İlham Əliyev: Azərbaycan sabitlik adasıdır

 
İlham Əliyev: Azərbaycan sabitlik adasıdır


“Qardaş qanının tökülməsi bizi çox incidir”.

İlk növbədə mənim ünvanıma deyilən bütün xoş sözlərə görə sizə minnətdaram. Mən çox şadam ki, bu gün Azərbaycan uğurla, inamla inkişaf edir.

Bu gün dünyada Azərbaycan böyük hörmətlə, böyük ehtiramla qarşılanır. Bizə olan hörmət, rəğbət gündən-günə artır. Çünki dünya bilir ki, artıq biz etibarlı tərəfdaşıq. Dünya bilir ki, Azərbaycanda gedən proseslər nəinki ölkəmizin inkişafını müəyyən edir, eyni zamanda, bölgəyə də çox müsbət təsir göstərir.

Bunu müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Prezidenti İlham Əliyev qeyd edib ki, artıq gözəl bir ənənədir ki, onlar mübarək Ramazan ayında şeyx həzrətlərinin iftar süfrəsinə toplaşırlar:

“Təxminən bir il bundan əvvəl bu salonda görüşmüşük. Günlər, aylar tez keçir. Keçən il ərzində Azərbaycan daha da güclənmiş, beynəlxalq mövqelərini daha da möhkəmləndirə bilmişdir. Bizim inamlı, dayanıqlı inkişafımız əminəm ki, bundan sonra da təmin ediləcək.

Bu gözəl ənənənin səbəbkarları - ulu öndər Heydər Əliyev və şeyx həzrətləri doğrudan da çox gözəl bir ənənənin təməlini qoymuşlar. Çünki Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bildiyiniz kimi, müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. Böyük problemlərlə, fəlakətlərlə üzləşmişdik. Azərbaycanda vətəndaş müharibəsi baş vermişdi. Ulu Öndər siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün istiqamətlər üzrə konkret inkişaf strategiyamız müəyyən edilmişdir. İqtisadi islahatlar, siyasi islahatlar, ordu quruculuğu, sosial proqramların icrası, eyni zamanda, din-dövlət münasibətlərinin qurulması, yaradılması da Ulu Öndər tərəfindən irəli sürülmüş çox müdrik bir təşəbbüs idi.

Təbii ki, müstəqillikdən əvvəl bizim dövlətimiz yox idi və təbii ki, din-dövlət münasibətləri də mövcud deyildi. Bu münasibətlər möhkəm və sağlam təməl üzərində qurulubdur və bu gün ölkəmizin uğurlu inkişafında din-dövlət münasibətləri xüsusi yer tutur. Deyə bilərəm ki, Azərbaycanda bu münasibətlər nümunəvi xarakter daşıyır. Əlbəttə, burada Ulu Öndərin və şeyx həzrətlərinin şəxsi dostluğu öz rolunu oynamışdır və bu gün bütün istiqamətlər üzrə olduğu kimi, bu sahədə də ənənələr, ardıcıllıq davam edir. Bizim də şeyx həzrətləri ilə dostluğumuz həm ürəyimizdən gələn bir sifarişdir, bir duyğudur, eyni zamanda, ölkəmizin inamlı inkişafı üçün də mühüm amildir. Bu gün din-dövlət münasibətləri uğurla inkişaf edir. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıllıq davam etdiriləcəkdir.

Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır. Dövlətçiliyimizin möhkəm siyasi dayaqları vardır. Müstəqil Azərbaycan artıq dünya miqyasında sözünü açıq deyən, müstəqil siyasət aparan bir ölkədir və daxili siyasət xarici siyasətlə tamamlanır və siyasi dayaqlarımız kifayət qədər möhkəmdir.

Bu gün Azərbaycan kimi son on il ərzində iqtisadi sahədə inkişaf edən ikinci ölkə yoxdur. Bu da müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət göstərir. Eyni zamanda, mənəvi dayaqlar - cəmiyyətimizin mənəvi dayaqları bizim uğurlu inkişafımızın əsas şərtidir. Çünki iqtisadiyyat güclü ola bilər, - biz tarixdən bilirik ki, ölkələr inkişaf edir, ondan sonra tənəzzülə uğrayır, - ancaq əgər mənəvi sütun, dayaq yoxdursa, bu ölkənin gələcəyi yoxdur.

