Yaşanmış bir sevgi hekayəsi (2-ci hissə)

 
Yaşanmış bir sevgi hekayəsi (2-ci hissə)

İşin sonuna bir saat qalmış işdən çıxdı və evə gəldi. Telefonunu bağlayıb otağında fikirləşməyə başladı. Yox, qərarı qətiydi. Ayrılmaq...
Səhəri günü dayanacağa gələndə Arazı orda görüncə üzünü çevirmək istədi. Amma Araz qətiyyətlə ona yaxınlaşıb qolundan tutaraq yaxınlıqdakı maşına sarı apardı.
- Burax qolumu, neynirsən?
Araz tərzini pozmadan gülümsədi.
- Kənardan baxırlar, sakitcə otur maşına...- dedi.
- Olmaya qaçırdırsan məni?
- Elə bir fikrim var – deyib, maşının qağısını açdı. Arzu könülsüz halda maşına oturdu.
Maşının tamam başqa istiqamətdə getdiyini görən Arzu təəcübləndi.
- Hara gedirik?
- Bizim bağa...
- Ora niyə? Mən işə getməliyəm.
- Bəs dedim axı səni qaçırıram – deyib Araz onun əlini tutdu.
- Bir bu çatmırdı, deyəsən doğrudan başın xarab olur sənin
- Başımı da, elə hər yerimi də xarab eləmisən dəə...
- Araz burax zarafatı...
- Vallah, ciddiyəm, zarafat eləmirəm. Zəng elə Gülərə de ki, gəlməyəcəksən...
Arzu daha heç nə demədi. Səbrlə işin sonunu gözlədi.
Arazgilin bağı dənizin kənarında idi. Darvazadan içəri girən kimi ilk diqqətini çəkən bağın abadlığı və baxımlığı oldu. Hər tərəf yamyaşıl idi.
- Nə durmusan, gəlsənə... – deyib Araz az qala onu çəkə- çəkə evə apardı.
Arzu sanki sehrlənmişdi. Arazın hərəkətləri bir qədər gülməli gəlirdi ona...
Evə girən kimi Arzunun çiyinlərindən tutub özünə sarı çəkdi. Arzu onun geniş qolları arasında demək olar ki, itib-batdı. Arzunun hündürdaban ayaqqabılarında boyları tən gəlirdi deyən üz-üzə, göz-gözə gəldilər... Bir müddət beləcə durdular. Araz onu coşqunluqla öpür, öpürdü...
Onun möhkəm qolları arasında hərarətli öpüşlərindən sustalırdı Arzu...
Araz sevdiyi idi... Araz arzuladığı idi... Sanki illər boyu onu gözləmişdi... Özlüyündə dəfələrlə onu sevdiyini etiraf etsə də bunu Araza deməmişdi. Arzu bu sevgisində təmənnasız idi... Arazın sevgisini saf bir uşaq sevgisinə bənzədirdi. Inanırdı ki, zamanla o özü aralarındakı səddi, həddi anlayıb geri çəkiləcək. Amma bu gün Araz israrlı idi, onun Arzuya sahib olmaq arzusu o qədər güclü idi ki, bu istəyin qarşısında Arzu gücsüzlüyün hiss edirdi... Amma bunu özünün də istədiyinin fərqində idi...

