Hakimiyyət təmizliyinin yolu: ilk addım çətin olur

 
Hakimiyyət təmizliyinin yolu: ilk addım çətin olur

Alman sosioloq və filosof Erix Fromm əmindi ki, insanların bədbəxtlikləri və talelərinin uğursuz olmaları onların seçimlərinin nəticəsidir.

"Onlar nə diri, nə də ölü deyillər. Belələri üçün həyat ağır yük, mənasız məşğuliyyətə, işlər isə mövcudluğun əzabından müdafiə vasitəsinə çevrilir", - Fromm deyirdi.

Ermənistanda bəhs etdiyimiz vəziyyət müşahidə olunur. Dövlət başçısı Serj Sarkisyanın etiraflarına görə, əhalinin təqribən 80 faizi hakimiyyətin reallaşdırmağa çalışdığı "islahatları və dəyişiklikləri" qəbul etmir. Yəni əhalinin 80 faizi narazıdırsa, vətəndaşların razılığından danışmağa dəyməz. Söz yox, ölkə əhalisinin tam əksəriyyətinin bədbəxt adlandırmaq yanlışdır, amma ermənilərin halını təsəvvür etmək üçün güclü təxəyyül sahibi olmağa da lüzum duyulmur.

E.Fromm nəzəriyyəsini xatırlasaq, Ermənistan əhalisinin 80 faizi indi narazı qalmamaq üçün bir zamanlar yanlış seçim edib, hansısa qərarları verməyib və addımları atmayıb.

Kütlə həmişə günahkar, baiskar və suçlu sayıldığından ayrı-ayrı fərdlər bu minvalla öz apatiyalarına haqq qazandırmağa can atırlar.

Halbuki, kütlə elə həmin fərdlərin toplusudur.

Ermənistandakı daxili siyasi həyat heyrətamiz süstlüyü və ətaləti ilə fərqlənir. Daha doğrusu, sükut, sanki, ölümqabağı susmaqdır. Siyasi aktlar, ciddi aksiyalar yoxdur. Olanlar siyasətlə məşğul olduqlarını deyən insanların politologiyası, hadisələr və prosedurlardır. Bu olaylar da siyasət çərçivəsindən kənarda, ilk baxışdan mənasız və xaotik şəkildə baş verdiklərindən hansısa siyasi əhəmiyyət kəsb etmir.

Müxalifət düşərgəsi ətalətdən oyanmağa çalışdığını göstərməyə can atır. Passivliyi mövsümlə əlaqələndirən müxalifət liderləri payızda proseslərin aktivləşəcəyini, prezident Serj Sarkisyan iqtidarına qarşı daha fəal etiraz aksiyalarının başlayacağını vəd edirlər.

Ermənistanın sabiq dövlət başçısı Levon Ter-Petrosyan, məsələn, sədrlik etdiyi Erməni Milli Konqresinin (EMK) dəqiq fəaliyyət planının olduğunu, ən başlıcası isə bütün müxalifət düşərgəsində birləşmə təmayüllərini gücləndirmək üçün aktiv işlərə təkan verəcəyini bildirir.

Erməni İnqilabi Federasiysı-Daşnaksutyun inert olmadığını və tam əksinə, genişmiqyaslı, özü də aktiv hərəkətlər edəcəyini vurğulayır.

Başqa partiyalar və siyasi təşkilatlar da analoji açıqlamalarla çıxış edirlər.

Hətta Qagik Sarukyanın sədrlik etdiyi "Çiçəklənən Ermənistan" Partiyası da (ÇEP) Sarkisyan iqtidarını "çox ciddi sınağa çəkəcəyini" bəyan edir.

Amma indi yox - payızda.

Belə açqılamaların müqabilində, siyasi qarşıdurmanın pik həddinə çatdırılacağı ilə bağlı vədlərin müqabilində isə hakimiyyət düşərgəsindən bir bəyanat, bir şərh və ya çıxış yoxdur. Cavab reaksiyası gözə dəymir, eşidilmir, duyulmur.

Ermənistanda müxalifət və hakimiyyətin siyasi müstəviləri arasında, sanki, səskeçirməyən divar, uca sədd var və onlar bir-birlərindən asılı olmayaraq davranırlar.

Hakimiyyətlə müxalifət başqa-başqa ölkələrdəki substansiyalar təsiri bağışlayırlar. Çünki onların münasibətlərinin düşmənçilik həddində olması üçün belə, ən zəruri şərt qarşılıqlı təmaslardır.

Bütün bunlarla yanaşı, tərəflər bir-birlərini diqqətlə izləyir, güdürlər. Müşahidələr üstüörtülü aparıldığından üzə çıxarılmır. Ermənistanda hətta kütləvi və ya ictimai siyasət mövqeyindən çıxış edən qüvvələr belə, siyasətin kölgə oyunlarına, kuluar danışıqların və sövdələşmələrə adət ediblər.

Həmin oyun qaydalarına görə, hansısa aksiya, qərar və ya bəyanatla bağlı reaksiya ilk əvvəl kölgə mexanizmləriylə, kuluar yollarla verilir, qarşı tərəfə və müttəfiqlərə ötürülür, yalnız bundan sonra alınan cavablara və münasibətlərə uyğun olaraq aşkar davranışın modeli bəlirlənir.

