"Neftçi"nin baş məşqçisi kişilikdən danışdı: "Niyə getməliyəm ki?"

 
"Neftçi"nin baş məşqçisi kişilikdən danışdı: "Niyə getməliyəm ki?"

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının ikinci təsnifat mərhələsində səfərdə “Koper”ə qalib gəldikləri oyun və digər məsələlərlə bağlı müsahibə verib.

- "Neftçi" Sloveniyada çətin işin öhdəsindən gələrək tur adladı. "Koper"i səfərdə bu hesabla yenəcəyinizi gözləyirdinizmi?

- Mən başa düşmürəm, siz bizə niyə inanmırsız? Adama təsir edən odur ki, bir belə çətinliyi dəf edirik, ancaq yenə bizə inanmırsız. Hər kəs bilir ki, "Neftçi" belə çətinliklərin öhdəsindən çox gəlib. Mən Bakıda demişdim ki, gedəcəm və keçəcəm. Və keçdik də... "Neftçi"nin necə futbol oynadığını da gördünüz. Mən orada jurnalistlərimizin nə yazdıqları ilə maraqlandım. Bir nəfər yazmır ki, "Neftçi" əvvəlkindən fərqli olaraq başqa taktika ilə oynadı. Əvvəl Flavinyo cinahlarda oynayırdı, ancaq bu dəfə pleymeker funksiyasını yerinə yetirirdi. Cəmi üç müdafiəçi ilə oynadıq. Heç bir məşqçimiz belə oynamazdı, ancaq mən etdim. "Neftçi" özünün layiqli qələbəsini qazandı. "Neftçi" sübut etdi ki, "Koper" "Neftçi"yə layiq rəqib deyil. Bakıdakı məğlubiyyət də təsadüf idi. Təsadüf isə bir dəfə olar...

- "Koper"in baş məşqçisi azlıqda qaldıqdan sonra ikinci topu buraxdıqlarını bildirib. Sizcə, italiyalı çalışdırıcının bu açıqlaması ilə "Neftçi"nin qələbəsinə kölgəyə salmır?

- Birinci hissədə beş dəfə yüz faizlik imkandan istifadə edə bilmədik. Düşünürəm ki, layiqli qələbə qazandıq.

- "Növbəri turdakı rəqibiniz "Çixura"dır. Bu komandayla bağlı nə deyərdiniz?

- Heç nə deməyəcəm. Oyundan öncə danışaram.

- Bakıdakı mətbuat konfransında Sloveniyada hansı hesabın olacağından asılı olmayaraq, istefa verəcəyinizi demişdiniz. Sözünüzə əməl edəcəksiniz, yoxsa istefa vermək niyyətində deyilsiz?

- Mən fikir verirəm ki, çoxları mənim istefamı gözləyir. Mən gedəcəm, yerinə xaricdən hansısa tör-töküntü gələcək. Niyə getməliyəm ki? Mən Bakıdakı mətbuat konfransında əsəbi olmuşam və ona görə də istefa verəcəyimi demişdim.

- Bəs məğlubiyyət olsaydı necə, gedəcəkdiniz?

- Hökmən gedərdim.

- Buradakı mətbuat konfransında bədbiniydiniz. Sanki məğlubiyyətlə barışmışdız. Bu, nə ilə əlaqədar idi?

- Bugünləri mən jurnalistlər üçün hazır "yeməm". Hansı məşqçi mənim kimi kəskin fikirlər söyləyir? Heç kim! Hamı özünə xal yığır. Bundan sonra mən mətbuat konfranslarına gəlməyəcəm. Köməkçilərimi göndərəcəm. Bəzi insanları boykot edəcəm.

- Bu da aqressiya ilə deyilən sözdü, yoxsa?..

- Yox, gəlməyəcəm. Köməkçilərimi göndərəcəm.

