100 günün yalanları və mənəviyyatsızlıq

 
100 günün yalanları və mənəviyyatsızlıq

Ovik Abramyanın Ermənistanın baş naziri postuna təyinatından 100 gün keçib. Ölkənin oliqarxlarından biri olan bu adam təyinatından iki gün sonra parlamentdə çıxış edərkən genişmiqyaslı islahatlar, kiçik və orta sahibkarlığın hüquqlarının tam təminatını, iqtisadiyyatın inkişafını, maliyyə-bank sektorunda irəliləyişləri, daxili siyasətdə konseptual yenilikləri, xarici siyasətdə isə diplomatik uğurları vəd etmişdi.

Vədlər çox, çıxış şirnikləndirici idi.

Amma ermənilər yenə anladılar ki, aldadılıblar və yalanları gerçək kimi təqdim etməyə çalışan iqtidarın bitmək bilməyən mənəviyyatsızlığını müşahidə edirlər.

Ovik Abramyanın indiyədək, sadəcə, bir yeniliyi var ki, o da yığım təqaüd sisteminin tətbiqi ilə bağlıdır.

Sistem əslinə baxsaq, elə əvvəlkidir - dəyişən addır. Ermənistanın əmək qabiliyyətinə malik hər vətəndaşı işləyirsə, ayda müəyyən məbləği rüsum qismində büdcəyə ödəyir. Sonra da həmin məbləğlər toplanmış vergi komponenti qismində hesablanır və orta statistik erməni təqaüdə çıxanda ona ödənir.

Yəni sosial təminat üçün büdcədən ayrılan vəsaitin əhəmiyyətli hissəsi Ermənistan vətəndaşlarının ödəyəcəkləri yeni vergi hesabına formalaşmalıdır.

Nəzəriyyədə belədir. Gerçək isə tam fərqli olacaq.

Yerevanda korrupsioner iqtidar, hakimiyyəti qəsb etmiş dəstə olduğundan ölkə idarəetməsində qanqster metodlarından istifadə olunur.

Mütəşəkkil cinayətkarlığın əsas qaydalarından biri də "hami"liyə götürülmüş subyektlərin tam müflis olmasına yol verməməkdir. Axı bac verən adam yoxsullaşarsa, ondan pul almaq mümkün deyil. Yoxsulun canı isə əksər hallarda mafiozlara gərək olmur.

Kriminal oliqarxiya istismar etdikləri insanları yarıac saxlayır, çalışdırdıqları şəxslərin hesabına varidatını artırır. Karl Marksın klassik "əmtəə-pul-əmtəə" prinsipi də Ermənistanda illərdən bəri işlək deyil və "əmtəə-pul-oliqarxiyanın sərvəti"nə çevrilib.

Ölkə əhalisi üçün "yenilik və islahat" adı ilə yeni maliyyə töycüsünü tətbiq edən hakimiyyət əvəzində istinad etdiyi və yararlandığı oliqarxiyanın bəhrələndiyi güzəştlərin sayını daha da artırıb.

Məsələn, iqtidardakı Ermənistan Respublika Partiyasından olan deputat və oliqarx Samvel Aleksanyanın, prezident Serj Sarkisyanın müşavirlərindən olan Aram Qaribyanın şirkətlərinə və baş nazir Ovik Abramyanın kazinosuna yeni güzəştlər hədiyyə olunub.

Halbuki, Ovik Abramyanın baş nazir postuna təyinatından bəri Ermənistanda əvvəlcə elektroenerji tarifləri 10 faiz bahalaşdı, sonra benzin və dizel yanacağının satış qiymətləri artdı. İndi gündəlik tələbat mallarından tutmuş, tikinti materiallarına qədər hər şey yenidən bahalaşmaqdadır.

Qiymət artımına etiraz edən bir qrup erməni hökumət binası qarşısına yığışıb piket keçirmək istəyəndə polis onları amansızlıqla döydü.

Ovik Abramyanın "ekoloji yeniliklər"i də marazmdır. Məsələn, ekoloji səbəblərdən Ararat vadisindəki su quyularının əksəriyyəti quruduğundan hökumət Sevandakı suyun bir qismini suvarma üçün buraxdı.

Sonralar quyulara su gəldi, amma Sevandan su, hələ də, axır.

Təhkiyəyə varsaq, Ermənistan iqtisadiyyatının quyusunun çoxdan quruduğunu da yazmaq mümkündür. 1997-ci ilin iyul ayında başlamış ciddi geriləmə 17 ildir ki, davam edir və dayanmaq bilmir.

Yerevanda iqtidarlar dəyişir, iqtisadi böhranın olmadığı vurğulanır, inkişafdan danışılır - ancaq ümumdaxili məhsul istehsalından tutmuş, işsizlik səviyyəsinədək ən müxtəlif sahələrdəki vəziyyət tam əksini göstərir.