... Gözlərini açanda otağın ala-toranlığında qolunu onun sinəsindən aşırıb, şirin-şirin yatan Araza baxdı. İlahi, bu simada nə qədər məmnunluq, rahatlıqlıq var idi...
Qalxmaq istəyəndə Araz oyandı. - eeeeee- deyib onu bərk – bərk qucaqladı – Getmə -dedi.
Arzu onun sıx qara saçlarını barmaqlarıyla daraqladı.
- İmkan ver, su içmək istəyirəm.
Araz yerindən sıçradı.
- Mən indi çay qoyaram.
- Sən əvvəl bir əynini geyin- deyib Arzu ucadan güldü.
Araz çılpaq olduğunun fərqində olunca qeyri – ixtiyari aşağı əyildi və paltarlarını axtardı...
Bir azdan birlikdə oturub çay içirdilər.
Arzu gedəcəyini Araza deyəndə Araz narazılıqla:
- Olmadı da Arzu – dedi. – İstəyirsən günü sabah ZAQS-a gedək.
- Yox, Araz, bilirsən ki, bu gün olanların heç nəyə dəxli yoxdu. Bunu ikimiz də istədik. Amma yadında saxla, indilik qoy hər şey belə də qalsın. Sən hələ oxuyursan, hər şey qarşıdadır.
Bir istədi ki, "Sənin gələcək həyatında mənim yerim yoxdu, Araz” – desin. Amma sözlərini dilinin ucundan geri qaytardı.

Aylar ötdü, illər bir-birini əvəzlədikcə bu münasibət Arzunun gözlədiyinin əksinə olaraq soyumaq bilmədi. Arazın Arzuya istəyi, məhəbbəti azalmaq bilmirdi. Vaxtaşırı görüşürdülər. Bəzən Arzu məzuniyyətə çıxanda bir neçə günlüyə istirahət mərkəzlərinə gedirdilər. Arazın sanki belə lazımmış kimi davranışı Arzunu bezdirmirdi...
Araz universitetin son kursunda oxuyurdu. Arzu işlədiyi şirkətdə direktor vəzifəsinə qədər ucalmışdı. Özünü hədsiz xoşbəxt hiss edirdi. Həyatında Arazı var idi. Bu illər ərzində heç biri gələcəklərindən söz açmamışdılar. Özlərinin doğru hesab etdikləri həyatlarını yaşamışdılar. Və aralarındakı münasibəti Gülərdən başqa heç kim bilmirdi. Arazın ərköyün təbiətindəki istədiyinə hər zaman nail olmaq arzusuna çatması, Arzunun ona təmənnasız diqqəti, qayğısı, sevgisi Arazı elə arxayın salmışdı ki, heç nəyin fərqində deyildi.

Günəşli bir yaz səhərində yuxudan oyanan Arzu halında bir xoşagəlməzlik hiss elədi. Tez-tələsik özünü vanna otağına çatdıran Arzu öyüdükcə öyüdü. Bət-bənizi ağarmış halda vanna otağından çıxan Arzu anası ilə qarşılaşdı.
- Bu nə sir-sifətdi, qızım, nə olub?
- Bilmirəm, mama, deyəsən soyuqlamışam, içim qarışır, halım pisdir... – deyib qarnını ovuşdura - ovuşdura zarıdı və otağına keçib yerinə uzandı.
Əvvəlcə ağlına heç nə gəlməsə də birdən ilan vurmuş kimi yerindən sıçradı.
"... Ola bilməz, mensturasiyam vaxtaşırı gecikibdi indiyəcən, yəni mən aldandım...” – deyə həyəcanla başını tutdu. Amma içinin dərinliyində hardasa qəribə hiss titrədi sanki...
Işə gələndə yolüstü aptekdən bir test aldı. Girişdə Gülər onu görəndə təəcüblə içini çəkdi.
- Arzu, rəngin niyə qaçıb?
- Bilmirəm, Gülüm, səhər yuxudan durandan içim qarışır.
- Olmaya.... – Gülərin nitqi kəsildi.
- Deyəsən... – dedi Arzu.
- Test eləmisən?
- Yox hələ, indi aldım.
Otaqlarına keçib pəncərələri açdılar.
- İndi fikrin nədi?
- Saxlayacam.
- Sənin başına hava gəlib deyəsən?
- Yox niyə ki, Gülər bilsən bunu nə qədər istəyirəm.
- İstəmək hər şey deyil, Arzu. Bəs Araz, valideynləri, səninkilər.... Nə deyəcəklər?
- Məni heç kəsin fikri maraqlandırmır, Gülüm. Bu gün sabah 35 yaşım olacaq. Bu mənim həyatımdı.
Gülər təəssüflə başını buladı.
- Sənə çətin olacaq – dedi. – Amma hər zaman yanındayam, bitanəm. Araza deyəcəksən?
- Həə, heç onsuz olar?
- Görəsən necə qarşılayacaq?
- Bilmirəm, Gülüm, bu barədə heç vaxt danışmamışıq daaa...
- Nə barədə danışmısınız ki, indiyədək? Sən bir dəfə özünü ona qurban verdin.
- Ona yox, Gülüm, sevgimə... – deyib Arzu köksünü ötürdü.
- Bilə - bilə ki, onun valideynləri səni heç vaxt qəbul etməyəcəklər...
- Həə, bilə - bilə... – Arzu köksünü ötürdü.

