İçimizdəki daş karxanası

 
İçimizdəki daş karxanası

Orqanizmdə öd piqmentinin əmələ gəlmə mexanizmi, əsasən, qara ciyər rol oynayır. Öd yaranması üçün əsas material qandan alınır. Normal halda eritrositlər qanda bir tərəfdən köhnəldikcə məhv olur, digər tərəfdən isə qan yaradan üzvlərdə yeni eritrositlər əmələ gəlir. Məhv olmuş eritrositlərdən ayrılmış sərbəst hemoqlobinin bir hissəsi qan cərəyanı vasitəsi ilə qara ciyərə keçir və burada oksidləşərək bilevridə çevrilir. Qara ciyərin hüceyrələrində bunlara öd turşusu, xolestrin, duzlar qarışaraq öd əmələ gəlir və öd yolları ilə 12 barmaq bağırsağa ifraz olur. Bu təbii olan fizioloji haldır. Ancaq müxtəlif səsəblərdən bu proses pozularsa, orqanizmdə patoloji problemlər yarana bilər.

Öd daşı

Həkim-endokrinoloq Fərqanə Məmmədlinin Milli.Az-a dediyi sözlərinə görə, öd daşları ən çox öd kisəsində, bəzən isə qaraciyər daxilindəki öd yollarında əmələ gəlir. Öd daşı müxtəlif ölçüdə və quruluşda olur. Onun əsas maddəsi xolestrindən, öd piqmentindən, kalsium duzlarından və müxtəlif metallardan (dəmir, mis, aliminium) ibarətdir. Elə öd daşları var ki, onların tərkibi yalnız çoxlu xolesterindən ibarət olur. Belə daşlara xolesterinli daşlar da deyilir. Öd daşları infeksialaşmış öddə də yarana bilər. Belə daşın çəkisi çox yüngül, rəngi sarı, şəffaf, səthi hamar və ya kələkötür olur. Həmçinin daşın səthindəki laylar cızıqlar şəklində görünür. Xolesterin daşından başqa digər öd daşları da var ki, bunların tərkibində xolesterinlə birlikdə öd piqmenti və kalsium duzları da müşahidə edilir. Ümumiyyətlə, belə mürəkkəb öd daşının əsasını xolesterin çöküntüsü təşkil edir. Bu daşlar xırda xə xalis xolesterin olduğu üçün asanlıqla öd yoluna düşərək onu tıxayaraq ödün axmasına mane olur. Nəticədə öd infeksiyalaşır və öd kisəsində iltihablaşma gedir. Bu zaman daşın quruluşu bir qədər dəyişir. Öddə olan piqment və kalsium duzları xolesterin özəyinin səthinə çökməyə başlayır. Buna isə piqment daşı deyilir.

Gavalı və yumurta boyda

F.Məmmədli deyib ki, öd daşının ölçüsü və forması müxtəlif olur – gavalı, yumurta boyda və daha böyük. Daşlar çox olduqda sürtünmə nəticəsində hamarlaşır və ya bir-birinə birləşərək qeyri-adi forma alır. Öd kisəsində kiçik daşlar daha çox olur və bəzən xəstələr onlarda daş olduğunu belə hiss etmirlər: “Qeyd edim ki, öd daşı çox təhlükəli xəstəlikdir və bu daim ciddiyə alınmalıdır. Çünki daş öd yoluna keçmiş və öd yolunu tıxamış olarsa, xəstə şiddətli ağrılardan əziyyət çəkər, eyni zamanda onda sarılıq, angioxolit (qara ciyər daxilndəki öd yollarında iltihab) əmələ gələ bilər. Hətta bütün orqanizmdə intoksikasiya və sepsisin yaranması da mümkündür.

Bundan başqa öd daşlarının epidemioloji xüsusiyyəti də var. Belə ki, ödündə daş olan adamlar bəzi infesksion xəstəliklər (yatalaq, vəba, dizenteriya) keçirdikdən sonra onların öd kisəsində olan daş həmin infeksiyaya bulaşır. Belə adamların nəcisi infeksiyalaşmış olur və epidemiyaya səbəb ola bilər”.

