Ermənilər cəsədləri və yaralıları niyə gizlədirlər?

 
Ermənilər cəsədləri və yaralıları niyə gizlədirlər?


Ermənistan Respublikasının İcevan və Noyembryan rayonlarından Azərbaycanın Qazax rayonu, Krasnoselsk rayonundan - Gədəbəy rayonunun kəndləri, daha sonra isə Ağdam, Füzuli, Goranboy, Cəbrayıl, Xocavənd, Göygöl rayonlarındakı kəndlər, Azərbaycan Ordusunun mövqeləri sürəkli atəşə tutulur.

Kiçik və iri çaplı silahlarla yanaşı, artilleriya və reaktiv artilleriya qurğularından açılan atəşlər səngimir. Ermənilər kəşfiyyat-təxribat qruplarını da cəbhə xəttindən sızdırmağa çalışıblar.

Dağlıq Qarabağ münaqişəsi zonasında cəbhə xətti ilə yanaşı, Azərbaycan-Ermənistan sərhədində də atışmalardır.

Ermənilərin budəfəki "cəhdlər"inin miqyası böyük, məqsədləri fərqlidir.

Dağlıq Qarabağdakı separatçı rejimin "Müdafiə Nazirliyi" sürəkli bəyanatlar yayıb situasiyanı "şərh" etməyə çalışsa da, yaşayış məntəqələrimizi və ordumuzun mövqelərini atəşə tutanlar Ermənistan Silahlı Qüvvələrinin hərbçiləridir.

İllərdən bəri davam edən vəziyyət dəyişir, Ermənistan daha genişmiqyaslı təxribatlara əl ataraq Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə tənizimlənməsinə yönəlmiş danışıqlarda mövqelərini gücləndirməyə çalışır.


Danışıqlar prosesindəki vəziyyət Ermənistanın xeyrinə deyil və bunu erməni siyasətçiləri, ictimai xadimləri ilə yanaşı, Yerevandakı hakimiyyətin mənsubları da artıq etiraf edirlər. ABŞ-ın və Rusiyanın Ermənistandakı səfirlərinin "ermənilərə qarşı fəaliyyətdə" suçlandığı kampaniya başa çatmamış Minsk Qrupunun amerikalı həmsədrini "azərbaycanlılara işləmək"də suçlayan erməni mediası indi atışmalarda həlak olmuş erməni hərbçilərin statistikasını bəlirləməklə məşğuldur.

Statistika isə fərqli, yaranmış vəziyyət gülüncdür.

Belə ki, iyulun 31-də ermənilər kəndlərimizlə mövqelərimizi atəşə tutmağa başlayandan təxminən 6 saat sonra "Armenpress" xəbər yayaraq "Cəbhə xəttində yaralıların olduğu bildirilir" mesajını verdi.

"Tert.am" estafeti davam etdirdi, "Ermənistan ordusunda tələfat var" yazdı,"Dağlıq Qarabağda 2 əsgərimiz həlak oldu" məlumatını yaydı, "tələfatla bağlı məlumatların yayılması yanlış informasiya idi" deyərək özünü təkzib etdi.

"Panarmenian.net"in davranışı da fərqlənmədi: əgər dünən səhər bu informasiya agentliyi Ermənistan ordusundakı "tələfatlar"dan bəhs edirdisə, günorta saatlarında "Bəzi media strukturlarının yaydıqları "tələfat" xəbərləri tələsikdir" yazdı, axşam saatlarında isə "2 əsgərimiz həlak oldu" bildirdi.

7or.am saytı Ermənistan ordusunda "ciddi tələfatlar var" yazsa da, "kənar məsləhət"dən sonra bu xəbərdəki rəqəmlər dəyişdi və "2 əsgər həlak olub" formasını aldı.

Sosial şəbəkələrdə, xüsusilə də Facebook-da ermənilər isə Yerevandakı kütləvi informasiya vasitələrini ələ salaraq "bu adamlar, deyəsən, saymağı və ən başlıcası, yalan danışmağı da bacarmırlar" yazdılar.

Xatırladaq ki, eyni situasiya mayın 29-da yaşanmışdı. Mayın 28-də ermənilər mövqelərimizi atəşə tutmuş, kəşfiyyat-təxribat qruplarını "sızdırmağa" çalışmışdılar.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan "atışmada yefreytor Erik Qasparyan həlak olub, yaralılar var" dedi.

Amma sosial şəbəkələrdə ermənilər "nazir şərəfsizcəsinə yalan danışır" yazdılar və az sonra həlak olmuş ermənilərin adları açıqlandı.

Onlar polkovnik-leytenant Qarik Balayan, baş leytenant Harutyun Safaryan, leytenant Araik Babayan, yefreytor Erik Qasparyan, sıravilər Artur Oğancanyan, Armen Hovvanisyan, Edik Şaxnazaryan, Karen Qalstyan, Arman Qukasyan, Qarnik Torosyan və Nerses Karapetyandı.

Mger Xlqatyan, Varazdat Zakaryan və Aşot Qriqoryan isə ağır yaralılar arasındaydılar.

Ermənistanın Müdafiə Nazirliyi iyulun 31-dən bəri cəmi (!) "2 əsgər - 1994-cü il təvəllüdlü Ararat Vaçikoviç Xanoyan və Azat Arturoviç Asoyan həlak olublar" bəyanatını yaydı. Dünən Yerevanın "agitprop"u isə yalanlarda özünü üstələyərək "kölgəsinin üzərindən atılmağı" bacarıb.

Ermənistanın Ararat rayonundan hərbi xidmətə çağırılsa da, "Dağlıq Qarabağ sakini və əsgəri" kimi təqdim olunan Norayr Miakeloviç Kamalyan Ermənistan İctimai Televiziyasına yaralı yatdığı hospitalın palatasında müsahibə verib.

