Mənə qarşı sən(Bölüm 11)

 
Mənə qarşı sən(Bölüm 11)

Bəzi insanlar vardır, fərqlidirlər. Təkcə bizdən yox, gördüyümüz hər kəsdən. Onları xüsusi edən də bu fərqləri deyil mi? Fərqlərdən danışmışkən, ya tanıdığımızdan daha fərqli davrananlar olsa? Bu an Əlinin bildiyinindən tamamı ilə fərqli davranan Jalə və onu heyrətlə izləyən Əli...
- Mətbəx bölümü kvadrat şəkilli olsa həm bütün əşyalar yerləşər, həm də isti yuva təsiri bağışlayar. Düşünün, həyat yoldaşınıza gözəl yeməklər hazırlayırsız və bu gözəl yemək qoxularının dolduğu mətbəxdə yeyirsiniz.
Əli gözlərini bir neçə dəfə yumub-açdı. Yox, bu həqiqətən də Jalə idi. keçən dəfə Əli yemək bişirməkdən danışanda az qala onu parçalayacaq olan Jalə, indi qarşısındakı cütlüyə bundan bəh-bəhlə danışırdı. Bu gedişlə mütləq çertyoju çəkməyi ona verəcəkdilər. Əli bunun olmasına icazə verə bilməzdi axı. Tez masanın bu ucundan əlindəki vərəqi onlara tərəf uzadıb, bir şeylər göstərməyə çalışdı:


- Baxın, qonaq otağ belə geniş olacaq. Burda isə ayrıca televizor otağı. Geniş ekran bir televizor, yaxşı divan-kreslo ilə futbola baxmaq üçün əla bir yer olacaq.
- Fuu, futbol?! Oy, oy vandalizm. Lazim deyil, biz elə şeylərə baxmırıq. Ancaq xuliqanlar futbol fanatıdır.- deyən qadın, üz-gözünü turşudub, Əliyə tərs-tərs baxdı.
Əli "amma mən baxıram axı...”deyə pıçıldayıb, məyus halda yerinə oturdu. Jalə onun bu uğursuzluğuna az da olsa sevinib gülümsədi. Öz kağızını irəli uzadıb danışmağa başladı:
- Zirzəmi qatında isə əlavə bir hovuz düşünürəm. beləliklə qışda belə üzə bilərsiz. Həm əlavə qoyduğum boşluqda sauna belə tikdirmək olar. Bu hələ qaralamadır. Əsl çertyojda istədiyiniz düzəlişləri eləyə bilərik.
- Həyətdə hovuz varkən, zirzəmidə nəyə lazımdır ee. Kimdir qışda üzən?.
Qadın bir daha Əliyə narazı baxıb, yanındakı ərinə sığınıb dedi:
- Mənim Akoşum hər gün üzür. Imkan verin qız danışsında, gəşəng danışır. Bəs idman otağı? Akoşum hər səhər mütləq idman edir ey.
Bu səfər Jalə də Əliyə qoşulub heyrətlə qadınınla ərinə baxdı. orta yaşlı, kök, keçəl kişidə qadının dediklərindən təəccüblənmişə bənzəyirdi. Əli özünü saxlaya bilməyib, mırıldandı:
- Bu üzür? Hovuza atılsa, binanın təməli çökər, Mingəçevirdə tsunami olar ee. Bu arada akoş nədi? Nəvəniz?
- Akoş mənim ərim, Akif! Həm o səndən daha zirəkdi bildin?! –deyə çəmkirən qadın, kinayəli səs tonu ilə.- sən hardan bilərsən ee. Kəntçi!
Jalə ayağa qalxıb:
- Xahiş edirəm partnyorumu təhqir etməyin. Siz də həddinizi bilin Əli bəy.- deyib, ikisinə də sərt baxdı.
- Məndən və Akoşumdan üzür istəməyinizi tələb edirəm. elə deyil Akoşum? Üzr istəsin, hətda ayağımıza düşsün hə?
Bu zaman ərzində Akoş...yəni Akif bəy ilk dəfə söz deməyə fürsət tapıb, cılız səslə dilləndi:
- Hə birdənəm. Üzr istəyin dovçanımdan.
Əli öncə gülümsədi. Qarşısındakı cütlüyə baxıb, sakit səslə dedi:
- Öncə dovşan xanım məndən "kəntçi” sözünə görə üzr istəsin. Yox, üzr istəməyəcəksə mən gedirəm.
Qadının ikrahla üzünü çevirib, inad etdiyini görüb ayağa qalxdı. Yanında oturduğu Jaləyə "sən də dur” deyərmiş kimi göz ağartdı. Jalə isə:
- Həqiqətən heyran oldum. Mən də təhqir edildiyim yerdə qalmazdım, bu məsələdə arxandayam.- deyib, gülümsədi. Cütlüyə tərəf çevrilib.- Hə, harda qalmışdıq? Hovuz deyirdik...