Ona görə gənc nəslimizi vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə etmək hər bir şüurlu vətəndaşın, dövlətin borcudur. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Mən şadam ki, Azərbaycanda çox dəyərli, bilikli, savadlı gənc nəsil yetişir. O gənc nəsil ki, gələcəkdə ölkəmizi idarə edəcək. Bu gün gənclərimiz qürur hissi ilə deyirlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Çünki doğrudan da bu gün ölkəmizdə gedən uğurlu inkişaf prosesi hər bir vətənpərvər insanın qəlbini qürurla doldurur. Milli mənəvi dəyərlər, ənənələr, bizim dini dəyərlərimiz əminəm ki, bundan sonra da inkişafımızın əsas istiqaməti olacaqdır.

Bu gün iftar məclisimizdə dinlərarası münasibətlər haqqında danışıldı. Azərbaycanda bu münasibətlərə də çox böyük diqqət yetirilir. Deyə bilərəm ki, burada iki mühüm amil cəmləşir. Həm dövlət siyasəti, eyni zamanda, cəmiyyətimizin vəziyyəti və statusu. Çünki sadəcə olaraq dövlət siyasəti yeritməklə istədiyimizə nail olmaq mümkün deyildir. Ona görə Azərbaycanda çox nadir bir ab-hava, nadir bir vəziyyət yaranıbdır. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Əsrlər boyu bu, belə olub. Bu gün, müstəqillik dövründə bu müsbət meyillər daha da güclənir və bizim gücümüz birliyimizdədir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bu gün biz bu masa arxasında bir yerdə əyləşmişik. Azərbaycan cəmiyyətində bütün xalqların, bütün dinlərin nümayəndələri bərabər hüquqlara malikdirlər. Əlbəttə, bu, Konstitusiyada təsbit edilib. Ancaq, eyni zamanda, real həyatda da bu, belədir. Deyə bilərəm ki, bu gün bu əlamətə görə Azərbaycan dünyada böyük dərəcədə fərqlənir, seçilir. Ölkəmizə gələn qonaqlar bir çox hallarda təəccüb hissi ilə bunu qeyd edirlər ki, siz buna necə nail ola bilmisiniz, sizdə dini, milli zəmində nəinki heç bir qarşıdurma, heç anlaşılmazlıq da yoxdur. Reallıq bundan ibarətdir ki, dövlət siyasəti, din xadimlərinin müdrikliyi, eyni zamanda, cəmiyyətdə müsbət ab-havanın mövcudluğu və əlbəttə ki, ölkəmizin sürətli dinamik inkişafı burada əsas rol oynayır. Bu, bizim böyük sərvətimizdir.

Biz indi internet dövründə dünyada gedən proseslər haqqında dərhal xəbər tuturuq. Əfsuslar olsun ki, bu xəbərlər heç də müsbət deyildir. Dünyanın müxtəlif yerlərində - Avropada, Yaxın Şərqdə, bizim bölgədə dini zəmində, məzhəb zəminində, başqa səbəblər üzündən qan tökülür, müharibələr, vətəndaş müharibələri aparılır, qarşıdurmalar baş verir. Azərbaycan sabitlik adasıdır. Azərbaycan əslində bölgədə sabitləşdirici rol oynayır. Yəni, ölkə daxilində gedən bu gözəl proseslər bölgəyə də müsbət təsir göstərir. Bu gün Azərbaycansız bölgə siyasətini təsəvvür etmək mümkün deyildir. Çünki biz öz addımlarımızla, təşəbbüslərimizlə, siyasi, iqtisadi, digər istiqamətlər üzrə atılan addımlarla böyük dərəcədə bölgənin gündəliyini müəyyən edirik.

Bizim qərarlarımızın əhəmiyyəti böyük dərəcədə artır və bütün qərarlarımız müsbət istiqamətə yönəlibdir. Regional əməkdaşlığı dərinləşdirmək, ölkə daxilindəki vəziyyəti və Azərbaycan xalqının rifah halını daha da yaxşılaşdırmaq bizim əsas vəzifəmizdir.

Daxili sabitliyin möhkəmləndirilməsi üçün əsas şərt xalqla iqtidar arasındakı birlikdir. Bu birlik vardır. Birliyin təməlində dövlət siyasəti dayanır. Mən bu barədə öz fikirlərimi dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, təhlükəsizliyi, qayğıları, rifahı dayanır. Ona görə, xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin əsas şərtidir. Görəndə ki, başqa bölgələrdə, başqa yerlərdə sabitlik pozulur və qardaş qanı tökülür, əlbəttə, bu, bizi çox incidir, üzür və eyni zamanda, Azərbaycan təcrübəsinə dünyanın diqqətini bir daha cəlb edir.

