Lixtenşteyn firması nanoFLOWCELL AG elan edib ki, onun elektrik superkarı QUANT e-Sportlimousine sertifikat alıb və Avropa yollarında istifadə edilməsinə razılıq verilib. Hazırda seriya modelinin hazırlıqları gedir və mühəndislər innovasiyalı avtomobilin maksimal sürətinin artırılması üzərində çalışırlar. Milli.Az 4charx.com-a istinadən bildirir ki, QUANT e-Sportlimousine konsept statusunda bu yazda Cenevrə avtosalonunda debüt etmişdi. “İdman limuzini” unikal güc qurğusu əldə edib və o litium-ion batareyalardan effektivliyinə görə beşqat üstündür. Kvant-ın hər təkərinə bir elektrik mühərriki qoşulub. Onların nominal cəmi 653 a.g. təşkil edir. Amma zirvə göstərici 925 a.g. bərabərdir.