Ermənistandakı siyasi sistemin naqis strukturunun bəlalarından əsası da budur. Sonucda siyasi proseslər destruktiv məcrada inkişaf edirlər.

2008 və 2011-ci illərdəki genişmiqyaslı, kütləvi xalq etirazlarının, vətəndaş müqavimətinin ömrü isə qısa oldu. Həmin aksiyaların siyasi təkanverici qüvvələri güclü olduğundan küçələrə çıxan insanlar nə istədiklərini, nəyə can atdıqlarını bilirdilər.

Ermənistanın indiki siyasi həyatında məhz o təkanverici qüvvə olmadığından qəribə süstlük və apatiya müşahidə olunur.

Əksini iddia edənlər az deyil: müxalifətçilər aktiv fəaliyyət göstərdiklərini, iqtidar mənsubları "ölkənin problemlərini həll etməklə məşğul olduqlarını" vurğulayırlar.

Əslində, ortada etiraf edilməyən, amma var olan sövdələşmə var ki, razılaşmanın şərtlərinə görə tərəflər siyasətlə, sanki, növbə ilə məşğul olurlar.

…Amma deyəsən, Erix Fromm bir məqamı nəzərə almamışdı: insan mövcudluq gerçəkliyinə təsir edə bilirsə, tam əksəriyyət o gerçəkliyi dəyişə bilər.

Ermənilər bədbinləşməməli, süstlüyə qapılmamalıdırlar. Hər şey irəlidədir. İllah da ki, prezident Serj Sarksiyan Konstitusiyaya əlavələr və düzəlişlər vasitəsilə hakimiyyətini dağılmaqdan qurtarmağa çalışır.

Onun istəkləri cinayətkar komandanı hakimiyyətdən uzaqlaşdırmaq istəklərini daha da gücləndirməlidir.


Geri dön

Biqeyrət....

  • 17 avqust 2014 00:08
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
təşəkkürlər))

Sessiz Melodiya

  • 6 avqust 2014 11:02
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
Meqale ucun twk

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Səssiz

  • 5 avqust 2014 13:14
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Tewekkurrr

--------------------
Səssiz'liyim

Savior Angel

  • 3 avqust 2014 13:14
  • Məqalə: 1
  • Şərh: 707
  • Bal:
{awards}
Təşəkkürlər...

вคɴค iкiмizi คɴlคт ❤

  • 3 avqust 2014 03:02
  • Məqalə: 665
  • Şərh: 18462
  • Bal:
{awards}
cox sagol....

^^KuKuLKa^^

  • 2 avqust 2014 21:00
  • Məqalə: 769
  • Şərh: 11595
  • Bal:
{awards}
Alman sosioloq və filosof Erix Fromm əmindi ki, insanların bədbəxtlikləri və talelərinin uğursuz olmaları onların seçimlərinin nəticəsidir.

--------------------

Awk bir hayal

  • 2 avqust 2014 00:44
  • Məqalə: 137
  • Şərh: 2790
  • Bal:
{awards}
Təşəkkürlər

suleymanli saleh

  • 2 avqust 2014 00:18
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
Təşəkkürlər

^^FiDaNKa^^

  • 1 avqust 2014 19:18
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
tewekkur edirem

ヅ Bad Girl ヅ

  • 1 avqust 2014 15:53
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

✰ღMouRnfuL GirLღ✰

  • 1 avqust 2014 15:23
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
Xebere gore cox saqolun

--------------------

2-ci kurs telebesi

Səssiz

  • 1 avqust 2014 15:21
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Tewekkurler......................................

--------------------
Səssiz'liyim

Mrs.IsGenDerLi

  • 1 avqust 2014 15:20
  • Məqalə: 55
  • Şərh: 2746
  • Bal:
{awards}
tesekkurler............

--------------------


Manoliya

  • 1 avqust 2014 14:31
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
təşəkkür...

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 1 avqust 2014 14:27
  • Məqalə: 665
  • Şərh: 18462
  • Bal:
{awards}
tesekkur edirem:)

Qaska_Quli

  • 1 avqust 2014 13:39
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
teshekkurrrrrrrrrrr

--------------------

★✰..BeLieBerKa..✰★

  • 1 avqust 2014 13:32
  • Məqalə: 270
  • Şərh: 3639
  • Bal:
{awards}
təşəkkürlər))

SLATKAYA weytanka

  • 1 avqust 2014 13:14
  • Məqalə: 1
  • Şərh: 633
  • Bal:
{awards}
tewekurlerrrrrrrrrrrrrrrrrrrr

--------------------
qeyretli olan oglan her qiza namsuuz demez bacsini arada fikirlewsin ki menimde bacim var

Biqeyrət....

  • 1 avqust 2014 13:09
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
tesekkurler

Wiyinimmm

  • 1 avqust 2014 13:06
  • Məqalə: 22
  • Şərh: 3789
  • Bal:
{awards}
Te$ekkurler...

--------------------

Avara Kenan

  • 1 avqust 2014 13:04
  • Məqalə: 3
  • Şərh: 112
  • Bal:
{awards}
xebere gore tewekkur... )

PINK pin:k

  • 1 avqust 2014 13:00
  • Məqalə: 6
  • Şərh: 191
  • Bal:
{awards}
cox sagolun....

--------------------
♥♥Preses olmaq ucun prense ehtiyacim yox.Men onsuzda Kralin qiziyam♥♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 34
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 540
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}