Sədəqə haqqında

 
Sədəqə haqqında


Sədəqə vermək insanın imanının təmiz olduğuna dəlalət edir. Sədəqə verən özünə əziz olan bir şeyi ona daha əziz olan Allahın yolunda sərf etmiş olur.

Mal-dövlətin mahiyyəti
Abdullah ibn əş-Şixxir rəvayət edir ki, mən Peyğəmbərin yanına gəl­dikdə o, "ət-Təkasur" surəsini oxuyurdu. Məni gördükdə dedi: “Adəm övladı "mal-dövlətim, mal-dövlətim" deyir. Ey Adəm oğlu! Məgər sənin mal-dövlətin yalnız yeyib həzm elə­diyin­dən, geyib köhnəltdiyindən və sədəqə verdiyin­dən ibarət deyilmi?!” (Səhih Muslim).

Əsil yoxsul kimdir?

Peyğəmbər demişdir: “İnsan­lar arasın­da gəzib-dolaşıb bir-iki loxma və ya bir-iki xurma ilə kifayətlənən adam heç də yox­sul deyil”. Səhabələr soruşdular: “Bəs yoxsul kimdir, ya Rəsulallah?” Peyğəmbər dedi: “O adam ki, onun özünə bəs edəcək qədər malı olmaz, vəziyyətinin ağır oldu­ğunu heç kəsə bildirməz və buna görə də ona sədəqə verilməz, özü də insanlardan heç bir şey istə­məz” (Səhih Muslim).

Hər bir yaxşılıq sədəqədir

Peyğəmbər – sallallahu aleyhi və səlləm - demişdir: “Varlıya və ya yoxsula etdiyin hər bir yaxşılıq sədəqədir”.
Həmçinin demişdir: “Kişinin öz qadınına verdiyi hər bir şey sə­dəqədir”.

Hansı halda verilən sədəqənin savabı daha böyükdür?
Rəvayət edilir ki, Əbu Hureyra demişdir: “Bir nəfər Peyğəmbərin yanı­na gəlib dedi: “Ey Allahın Elçisi, savabı ən böyük olan sədəqə hansıdır?” Peyğəm­bər buyurdu: “Bu, sənin sağlam və xəsis olduğun, kasıb olmaqdan ehtiyat etdiyin və varla­nacağına ümid bəslədiyin halda verdiyin sədəqədir. Bir də ki, sədəqə verməyi, canın boğazına yetişən vaxta, özün də “filankəsə bu qədər, filankəsə də bu qədər verin” deyə vəsiyyət edəcəyin günə saxlama. Çünki həmin vaxt mal-dövlətin baş­qalarına miras qala­caq”.(əl-Buxari, 1419).

Ramazan ayında verilən sədəqə
İbn Abbas rəvayət edir: “Allahın elçisi insanların ən səxavətlisi idi. Rama­zan ayında, Cəbrail ilə görüşdüyü zaman isə daha səxavətli olardı. Cəbrail Ra­ma­zan ayının hər gecəsində Pey­ğəmbər ilə görüşər, onunla birgə Quranı oxuyub təkrar edərdi. Odur ki, bu günlərdə Allahın elçisi xe­yirxah işlər görməkdə sər­bəst əsən küləkdən daha comərd olardı.” (əl-Buxari, 6)

Ən üstün sədəqə hansıdır?
Peyğəmbər de­miş­dir: “Su sədəqəsindən mükafatı daha böyük olan sədəqə yoxdur”.

Qohuma verilən sədəqənin mükafatı
Allah Elçisi demişdir: “Miskinə sədəqə verməyin bir sədəqə savabı vardır. Qohuma sədəqə verməyin isə iki savabı vardır; sədəqə savabı və qohumluq əlaqələ­rini möhkəmlətmək savabı”. (ət-Tirmizi, 658).

Gizli olaraq verilən sədəqənin fəziləti
Peyğəmbər demişdir: “Gizli olaraq verilən sədəqə Allahın qəzəbini söndürür, qohum­luq əlaqələrini möhkəmlətmək ömrü artırır və insanlara yaxşılıq etmək isə pis aqibətdən qoruyur”.

Ardı-arası kəsilməyən sədəqə
Peyğəmbər demişdir: “İnsan öldükdə onun bütün əməlləri dayanır. Yalnız üç şeydən başqa: “Ardı-arası kəsilməyən sədə­qə, fayda verən elm və əməlisaleh övlad” (Səhih Muslim).
Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: “Qulun yeddi əməli vardır ki, ölümündən sonra qəbirdə ikən ona yazıl­mağa davam edir. Bunlar: faydalı elm öyrətmək, su kanalı çəkdirmək, quyu qazmaq, xurma ağacı əkmək, məscid tikdirmək, Quranı (çap etdirərək) miras qoymaq və ölümündən sonra onun üçün bağışlanma diləyən övlad qoyub getmək”.
Allah Elçisi demişdir: “Hər hansı bir müsəlman bir ağac əkərsə, ondan yeyilən hər hansı bir şey onun üçün sədəqə olar. Ondan oğurlanan bir şey onun üçün sədəqə olar. Vəhşi hey­van­ların ondan yediyi onun üçün sədəqə olar. Quşun ondan yediyi onun üçün sədəqə olar. Ondan kimsə nə isə əskiltsə, bu onun üçün sədəqə olar”. (Muslim, 1552)

