Padşah kimi vəzifə(Bölüm 1)

 
Padşah kimi vəzifə(Bölüm 1)

Nazgül xanımın qaşqabağı yer süpürürdü. Çırtma vursan, qanı çıxmazdı. Elə bil əzizi ölmüşdü. Kənddən sor-sovqat gətirmiş və uzaqdan-uzağa qohumluğu çatan Fəzilət xala axır ki, özünü saxlaya bilməyib soruşdu:

- Ay Nazgül bacı, bu gün gözümə birtəhər dəyirsən axı. Elə bil həmişəki deyib-gülən Nazgül deyilsən. Yaman bikefsən e, dilim qurusun!! Bəlkə uşaqların başında hadisə-zad…

Nazgül xanım pudralanmış dolu sifətinə sallanan qara qıvrım birçəyini xına yaxılmış incə barmaqlarının arasında yuxarı sığallayıb kədərli ah çəkdi:

- Ay Fəzilət xala – dedi, -ərim padşah kimi taxtdan düşüb -niyə bikef olmuyum?! Bəyəm bu az dərddi?! Qaradan artıq nə rəng?!

Fəzilət xala qəddini ona tərəf əyib canıyananlıqla:

- Az, naşükürlük eləmə! Allaha ağır gələr! Təki ölüm-itim olmasın! Tanrının kərəminə min şükür. Səfiyar qardaşa nə olub?! Sənin də ki, Allah ta artıq eləsin, top dağıtmaz ev-eşiyin, gül kimi balaların, maşallah polad kimi də sağlam canın, nəyin əskikdi?! Ərin də ki, elnən gələn qara gün toy-bayramdı. Gərək elə raykom katibliyi ola?! O biri vəzifələrdə işləyənlər acından ölmür ki?!

- Yox e, Fəzilət xala, partiya-zad məni o qədər ağrıtmır. Dağılır belə cəhənnəmə dağılsın! – deyə Nazgül xanım içərisində qovrula-qovrula dərdini Fəzilət xalaya açdı: -Raykom katibliyi day ayrı vəzifəydi -dedi. -Özü də Səfiyar neçə ildi ki, birinci işləyirdi. Əlinin üstündə əl yoxudu. Nə gizlədim, sən də elə özümünküsən. Ev bizim, sirr bizim. Rəhmətlik o böyük əmim, hərdən söz düşəndə danışırdı e, o keçmiş zamanlardan. Nə bilim bəy belə getdi, xan belə oldu, piristav belə vurdu-yıxdı… Vallah-billah raykom katibliyinin yanında onlar nəyidi?! Heç zad! Bütün rayon bizə işləyirdi. Özü də Səfiyar işin çəmin yaman tapmışdı. Yuxarıda asılı olduqlarının bir-ikisini əlində saxlayırdı. Gəlib-gedən nümayəndələrin də qulluğunda durub, qonaq otağında yedirdib-içirdib, ağızlarına da ayından-oyundan atıb yola salırdı. Ondan sonra rayonda kəsdiyi başın sorğu-sualı yoxdu. O de, dədəm məktəbdə adicə zavxoz işləyir. Amma camaat arasına çıxanda, hamı ona baş əyirdi ki, bu raykom katibinin qayınatasıdı. Qardaşlarım Səfiyarın hesabına süd gölündə üzürdülər. Hərəsinin də altında bir maşın. -Katibin qaynı gəlir -deyəndə zağ-zağ əsirdilər. Uşaqlar da ki, məktəbə getdi-getmədi, dərs oxudu-oxumadı ilin axırında hərəsinin bir beşi varıdı. Hansını deyim?! Neçə ildi bazar tanımırıq, dükana getmirik. Yeməyimiz, geyməyimiz hamısı müftəcə gəlir. Day başqa şeyləri demirəm, özün bilirsən dayna, vallah elə karobkalar var ki, on ildi gəlib, macal tapıb ağzını açmamışam. Cürbəcür xarici servizlər, yapon maqnitafonları, bahalı-bahalı televizorlar. Gələn hədiyyələri yığıb-yığışdırmağa yerimiz də yoxdu. Çoxun tullamışam ode, çöldəki qaraja.

