırlamıram...
Mən ayılanda ilk olaraq valideynlərimi gördüm, onlar çox yorğun görünürdülər, günlərlə mənim yanımdan heç yerə ayrılmayıblar. Mənim vəziyyətim onlara pis təsir edib, onlara əziyyət verib, incidib.
O zamandan artıq 5 il keçib. Mənim 12 yaşım var, 7-ci sinifdə oxuyuram. Hər axşam atam mənə maşınlar düzəldir,bu bizim onunla hobbimizdir, biz şaxmat oynayır, rəsmlər çəkirik. Hər istirahət günü isə anam, atam və mən gəzməyə gedirik.
Mən sevilirəm və bundan da xoşbəxtəm..."


Tərcümə: Rzayeva Nailə


Geri dön

Biqeyrət....

  • 28 iyul 2014 02:17
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
TəŞəKKüRLəR

qirilmis qelb

  • 21 iyul 2014 16:32
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
tewekkurler

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Səssiz

  • 12 iyul 2014 18:55
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
tewekkurler

--------------------
Səssiz'liyim

I am Belieber

  • 12 iyul 2014 18:37
  • Məqalə: 29
  • Şərh: 1350
  • Bal:
{awards}
TESEKKUR EDIREM.... smile

--------------------
Tres metros sobre el cielo☆

ヅ Bad Girl ヅ

  • 12 iyul 2014 18:35
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
TəŞəKKüRLəR

--------------------

♔ Rapuиzel ♔

  • 12 iyul 2014 16:41
  • Məqalə: 333
  • Şərh: 7142
  • Bal:
{awards}
Tewekkurler

--------------------

PércyDarkMoon

  • 12 iyul 2014 15:13
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
tesekkurler maragli idi

--------------------

Biqeyrət....

  • 12 iyul 2014 15:03
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
tesekkurler

PoZitiV Kaa=)

  • 12 iyul 2014 14:50
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

Xanim Zehra

  • 12 iyul 2014 14:38
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
tewekkur..

^^FiDaNKa^^

  • 12 iyul 2014 13:25
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
təşəkkür edirəm

sevinckaa

  • 12 iyul 2014 13:13
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
tewekkurler

--------------------
I am happy

LEMAN123

  • 12 iyul 2014 12:57
  • Məqalə: 7
  • Şərh: 1634
  • Bal:
{awards}
tesehkkurler.........

AySenKa

  • 12 iyul 2014 12:38
  • Məqalə: 27
  • Şərh: 2156
  • Bal:
{awards}
Teshekkurler

winxclub_bloom

  • 12 iyul 2014 11:30
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
teshekkurler xeber uchun

--------------------

tasteful girl

  • 12 iyul 2014 11:14
  • Məqalə: 1
  • Şərh: 810
  • Bal:
{awards}
teshekkurlerrrrrrrrr

MissinG_YoU_A_LoT

  • 12 iyul 2014 10:34
  • Məqalə: 82
  • Şərh: 145
  • Bal:
{awards}
TEWEKKURLERRR

--------------------
Əgər bir gün kitabım çıxarsa yüzlərlə insanın intiharına səbəb olar .... :(

Damlam

  • 12 iyul 2014 10:25
  • Məqalə: 49
  • Şərh: 4724
  • Bal:
{awards}
T E W E K K U R L E R ........

--------------------
http:///user/İmza/

Qaska_Quli

  • 12 iyul 2014 10:18
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrrrr

--------------------

Wiyinimmm

  • 12 iyul 2014 09:38
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur ...

--------------------

♫ мєl๏dyคм ♫

  • 12 iyul 2014 08:58
  • Məqalə: 163
  • Şərh: 4827
  • Bal:
{awards}
İlk Şərh məndən..

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}