Azərbaycanda milli, dini, məzhəb zəminində heç vaxt qarşıdurma olmamışdır və olmayacaqdır. Bunun qarantı Azərbaycan dövlətidir, Azərbaycan xalqıdır. Biz dünyanın müxtəlif yerlərində baş verən xoşagəlməz hadisələri təhlil edərkən öz siyasətimizi bundan sonra daha da inamla aparmalıyıq. Azərbaycan vətəndaşları təhlükəsizlik şəraitində yaşayırlar, yaşayacaqlar. Azərbaycanda ictimai-siyasi asayiş tam şəkildə təmin edilir. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bu əsas şərtlər imkan verir ki, biz gələcəyimizi planlaşdıraq, gələcəyə böyük nikbinliklə baxaq.

Bu gün dinlərarası, millətlərarası dialoqdan söhbət açılanda hesab edirəm ki, ilk növbədə Azərbaycan göz önünə gəlir. Azərbaycanda isə dinlərarası dialoq çoxdan təmin edilibdir. Bu gün Azərbaycanda dinlərarası, millətlərarası dostluq, qardaşlıq meyilləri güclənir. Budur bizim üstünlüyümüz. Təsadüfi deyildir ki, multikulturalizm, dinlərarası dialoq üzrə beynəlxalq forumlar məhz Azərbaycanda keçirilir. Bu forumların təşəbbüskarı da bizik. Mən şübhə etmirəm ki, bizim bu istiqamətdə inkişaf edən doğma Vətənimiz gələcəkdə daha da böyük mövqelərə malik olacaqdır. Bu gün onsuz da beynəlxalq aləmdə kifayət qədər güclü mövqelərə malikik. Biz həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Gələn il Bakıda birinci Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Yəni, bu, nadir bir vəziyyətdir. Azərbaycan nəinki sivilizasiyalararası bir körpüdür, biz, eyni zamanda, öz əməyimizlə, siyasətimizlə müsbət meyillərin güclənməsinə təkan veririk. Ancaq burada da deyildiyi kimi, əfsuslar olsun ki, heç də hər yerdə belə deyildir. Dini ayrı-seçkilik müşahidə olunur, məzhəb davası aparılır. Bu, böyük fəlakətdir və uçuruma aparan yoldur.

Biz çalışırıq, çalışmalıyıq öz səylərimizi daha da böyük dərəcədə qoyaq ki, dünyada meyillər müsbət istiqamətdə getsin. Burada şeyx həzrətlərinin rolunu xüsusilə qeyd etmək istəyirəm. Şeyx həzrətlərinin dünya dinlərarası dialoqun inkişafında böyük rolu, dünyada böyük hörməti vardır. Həm öz həmkarları ilə sıx əlaqələri, həm də ictimaiyyətdə çox böyük təşəbbüsləri vardır. Bu, əlbəttə ki, ölkəmiz üçün böyük üstünlükdür. Hesab edirəm ki, dinlərarası münasibətlərin sağlam zəmində təmin edilməsi üçün Azərbaycan təcrübəsi öyrənilməlidir və əminəm, öyrəniləcəkdir. Çünki bu, doğrudan da nadir bir təcrübədir.

Mən bir daha qeyd etmək istəyirəm ki, bu iftar məclisimiz ənənəvi xarakter daşıyır. Bunun həm bizim, həm də cəmiyyət üçün çox böyük əhəmiyyəti vardır. Cəmiyyət də görür ki, baxmayaraq Konstitusiyaya görə din dövlətdən ayrıdır, ancaq din və dövlət bir yerdədir, çünki bizim amalımız birdir - daha güclü Azərbaycan qurmaq, yaratmaq.

Bizim amalımız ölkəmizi inkişaf etdirmək, əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq. Çünki əfsuslar olsun ki, - artıq bu, heç kəs üçün sirr deyil, - dünyada daha çox beynəlxalq hüquq yox, güc amili rol oynayır. Biz daha da güclü olmalıyıq. Biz güclənirik. Buna vaxt lazımdır. Ancaq baxsaq, görsək qısa müddət ərzində haradan-haraya gəlmişik, onda tam əminliklə deyə bilərik ki, gücümüzü daha da artıracağıq və bu güc, siyasət hesabına biz öz hədəfimizə çatacağıq.

Bu gün işğaldan əziyyət çəkən Azərbaycan vətəndaşları, soydaşlarımız öz dədə-baba torpaqlarına qayıdacaqlar, qayıtmalıdırlar, orada yaşamalıdırlar, yaşayacaqlar. Biz hamımız - Azərbaycan vətəndaşları hər gün, hər an o müqəddəs günü yaxınlaşdırırıq və yaxınlaşdırmalıyıq.

Mən bir neçə gün bundan əvvəl müsəlman ölkələrinin səfirləri ilə görüşmüşəm. Bu gün də onlar və digər ölkələrin səfirləri bizim aramızdadırlar. Mən hesab edirəm ki, bu gün Azərbaycan həm İslam aləmində, həm Avropada etibarlı tərəfdaş və dost kimi tanınır. Bu şərəfli adı biz öz əməyimizlə, siyasətimizlə qazanmışıq.