Nazgül yandığından əlini dizinə vurdu:

- Bilmirəm bu nə qəfil gülləydi durduğumuz yerdə bizi tutdu. O cür dolanışıqlı, hökmran vəzifə birdən-birə əlimizdən getdi. Kişi o katibliyi verəndən bəri, özümüzə gələ bilmirik. Həmin gündən yediyimiz-içdiyimiz də zəhər-zəhrimara dönüb…

Fəzilət xala ərkyana:

- Nazgül, sən deyən düzdü e, bacı – dedi, – Savadımın az olmasına baxma, mənim də özümə görə ağlım var. Kim çörəyi qulağının dalına yeyir?! Bu dünyanın işlərindən azdan-çoxdan mənim də başım çıxır. Dava vaxtı anbardar, ferma hesabatçısı işləmişəm. Neçə dəfə rayona deputat seçilmişəm. Raykomun zərbi-zorbunu görmüşəm. Vallah katibin hənirtisi gələndə, sədrimiz siçan deşiyini satın alırdı. Söz-sözü gətirər. Bunu qoyum, ona gedim. Bir qoçaq, haracan da desən, əlli-ayaqlı, diribaş sədrimiz varıdı. İnsafən camaatla rəftarı da yaxşıydı. Bizi də pis dolandırmırdı. Hər il də planları doldururdu. Adamın üstündə Allah var. Tikintiyə-zada da can yandırırdı. Allah ağlını aldı, katibin dediyini vaxtında eləmədi. Eləmədi deyəndə kişinin qəfil ölüsü düşdü, başı qarışıq oldu. Çoxlu da xərci çıxdı. Hər sədrin də bilirsən dayna nırxı var. Ona görə də, katibin yanına həmi gec getdi, həmi də bu dəfə bir-iki min manat az oldu. Onun üstündə katib mindi cin atına. Başımıza od ələdi. Rayonun nə ki yoxlaması vardı, hamısını tökdü kəndə. Kolxozu dibdən-daşdan yoxlatdırıb haqq-nahaq sədrimizə on iki imamın qanını sübut elət­dirdi. Nə qədər nöqsan tapmışdılar, hamısını yoğurub-yapıb qoydular boynuna. Sonra da o cür qoçaq işçini çığırda-çığırda partiyadan çıxardıb, ilim-ilim itirdilər. Yazığın altı qızı varıdı, sonradan-sonraya da bir oğlu olmuşdu. Bax, o bir bölük uşaq heyləcə qaldılar yaman günə. Vallah indinin özündə də bir kökdədilər ki, yağı görə, qan ağlıyar. Allah heç kafir bəndənin başına gətirməsin. Bax, katibliyin o cür zəhmi varıdı. İstədiyini bir dəyqənin içində iti qılınc kimi kəsirdi. İndi ay bacı, sən neyləyəsən, mən neyləyim. Əlimizdən nə gəlir?! Bir də ki, Səfiyar katiblikdən çıxıb, belə canınız sağ olsun. Allah-taala o gül kimi balalarınıza qıymasın, sənciyəzə dəyməsin. Katiblik olmasın, təzə çıxan vəzifələrdən biri olsun. Day, onu özünə dərd eliyib, ürəyinə salmağının nə xeyri var?! Dünyanın gərdişi belədir. Dəm yenişə, dam yoxuşa! Olacağa çarə yoxdur. Nə təhər olsa, Səfiyarın da çoxdan katib işlədiyini nəzərə alıb ona bir maşınlı, telefonlu, kabinetli vəzifə verərlər. Heç o, isbalkom da pis vəzifə dəyil. Gözümün qabağında kim isbalkom işləyib, daşı-daşın üstünə qoymasa da, qohumu-qardaşı, illaf o yeddi arxa dönənlərinin hamısı özünə gün-güzəran tapıb. Maa elə gəlir ki, Səfiyar qardaşa da aşağısı bir isbalkomluq verərlər.