Əli Jalənin heç nə olmamış kimi cütlüklə danışmasını bir müddət qəzəb qarışıq təəccüblə izlədi. Sonunda səbrini basa bilməyib, Jalənin qolundan tutub qaldırdı.
- Neynirsən? Mən burda iş danışıram e.
- Mən isə gedirəm və mən hara gedirəmsə, sən də mənimlə gəlirsən.
- Pah! Niyə?!
- Bəs partnoy idik, arxamda idin?!
Jalə çiynini çəkib:
- Daha sən batanda, mən də batacam demədimki?. İşi sən görməyəcəksənsə, mən görməliyəm.
- Sənin ki, nevə sevgidir hə? Sevdiyin adam burda təhqir olunur, sən isə iş düşünürsən. Inana bilmirəm sənə... – deyən Əli, həqiqətən də məyus halda başını yellədi.
- Birincisi səni sevmirəm. ikincisi neandertalın biri özü qaşındı. Mədəni davranardın, olmazdı belə.
Bu artıq Əlinin səbrini daşıran son damla idi. əsəbi-əsəbi:
- Mən? Mən?! Hə, gör mən kimə deyirəm ee. Sən də mənə itin sözünü demirsən?! Guya sevdiyin adamam birdə. Düşmənin olsam gör neyniyərsən. Bu ifritəylə birləşib məni gəbərtmə...- əli ilə masanı göstərəndə sözünü kəsdi.
Masada heç kim yox idi. bir tək ikisi bütün restoran onlara baxarkən dalaşırdılar, cütlük çoxdan getmişdi. Jalə də özünə gəlib, hər kəsin onlara baxdığını görüb başını aşağı saldı. Əli ilə iksi tək kəlimə etmədən yerlərinə oturdular. Bir müddət dinib-danışmadan masaa gözlərini dikib dayanmışdılar. Bu sükutu Jalənin pıçıltısı pozdu:
- Rəşid bəy bizi öldürəcək...
Əli tək kəlimə etməsə də, ürəyində onu təsdiqləyirdi. "öldürəcək də sözdü? Məni əvvəl dilimləyəcək, sonra şişə çəkəcək, duzlayıb-istiyotlayacaq, közün üstünə qoyacaq. Bunlardan sonra ürəyi soyumayacaq, bişməyə qoymayıb çiy-çiy yeyəcək 100%”. Onlara tapşırılan ilk işi belə bacara bilməmişdilər. Əslində bu daha çox Əlinin günahı sayılardı.

