Üz cizgilərimiz xarakterimiz barədə nə deyir?

 
Üz cizgilərimiz xarakterimiz barədə nə deyir?

Üz cizgilərimiz xarakterimiz barədə nə deyir?

Üz cizgilərimiz hər birimiz haqqında kifayət qədər informasiya verir. Mütəxəssislərə görə, insanın üz cizgilərinə baxmaqla onun daxilini də müəyyənləşdirmək mümkündür.

Psixoloq Aidə Namazova deyir ki, insanın üz ölçüləri arasında mütənasiblik varsa, məsələn, alnı ilə çənəsinin uzunluğu bərabərdirsə, bu, onun intellektual qabiliyyətinin inkişaf etməsindən xəbər verir. Bir qayda olaraq, belə insanlar güclü hissiyyatlı, dözümlü və anlayışlıdırlar.

Tez-tez rast gəldiyimiz üçbucaq sifət forması insanın hiyləgərliyindən xəbər verir. Əgər bu insanın qabağa çıxmış və enli alnı varsa, deməli, bu insan həm də fitri istedada malikdir. Təəssüf ki, bu cür insanlar həm də satqınlığa meyllidirlər.

Azərbaycanda tez-tez təsadüf etdiyimiz yumrusifət insanlar isə açıqqəlbli, emosional, ürəyiyumşaq, sülhsevər, həlim xasiyyətli olurlar. Onlar komfortlu, gözəl kampaniyanı sevir, şan-şöhrətə meyl etməməyə çalışırlar.

Digər bir informativ zona qaşlar hesab olunur. Belə ki, qaşların formasından asılı olaraq insanın xarakterinin nə qədər emosional, aqressiv olması haqqında da məlumat vermək mümkündür. Qaşlar insanın emosiyalarını ifadə edir. Onların quruluşu, rəngi, sıxlığı həm də ağıl və emosiyaların balanslaşdırılmasından xəbər verir. Əgər qaşların axırı yuxarı qalxıbsa, həmin adamın səxavətliliyindən və mərdliyindən xəbər verir. Bir çox hallara qaşların aşağıya doğru meylləndiyini də müşahidə edə bilərik, bu, həmin adamın utancaq olduğundan xəbər verir. Lakin nəzərə alın ki, əgər şəxs qısa və seyrək qaşlara malikdirsə, onunla ehtiyatlı davranmaq lazımdır. Çünki onun hər an emosional partlayış anı ola bilər: "Bu məqamda gözlər haqqında da danışmalıyıq. Gözlər daxili aləmin əsas informatoru sayılır. Belə ki, gözlər gözəl və cəlbedicidirsə, bu, insanın sağlamlığından, müstəqilliyindən, ağlından və temperamentindən xəbər verir. Xüsusilə rast gələ biləcəyiniz iri gözlər həmin insanın sentimental olmasını, tez küsəyən olmasından xəbər verir. Həddindən artıq kiçik gözlü insanlar xəbis insanlar hesab olunur. Bu insanlar mümkün qədər ünsiyyətə girməkdən qaçırlar".

Üz cizgilərindən danışarkən burunun quruluşu diqqətdən yayınmamalıdır. Belə ki, uzun burunlu insanlar məsələyə individual yanaşmanı sevirlər. Kiçik burunlu insanlar ürəyiyumşaq və optimistdirlər. Burunun ucu ətli olan insanlar səmimidirlər. Tez-tez rast gəlinən dikburunlu insanlar isə eqoizmlə fərqlənirlər.

Əgər insanın ağzı böyükdürsə, bu, onun cəsarətli olduğunu göstərir. Kiçik ağız zəif xarakterli insanlarda təsadüf olunur.

Dodaqların quruluşu haqqında danışarkən qeyd edək ki, əgər üst dodaq alt dodaqdan daha böyükdürsə, həmin adam qətiyyətsizdir. Əgər əksinə olarsa, həmin şəxs eqoist, məqsədinə çatmaq üçün qarşıdakı bütün maneələri qəddarcasına dəf etməyə hazır biridir.

Nazik dodaqlar insanın hiyləgərliyindən və paxıllığından xəbər verir. Şişkin dodaqlar isə kobudluğun göstəricisidir.

Psixoloq bildirir ki, xarici görünüşümüz, üz cizgilərimizlə yanaşı, rəng seçimimiz də daxili aləmimizdən xəbər verir.

