"Allah sizi atasız qoyan Ermənistana lənət etsin" - Qənirə Paşayeva

 
"Allah sizi atasız qoyan Ermənistana lənət etsin" - Qənirə Paşayeva

"4 balan millətə əmanət, dəyərli şəhid qardaşımız! Rahat yat! Bir az əvvəl Tovuz və Qazaxdan qayıtdıq. Tovuzda Şəhidimiz Vüqarın yasından sonra Qazaxda, Cəfərli kəndində şəhid qardaşımız Almazov İsə Ziyad oğlunun yas mərasimində iştirak edib, ailəsinə, yaxınlarına başsağlığı verdik. İsə qardaşımız qəhrəman oğullarımızdandır.

4 övlad atası olan dəyərli şəhidimizi hər kəs vətənini, millətini sevən, qeyrətli oğullardan biri və gözəl insan kimi anladırdı. Düşmənin təxribatlarına layiqli cavab verən və şəhid olan dəyərli bir qardaşımız, şəhidimizdir. Allah rəhmət etsin. Nur içində yatsın. Həyat yoldaşı bütün ağrı və acısına baxmayaraq şəhidlər ölmür, mənim həyat yoldaşım da hər zaman yaşayacaq və övladları hər zaman ataları ilə qürur duyacaq deyirdi. "Möhkəm olacam, 4 övladımı atalarının adına layiq böyüdəcəm" deyən bu dəyərli bacımızın qarşısında baş əyirik. Şəhidimizin gözəl övladları ilə də görüşdük. Gözlərində elə qəribə kədər vardı ki, hamısının...

İnsanın ürəyi parçalanırdı. Allah sizi atasız qoyan Ermənistana lənət etsin, bəlalarını versin və inşallah layiq olduqları cəzaları alacaqlar dedik. Onlar indi millətə, dövlətə əmanətdir və inanırıq ki, dövlətimizin və millətimizin onlara diqqət və qayğısı hər zaman yüksək olacaq. Ordan qayıdanda mətbuatda guya Qazağın hansısa kəndlərinin boşaldılması ilə bağlı məlumatlar gördüm. Doğru deyil. Ermənilərə ən yaxın mövqelərdə yerləşən kəndlərdən keçdik, Cəfərlidə yas mərasimində iştirak etdik. Yasda çoxlu insanlar vardı və onlar heç bir zaman düşmənin arzusuna çatmayacağını deyirdilər. Bu kəndlərin insanları qəhrəman insanlardır və müharibənin ən ağır günlərində belə evlərini tərk etməyiblər və bu gün belə bir düşüncədə deyillər. Gəlin düşməni sevindirən doğru olmayan məlumatların yayılmasına imkan verməyək. Tovuzda hərbiçilərimiz, əsgərlərimizlə də söhbət etdik. Düşmənə layiqli cavab vermək üçün hər an hazır olduqlarını deyirdilər. Dualarımızı onlardan əksik etməyək. Allah ön cəbhəmizi qoruyan əsgər və hərbiçilərimizi qorusun. Düşmən Ermənistan və onun arxasında dayanan güclər isə inşallah öz layiqli cəzalarını alacaqlar. Allah Ermənistanın da, ona dəstək verənlərin də bəlasını versin. Vətəni ən yüksək səviyyədə qoruyan oğullarımıza Allah kömək olsun!


Geri dön

Mrs.mickey

  • 2 sentyabr 2014 12:11
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
Təşəkkürlər

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

süleman

  • 16 avqust 2014 16:46
  • Məqalə: 37
  • Şərh: 653
  • Bal:
{awards}
Sagolun twkler

--------------------
Bəzən bir insana sarılıb, dörd sözü eşitmək
istəyərsən; - darıxma, hər şey yaxşı olacaq..

Sessiz Melodiya

  • 5 avqust 2014 01:56
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

_Nermin_

  • 4 avqust 2014 15:56
  • Məqalə: 26
  • Şərh: 659
  • Bal:
{awards}
ALLAH Wehidlerimize rehmet etsin! Geride qalan esgerlerimizi qoru YA REBBIM...ermenilerede lenet etsin!

Biqeyrət....

  • 4 avqust 2014 02:47
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
Allah belalarin versin!!

^^KuKuLKa^^

  • 4 avqust 2014 00:21
  • Məqalə: 764
  • Şərh: 11541
  • Bal:
{awards}
Ermənilərə lənət olsun!

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 3 avqust 2014 23:35
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah belalarin versin!!

nuray sirinova

  • 3 avqust 2014 23:21
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
{awards}
Təşəkkürlər

★✰..BeLieBerKa..✰★

  • 3 avqust 2014 22:28
  • Məqalə: 270
  • Şərh: 3639
  • Bal:
{awards}
Ermənilərə lənət olsun! angry

GUNI

  • 3 avqust 2014 22:10
  • Məqalə: 0
  • Şərh: 6492
  • Bal:
{awards}
Allah herbicilermize esgerlerimice can sagligi versinki dumenler laiqince cvb versinler isdeylerini icderinde qoysunlarr..haladi bizim herbicilere Allah sehit olan qardaslarimizada rehmet elesin amin...

--------------------

_leka_the_one_

  • 3 avqust 2014 22:02
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
ALLAH lenet elesin ermenilere

PércyDarkMoon

  • 3 avqust 2014 21:31
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah əsgərlərimizi qorusun!!! Amin

--------------------

Səssiz

  • 3 avqust 2014 21:23
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Tewekkurler cox sagolun............/

--------------------
Səssiz'liyim

Qaska_Quli

  • 3 avqust 2014 20:00
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrrrr

--------------------

Savior Angel

  • 3 avqust 2014 19:31
  • Məqalə: 1
  • Şərh: 707
  • Bal:
{awards}
Allah ön cəbhəmizi qoruyan əsgər və hərbiçilərimizi qorusun. Düşmən Ermənistan və onun arxasında dayanan güclər isə inşallah öz layiqli cəzalarını alacaqlar. Allah Ermənistanın da, ona dəstək verənlərin də bəlasını versin. Vətəni ən yüksək səviyyədə qoruyan oğullarımıza Allah kömək olsun!

Xanim Zehra

  • 3 avqust 2014 19:29
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
Allah ön cəbhəmizi qoruyan əsgər və hərbiçilərimizi qorusun.

ヅ Bad Girl ヅ

  • 3 avqust 2014 18:03
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Vətəni ən yüksək səviyyədə qoruyan oğullarımıza Allah kömək olsun! AMIn

--------------------

Mrs.IsGenDerLi

  • 3 avqust 2014 17:46
  • Məqalə: 55
  • Şərh: 2746
  • Bal:
{awards}
tewekurler

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 29

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}