Telefondan ayrı qalmamaq xəstəlikdirmi?

 
Telefondan ayrı qalmamaq xəstəlikdirmi?

Bu gün mobil telefonlar həyatın bütün sahələrində insanların davranış və düşüncələrinə nəzarət edir. Bir çoxları telefonun onun işində, gündəlik həyatında mühüm rol oynadığını deyirlər. Bəzi insanlar isə telefondan ehtiyacı olduğu üçün deyil, adətkar olduğu üçün istifadə edirlər. Xüsusilə də gənclərin daha çox mobil telefondan istifadəsini nəzərə alsaq, hazırda valideynlər gənclərin mobil əlaqə vasitələrindən davamlı istifadəsi ilə bağlı davranışlarına nəzarət etməkdə belə çətinlik çəkirlər. Bonn Universitetinin araşdırması nəticəsində tələbələrin mobil telefondan gündə 80 dəfə istifadə etdikləri müəyyənləşib. Lakin mütəxəssislər mobil telefondan çox istifadənin nəinki insanların səhhətinə mənfi təsir etdiyini, hətta ondan ayrı qala bilməməyin özünün də bir xəstəlik olduğunu deyirlər.

Mütəxəssislər insanların səhhəti ilə bağlı xüsusilə axşamlar və həftə sonları bu əlaqə vasitələrindən uzaq durmağı, virtual aləmdən həqiqi həyata keçilməsini məsləhət görürlər. Xüsusilə 12-13 yaşdan kiçik uşaqların sümük quruluşu tam formalaşmadığından mobil telefonun beyin hüceyrələrinə daha çox təsir etdiyi deyilir. Hətta ağıllı telefonların beyin şişi yaratma riskləri ilə bağlı xəbərdarlıq da edilir. Türkiyəli alimlər isə ağıllı telefonların əvvəlki telefonlara nisbətən daha çox radiasiya daşıdığı, bunun, əsasən, telefon çaldığında və zəng edərkən qulağa dayama zamanı olduğunu söyləyirlər. Qulaqlıqdan istifadə, zəng edərkən xüsusilə qarşıdakı tərəf telefonu açmadan qulağa dayamamaq lazımdır. Hətta mobil telefondan çox istifadə miqren kimi şiş xarici xəstəlikləri də yarada biləcəyi bildirilir. Nevropotoloqlar unutqanlıq xəstəliyinin getdikcə artdığını, istifadəsi getdikcə artan ağıllı telefonların da bu artıma səbəb olduğu göstərirlər.

Telefon asılılığı psixoloji problemdir

Müasir dövrdə insan həyatını mobil rabitəsiz təsəvvür etməyin çətin olduğunu deyən psixoloq Tünzalə Verdiyeva bildirdi ki, müxtəlif mobil operatorların rəqabətdə bir addım önə keçmək üçün təklif etdiyi xidmətlər və güzəştlər insanları bu vasitədən həddindən artıq istifadəyə sövq edir: “Hər hansı bir əşya və ya vasitə insanların həyatını və fəaliyyətini asanlaşdırmaq və vaxt itkisinin qarşısını almaq üçün gərəklidir. Eləcə də mobil telefonlar və mobil operatorlar bu məqsədə xidmət edir. Lakin telefondan yalnız əlaqə saxlamaq üçün deyil, müxtəlif oyunlar oynamaq, musiqiyə qulaq asmaq, şəkil çəkmək, video görüntü çəkmək, montaj eləmək, internetə daxil olmaq, bu üsulla sosial şəbəkələrdən istifadə etmək və s. kimi imkanların olması insanlarda telefon asılılığı yaradır. Evdə, işdə, istirahətdə, süfrə başında hətta yataqda belə, telefon insanların əlindədir”.

Psixoloq deyir ki, telefondan ayrı qalmamaq başqa sözlə, telefon asılılığı psixoloji problemdir. Bildirildi ki, bu, insanlarda duyğu analizatorlarının sıradan çıxmasına səbəb olur. Telefonun kiçik ekranına saatlarla baxan şəxsin gözlərində yorğunluq yaranır. Qulaqcıq vasitəsilə limitsiz olaraq musiqiyə qulaq asmaq qulaqda küy və zamanla karlıq yaradır. Bu insanlarda yuxu pozulmaları, yorğunluq, əsəbilik, aqressiya yaranır. Telefondan asılı olan insanın canlı ünsiyyəti azalır, tənhalığa məhkum olur. Depressiyadan əziyyət çəkirlər və depressiyadan çıxmaq üçün idman, gəzinti, insanlarla söhbət və s. kimi imkanlardan istifadə edə bilmədiklərinə görə uzun müddətli və xroniki depressiyaya məruz qalırlar.