***

Arazın kefi kök idi. Valideynləri söz vermişdilər ki, magistraturaya girsə ona maşın alacaqlar. Kafedə oturub yemək yeyə-yeyə ağız dolusu arzularından danışan Araz birdən duruxdu.
- Nə olub sənə, nəsə birtəhərsən eeee- deyərək udqundu.
- Heç Araz, yeməyini ye.
- Bəs sən niyə yemirsən?
- İstəmirəm – deyə Arzu baxışlarını yayındırdı.
- Xəstələnmisən? – deyib Araz əlini uzadıb Arzunun alnına toxundu. – Elə bil rəngin də qaçıb...
- Dedim ki, heç nəyim yoxdu, Araz, yeməyini yeee – deyə onun əlini alnından götürüb dodağına yaxınlaşdırdı.
- Heç olmasa bir tikə ye...
Arzu yeməkdən bir tikə götürüb ağzına qoydu. Kaş etməyəydi. Öyüdü. Yaxşı ki, Araz salfeti onun ağzına tutmağa imkan tapdı...
Əl – üzünü yuyub rahatlanan Arzu Arazın üzündəki qorxunu görəndə gülümsədi:
- Qorxma keçdi – dedi.
- Nəsə olub sənə?
- Həə, Arazcım, bəbişimiz olacaq...
Arazın qulaqları cingildədi.
- Nə dedin, nəəəəə? – deyə qəribə səslə soruşdu.
- Eşitdiyini...
- Niyə indi? – deyə Araz çox mənasız sual verdi.
- Bilmirəm, Arazcım, yəqin belə lazımmış, bu da bir qismətdi... Amma deyəsən sevinmədin?
- Bu indi bizə lazım deyil, Arzu. Sevinmədim doğrudan da – Araz qırıq-qırıq dilləndi.
- Sən narahat olma, sənin həyatında heç nə dəyişməyəcək. Arxayın ol, bunu heç kim bilməyəcək. O bizim sevgimizin mənə bəxş etdiyi ən qiymətli hədiyyədir. Mən artıq onu sevirəm, istəyirəm...
- Bəs məəənnn? – deyə Arazın üzündə qəzəbdənmi, paxıllıqdanmı doğan bir ifadə dolaşdı.
- Arazcım, yadındadısa, mən münasibətimizin ilk günüdən demişəm ki, sənin həyatında, ailəndə mənim yerim yoxdur... İnkar etmə... Sən istəsən də, istəməsən də bu heç nəyi dəyişməyəcək. Mən səndən heç nə istəmirəm, heç vaxt da istəməyəcəm, bunu ki, bilirsən...
- Özünü məndən çox tez ayırırsan... Elə bil o artıq səninçün hər şeydi...
- Düz deyirsən, o mənə lazımdı, sənə isə yox...
- Necə soyuqqanlı danışırsan, Arzu...
- Elədi, canım, qəbul edə bilmirsən, görürəm, amma mən qərarımı vermişəm.
- Nə qərarını ? Sən mənsiz qərar verə bilməzsən...
- Səhv edirsən. İndiyədək eləydi, amma görürsən ki, indi hər şey dəyişir...
- Demək sən mənim həyatımı alt-üst eləmək istəyirsən?
- Dedim ki, səndən heç nə istəmirəm – deyə Arzu əsəbiliklə səsini qaldırdı.
- Sən mənim yeməyimi zəhərə döndərdin, sən mənim sevincimi kədərə döndərdin, Arzu, qurban sənə, niyə belə edirsən? – Araz onun əllərindən tutub tumarladı: - Bəlkə həkimə gedək?
Arzu dalı-dalı çəkildi.
- Heç vaxt, Araz, bunu heç xəyalından belə keçirmə...
- Onda ya o, ya da mən... – Arazın sözü ağzında qaldı.
Arzu sakitcə çantasını götürüb kafedən çıxdı. Araz onun ardınca getmədi. Gedə bilmədi. Ayaqları sanki yerə yapışmışdı. Beynindəki qarışıq fikirlər aydınlaşanda öz-özünə təskinlik verdi: - "Arzudu da, indiyədək hansı arzu-istəyimin qarşısında durub ki... Getməyəcəm dalınca, ağlı başına gələndə zəng edəcək....”. Amma yeməyini yeyə bilmədi. Gözünü Arzunun əl dəyməmiş yeməyindən çəkməyib, oturduğu stula baxdı, köksünü ötürüb yerindən durdu və kafedən çıxdı.