- Eh! Sən də söz danışırsan, – Nazgül üz-gözünü turşudub Fəzilət xalanın sözünü yarımçıq qoydu:




P.S Ardi var


Geri dön

Səssiz

  • 7 avqust 2014 22:16
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
Cox sagol sirin

--------------------
Səssiz'liyim

вคɴค iкiмizi คɴlคт ❤

  • 1 avqust 2014 01:12
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Tesekkur edirem =)

Biqeyrət....

  • 26 iyul 2014 13:16
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur ...

sevinckaa

  • 25 iyul 2014 12:20
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
tesekkur...

--------------------
I am happy

Sessiz Melodiya

  • 23 iyul 2014 18:02
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Wiyinimmm

  • 22 iyul 2014 03:32
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur ...

--------------------

Manoliya

  • 21 iyul 2014 18:53
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
Tewekkurlerrrr.....

--------------------

Səssiz

  • 21 iyul 2014 16:39
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
TEWEKKURrrrrrrrrrr

--------------------
Səssiz'liyim

sevinckaa

  • 21 iyul 2014 00:47
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
tewekkur ediremmmm

--------------------
I am happy

ヅ Bad Girl ヅ

  • 20 iyul 2014 18:20
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
TəŞəKKüRLəR

--------------------

Yokka_

  • 20 iyul 2014 15:58
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur .

suleymanli saleh

  • 20 iyul 2014 11:09
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur ...

sevinckaa

  • 19 iyul 2014 23:14
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur ...

--------------------
I am happy

✰ღMouRnfuL GirLღ✰

  • 19 iyul 2014 15:17
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
Təşəkkürlər oxuyacam

--------------------

2-ci kurs telebesi

Angry Boy

  • 19 iyul 2014 10:56
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
saolun meqaleye goreee

Mr.LegenD

  • 19 iyul 2014 02:20
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
Tewekkurler

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

sevinckaa

  • 19 iyul 2014 01:34
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
tesekkurler

--------------------
I am happy

Biqeyrət....

  • 19 iyul 2014 01:17
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
megaleye gore tesekkurler

Prosta FaN

  • 19 iyul 2014 00:19
  • Məqalə: 0
  • Şərh: 1214
  • Bal:
{awards}
Təşəkkürlər Ardını Gözləyirik...

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"

Qaska_Quli

  • 19 iyul 2014 00:13
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

sevinckaa

  • 19 iyul 2014 00:06
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
meqale ucun twk...

--------------------
I am happy

wirin cansu

  • 18 iyul 2014 23:35
  • Məqalə: 0
  • Şərh: 365
  • Bal:
{awards}
MEQALE UCUN TEWEKKURLER

Xanim Zehra

  • 18 iyul 2014 23:23
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
tewekkur..

wirin cansu

  • 18 iyul 2014 23:22
  • Məqalə: 0
  • Şərh: 365
  • Bal:
{awards}
meqaleye gore tewekkurlerr

ADA GirL

  • 18 iyul 2014 23:00
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Super twkrr

winxclub_bloom

  • 18 iyul 2014 22:51
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
maraqli idi

--------------------

Yokka_

  • 18 iyul 2014 22:47
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
meqale ucun twk..

sevinckaa

  • 18 iyul 2014 22:19
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
meqale ucun twk...

--------------------
I am happy

Mrs.IsGenDerLi

  • 18 iyul 2014 21:49
  • Məqalə: 55
  • Şərh: 2746
  • Bal:
{awards}
meqaleye gore twk

--------------------


sevinckaa

  • 18 iyul 2014 21:48
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
meqale ucun twk...

--------------------
I am happy
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}