Həzrət Peyğəmbərdən qısa kəlamlar

 
Həzrət Peyğəmbərdən qısa kəlamlar

1 - Ölüm, ibrәt dәrsi almaq üçün, pәrhizkarlıq varlı olmaq üçün, ibadәt isә iş vә mәşfuliyyәt üçün kafidir.
2 – Heç bir yaxşı iş iki xüsusiyyәtdәn üstün ola bilmәz; Onlar Allaha iman gәtirmək və Onun bәndәlәrinә yaxşılıq etmәkdәn ibarәtdir. Heç bir pis iş də iki xüsusiyyәtdәn xoşagəlməz sayıla bilmәz; Onlar isə Allaha şәrik qoşub, onun bәndәlәrinә ziyan vurmaqdan ibarәtdir.
3 – Yol yeridikdә tәlәsmәk, möminin dәyәrini aradan aparar.
4 - Öz işlәrini qadına tapşıran millәt, sәadәt üzü görmәz.
5 – Xalqın çoxu iki məsələdə aldanmışdır ki, onların biri sağlamlıq, digәri isә asudәçilikdir.
6 - Öz әziyyәtlәrini xalqın üzәrinә atan şәxs, mәlundur.
7 – İbadәt yeddi hissәdәn ibarәtdir. Onun daha üstünü isə halal (çörәk) qazanmaqdır.
8 – Gözәllik dildәdir.
9– Ümmәtimin әn daha üstün әmәli, fәrәc (açılmış) intizarında olmaqdır.

Həzrət Peyğəmbərdən qısa kəlamlar

10 – Dünya, Allah yanında afcaqanadın qanadı tәk dәyәrli olsaydı, heç vaxt onu kağır vә münafiqә vermәzdi.
11 – Alimlәrdәn soruşun, hikmәtli şәxslәrlә danışın vә yoxsullarla (bir yerdә) әylәşin.
12 – Savadı olmayan halda xalqa fәtva verәn şәxs, göy vә yer mәlәklәri tәrәfindәn lәnәtlәnәr.
13 – Allah–taala yaxşı danışıb, bәhrәlәnәn vә sakit olub, amanda qalan bәndәyә rәhm etsin.
14 – Üç xüsusiyyәtә malik olan şәxsin imanı kamillәşmişdir:
(Birinci): Fərəh və sevinci onu batil işlәrә çәkmәyәn;
(İkinci): Әsәblәşdikdә haqdan kәnara çıxmayan;
(Üçüncü): İqtidara malik olduqda, haqqı olmayan şeyә әl uzatmayan.
15 – Rahatlıq (sakitlik və asta davranış) Allahdan, tәlәsmәk isә şeytandandır.
16 – Hәzrәt Peyğәmbәr (s) bir gün evdәn xaric olduqda, (ağır) daşı yerindәn qaldıranları görüb buyurdu: Sizin daha güclü pәhlivanınız әsәblәşәn halda özünü (tәmkinli) saxlayandır.
17 – Daha üstün imanlınız, daha çox әxlaqlı olanınızdır.
18 – Gülәrüzlü olmaq kinlәri aradan aparar.

Həzrət Peyğəmbərdən qısa kəlamlar

19 – Hәya iki cürdür: Ağıllı vә ağılsızlıq (hәyaları); Ağıllı hәya bilikdәn, ağılsızlıq hәyası isә nadanlıqdandır.
20 – Allaha vә cәza (Qiyamәt) gününә imanı olanlar öz vәdinə әmәl etmәlidir.
21 - Әmәnәti saxlamaq ruzi, әmanәti xәyanәt isә yoxsulluq gәtirər.
22 - Övladın öz ata vә anasına mәhәbbәt dolu baxışı ibadәt sayılır.
23 – Facir (azğın) şәxs tәriflәndikdә, ilahi әrş titrәyər vә Allah–taala qәzәbә gәlər.
24 – Nadanlıq üzündәn iş görәn şәxsin xarabkarlıqları, islahatından çox olar.
25 – İman iki hissәyә bölünür: Onun yarısı sәbr (dözüm), yarısı isә şükrdәn ibarәtdir.
26 – Hazır olan şәhvәti görmәdiyi vәdә verilmiş (Behişt) üçün tәrk edәn şәxsә xoş (alqış) olsun.
27 – Ümmәtimdәn iki dәstә saleh olarsa, ümmәtim dә saleh olar, onlar yollarını azarsa, ümmәtim dә yolunu azar.