Kamalyanın çənəsini güllə dağıtdığından nə danışdığı anlaşılmasa da, Ermənistan telekanalının reportajında deyilib: "Azərbaycanlılar hücum edəndə Norayr səngərdə silahsız idi: o, blindaja gedirdi. Azərbaycanlılar ona hücum edəndə Norayr geri çəkilməyib və əlbayaxa döyüş fəndlərindən istifadə edərək düşmənləri zərərsizləşdirib".

Bir anlıq təsəvvür edin: erməni səngəri, silahsız erməni əsgəri və ona "hücüm edən azərbaycanlılar". Səngərdəki digər erməni əsgərlərin harada olduqları bilinmir: amma "qəhrəman" Norayr Kamalyan "fövqəladə şücaət" göstərir və təkbaşına "hamını zərərsizləşdirir". Sonra isə haradansa, "naməlum istiqamət"dən atəş açılır və erməni əsgərlərin olmadığı, düşmənin də zərərsizləşdirildiyi yerdə N.Kamalyan yaralanır.

Çənəsi dağılmış Norayr Kamalyanın çəlimsiz, sısqa birisi olduğu aydın görünür. Üstəlik, həkimlərin dediklərinə görə, o, arxadan açılan atəş nəticəsində yaralanıbmış.

Göründüyü kimi, marazm həddindəki yalanları tirajlamaqdan çəkinməyən Ermənistan mediası son iki gündə baş verənləri, xüsusilə də həlak olmuş və yaralanmış erməni hərbçilərin sayını gizlətmək üçün olmayan "mətin müdafiəçilər, qəhrəmanlıqlar, şücaətlər"dən bəhs edir.

Fəqət, gerçəyi gizlətmək həddən artıq çətin, daha doğrusu, mümkün deyil.

Ermənistan Müdafiə Nazirliyinin xüsusi göstərişi ilə son iki gündə həlak olan və yaralanan erməni əsgərlərdən yalnız 2 nəfər Yerevana göndərilib.

Yerdə qalanlar Rusiyadakı erməni diasporunun "Taşir" təşkilatının pulu ilə Xankəndidə tikilmiş xəstəxanada, habelə Tiqran Mesi, 8 ünvandakı hərbi hospitaldadır.

Qarabağlı ermənilərin sosial şəbəkələrdə yazdıqlarına görə, dünəndən bəri xəstəxana və hospitala maşınlarla onlarla yaralı aparılıb: "Xərəklərin çoxunda, deyəsən, meyitlər vardı".

Yerevandakı "Haykakan Jamanak" isə bildirir ki, Masis rayonuna dünən 3 əsgər meyiti aparılıb.

Ararat, Armavir, Yerevan, Qukark, Spitakda da ailələrə əsgər tabutları verildiyi bildirilir.


Geri dön

Mrs.mickey

  • 2 sentyabr 2014 12:12
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
Təşəkkürlər

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

süleman

  • 16 avqust 2014 16:48
  • Məqalə: 37
  • Şərh: 653
  • Bal:
{awards}
Xebercun sagolun

--------------------
Bəzən bir insana sarılıb, dörd sözü eşitmək
istəyərsən; - darıxma, hər şey yaxşı olacaq..

Biqeyrət....

  • 16 avqust 2014 11:44
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
Xebere goere tewekkurler

✰ღMouRnfuL GirLღ✰

  • 7 avqust 2014 15:05
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
ALLAH belalarin versin

--------------------

2-ci kurs telebesi

Sessiz Melodiya

  • 5 avqust 2014 01:57
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Biqeyrət....

  • 4 avqust 2014 02:48
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
ALLAH belalarin versin

^^KuKuLKa^^

  • 4 avqust 2014 00:22
  • Məqalə: 767
  • Şərh: 11559
  • Bal:
{awards}
Werhler ucun twk inwaAllah tezlikle ermenilerin nesli tukener ve tezlikce mehv olarlar !!

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 3 avqust 2014 23:36
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
qorxur digalar!! recourse

★✰..BeLieBerKa..✰★

  • 3 avqust 2014 22:28
  • Məqalə: 270
  • Şərh: 3639
  • Bal:
{awards}
qorxurlar köpəylər! angry

GUNI

  • 3 avqust 2014 22:11
  • Məqalə: 0
  • Şərh: 6492
  • Bal:
{awards}
sag salamatda gizdetmesinler axir gizdetmeleri olsun insallah.....vesiler....allahsizlar...

--------------------

_leka_the_one_

  • 3 avqust 2014 22:05
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
ALLAH belalarin versin

PércyDarkMoon

  • 3 avqust 2014 21:32
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah ermənilərin kökun kəssin!!!Amin

--------------------

Səssiz

  • 3 avqust 2014 21:29
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Xebere goere tewekkurler

--------------------
Səssiz'liyim

Qaska_Quli

  • 3 avqust 2014 19:54
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Eceb olur olara ALLAH kokun kessin olarin

--------------------

Savior Angel

  • 3 avqust 2014 19:33
  • Məqalə: 1
  • Şərh: 707
  • Bal:
{awards}
MELUMATA UCUN TEWEKKUR

Xanim Zehra

  • 3 avqust 2014 19:26
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
tewekkur..

Manoliya

  • 3 avqust 2014 19:16
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
Meqaleye gore twkk....

--------------------

ヅ Bad Girl ヅ

  • 3 avqust 2014 18:05
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Mrs.IsGenDerLi

  • 3 avqust 2014 17:48
  • Məqalə: 55
  • Şərh: 2746
  • Bal:
{awards}
tewekurler

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}