Fürsətdən istifadə edib bütün dünya müsəlmanlarını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin inkişafı, təhlükəsizliyin təmin edilməsi və strateji hədəflərimizə çatmaq üçün öz səylərimi əsirgəməyəcəyəm. Azərbaycan xalqına bir daha söz verirəm ki, mən bundan sonra da doğma xalqımıza sədaqətlə xidmət edəcəyəm. Sağ olun”.


Geri dön

Sessiz Melodiya

  • 16 avqust 2014 12:30
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
tewekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

★✰..BeLieBerKa..✰★

  • 4 avqust 2014 00:10
  • Məqalə: 270
  • Şərh: 3639
  • Bal:
{awards}
yalansa... angry

Meryem o-va

  • 29 iyul 2014 22:10
  • Məqalə: 7
  • Şərh: 377
  • Bal:
{awards}
╰☆╮Təşəkkürlər╰☆╮

--------------------
Heç kimə özümü sevdirməy üçün klonluq etmərəm.....!
Ya sevərsən olduğum kimi ya gedərsən gəldiyin kimi.....!

Biqeyrət....

  • 27 iyul 2014 11:57
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur ...

Yokka_

  • 26 iyul 2014 23:19
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
Teshekkurrrrrrrr

Wiyinimmm

  • 26 iyul 2014 06:35
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
MeQaLe UcUN TeWeKKuRLeR....

--------------------

Biqeyrət....

  • 26 iyul 2014 03:31
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
Mən bir neçə gün bundan əvvəl müsəlman ölkələrinin səfirləri ilə görüşmüşəm. Bu gün də onlar və digər ölkələrin səfirləri bizim aramızdadırlar. Mən hesab edirəm ki, bu gün Azərbaycan həm İslam aləmində, həm Avropada etibarlı tərəfdaş və dost kimi tanınır. Bu şərəfli adı biz öz əməyimizlə, siyasətimizlə qazanmışıq.

Fürsətdən istifadə edib bütün dünya müsəlmanlarını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin inkişafı, təhlükəsizliyin təmin edilməsi və strateji hədəflərimizə çatmaq üçün öz səylərimi əsirgəməyəcəyəm. Azərbaycan xalqına bir daha söz verirəm ki, mən bundan sonra da doğma xalqımıza sədaqətlə xidmət edəcəyəm. Sağ olun”.

^^FiDaNKa^^

  • 23 iyul 2014 16:39
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır. Dövlətçiliyimizin möhkəm siyasi dayaqları vardır. Müstəqil Azərbaycan artıq dünya miqyasında sözünü açıq deyən, müstəqil siyasət aparan bir ölkədir və daxili siyasət xarici siyasətlə tamamlanır və siyasi dayaqlarımız kifayət qədər möhkəmdir.

sevinckaa

  • 22 iyul 2014 22:02
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
tewekkurler

--------------------
I am happy

Yokka_

  • 22 iyul 2014 21:34
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
Meqale ucun tewekkurle

Sessiz Melodiya

  • 22 iyul 2014 19:46
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Səssiz

  • 22 iyul 2014 16:19
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
hm tewekkurrrrr

--------------------
Səssiz'liyim

Mrs.IsGenDerLi

  • 22 iyul 2014 12:14
  • Məqalə: 55
  • Şərh: 2746
  • Bal:
{awards}
Meqale Ucun Twk

--------------------


Yokka_

  • 22 iyul 2014 00:55
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur .

sevinckaa

  • 21 iyul 2014 09:01
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
tewekkur ediremmmm

--------------------
I am happy

Biqeyrət....

  • 21 iyul 2014 01:45
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
tesekkurler

sevinckaa

  • 20 iyul 2014 23:55
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
tewekkur ediremmmm

--------------------
I am happy

Qaska_Quli

  • 20 iyul 2014 22:53
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrrrrr

--------------------

Yokka_

  • 20 iyul 2014 22:13
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
Xebere gore tewekkur ...

ADA GirL

  • 20 iyul 2014 21:10
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Werhleriniz ucun tewekkurler=) Pis sozler yazilmasin,derhal silinecek!

qirilmis qelb

  • 20 iyul 2014 19:36
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
tewekkurler

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Qaranliqda_tek

  • 20 iyul 2014 19:27
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
deme deme neyse tewekkurler

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

ヅ Bad Girl ヅ

  • 20 iyul 2014 19:05
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
тєωєкυяℓєя

--------------------

Wiyinimmm

  • 20 iyul 2014 18:19
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
hmm tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 45

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}