Cabbarlı heykəlinin quş yuvası olacağını bilsəydi

 
Cabbarlı heykəlinin quş yuvası olacağını bilsəydi


Bakıda heykəl və abidələrin yuyulub təmizlənməsi ilə kim məşğul olur?

Şəhərimizdə onlarla heykəl və abidələr var. Onlar milli dəyərlərimizin rəmzi və görkəmli şəxsiyyətlərimizin xatirəsinin dəyəri kimi qorunub saxlanılır. Lakin bu gün onlar hansı durumdadır, maraqlanan, qeydinə qalan varmı, yoxmu, bilmirik.

Kənardan görünən odur ki, heykəllərin təmizlənməsi ilə məşğul olan deyəsən, yoxdur. Çünki paytaxtın müxtəlif yerlərində Sabir, Fizuli, Ayna Sultanova, Səməd Vurğun, Cəfər Cabbarlı abidələri zirvədən bizə baxsa da, yəqin ki, üst-başlarının çirkindən, tozundan həm də utanırlar...
Düzdür, son zamanlar heykəl və abidələrin ətrafı düzəldilir, gül-çiçəklə bəzədilir, təmir olunur, park içərisindədirsə ora abadlaşdırılır. Amma bu cansız heykəllərin təmizləndiyini, yuyulduğunu görmürük. Çox uzağa getməyək. Elə götürək "28 May" metro stansiyası ərazisində ucaldılmış C.Cabbarlı heykəlini və ya S.Vurğun heykəlini... Ətrafı təmiz olsa da, heykəllər çirk və quş "peyini" içindədir. Bu azmış kimi quşlar heykəllərin üzərində yuva da qurub.
Bəs heykəl və abidələrin yuyulub təmizlənməsi ilə kim məşğul olur?

Bunu aydınlaşdırmaq üçün ilk öncə Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bu işlə Bakı Şəhər İcra Hakimiyyətinin məşğul olduğunu deyib, bilvasitə onlardan məlumat almağı məsləhət gördülər.
Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıqda isə bu mövzunun ümumiyyətlə, onlara aid olmadığını bildirdilər. Qurumun rəsmisi "Abidələrin, heykəllərin yuyulub təmizlənməsi, abadlaşdırılması, qorunub saxlanılması ilə Mədəniyyət və Turizm Nazirliyi məşğul olur. Nazirliyin nəzdində Tarixi abidələrin qorunması sektoru ilə əlaqə saxlayın. Onlar sizə yardımçı olacaq" deyə bizə konkret surətdə bu işlə məşğul olmadıqlarını və İcra Hakimiyyətinin nəzdində bu sahə üzrə əlaqəli bir departamentin olmadığını bildirdilər.

Yenidən Mədəniyyət Nazirliyinə üz tutduq. Bu dəfə isə Abidələrin qorunması sektoruna müraciət etdik. Qurumun direktoru Arif Əliyev ciddi və əsəbi bir şəkildə bu işlə məşğul olmadıqlarını bildirdi. "Bizim işimiz tarixi abidələrin qorunması, onların uçulub dağılmasının qarşısını almaqdan ibarətdir. Ümumi qanunvericilikdə nə nəzərdə tutulubsa, biz də öhdəmizə düşəni yerinə yetiririk. Biz abidələri uçulmaqdan, dağılmaqdan, itib aradan çıxmamaqdan qoruyuruq. Təmizlik, yumaq bizim işimiz deyil. Siz ən yaxşısı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayın. Biz bu məsələ ilə bağlı dəfələrlə qurumla əlaqə saxlamışıq. Bildirmişik ki, biz təmizlik işlərinə baxmırıq" deyən qurumun rəhbəri mövqeyini açıqladı.

Arif müəllimə onlarla əlaqə saxlamağı məhz Bakı Şəhər İcra Hakimiyyətinin məsləhət gördüyünü bildirdikdə isə "Səhv edib, məsləhət görüblər. Təmizləmək onların işidir" deyə cavab verdi.

Nə qədər öyrənməyə çalışsaq da, paytaxtda abidələrin yuyulması, təmizlənməsi ilə məşğul olan bir qurum tapa bilmədik. İki böyük qurum bu kiçik işin həll edənini tapa bilmədi.

Maraqlıdır. İllər boyu yazıb yaradan, adı tarixə düşən bu şəxsiyyətlər abidələrinin qoyulmasını heç kəsdən xahiş etməmişdi. Əgər şəxsiyyətə hörmət edib, ona abidə, heykəl ucaldırıqsa, ən azından, öz əməyimizə qiymət verib heykəllərin təmizlənməsi ilə məşğul olmaq lazımdır.
Ölkəmizə xarici ölkələrdən minlərlə insanlar gəlir. Yəqin ki, sabah hansısa ölkədə bizim üçün çox kiçik, amma hələki həllini tapmamış bu problemin böyüdülməsini, mədəniyyətimizin rəmzi olan heykəllərimizin natəmizliyi haqqında danışılmasını istəmərik.


Cabbarlı heykəlinin quş yuvası olacağını bilsəydi


Cabbarlı heykəlinin quş yuvası olacağını bilsəydi


Cabbarlı heykəlinin quş yuvası olacağını bilsəydi


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 23:40
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
QEWENG XEBERDI YAZAN ELLERIVIZ VAR OLSUN ....................!..MARAQLIDIR.

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_RONALDO_

  • 27 may 2011 14:42
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Tşk xəbər üçün

Tşk xəbər üçün

--------------------

::..ONSLAUGHT::..

  • 16 fevral 2011 18:26
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
HA HA HA AHAHAHA

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 15 fevral 2011 18:15
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk........

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

only-girl

  • 15 fevral 2011 17:44
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
twk maraqli idi

--------------------

nilayka

  • 15 fevral 2011 16:58
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Tşk

--------------------

Grace_Angel

  • 15 fevral 2011 16:29
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xeber ucun...maraqli movzudur...

--------------------

Ulya

  • 15 fevral 2011 16:09
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

heyasiz204

  • 15 fevral 2011 13:52
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
tewekkurler wink

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

eliza

  • 15 fevral 2011 12:35
  • Məqalə: 6
  • Şərh: 353
  • Bal:
{awards}
melumat ucun tesekir. oz deyerlerimize hormetle yanasaq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}