- Sənin günahındı hamsı neandertal!...
- Aa, mən yazıq neylədim? Bəlkə biraz, cıqqan mənim günahım ola. Yoxsa qalanı ikimizin günahıdır.
Əli özünü su üzünə çıxarmağa çalışsa da, Jalənin qarşısında özünü günahkar hiss edirdi. Odur ki, Jaləni evə apararkən belə tək kəlimə etmədi. Maşını Jaləgilin məhəlləsində saxladı. Vicdanı hələ də onu narahat edirdi. Boğazını arıtlayıb, ağır-ağır sözə başladı:
- Əslində daha çox mənim günahımdır. Səbirsiz və kobud davrandım. Sən isə yaxşı gedirdin. Həqiqətən işin əhli kimi davrandım. Nə edəcəyini məndən yaxşı bilirdin çünki. Deyəsən sən məndən daha çox bu işə layiqsən... Yəni yolların biraz özbaşına olsa da, istədiyini etmək üçün əlindən gələni edirsən. Yəni... üzr istəyirəm. Tək bu günə görə yox, ilk gün belə sənin işləmək istəmənə lağ etdiyim üçün baxışla... və birdəki sən deyəsən...- deyən Əli, üzünü çevirib Jaləyə baxması ilə susması bir oldu.
Jalə başını maşının qapısına söykəyib, yuxuya getmişdi.
- Yatdığı vaxta bax ifritənin! Mən bunları deyə bilmək üçün nə qədər vaxta cəsarət toladım xəbərin var sənin?! Xanımız isə xorxaxor yatır. Elə bil 5 ulduzlu oteldir bunun üçün maşınım. Ha! Sən bir də eşidərsən məndən belə sözləri! Ay eşitdin ha, ancaq yuxunda!
Əli bunları əsəbi-əsəbi desə də, pıçıldayırdı. Deyəsən Jaləni oyatmaq istəmirdi. Qərarsız qalmışdı. Jaləni oyatmalı idi, amma cəsarəti o qədər də yox idi. Sonunda qəti qərara gəlib, ona tərəf əyildi. Ağzımı açıb, qışqırmaq istəyirdi ki... Jalə yatanda həqiqətən də gözəl görünürdü. Ya da indi susurdu deyə Əliyə belə gəlirdi. Axı o hər ağzını açanda Əlini özündən çıxarırdı. Əli də deyəsən bunu düşünüb qımışdı. "mən neynirəm?.” deyə pıçıldayıb, cəld üzünü çevirdi. " Nolub? Heç yatmışqız görməmisən? Görməmiş ola bilərəm, amma görməmiş kimi davranmamalıyam. Ay, bu cümləni özüm belə anlamadım. Nəysə Əli, planı açıqlayıram. Demək onu oyadırsan, evinə yola salırsan, sonra da evə gedib o birisi "dovşan” xanımın acığına futbiola baxırsan!”. Əli beləcə özünə toxdaqlıq verib, Jaləyə tərəf çevrildi. Çiynindən tutub, astaca silkələdi. Bu Jaləni oyatmaqdansa tellərini üzünə dağıtdı. Jalə üzünə tökülən saçları onu qıcıqlandırdığından burnunu qırışdırıb, mızıldandı. Əli isə bunun indiyə kimi gördüyü ən şirin mənzərə olduğuna and içə bilərdi. Odur ki, qeyri-iradi əlini uzadıb Jalənin üzündəki telləri çəkdi. Üzündə heyranlıq qarışıq bir təbəssüm vardı...

- Sən neynirsən adə?!
Əli cəld başını qaldırdı. Maşının pencərəsinə orta yaşlı bir qadın yapışıb, öldürəcəkmiş kimi Əliyə baxırdı. o qədər qorxunc görünürdü ki, Əlinin bir anlıq nitqi tutuldu. Bir qadına, bir də hələ də təllərini əlində tutduğu yatmış Jaləyə baxıb dəhşətə düşdü. Ən pisi isə, Əlinin tanımadığı o qadın Yetər xanımdan başqası deyildi...

Ardı var..
Müəllif:Cəmilə Məmmədli
İcazəsiz başka saytda paylaşılmasına HALAL' lıq verilmir!!!Görməyim!!