Həzrət Peyğəmbərdən qısa kəlamlar

Soruşdular: Ey Allahın elçisi! Onlar kimdir? Buyurdu: Fәqihlәr vә rәhbәrlәr.
28 – Dünya möminin zindanı, kağırin isә cәnnәtidir.
29 – Xalq üçün elә bir gün gәlәcәkdir ki, o günün xalqı canavar olacaq vә canavar olmayan canavarlar tәrәfindәn yeyilәcәkdir.
30 – Dünyanın sonunda әn az tapılan şey, etibarlı qardaş vә halal pul olacaqdır.
31 – Quranın haram etdiyini halal sayan şәxs, (Allaha va İslam dininə) iman gәtirmәmişdir.
32 – Peşimançılıq tövbә (etmәk) -sayılır.
33 – İman qəlbdә әqidә (bağlamaq), dildә danışıq vә bәdәnlә әmәl etmәkdәn ibarәtdir.
34 – Pisliyi tәrk etmәk sәdәqә vermәk (demәk) – dir.
35 – Ümmәtim üçün üç şeydәn qorxuram; (Hәddindәn artıq) paxıllıq, nәfsani istәklәr vә azğın rәhbәrlər.
36 – Heç bir xeyir әmәli riyakarlıq üçün әncam vermә vә (riya olmadıqda da onu) hәya üzündən tәrk etmә.

Həzrət Peyğəmbərdən qısa kəlamlar

37 – Peyğəmbərdən (s) soruşdular: Hansı dostlar daha üstündür? Buyurdu: Onu yad etdikdә,
sәnә kömәk edәn vә onu unutduqda sәni yad edәn. Xalqın daha pisi kimdir? Buyurdu: Yolunu azmış alim.
38 – Biz Әhli–beytin mürüvvәti bizә zülm edәnlәri әfv etmәk vә bizdәn әsirgәyәnlәrә әta etmәkdir.
39 - Özünü dәrvişliyә vuran şәxs yoxsullaşar.
40 – Sizә yaxşılıq edәnin әvәzini verin, bir şeyiniz olmasa onun yaxşı işini tәriflәyin ki, tәriflәmәk (dә bir növ) yaxşılıq sayılır.
41 – Allah yanında ən pis adam elmi ilə əməl etməyib ondan faydalanmayan alimdir.
42 – Әn yaxşı ev yetimin sevildiyi və ona hörmət göstərildiyi evdir.
43 – Başqa adamlara hörmət edin və onların qarşısında təvazökar olun, çünki, təvazökarlıq adamın dəyərini artırar.
44 – Allaha, qiyamətə və cəza gününə inananlar əhdinə vəfalı və bağlı olmalıdırlar.
45 – Uşaqlar ata-analarına məhəbbət və sevgi ilə baxdıqları zaman sanki ibadət edirlər.
46 – Yaxşı və dəyərli dost sahibi olmaq, səadət və xoşbəxtlikdir.


Geri dön

music_angel

  • 4 sentyabr 2011 16:41
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

Allah razi olsun

Allah razi olsun

--------------------

_RONALDO_

  • 29 may 2011 18:51
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------

_RONALDO_

  • 4 mart 2011 16:14
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
maraqlidi twk

--------------------

_RONALDO_

  • 27 fevral 2011 21:02
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
Sitat: фея
cox saqol axiracan oxudum


--------------------

lider

  • 27 fevral 2011 20:13
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
TEWEKKURLER.

::..ONSLAUGHT::..

  • 16 fevral 2011 18:22
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
TWK,.,.,.,.,.,.,.,.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 15 fevral 2011 22:47
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
super.cox beyendim

фея

  • 15 fevral 2011 22:14
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
34 – Pisliyi tәrk etmәk sәdәqә vermәk (demәk) – dir.


cox saqol axiracan oxudum

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

::..ONSLAUGHT::..

  • 15 fevral 2011 18:05
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
twk............

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

nilayka

  • 15 fevral 2011 17:15
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
deyerli xeber ucun twk

deyerli xeber ucun twk

--------------------

only-girl

  • 15 fevral 2011 17:04
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
ALLAh razi olsun

--------------------

Black_eagle

  • 15 fevral 2011 16:59
  • Məqalə: 5
  • Şərh: 93
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------
I keep waiting here by the phone with your pictures hanging on the wall
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 62
Cəmi: 85

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 56
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}