Araz kölgə kimi gəzib dolanırıdı. Evdəkilər onun niyə belə dəyişdiyini dönə-dönə soruşsalar da hər dəfə bir bəhanə ilə yaxasını qurtarır, ümumiyyətlə evdə az olmağa çalışırdı. Mübahisə etdikləri gündən həftələr keçirdi artıq, amma Arzudan nə bir zəng var idi, nə də onun atmacalı mesajlarına cavab...
Son mesajında isə bütün acığını, hirsini-hikkəsini toplayıb ağlına- ağzına gələni Arzuya yazmışdı:
"... Sən hər şeyi ölçüb biçibmişsən... Əlbəttə ki, bu yaşında mənim kimi "uşağın” birini özünə yaxın buraxanda mən bilməliydim ki, sənin məqsədin var. Sənin kimilər ailə qurmaq iqtidarında deyillər. Ancaq öz məqsəd və mənafelərini, maraqlarını güdürlər... Bir daha məni axtarma, əlvida!”
Arzu hamiləlikdəki toksikozdan çox əziyyət çəkirdi. Amma evdə şübhələnərlər deyə evdə qala da bilmirdi. Səhər işə gəlib təzəcə rahatlamışdı. Telefonuna gələn mesajı açıb oxuyanda bir anlığa yerində duruxdu və sonra nələr olduğundan xəbəri olmadı.
Gözünü açanda xəstəxana palatasında idi. Anası başının üstə dayanıb ağlayırdı. Əlini uzadıb anasının əlindən tutdu.
- Mama, məni bağışla, mənə güc-qüvvət ver... –deyə zarıdı.
- Niyə belə elədin, qızım, sən axı uşaq deyildin, niyə bunları bizə yaşatdın? İndi mən atana nə deyəcəm.
- Heç nə, mama, papaya heç nə demə, mən özüm istədim... Çarəsin də tapacam.
Həkimlər hər şeyi anasına demişdilər. Və keçirtdiyi stresdən dolayı hamiləliyin pozulma ehtimalı olduğuyçun da ən azı hələ bir ay xəstəxanada yatmalı olduğunu bildirmişdilər.

