Ya dilim acıdır, ya da taleyim,
"Nahaq" söz çıxmadı dilimdən amma.
Yaxşılıq etməyi borc bildim hər vaxt,
Bir kimsə tutmadı əlimdən amma…
Mən elə bilirdim, hamı adamdır,
Elə də, belə də bilməz olaydım.
Nələr yaşamışam, nələr görmüşəm,
Kaş ki, bu dünyaya gəlməz olaydım…
Bəxtim də olmadı, bəxtimdəm küsəm,
Sadəcə küsürəm, özüm-özümdən.
Rəbbim nələr verib, bəxtdən savayı,
Onu da istəmək gəlmir üzümdən…
"Nahaq" söz çıxmadı dilimdən amma.
Yaxşılıq etməyi borc bildim hər vaxt,
Bir kimsə tutmadı əlimdən amma…
Mən elə bilirdim, hamı adamdır,
Elə də, belə də bilməz olaydım.
Nələr yaşamışam, nələr görmüşəm,
Kaş ki, bu dünyaya gəlməz olaydım…
Bəxtim də olmadı, bəxtimdəm küsəm,
Sadəcə küsürəm, özüm-özümdən.
Rəbbim nələr verib, bəxtdən savayı,
Onu da istəmək gəlmir üzümdən…