Psixoloq onu da bildirdi ki, son vaxtlar piyadaların vurulması ilə bağlı yol qəzalarına nəzər saldıqda telefonla danışaraq və ya yazaraq (ismarıc, sosial şəbəkələrdə və s.) yolu keçən piyadalar ehtiyatsızlıq ucbatından həyatlarını itirdikləri müşahidə olunur: “Çünki onların diqqəti telefonun monitorunda olduğu üçün avtomobillərə fikir vermirlər. Deməli, diqqətin azalması, yuxusuzluq, yaddaşın zəifləməsi, duyğu orqanlarının zəifləməsi və zədələnməsi problemi, insanın həyatı və fəaliyyəti üçün lazım olan idraki bacarıqları getdikcə sıradan çıxarır”.

Asılılığın heç də zərərli vərdişlərə olan asılılıqdan təsiri az deyil

Sosioloq Gülnar Nəzərova bildirdi ki, mobil telefondan asılılıq əslində çox ciddi bir problemdir, hətta ciddi bir xəstəlikdir: “Lakin hələ bir çoxlarımız bundan xəbərdar deyilik və telefondan mütəmadi istifadəni adi hal olaraq qəbul edirik. Əslində, az və ya çox dərəcədə çoxlarımızda bu asılılıq özünü göstərir. Android sistemli telefonların istehsalı isə bu prosesi daha da sürətləndirdi. Musiqi dinləmək, film izləmək, çoxsaylı sosial şəbəkələr və bir çox bu cür imkanlar asılılığı daha kəskin formaya gətirir. Düzdür, bu cür vasitələrin üstünlükləri və vaxt qazandırmaq imkanı danılmazdır. Amma bu vasitələr insanlarda epidemiyaya çevrilməyə başlayıb. Bir müddət əvvəl problemlə bağlı müəyyən müşahidələr aparmaq qərarına gəldim. Bu qərarım isə təsadüfi deyildi. Çünki bir müddət idi bu ağıllı telefonlar məni də öz əsirinə çevirmişdi. Müşahidəni yaxın ətrafımdan başladım. Lakin apardığım tədqiqat zamanı ətrafımda olan bir çox insanın artıq bu epidemiyaya yoluxduğunu gördüm. Tədqiqat zamanı məndə ən çox təəccüb doğuran isə yaşlı qadının heç kimdən zəng gözləmədiyi, hətta telefondan istifadə etməyi bacarmadığı halda – “səbəbini bilmirəm, amma telefon üzərimdə olmayanda özümü narahat hiss edirəm” deməsi oldu. Bu isə telefon asılılığının “sırf gənclər arasında rast gəlinməsi və android sistemli telefonlarla bağlı olması” stereotipini beynimdən sildi”.

Sosioloqun növbəti hədəfi isə şəhər telefonundan asılılığı olan şəxslərlə bağlı olub. Bu nümunədə, əsasən, evdar xanımlar daha çox diqqətini çəkib. Bu zaman da bir sıra hipotezalar özünü doğrultmayıb. Qadınların şəhər telefonlarından saatlarla “asılı qalmasını” məşğuliyyətin olmaması ilə bağlayan sosioloq deyir ki, evində heç bir səliqə olmayan qadının gününü telefonla danışmaqla keçirməsi əslində problemin heç də məşğuliyyətsizliklə bağlı olmadığından xəbər verir. Sosioloqun müşahidə obyektində olan digər qrup isə mütəmadi olaraq tanışlıq məqsədilə müxtəlif internet resurslarından istifadə edən şəxslər olub: “Təbii ki, evli və ya subay olmasından asılı olmayaraq, özündə natamamlıq hiss edən bir çox şəxslər bu vasitələrdən istifadə edir. Zamanla isə bu proses asılılıqla müşahidə olunur. Bu insanlar, hətta, o dərəcədə asılı olurlar ki, ətrafda baş verən çox ciddi hadisələr də onların diqqətindən yayınır. Hətta bu cür asılılığı olan insanlar uzun müddət sizin səsli çağırışınıza heç bir reaksiya verməyə bilər və diqqət çəkmək məqsədilə məcbur qalıb hansısa sosial şəbəkədən istifadə edə bilərsiniz. Şəxsi təcrübəmdən deyə bilərəm ki, bu müdaxilə effektli olur. Ağıllı telefonların istehsalı isə əvvəllər az qala səyahətə də personal kompüterlərini daşıyan bu insanların işini müəyyən qədər “asanlaşdırdı”. Hətta deyərdim, bu qisim insanlar səyahət zamanı istirahət əvəzinə, həmin səyahət müddəti mütəmadi şəkillər çəkdirib, sosial şəbəkələrdə paylaşmaq və bununla bağlı müzakirələr aparmaqla məşğul olurlar”.