Belə ki, ağ rəng müxtəlif dünya ölkələrində bir neçə cür yozulur. Bəzilərində ağ rəng paklıq, bəzilərində isə ölümü simvolizə edir. Ağ təmizlik, məsumluq, təravət, sərinlik, düzgünlük və aydınlıq rəmzidir. Ağa çox baxanda insan tez yorulur. Ağ rəngi sevənlər ilk növbədə çox səliqəli olur. Bu rəngi istənilən xarakterli insanlar seçə bilər. Lakin pessimistlər və skeptiklər bu rəngdən qaçır. Qara rəng ilk baxışdan bədbinliyi təmsil edir, bu rəngə üstünlük verən insan özünə qapalı, eyni zamanda ciddi xarakterə malik olub, özündən razı olur. Dəb baxımından qara rəng insanı bir neçə kiloqram arıq göstərir. Qara zülmət, hüzr, ölüm, ağırlıq rəmzidir. O ağırlaşdırır, yanındakı rəngin təsirini artırır. Uşaqlara belə rəngdən istifadə etmək məsləhət deyil. Uşağın bu rəngə meyl etməsi onun ağır psixikasından və həyatını tamamilə dəyişmiş stressdən xəbər verir. Qara rəngə meylin artması uşağın psixoloji vəziyyətinin ağırlaşmasına işarədir.

Boz rəng xasiyyətini gizlədən,ciddi xasiyyətli insanların rəngidir. Bu tip insanlar birtərəf mövqedə olub, heç kimə etibar etmirlər. Qırmızı cəsarətli hökmlü, tez coşan insanların rəngidir. Qırmızı rəng qadının özünə inamını artırır. Narıncı xəyalpərəst insanların rəngidir. Bu rəng qeyri-adi istedaddan, yaradıcılıqdan xəbər verir. Mavi səma, dəniz sonsuzluq rəngidir. Lakin bu sakitliyin arxasında güclü ehtiras dayanır. Bu rəngi sevən qadınlar çox əsəbi olurlar, emosionallığı, romantizmi, xoş xasiyyəti ilə fərqlənirlər. Yaşıl, təbiət rəngi olub, sakitliyi sevənlərin rəngidir. Eqoistdirlər, həyatın bütün çətinliklərini yaşamağa qadirdirlər. Sarı dəyişkən xasiyyətli, intellektual insanların rəngidir. Bu rəng xasiyyətcə yüngül insanları xarakterizə edir. Bənövşəyi rəngə üstünlük verənlər romantik, emosional, daim axtarışdadırlar. Onlar kəşf etməyi sevirlər, həyatın sirlərini açmağa can atırlar. Tünd bənövşəyi rəngi sevənlər isə tez-tez depressiyaya düşürlər. Qəhvəyi rəngi sevənlər öz zövqlərinə etibar etmirlər. Rənglər diqqət cəlb etməyib sakitliyi, komfortu təmsil edir. Bu rənglərdə geyinən insanlar zəif xarakterli olurlar. Cəhrayı optimizm rəngidir. Bu, daha çox balaca qızların rəngi hesab edilir. Göy müdriklik, sədaqət, soyuqluq, ehtirassızlıq, sakitlik rəngidir. Bu rəngi seçən uşaqlar sakit, təmkinli olur, hər şeyi tələsmədən edir, divanda kitabla uzanmağı, düşünməyi, götür-qoy etməyi sevirlər.



Geri dön

Biqeyrət....

  • 17 avqust 2014 23:56
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
тєωєкυяℓєя

ヅ Bad Girl ヅ

  • 12 avqust 2014 15:05
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
ѕαğσℓυη мəqαℓəуə göяə...!!!

--------------------

✰ღMouRnfuL GirLღ✰

  • 9 avqust 2014 13:23
  • Məqalə: 129
  • Şərh: 5052
  • Bal:
{awards}
.:::^_^ღTəşəkkür edirəmღ^_^:::.

--------------------

2-ci kurs telebesi

_AnGeLoCkA_

  • 3 avqust 2014 23:00
  • Məqalə: 3
  • Şərh: 1519
  • Bal:
{awards}
saolun meqale ucun

--------------------
χσşвəχѕтѕəη - ѕöz νєямə.. üzgüηѕəη -¢αναв νєямə.. нιяѕℓιѕəη - əѕℓα qərαя νeямə.. уσχѕα üzəη ѕəη σℓαrѕαη
üzüℓəηə... :/

suleymanli saleh

  • 30 iyul 2014 00:13
  • Məqalə: 0
  • Şərh: 1372
  • Bal:
{awards}
məqalə ucun təsəkkur

Biqeyrət....