Rəsmi strukturlar belə vəziyyətin bərbad olduğunu etiraf edir və bildirirlər ki, əmək qabiliyyətinə malik ermənilər arasında işsizlik səviyyəsi sürəkli artaraq 13 faizə çatıb. Yoxsulluq səviyyəsi 36 faizə bərabərdir.

Qeyri-rəsmi, yəni gerçək rəqəmlər daha pisdir: belə ki, yaşları 20-45 arasında olan Ermənistan vətəndaşları arasında işsizlik səviyyəsi 57 faizə çatıb.

Mühacirətə gəldikdə isə, indi Ermənistanda az qala hər ailənin bir fərdi ölkədə deyil. Əyalətlərdə isə 18-40 yaşında, kişi cinsinə mənsub bir şəxsin olmadığı onlarla, yüzlərlə kənd var.

Ermənilər ən müxtəlif ölkələrə səpələnir, iş, maaş, çörək arayırlar.

Rəsmi Yerevan bu köçü "təhlükəli və pis olsa da, xarici ölkələrdəki diasporun möhkəmlənməsinə yönəlmiş proses kimi qələmə verməyə çalışaraq üstüörtülü açıqlamalarla çıxış edir.

Halbuki, ölkəni idaretmə sisteminə və rejimə nifrətlə tərk edənlər heç bir zaman onları evlərini qoyub yad ellərə düşməyə vadar etmiş hakimiyyətə rəğbət bəsləyə bilməz.

Baş nazir Ovik Abramyan bəhs etdiyimiz məsələlər barədə təbii ki, susur. O, başqa məqamlar barədə danışmağa üstünlük verir.

Olmayan inkişafdan, gözə dəyməyən islahatlardan, nəzərə çarpmayan biznes mühitindən, əməl olunmayan qanunların aliliyindən...

Bütün yarıtmaz, bivec rejimlər idarə etdikləri kütlənin tələblərini yerinə yetirməyərək ehtiyaclarından danışanları zərərli element və ekstremist təmayüllü qüvvələr sayaraq vətəndaşlarını əzməklə məşğul olduğundan, hansısa inkişafdan danışmaq yersiz təsir bağışlayır.

Ermənistanda olduğu kimi.


Geri dön

Biqeyrət....

  • 16 avqust 2014 09:33
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
Təşəkkürlər

Sessiz Melodiya

  • 15 avqust 2014 21:04
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

PoZitiV Kaa=)

  • 7 avqust 2014 19:50
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk

--------------------

✰ღMouRnfuL GirLღ✰

  • 7 avqust 2014 14:40
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
.:::Təşəkkür edirəm:::.

--------------------

2-ci kurs telebesi

★✰..BeLieBerKa..✰★

  • 6 avqust 2014 13:15
  • Məqalə: 270
  • Şərh: 3639
  • Bal:
{awards}
Təşəkkürlər

Manoliya

  • 5 avqust 2014 21:51
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
Məqaləyə görə təşəkkürlərrrr....

--------------------

PoZitiV Kaa=)

  • 5 avqust 2014 17:15
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk

--------------------

Yokka_

  • 5 avqust 2014 16:05
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
tesekkurler..

Sessiz Melodiya

  • 5 avqust 2014 13:28
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Savior Angel

  • 5 avqust 2014 12:21
  • Məqalə: 1
  • Şərh: 707
  • Bal:
{awards}
Meqale Uchun Teshekkurler

umudsiz sevgi

  • 5 avqust 2014 11:59
  • Məqalə: 1
  • Şərh: 254
  • Bal:
{awards}
hmmmmmmm meqale ucun twk

--------------------
her gun daha olursen gozumde

qirilmis qelb

  • 5 avqust 2014 11:57
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
sagolun tewekkurler

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Səssiz

  • 5 avqust 2014 11:03
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Təşəkkürlərr

--------------------
Səssiz'liyim

NeFeSiM LiL OrXaN

  • 5 avqust 2014 10:54
  • Məqalə: 38
  • Şərh: 3533
  • Bal:
{awards}
Tewekkurler

вคɴค iкiмizi คɴlคт ❤

  • 5 avqust 2014 10:34
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Təşəkkürlər

ヅ Bad Girl ヅ

  • 5 avqust 2014 09:45
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Qaska_Quli

  • 5 avqust 2014 09:43
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshèkurrrrrr

--------------------

Воровская

  • 5 avqust 2014 08:45
  • Məqalə: 74
  • Şərh: 1356
  • Bal:
{awards}
Qoy uzub uzub axrina cixsinlar bu meselenin !

--------------------




İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 50
Cəmi: 94

 

Top 10 Müəllif

♔Hе важно∞
Xəbərləri: 2
Cəmi: 44
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 480
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
 
{slinks}