Həcc ziyarətinin vacibliyi

 
  • 14.02.2011, 22:59
  • Bölmə: İslam
  • Müəllif: RS85
Həcc ziyarətinin vacibliyi


"Həcc" ərəbcə "ziyarət etmək" deməkdir. Yəni İslamın müqəddəs şəhəri Məkkəyə gedib
Kəbəni və "qara daş"ı ziyarət etmək hər bir müsəlmanın borcu və arzusudur. Həcc füruiddinin
üçüncü rüknüdür. Qeyd etmək lazımdır ki, hələ çox qədimlərdən, İslama qədərki dövrlərdə
Məkkədə yerləşən Kəbə məbədi bütün insanların ziyarətgahı olmuşdur. Mötəbər məlumatlara
görə, Kəbə İslamdan 2700 il əvvəl ərəb qəbilələri arasında böyük hörmətə malik olmuşdur.
Müxtəlif adət-ənənəli ərəb qəbilələri və iranlılar oranı müqəddəs və əziz saymışlar.


Rəvayətə görə, Kəbəni Allah Talanın əmri ilə Həzrəti Adəm (ə) tikmiş, lakin Nuhun (ə) dövründə baş verən tufan onu
dağıtmışdır. Hədislərdə yazılanlara görə, Kəbənin tikintisində bütün dünyanın torpağından nümunə vardır. Dünyadakı
bütün insanlar Hz.Adəmdən (ə) əmələ gəldiyi üçün bədənində də həmin torpaq olmalıdır.
Nuh peyğəmbərdən (ə) sonra İbrahim (ə) və onun oğlu İsmayıl (ə) Kəbəni yenidən tikmişlər. "Kəbə" ərəb dilində
"kub" deməkdir. Kəbə - sahəsi 10x12 metr, hündürlüyü isə 15 metrə yaxın olan bu Allah evi Məscidül-həramın tən
ortasında yerləşir. Allah Talanın Adəmə (ə) göndərdiyi "qara daş" Kəbənin cənub-qərb küncündə divara hörülmüşdür.
Kəbə ibadət və Tanrıya tapınmaq üçün tikilmiş ilk evdir. "Bəqərə" surəsinin 122-ci və "Ali-İmran" surəsinin 96-cı
ayələrindən göründüyü kimi, Kəbənin tikilmə tarixi İbrahim peyğəmbərdən (ə) əvvəl olmuşdur. Hz.İbrahim (ə) Allah
Talanın buyruğu ilə Kəbəni çoxdan mövcud olan bünövrə üzərində yenidən tikmişdir.
Həzrət Əlinin (ə) "Nəhcül-bəlağə" əsərində də Kəbənin Hz.Adəmin (ə) vaxtından mövcud olduğu göstərilir.
Kəbənin binası dördküncdür. Künclərin hər biri digərinə tərəf yönəlmişdir ki, hava axını və külək bir-birinə təsir
edib zəifləsin və beləliklə, binanın dağılmasının qarşısı alınsın.
Kəbənin binasını Hz.İbrahim (ə) dövründən indiyədək Əmalin, daha sonra Cürhüm qəbiləsi və nəhayət Məhəmməd
peyğəmbər (s) zamanında Qüreyş qəbiləsi bərpa etmişdir. (Bu haqda "İslam tarixi" başlıqlı yazıda ətraflı məlumat
verilib).
Kəbənin qapısı ilə üzbəüz müqəddəs "Zəm-zəm" çeşməsi yerləşir. Hz.İbrahimin (ə) Hicazda qoyub getdiyi körpə
İsmayıl və onun anası Hacər susuzluqdan əziyyət çəkərkən möcüzə baş vermiş, körpənin ayaqları altından su fəvvarə
vurmuşdur. Çeşmənin suyu şəfaverici sayıldığı üçün zəvvarlar çox vaxt onu "zəmzəmiyyə" adlanan xüsusi qablarda
özləri ilə vətənlərinə aparırlar.
Tarixi məlumatlara görə, Məhəmməd peyğəmbər (s) hələ hicrətdə (Mədinədə) olarkən buyurmuşdur ki,
müsəlmanlar namaz qılarkən üzlərini Kəbəyə çevirməlidirlər. Həmin çağırışdan sonra Kəbədəki "qara daş"ın ətrafında
olan bütlər Peyğəmbər (s) tərəfindən məhv edildi və Kəbə İslamın müqəddəs məbədinə çevrildi. Həmin vaxta qədər
müsəlmanlar üzlərini Beytül-Müqəddəsə (Qüds) tuturdular. (Bu haqda "İslam tarixi" yazısında ətraflı bəhs edilib).
Beləliklə, İslam dininin yarandığı ilk vaxtlarda - miladi təqvimi ilə 632-ci ildən başlayaraq Məkkəni və oradakı Kəbə
evini ziyarət etmək mərasimi müsəlmanlar tərəfindən daha geniş icra edilməyə başlanmış və həcc ziyarəti adı ilə
məşhurlaşmışdır.
Zəvvarlar Məkkədə Zilhiccənin 7-ci günündə olmalıdırlar. Burada onlar təmizlənəndən, dəstəmaz alandan,
bədənlərinə ətirli yağ sürtəndən və qüsl edəndən sonra müqəddəs ağ ibadət libası - ehram (yalnız kişilər) geyirlər.
Ehramın heç bir tikişi olmur və iki ağ parçadan ibarətdir; birini bellərinə sarıyır, digərini isə çiyinlərinə salırlar.
Zəvvarlar həcc zamanı saçlarını qırxdırmır, dırnaqlarını tutmurlar. Qadınlar mütləq başlarına iri yaylıq örtməlidirlər.
Zəvvarlar həcc vaxtı heç bir işlə məşğul ola bilməzlər. Heç bir canlının qanını tökməyə ixtiyarları yoxdur,
hətta milçək olsa belə. Ağacdan meyvə dərməməli, ümumiyyətlə heç bir dünya neməti haqda düşünməməlidirlər.
Həcc zamanı əsas ziyarət Kəbəni yeddi dəfə dolanmaq, "qara daş"ı öpmək, dua etmək, müqəddəs Səfa və Mərva
təpələri arasında qaçmaq və "Zəm-zəm" quyusundan su içməklə başlanır.
İkinci gün zəvvarlar Ərəfat dağına yollanır və açıq havada gecələyəndən sonra, Zilhiccənin 9-da həccin əsas ayinini
yerinə yetirərək, Ərəfat dağının ətəyində dayanırlar. Bu ayin günortadan Günəş batana kimi davam edir. Zəvvarlar
burada namaz qılır və xütbəyə - moizəyə qulaq asırlar. Günəş batan kimi hamı dərhal Müzdəlifə vadisinə qaçır və
bütün gecəni orada ibadət edirlər.
Zilhiccənin 10-cu günü Mina vadisində şeytana daş atmaq mərasimi icra olunur. Burada sütunlar, İblisin
(şeytanın) bütləri vardır. Hər bir zəvvar şeytana yeddi dəfə daş atmalıdır. Bundan sonra qurbanvermə mərasimi
başlayır. Həmin gün Qurban bayramı günü hesab olunur, bayram namazını qılırlar. Bununla da Zəvvarlar həcc
mövsümünü başa vururlar.