Arzudan heç bir xəbər olmağdığını görən Araz nəhayət ki, özünü toparlayıb işin sonunda şirkətə gəldi. Nəzərə çarpmamaq üçün bir yer seçib gözləməyə başladı. Nə həmin günü, nə də sonrakı günlər Arzunun olmadığını görüncə, dözməyib, Gülərə yaxınlaşdı:
- Salam
- Niyə gəlmisən? – deyə Gülər acıqla sual verdi.
- Arzu hardadı?
- Neynirsən, sənə nə?
- Yaxşı daa, nə olub, niyə yoxdu? – deyə Araz nigarançılıqla Gülərin qolundan tutdu.
- Çıx get, Araz, sən gərək əvvəldən onun qarşısına çıxmayaydın.
- Deməyəcəksiz? – Araz sanki büzüşdü.
- Xəstədir, xəstəxanada yatır.
- Niyə, hansı xəstəxanada? – deyə həyacanından az qala boğula-boğula soruşdu.
- Deyə bilmərəm, heç kəsə icazə vermir yanına getməyə...
Araz nə qədər yalvarsa da Gülərdən başqa heç nəyi öyrənə bilmədi. Suyu süzülmüş halda şirkətdən uzaqlaşdı.
Xəstəxanada ikən Gülər onun üçün ev kirayələdi. Mikrorayonda ikiotaqlı mənzilində tək yaşayan yaşlı bir qadının yanında yaşayacaqdı. Anası olanları atasına deyəndə kişi az qala infarkt keçirmişdi.
"... Mənim o adda qızım yoxdu, bir daha gözümə görünməsin...” – demişdi.
Qohum - qonşuya isə onların razılığı olmadan ərə getdiyini söyləmişdilər.
Araz sanki canlı ruh idi. Ancaq universitetlə başını qatırdı. Magistraturaya qəbulun nəticələrəi çıxan gün atası onun istədiyi maşının açarlarını stolun üstə qoyanda çox sevindi.
Ertəsi günü şirkətə gəldi. Kənarda saxlayıb maşındaca Arzunu gözləməyə başladı. Bu gün onunla qəti danışmaq fikri var idi. Onların deyə-gülə şirkətdən çıxdıqlarını görəndə sevincindən bilmədi ki, neyləsin. Arzunun Gülərdən ayrılmasını gözlədi. Lakin onların tamam başqa səmtə döndüklərini görüncə onları izləməyə başladı. Maraqdan və təəccübdən ürəyi partlamaq dərəcəsinə gəlsə də Arzuya yaxınlaşa bilməyib kor - peşman evə qayıtdı.
Demək olar ki, hər gün onu izləsə də ürək eliyib yaxınlaşa bilmirdi.
Valideynlərinə əsgəri xidmətə getmək istədiyini bildirəndə anası evdə qiyamət qopartdı.
"... Qoymaram, bir uşağımı gözümdən o yana”- dedi. Amma atası onun fikrini bəyəndi.
Yola düşməzdən bir gün əvvəl şirkətə gəlib Arzunu çağırtdırdı. Aram- aram pillələri enən Arzusuna gözü dolu baxdı, baxdı... Araza elə gəldi ki, Arzu bir qədər kökəlibdi, qəşəngləşibdi.
Və onu da hiss elədi ki, Arzu onunçun çox qiymətlidi, əzizdi, onu itirmək istəmir...
Onu görən Arzunun rəngi dəyişdi. Amma geri qayıda bilmədi.
- Nə istəyirsən? – deyə salam vermədən soyuq bir tərzlə dilləndi.
- Çıxa bilərik?
Arzu dinməz- söyləməz qabağa düşdü. Yaxınlıqdakı bağa gəldilər.
- Eşidirəm səni.
- Arzu, qurban sənə, yalvarmağa gəlmişəm. Üzr istəməyə, ayaqlarına düşməyə gəlmişəm.
- Çox nahaq... Nə yalvarma, nə də üzr istə, Araz, sadəcə, sakitcə çıx get, mənə mane olma. Qoy öz həyatımı yaşayım...
- Mənsiz?
- Hə, sənsiz. Artıq həyatımda biri var. Mən onu sevirəm, onun üçün yaşayıram.
- Sən nə danışırsan? Kimdi o elə? – deyən Arazın səsi çox əcaib çıxdı.
- O mənim Muradımdı. Hələki, qanımla canımla bəslədiyimdi...
Arazın ürəyi yerinə gəldi.
- Mən axmaq da başqa şey düşündüm...
- Araz, çox xahis edirəm, bir də gəlmə. Məni axtarma. Məni unut. Məni yox bil. Məni ölmüş bil. Birdə bil ki, sağalar xəncər yarası, sağalmaz söz yarası...
Arzu dönüb getmək istəyəndə Araz onun qolundan tutdu.
- Bəlkə məni dinləyəsən?
- Yox, vaxtım da yoxdu, həvəsim də yoxdu səni dinləməyə. Sən bütün hisslərimi yaratdığın kimi elə də öldürdün... Kaş ki, heç qarşıma çıxmayaydın... Burax qolumu...
Arzu çıxıb getdi. Araz heykəl təki dayanıb onun ardınca baxdı. Arzu çox dəyişmişdi, çox sərt olmuşdu.
Aylar ötdükcə Arzu ağırlaşırdı. Amma həyata, yaşamağa o qədər inamlı idi ki... Hər anı, dəqiqəsi indidən adını da qoyduğu Muradına bağlı idi. Maaşı onun bütün tələbatını ödəyirdi. Vaxtaşırı müalicəsini də götürür, işindən də qalmırdı.
Araz da əsgərliyini yerinə yetirirdi. Dəfələrlə Arzuya zəng eləmişdi. Amma tanımadığı zənglərə Arzu cavab verməmişdi....