  • 27 iyul 2014 20:58
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
{awards}
Tewekkurlerrrr.....

Manoliya

  • 27 iyul 2014 15:28
  • Məqalə: 46
  • Şərh: 2926
  • Bal:
{awards}
Tewekkurlerrrr.....

Biqeyrət....

  • 27 iyul 2014 15:12
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
{awards}
Teshekkurrrrrrrr

Yokka_

  • 27 iyul 2014 14:48
  • Məqalə: 166
  • Şərh: 7002
  • Bal:
{awards}
Təşəkkürlər =)

Meryem o-va

  • 27 iyul 2014 13:27
  • Məqalə: 7
  • Şərh: 374
  • Bal:
{awards}
Təşəkkürlər =)

--------------------
Heç kimə özümü sevdirməy üçün klonluq etmərəm.....!
Ya sevərsən olduğum kimi ya gedərsən gəldiyin kimi.....!

★✰..BeLieBerKa..✰★

  • 27 iyul 2014 13:06
  • Məqalə: 303
  • Şərh: 3598
  • Bal:
{awards}
təşəkkürlər))

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 27 iyul 2014 02:58
  • Məqalə: 694
  • Şərh: 18819
  • Bal:
{awards}
Meqise gore tsk..

Biqeyrət....

  • 27 iyul 2014 01:33
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Yokka_

  • 26 iyul 2014 21:19
  • Məqalə: 166
  • Şərh: 7002
  • Bal:
{awards}
Teshekkurrrrrrrr

Xanim Zehra

  • 26 iyul 2014 21:04
  • Məqalə: 19
  • Şərh: 3238
  • Bal:
{awards}
Tewekkurler..

Yokka_

  • 26 iyul 2014 20:59
  • Məqalə: 166
  • Şərh: 7002
  • Bal:
{awards}
Teshekkurrrrrrrr

Sessiz Melodiya

  • 26 iyul 2014 17:16
  • Məqalə: 45
  • Şərh: 6866
  • Bal:
{awards}
Teshekkurrrrrrrr

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Manoliya

  • 26 iyul 2014 16:00
  • Məqalə: 46
  • Şərh: 2926
  • Bal:
{awards}
Tewekkurlerrrr......

^^FiDaNKa^^

  • 26 iyul 2014 11:01
  • Məqalə: 48
  • Şərh: 5783
  • Bal:
{awards}
Werhlerivize Gore Tewekkur Edirem

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 26 iyul 2014 02:37
  • Məqalə: 694
  • Şərh: 18819
  • Bal:
{awards}
meqiwe gore tsk

♔ Rapuиzel ♔

  • 25 iyul 2014 22:57
  • Məqalə: 333
  • Şərh: 7076
  • Bal:
{awards}
Coxsaqol canim

--------------------

Prosta FaN

  • 25 iyul 2014 22:30
  • Məqalə: 0
  • Şərh: 1207
  • Bal:
{awards}
Mavi mənim rəngim... Təşəkkürlər

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"

Sessiz Melodiya

  • 25 iyul 2014 21:22
  • Məqalə: 45
  • Şərh: 6866
  • Bal:
{awards}
тєωєкυяℓєя

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Mrs.IsGenDerLi

  • 25 iyul 2014 21:20
  • Məqalə: 55
  • Şərh: 2725
  • Bal:
{awards}
MeQaLe UcUN TeWeKKuRLeR....

--------------------


Wiyinimmm

  • 25 iyul 2014 21:18
  • Məqalə: 22
  • Şərh: 3770
  • Bal:
{awards}
MeQaLe UcUN TeWeKKuRLeR....

ヅ Bad Girl ヅ

  • 25 iyul 2014 21:17
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
тєωєкυяℓєя

--------------------

Qaska_Quli

  • 25 iyul 2014 20:56
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
Sagolunnnnnnn

--------------------

Biqeyrət....

  • 25 iyul 2014 20:53
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 41

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
The Shield
Xəbərləri: 55
Cəmi: 77
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}