Nəqliyyatda ağıllı telefon istifadəçilərinin sevimli məşğuliyyətlərindən olan telefon oyunları da sosioloqun tədqiqat obyekti olub: “Bəzən ətrafda baş verənləri (yaşlıları, əlilliyi olan şəxsləri) görməmək məqsədi daşısa da, bir çox hallarda bu oyunlara aludəçilik asılılıqla bağlı olur. Həyatının ən vacib mübarizəsi kimi bütün diqqətini oyuna cəmləyən bu şəxslər bəzən düşəcəkləri stansiyanı da ötürə bilərlər.

Qeyd edilən nümunələrin hər birində məzmun eynidir, sadəcə forma dəyişir. Bizdə, bəlkə də, gülüş doğuran bu hadisələr təbii ki, hansısa sosial-psixoloji amillərin təsiri altında baş verir və bir müddətdən sonra xəbərimiz də olmadan bizi asılı hala salır. Bu asılılığın heç də zərərli vərdişlərə olan asılılıqdan təsiri az deyil. Eyni zamanda zərərli vərdişlər qədər tərgidilməsi də çətin prosesdir, lakin imkansız deyil
”.


Geri dön

Biqeyrət....

  • 17 avqust 2014 00:08
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
təşəkkürlər))

Sessiz Melodiya

  • 6 avqust 2014 11:04
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
Meqale ucun twk

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Savior Angel

  • 3 avqust 2014 13:15
  • Məqalə: 1
  • Şərh: 707
  • Bal:
{awards}
Təşəkkürlər...

вคɴค iкiмizi คɴlคт ❤

  • 3 avqust 2014 03:05
  • Məqalə: 665
  • Şərh: 18462
  • Bal:
{awards}
Tesekkur edirem =(

^^KuKuLKa^^

  • 2 avqust 2014 21:18
  • Məqalə: 769
  • Şərh: 11595
  • Bal:
{awards}
Telefon asılılığı psixoloji problemdir

--------------------

Awk bir hayal

  • 2 avqust 2014 00:44
  • Məqalə: 137
  • Şərh: 2790
  • Bal:
{awards}
Təşəkkürlər

suleymanli saleh

  • 2 avqust 2014 00:18
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
Təşəkkürlər

Xanim Zehra

  • 1 avqust 2014 23:49
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
tewekkur..

^^FiDaNKa^^

  • 1 avqust 2014 19:21
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
tewekkur edirem

ヅ Bad Girl ヅ

  • 1 avqust 2014 15:57
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

✰ღMouRnfuL GirLღ✰

  • 1 avqust 2014 15:24
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
Xebere gore cox saqolun

--------------------

2-ci kurs telebesi

Səssiz

  • 1 avqust 2014 15:22
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Melumata gore cox sagolun

--------------------
Səssiz'liyim

Mrs.IsGenDerLi

  • 1 avqust 2014 15:05
  • Məqalə: 55
  • Şərh: 2746
  • Bal:
{awards}
Xebere gore coxsaqolun

--------------------


Manoliya

  • 1 avqust 2014 14:32
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
təşəkkür...

--------------------

Mrs.IsGenDerLi

  • 1 avqust 2014 13:58
  • Məqalə: 55
  • Şərh: 2746
  • Bal:
{awards}
Xebere gore coxsaqolun

--------------------


PércyDarkMoon

  • 1 avqust 2014 13:57
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

Qaska_Quli

  • 1 avqust 2014 13:34
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
uzunda olsa maragli idi

--------------------

★✰..BeLieBerKa..✰★

  • 1 avqust 2014 13:32
  • Məqalə: 270
  • Şərh: 3639
  • Bal:
{awards}
təşəkkürlər))

SLATKAYA weytanka

  • 1 avqust 2014 13:17
  • Məqalə: 1
  • Şərh: 633
  • Bal:
{awards}
elbetde telefonun wuasi adamin gozunu kor edir

--------------------
qeyretli olan oglan her qiza namsuuz demez bacsini arada fikirlewsin ki menimde bacim var

Wiyinimmm

  • 1 avqust 2014 13:08
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
Rehmetdiy telefonumcun darixdime recourse
Te$ekkurler^_^

--------------------

✰ღMouRnfuL GirLღ✰

  • 1 avqust 2014 13:00
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
tesekkurler)

--------------------

2-ci kurs telebesi

Avara Kenan

  • 1 avqust 2014 12:59
  • Məqalə: 3
  • Şərh: 112
  • Bal:
{awards}
hee bir xala vardi bir ayagi gorda olan whatsapda baw qatirdi ncc :/

Biqeyrət....

  • 1 avqust 2014 12:55
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
tesekkurler)

PINK pin:k

  • 1 avqust 2014 12:54
  • Məqalə: 6
  • Şərh: 191
  • Bal:
{awards}
tesekkurler........

--------------------
♥♥Preses olmaq ucun prense ehtiyacim yox.Men onsuzda Kralin qiziyam♥♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 42
Cəmi: 83

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 540
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}