Qadınları sevən xəstəlik

Həkim-endokrinoloqun söylədiyinə görə, öd daşı xəstəliyinə qadınlar arasında daha çox rast gəlindiyi üçün ona qadınları sevən xəstəlik də deyilir. Əsasən, 20-60 yaşlı və çox uşaq dünyaya gətirən qadınlarda, çəkisi artıq olan və ailədə hər hansı bir fərddə bu xəstəliyin olması risk faktorunu daha da artırır. Öd daşı xəstəliyi qida qəbulundan sonra həzm pozğunluğu, ürək bulanması, qusma, qarın ağrısı, köp, gəyirmə kimi əlamətlərlə ortaya çıxır. Bu ağrı qarının sağ yuxarı hissəsində özünü büruzə verir və bəzən kürək nahiyəsinə də vurur. Öd daşı xəstliyinin müalicəsi yoxdur. Yəni hər hansı bir dərman vasitəsi ilə bu daşların əridilməsi və ya orqanizmdən xaric edilməsi mümkün deyil. Yeganə üsul cərrahi əməliyyatdır. Əgər öddə olan daş şiddətli ağrıya və iltihablanmaya səbəb olursa, bu zaman mütləq əməliyyat edilməlidir. Bu edilmədiyi təqdirdə həzm pozğunluğu davam edər və ya daş öd yoluna düşərək kanalda tıxanmaya, öd kisəsində irinləmə və şişməyə gətirib çıxarar. Öd kisəsi əməliyyatı, əsasən, qapalı şəkildə - laparoskopik üsulla aparılır və xəstənin qarın nahiyəsində 2-3 deşik açılaraq müxtəlif alətlərlə öd kisəsi kəsilərək orqanizmdən xaric edilir: “Qeyd edim ki, öd kisəsi insanda yeganə orqandır ki, o çıxarıldığı zaman da yaşamaq mümkündür”.

Sidik kisəsi daşı

Həkim bildirib ki, sidik daşı böyrək ləyənciyində və sidik kisəsində əmələ gəlir. Sidik daşına sidik axarında və sidik kanalında da təsadüf edilir. Ancaq daş bunların özündə əmələ gəlmir. Sidik daşı, bura sidik yollarının yuxarı hissələrində (böyrək ləyənciyindən sidik axarına, sidik kisəsindən sidik kanalına) keçir. Sidik daşının kimyəvi quruluşu sidik və sidik yollarının müxtəlif maddələrindən ibarətdir. Bu maddələrdən, ilk növbədə, sidik turşusu ilə onun duzları, oksalat turşusu ilə onun duzları, kalsium-fosfat duzları, sistin, ksantin qeyd edilməlidir. Bu maddələrin bir hissəsi daşın mərkəzində, digər hissəsi isə onun ətrafında yerləşə bilər. Bəzən prostatın böyüməsi idrar kanalını daraldaraq sidik kisəsinin tam boşalmasına mane olur. Bu zaman idrar tam boşalmadığı üçün içindəki kristal duzlar çökərək birləşir və daş əmələ gətirir.

Yumruq boyda daş

Endokrinoloqun dediyinə görə, sidik daşı yumru, oval, bəzən şaxəli şəkildə, ölçücə xırda, qum dənəsi böyüklüyündən başlayaraq yumruq boyda ola bilər. Böyük sidik daşı adətən sidik kisəsində yerləşir. Burada bəzən daha da böyük daşlara rast gəlmək olur. Böyrək ləyənciyində əmələ gələn sidik daşı onun formasını aldığına görə, budaqlı ağac şəklində əmələ gəlib aşağılara (sidik axarına və sidik kanalına) keçən zaman xəstəyə bəzən şiddətli ağrılar verir. Daş sidik axarının bir yerində ilişib qalanda sidik axarını tıxaya bilir. Nəticədə sidik həmin yerdən az süzülür və ya heç keçmir. Tıxanmış olan yerdən yuxarılarda sidik çoxaldıqca sidik yolları və böyrək ləyənciyi genəlir. Nəticədə hidronefroz prosesi və ya daş dayanan yerin divarı nekrozlaşaraq perforasiyaya uğraya bilər. Bəzən proses iltihaba çevrilir və yuxarılara qalxdıqda xəstə urosepsis nəticəsində ölüm baş verir.

