Azərbaycanda ərlə arvad bir şirkətdə işləyərsə

 
Azərbaycanda ərlə arvad bir şirkətdə işləyərsə

Əksinə, düşünürdüm ki, bir ailədən iki nəfərin bir yerdə çalışması həm şirkətlər üçün, həm də onlar üçün maraqlı, cəzbedici gələ bilər. Məsələn, ər və həyat yoldaşı hər gün birlikdə işə gəlir, burada birgə çalışıb, axşam isə bir yerdə evə dönürlər. Yaxud xanım işdə də həyat yoldaşını nəzərə alır - çay verir, nahar vaxtı yeməyi hazırlayıb onu da dəvət edir və s. Necə deyərlər, bu, mənim şəxsi təsəvvürümdə formalaşdırdığım müsbət fikirlər idi, ancaq sən demə, heç də həmişə belə olmur. Söhbət ondan gedir ki, dünyanın bir çox ölkələrində özəl şirkətlər ərlə arvadın eyni iş yerində çalışmasına heç də müsbət yanaşmırlar. Şirkətlərin bu mənada özünəməxsus arqumentləri var. Hətta əgər eyni işdə çalışan gənclər evlilik qərarı verirlərsə, onlardan biri - tərəflərin razılığına əsasən, işdən ayrılır. Araşdırmalarımız zamanı öyrəndik ki, bu metod dünyanın bir çox ölkələrində tətbiq edilir.

Rəhbərlik işçiyə səhvini bildirdiyi zaman

Bəs buna səbəb nədir? Dünyada bu metodun tətbiq edilməsi ilə özəl şirkətlər nə qazanırlar. İşə düzəltmə şirkətlərindən birinin əməkdaşı Xəyal Hüseynov bizimlə söhbətində dedi ki, bu metod dünya ölkələrində çoxdan mövcud olsa da, ölkəmizdə son illər gündəmə gəlib: “Əslində qanunvericilik nöqteyi-nəzərindən ər və arvadın eyni işdə çalışmasında problem yoxdur. Söhbət işin mənəvi tərəflərindən, sıxıntılarından gedir. Onu da qeyd edim ki, ölkəmizdə həm sovet dövründə, həm də indi dövlət işində eyni idarədə çalışan cütlüklər çox olub. Məsələn, eyni məktəbdə çalışan ər-arvad müəllimlər kifayət qədərdir. Amma özəl sektorda vəziyyət başqadır. Özəl sektorda maaşlar nisbətən yüksəkdir. Buna görə işçidən daha çox iş tələb olunur. Bu isə istər-istəməz gərginlik, stress yaradır. Nəticədə iş yerində əsəb gərginliyi olur. Bu cür hallarda rəhbərlik işçiyə səhvini bildirdiyi zaman əgər xanımı (və ya tərsinə-red) bunu görürsə, istər-istəməz sıxıntı keçirir və s. Tam tərsinə, bəzən şirkət rəhbərliyi də bir-birinin yanında sıxıntı çəkməsinlər deyə işçidən istədiyini tələb edə bilmir, yeri gələndə irad bildirmək olmur”.

X.Hüseynovun dediyinə görə, məhz bu səbəbdən şirkətlər seçim etməyi işçilərin öz ixtiyarına buraxırlar: “Yəni ya kişi, ya da xanım - öz istəklərinə görə işdən ayrılırlar”.

Kişinin iş həyatında da həyat yoldaşını “qorumaq istəməsi”


Türkiyəli psixoloqlar bu mövzuda maraqlı araşdırma aparıblar. Onların qənaətinə görə, eyni iş yerində işləmək və haradasa, günün 24 saatını bir yerdə olmaq bəzi ailələrdə heç bir problemə səbəb olmasa da, bəzilərində ciddi münaqişələrə gətirib çıxarır. Onların qənaətinə görə də, əslində ən yaxşısı həyat yoldaşlarının eyni iş yerində işləməmələridir. Çünki belə olduqda ailə rolu ilə iş rolunu ayırmaq çətin olur. Bu isə çox vaxt tərəflər arasında anlaşılmazlıqlara gətirib çıxarır. Belə ki, xanımlar şəraitdən asılı olmayaraq, həyat yoldaşlarından qayğı gözləyirlər. Halbuki iş həyatı evlə müqayisədə daha mücərrəddir. İş həyatında qadının bəzən həyat yoldaşı ilə “üz-üzə gəlməsi” də istisna deyil. Təbii ki, belə hallar tərəflərdə incikliklərə səbəb olur və bu, bəzən evdəki münasibətlərə də öz təsirini göstərir. Digər tərəfdən, kişinin iş həyatında da həyat yoldaşını “qorumaq istəməsi” və təbii olaraq ona bəzi məhdudiyyətlər qoymağa çalışması da tərəflər arasında münasibətlərin pozulmasına gətirib çıxara bilər.