Mənə qarşı sən(Bölüm 11)


Geri dön

★✰..BeLieBerKa..✰★

  • 3 avqust 2014 00:26
  • Məqalə: 270
  • Şərh: 3639
  • Bal:
təşəkkürlər

Biqeyrət....

  • 27 iyul 2014 11:33
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
Xebere gore tewekkur ...

Yokka_

  • 27 iyul 2014 00:38
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
TeWeKKuR EDiReM^^

Biqeyrət....

  • 26 iyul 2014 03:10
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
Xebere gore tewekkur ...

sevinckaa

  • 24 iyul 2014 11:30
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
tesekkur edriem..

--------------------
I am happy

^^FiDaNKa^^

  • 23 iyul 2014 16:18
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
tewekkur edirem

sevinckaa

  • 22 iyul 2014 21:46
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
tewekkurler

--------------------
I am happy

Yokka_

  • 22 iyul 2014 21:20
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
Meqale ucun tewekkurle

Sessiz Melodiya

  • 22 iyul 2014 19:31
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Səssiz

  • 22 iyul 2014 16:25
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Tewekkur....../....

--------------------
Səssiz'liyim

Yokka_

  • 22 iyul 2014 01:15
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur .

Mrs.IsGenDerLi

  • 22 iyul 2014 01:08
  • Məqalə: 55
  • Şərh: 2746
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur .

--------------------


ヅ s a y k a. ヅ

  • 21 iyul 2014 18:26
  • Məqalə: 10
  • Şərh: 3355
  • Bal:
{awards}
biraz oxudum saolasiz xebere gore

--------------------
♥Sayka♥


✰ღMouRnfuL GirLღ✰

  • 21 iyul 2014 18:05
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
Tewekkurlerrr.

--------------------

2-ci kurs telebesi

Manoliya

  • 21 iyul 2014 17:46
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
Tewekkurlerrr.......

--------------------

Yokka_

  • 21 iyul 2014 17:33
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
tewekurler

_Nermin_

  • 21 iyul 2014 15:18
  • Məqalə: 26
  • Şərh: 659
  • Bal:
{awards}
Şərhlərə görə təşəkkürlər..!

sevinckaa

  • 21 iyul 2014 08:47
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
tewekkur ediremmmm

--------------------
I am happy

➰__Ýųśíf__➰

  • 21 iyul 2014 04:14
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
Xebere gore tewekkur

Biqeyrət....

  • 21 iyul 2014 01:29
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
tesekkurler

sevinckaa

  • 20 iyul 2014 23:43
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
tewekkur ediremmmm

--------------------
I am happy

UReYeMeee

  • 20 iyul 2014 23:41
  • Məqalə: 5
  • Şərh: 200
  • Bal:
{awards}
тєωєкυяℓєя

Yokka_

  • 20 iyul 2014 23:38
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
Xebere gore tewekkur ...

Qaska_Quli

  • 20 iyul 2014 23:13
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrrr

--------------------

sevinckaa

  • 20 iyul 2014 22:48
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
tewekkur ediremmmm

--------------------
I am happy

Yokka_

  • 20 iyul 2014 21:55
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
Xebere gore tewekkur ...

SenSiz...MişKa

  • 20 iyul 2014 21:41
  • Məqalə: 2
  • Şərh: 82
  • Bal:
{awards}
super.tewekkurler..maraqli hekayedi... winked

--------------------
- ` İтiяmedyəи o qedəя qoxduм кi , " səииəи zəнLəм gedir " deмəsinə вelə, "Caиıм" deyəяəк cavaв veяdiм. . .#♡

Wiyinimmm

  • 20 iyul 2014 21:39
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
Meqale Ucun Tewekkur ...

--------------------

ADA GirL

  • 20 iyul 2014 21:13
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Coxsagolun

ヅ Bad Girl ヅ

  • 20 iyul 2014 21:10
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
тєωєкυяℓєя

--------------------
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 35

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}