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 1 avqust 2014 01:16
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
Cox sagol......

sevinckaa

  • 25 iyul 2014 12:23
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
tesekkur...

--------------------
I am happy

Sessiz Melodiya

  • 23 iyul 2014 18:10
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Wiyinimmm

  • 22 iyul 2014 03:36
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur ...

--------------------

sevinckaa

  • 21 iyul 2014 00:50
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
tewekkur ediremmmm

--------------------
I am happy

ヅ Bad Girl ヅ

  • 20 iyul 2014 18:24
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
TəŞəKKüRLəR

--------------------

Yokka_

  • 20 iyul 2014 16:01
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur .

suleymanli saleh

  • 20 iyul 2014 11:14
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur ...

sevinckaa

  • 19 iyul 2014 23:18
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur ...

--------------------
I am happy

Mr.LegenD

  • 19 iyul 2014 02:23
  • Məqalə: 88
  • Şərh: 2340
  • Bal:
{awards}
Tewekkurler

--------------------
https://www.facebook.com/vusal.yoff.3
Facebook profilim isteyen dostluq atsin

sevinckaa

  • 19 iyul 2014 00:11
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
meqale ucun twk...

--------------------
I am happy

Qaska_Quli

  • 19 iyul 2014 00:04
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrr

--------------------

ADA GirL

  • 18 iyul 2014 23:06
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Ela twkrrr(((

winxclub_bloom

  • 18 iyul 2014 22:55
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
maraqli idi

--------------------

Yokka_

  • 18 iyul 2014 22:51
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
meqale ucun twk..

sevinckaa

  • 18 iyul 2014 21:53
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
meqale ucun twk...

--------------------
I am happy

Wiyinimmm

  • 18 iyul 2014 21:20
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur ...

--------------------

Mrs.IsGenDerLi

  • 18 iyul 2014 20:54
  • Məqalə: 55
  • Şərh: 2746
  • Bal:
{awards}
meqaleye gore twk

--------------------


sevinckaa

  • 18 iyul 2014 20:51
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
meqale ucun twk...

--------------------
I am happy

sessiz deniz

  • 18 iyul 2014 20:50
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrrrrrr

Mrs.IsGenDerLi

  • 18 iyul 2014 20:40
  • Məqalə: 55
  • Şərh: 2746
  • Bal:
{awards}
meqaleye gore twk

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 54

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}