Ailədəki problemlər iş həyatındakı problemlərə qarışır

Həyat yoldaşlarının eyni iş yerində işləmələrinin başqa bir mənfi cəhəti isə tərəflər arasında “həsrət” hissinin olmamasıdır. İstər işləyən qadınlar, istərsə də, evdar xanımlar əsasən həyat yoldaşları ilə səhərlər ayrılır, axşamlar ya da iş rejimindən asılı olaraq günün müəyyən saatlarında görüşürlər. Bu isə onlarda həm fərdiyyətçilik, həm də həyat yoldaşına qarşı “həsrət” hissinin baş qaldırmasına səbəb olur. Ancaq eyni iş yerində işləyən ailələr bu hissdən məhrum qalırlar.

Dediyimiz kimi, xüsusən dövlət qurumlarında eyni iş yerlərində çalışan ər və xanımlar kifayət qədərdir. Bəs onlar nə etməlidirlər ki, yuxarıda sadalananlarla ya üzləşməsinlər, ya da az üzləşsinlər?

Psixoloqların açıqlamasına görə, hər şeydən əvvəl onlar rollarını düzgün bölüşdürməlidirlər. Başqa sözlə, ailədəki problemlərlə iş həyatındakı problemləri bir-birinə qarışdırmamalıdırlar. Onlar evdə işlə bağlı məsələlərdən danışmamalıdırlar. İşdə bir-birlərindən incisələr də, evdə bu hiss olunmamalıdır. Yaxud evdə incisələr də, aralarında bir narazılıq yaşansa da, bunu işdə hiss etdirməməlidirlər.


Geri dön

Sessiz Melodiya

  • 30 iyul 2014 22:48
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
Tewekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Biqeyrət....

  • 26 iyul 2014 21:09
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
sonuncu serh menden tesekkurler

Yokka_

  • 19 iyul 2014 02:42
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
meqale ucun twk..

sevinckaa

  • 15 iyul 2014 17:05
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
TəŞəKKüRLəR

--------------------
I am happy

^^FiDaNKa^^

  • 15 iyul 2014 13:30
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
Dediyimiz kimi, xüsusən dövlət qurumlarında eyni iş yerlərində çalışan ər və xanımlar kifayət qədərdir. Bəs onlar nə etməlidirlər ki, yuxarıda sadalananlarla ya üzləşməsinlər, ya da az üzləşsinlər?

^^YeRaZKa MeLeK^^

  • 14 iyul 2014 16:53
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Twk edirem...

--------------------

ADA GirL

  • 14 iyul 2014 16:18
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Tewekkurler=)

Mr.LegenD

  • 14 iyul 2014 15:54
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
Tewekkurler

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

Manoliya

  • 14 iyul 2014 15:53
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
Tewekkurlerrr.....

--------------------

Qaska_Quli

  • 14 iyul 2014 15:48
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrr

--------------------

wirin cansu

  • 14 iyul 2014 15:45
  • Məqalə: 0
  • Şərh: 365
  • Bal:
{awards}
tewekkur.........

Səssiz

  • 14 iyul 2014 15:32
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
tewekkurler........

--------------------
Səssiz'liyim

PércyDarkMoon

  • 14 iyul 2014 15:21
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
TəŞəKKüRLəR

--------------------

✰ღMouRnfuL GirLღ✰

  • 14 iyul 2014 15:16
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
meqaleye gore twk

--------------------

2-ci kurs telebesi

♔ Rapuиzel ♔

  • 14 iyul 2014 15:12
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
Maraqlidirrr

--------------------

PoZitiV Kaa=)

  • 14 iyul 2014 15:02
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
meqaleye gore twk

--------------------

Xanim Zehra

  • 14 iyul 2014 14:55
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
tewekkur..

winxclub_bloom

  • 14 iyul 2014 14:54
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
MELUMAT UCHUN teshekkurler

--------------------

ヅ Bad Girl ヅ

  • 14 iyul 2014 13:49
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
TəŞəKKüRLəR

--------------------

Wiyinimmm

  • 14 iyul 2014 13:44
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur ...

--------------------

♫ мєl๏dyคм ♫

  • 14 iyul 2014 13:38
  • Məqalə: 163
  • Şərh: 4763
  • Bal:
{awards}
İlk şərh məndən..

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 40
Cəmi: 66

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}