- “Neftçi”nin prezidenti Sadıq Sadıqov açıqlama vermişdi ki, əgər mərhələ adlaya bilməsək, Böyükağa Hacıyev elə Sloveniyada istefa verəcək.

- Bilirsiz necədi? Bizim məşqçilər elə bilir ki, məşqçilik işi onlara atalarından qalıb, onlardan da oğullarına... Məşqçinin çemodanı hər zaman hazır olmalıdır. Bizim işimiz belədi. Məşqçinin istefa verməsi acizlik yox, kişilik əlamətidir. Zamanında getməlidir.


Geri dön

Biqeyrət....

  • 17 avqust 2014 05:26
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
Tskler.......

Sessiz Melodiya

  • 15 avqust 2014 19:38
  • Məqalə: 45
  • Şərh: 6866
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Savior Angel

  • 4 avqust 2014 12:57
  • Məqalə: 1
  • Şərh: 706
  • Bal:
{awards}
Meqale Uchun Teshekkurler

✰ღMouRnfuL GirLღ✰

  • 2 avqust 2014 11:31
  • Məqalə: 129
  • Şərh: 5052
  • Bal:
{awards}
.:::Təşəkkür edirəm :::.

--------------------

2-ci kurs telebesi

Biqeyrət....

  • 1 avqust 2014 14:22
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
{awards}
Meqaleye gore tskler...

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 1 avqust 2014 00:08
  • Məqalə: 694
  • Şərh: 18819
  • Bal:
{awards}
Melumata gore tskler...

Sessiz Melodiya

  • 30 iyul 2014 20:10
  • Məqalə: 45
  • Şərh: 6866
  • Bal:
{awards}
MeqalE UcuN TewekkurleR

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Manoliya

  • 30 iyul 2014 18:07
  • Məqalə: 46
  • Şərh: 2926
  • Bal:
{awards}
Tewekkurlerrrr......

ヅ Bad Girl ヅ

  • 29 iyul 2014 23:09
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

suleymanli saleh

  • 29 iyul 2014 21:42
  • Məqalə: 0
  • Şərh: 1372
  • Bal:
{awards}
məqalə ucun tsəsəkkur

Wiyinimmm

  • 29 iyul 2014 20:28
  • Məqalə: 22
  • Şərh: 3770
  • Bal:
{awards}
Meqle UcunTewekkurler...

^^FiDaNKa^^

  • 29 iyul 2014 16:55
  • Məqalə: 48
  • Şərh: 5783
  • Bal:
{awards}
tewekkurler

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 29 iyul 2014 16:39
  • Məqalə: 694
  • Şərh: 18819
  • Bal:
{awards}
.:::Tesekkur edirem:::.

Yokka_

  • 29 iyul 2014 15:45
  • Məqalə: 166
  • Şərh: 7002
  • Bal:
{awards}
cox gozelll tesekkurlerrrr

♔ Rapuиzel ♔

  • 29 iyul 2014 15:22
  • Məqalə: 333
  • Şərh: 7076
  • Bal:
{awards}
Xebere gore coxsaqolun

--------------------

★✰..BeLieBerKa..✰★

  • 29 iyul 2014 14:14
  • Məqalə: 303
  • Şərh: 3598
  • Bal:
{awards}
təşəkkürlər))

^^YeRaZKa MeLeK^^

  • 29 iyul 2014 13:53
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
Elaaaaaaaaaaa

--------------------

Qaska_Quli

  • 29 iyul 2014 13:49
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
Teshekkurrrrrrrrr

--------------------

Wiyinimmm

  • 29 iyul 2014 13:48
  • Məqalə: 22
  • Şərh: 3770
  • Bal:
{awards}
MeqalE UcuN TewekkurleR

Awk bir hayal

  • 29 iyul 2014 13:33
  • Məqalə: 137
  • Şərh: 2757
  • Bal:
{awards}
Təşəkkürlər ilk werh menden winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 48

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 722
 
The Shield
Xəbərləri: 51
Cəmi: 74
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}