Geri dön

music_angel

  • 4 sentyabr 2011 16:40
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

tunar_mamedov

  • 12 may 2011 15:18
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
ALLAH razi OLSUN

::..ONSLAUGHT::..

  • 16 fevral 2011 18:35
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
TWK,.,.,.,.,.,.,.,.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 15 fevral 2011 18:31
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
twk........

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 15 fevral 2011 11:31
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
deyeri xebere gore tesekkurler

huseyn12

  • 15 fevral 2011 08:13
  • Məqalə: 59
  • Şərh: 202
  • Bal:
{awards}
Çox təşəkkür edirəm. ALLAH razı olsun.

--------------------
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsib et.

Cici-Kiz

  • 15 fevral 2011 00:30
  • Məqalə: 38
  • Şərh: 654
  • Bal:
{awards}
ALLAH RAZI OLSUNç COX SAG OLUN!


HƏCCƏ GETMEYİ ALLAH BİZE DE NESİB ELƏSİN!AMİN!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

RS85

  • 15 fevral 2011 00:03
  • Məqalə: 3
  • Şərh: 44
  • Bal:
{awards}
AMIN INSALLAH QISMET OLAR BIZEDE

nilayka

  • 14 fevral 2011 23:34
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
deyerli ve gozel xeber ucun tewekkur edirem

deyerli ve gozel xeber ucun tewekkur edirem

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 13
Qonaqlar: 47
Cəmi: 73

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 12
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 672
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 3
 
 
{slinks}