Sədəqə verməyə tələsin

Busr ibn Cəhhaş əl-Quraşi demişdir: “Peyğəmbər ovcu­nun içinə tüpürüb şəhadət barmağını onun üzərinə qoydu və dedi: “Uca Allah buyu­rur: “Ey Adəm oğlu! Sən Məni necə aciz saya bilərsən ki, Mən səni bunun bənzərindən ya­ratdım”. Allah Elçisi hülqumunu göstərərək buyurdu: “Ruhun bura çatdıqda sən: “Sədəqə verəcəyəm”- deyirsən, o zaman sə­dəqə verməyin nə faydası vardır?!” (İbn Macə, 2707).

İnsana Allahın yolunda xərclədiyi fayda verəcək

Abdullah ibn Məsud rəvayət edir ki, Peyğəmbər demişdir: “Hansı bi­ri­­nizə varisinin malı öz malından daha sevimlidir?” Əshabələr de­dilər: “Ya Rə­su­lullah, aramızda elə bir kimsə yoxdur ki, öz malı ona varisinin ma­lın­dan daha sevimli olmasın.” Peyğəmbər buyurdu: “Həqiqətən, hər kəsin qa­baq­cadan həyatda ikən xərclədiyi onun öz malı, sonraya saxladığı isə va­ri­si­nin malıdır.” (əl-Buxari, 6442).
Hər kəs Allah yolunda xərclədiyinin əvəzini Qiyamət günü artıqlaması ilə alacaq, bu mal-dövlət axırda yenə onun özünə qismət olacaq, yığıb saxladığı isə gec-tez varislərə nəsib olacaqdır. Aişə demişdir: “Bir dəfə onlar bir qoç kəsib Allah yolunda payladılar. Sonra Pey­ğəmbər gəlib soruşdu: “Özümüzə nə qaldı?” Aişə: “Onun bir kürəyi qaldı?”- deyə cavab verdi. Onda Pey­ğəmbər dedi: “Xeyr, bizə payladığmız qaldı”. (Səhih Sunən ət-Tirmizi, 2470).

Sədəqənin mükafatı

Allahın Elçisi demişdir: “Həqiqətən, sədəqə qəbrin hərarətini söndürür. Qiyamət günü mömin öz sədəqəsinin kölgəsi altında kölgələnəcək”.
Həmçinin demişdir: “Kim Allah yolunda xərcləyərsə, ona xərclədiyinin yeddi yüz qat savabı veri­lər”. (ət-Tirmizi, 1625).


Geri dön

Biqeyrət....

  • 18 avqust 2014 00:43
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
məqalə ucun təsəkkur

✰ღMouRnfuL GirLღ✰

  • 10 avqust 2014 23:27
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
˙·٠•●✰^_^ღTəşəkkür edirəm,Allah razi olsunღ^_^✰●•٠·˙

--------------------

2-ci kurs telebesi

Biqeyrət....

  • 2 avqust 2014 02:07
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
ALLAH razi olsun...

suleymanli saleh

  • 30 iyul 2014 00:42
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
məqalə ucun təsəkkur

★✰..BeLieBerKa..✰★

  • 28 iyul 2014 23:07
  • Məqalə: 270
  • Şərh: 3639
  • Bal:
{awards}
təşəkkürlər))

Biqeyrət....

  • 27 iyul 2014 21:38
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
Meqaleye gore twkk....

Manoliya

  • 27 iyul 2014 18:16
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
Meqaleye gore twkk....

--------------------

Yokka_

  • 27 iyul 2014 15:44
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
Təşəkkürlər =)

Biqeyrət....

  • 27 iyul 2014 07:56
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
MeQaLe UcUN TeWeKKuRLeR....

Sessiz Melodiya

  • 26 iyul 2014 17:53
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
Teshekkurrrrrrrr

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

^^FiDaNKa^^

  • 26 iyul 2014 12:36
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
ALLAH razi olsun...meqale ucun cooox twk

Biqeyrət....

  • 25 iyul 2014 20:25
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ヅ Bad Girl ヅ

  • 25 iyul 2014 19:28
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
тєωєкυяℓєя

--------------------

Qaranliqda_tek

  • 25 iyul 2014 17:48
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
tewekkurler

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

glamur nemiska

  • 25 iyul 2014 17:25
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
GetdiNSe GeRi qayitMa...!-MeN ZeNCiRi qiRiB GedeN iti,iKiNci defe qapiMa BaGlAmiRAM...!

sevinckaa

  • 25 iyul 2014 15:58
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
Tewekkurler

--------------------
I am happy

Xanim Zehra

  • 25 iyul 2014 15:02
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Qaska_Quli

  • 25 iyul 2014 13:49
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
ALLAH razi olsunnn

--------------------

Wiyinimmm

  • 25 iyul 2014 13:37
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
MeQaLe UcUN TeWeKKuRLeR....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 448
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}