Müalicə

F.Məmmədli vurğulayıb ki, sidik kisəsindəki daşın əlamətləri – idrar zamanı kəsintinin olması, sidiyə çətin, tez-tez getmə, sidiyin qanlı, bulantılı olması, ağrı, yanma hissi, bəzən ağrının cinsi orqana vurması. Bəzən bu daşlar tikanlı olduğu üçün yeriyərkən də ağrı verə bilər. Həmçinin daş kiçik isə sidik kanalına düşərək idrarın qarşısını kəsir. Bu zaman xəstə çölə getmək üçün mövqeyini dəyişərək sidiyi ixrac etməyə çalışır və ya daşı kanaldan çıxarmaq üçün onu yenidən sidik kisəsinə qaytarmaq məcburiyyətində qalır. Ancaq bunlar müvəqqəti haldır. Burada yalnız cərrahi müdaxilə işə yarayır. Daş böyüksə, müəyyən tibbi vasitə ilə sidik kanalında içəriyə daxil olaraq orqanizmdən qırılaraq hissə-hissə xaric edilir.

Profilaktika

Endokrinoloqun sözlərinə əsasən, orqanizmin öd kisəsi ilə bağlı problemlə üzləşməməsi üçün öncə qidalanma rejiminə diqqət edilməlidir. Az miqdarda və tez-tez qida qəbul edilməli, yağlı, duzlu, istiotlu, turş, qızarmış yeməklərdən çəkinmək lazımdır. Yeməklərdə bitki yağına üstünlük verilməlidir. Yumurta, şokalad, şirniyyat məhsullarının istifadəsi azaldılamlıdır. Qəhvə, tünd çay, alkoqollu və qazlı içkilərin qəbulu dayandırılmalıdır. Aktiv həyat tərzi keçirməklə yanaşı artıq kilolardan qurtulmaq lazımdır.

Sidik kisəsi daşının profilaktikası üçün soyuqdəymədən qorunmaq şərtdir. Hər zaman bol miqdarda su içilməli, müntəzəm hərəkət edilməli və bununla tez-tez bayıra çıxmaqla sidik kisəsində yığılmış duz çöküntüsünün qarşısı alınmalıdır. Çox miqdarda su dedikdə birdəfəyə 1 litr su deyil, gün boyu az-az, tez-tez içmək nəzərdə tutulur. Prostat xəstələrə isə suyu günün birinci yarısında və günorta vaxtı içmələri məsləhətdir. Axşam vaxtı su və çayın qəbulu onların gecə tez-tez idrara çıxmalarına səbəb olar.


Geri dön

Mrs.mickey

  • 2 sentyabr 2014 12:44
  • Məqalə: 21
  • Şərh: 1488
  • Bal:
Təşəkkürlər xebere gore...

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

süleman

  • 16 avqust 2014 16:04
  • Məqalə: 37
  • Şərh: 652
  • Bal:
{awards}
Tewekkurler

--------------------
Bəzən bir insana sarılıb, dörd sözü eşitmək
istəyərsən; - darıxma, hər şey yaxşı olacaq..

Biqeyrət....

  • 16 avqust 2014 10:35
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
{awards}
.:::Təşəkkür edirəm:::.

Awk bir hayal

  • 6 avqust 2014 12:35
  • Məqalə: 137
  • Şərh: 2757
  • Bal:
{awards}
.:::Təşəkkür edirəm:::.

PoZitiV Kaa=)

  • 5 avqust 2014 19:38
  • Məqalə: 309
  • Şərh: 8782
  • Bal:
{awards}
Meqaleye gore twk)

--------------------

Sessiz Melodiya

  • 5 avqust 2014 00:53
  • Məqalə: 45
  • Şərh: 6866
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

★✰..BeLieBerKa..✰★

  • 4 avqust 2014 22:52
  • Məqalə: 303
  • Şərh: 3598
  • Bal:
{awards}
Təşəkkürlər

✰ღMouRnfuL GirLღ✰

  • 4 avqust 2014 21:52
  • Məqalə: 129
  • Şərh: 5052
  • Bal:
{awards}
.:::Təşəkkür edirəm:::.

--------------------

2-ci kurs telebesi

suleymanli saleh

  • 4 avqust 2014 19:39
  • Məqalə: 0
  • Şərh: 1372
  • Bal:
{awards}
Meqale ucun tewekur

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 4 avqust 2014 18:00
  • Məqalə: 675
  • Şərh: 18520
  • Bal:
{awards}
cox sagolun......

--------------------

Biqeyrət....

  • 4 avqust 2014 17:51
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
{awards}
Təşəkkürlər

ヅ Bad Girl ヅ

  • 4 avqust 2014 16:46
  • Məqalə: 789
  • Şərh: 20233
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

PINK pin:k

  • 4 avqust 2014 16:29
  • Məqalə: 6
  • Şərh: 191
  • Bal:
{awards}
tesekkurler..........

--------------------
♥♥Preses olmaq ucun prense ehtiyacim yox.Men onsuzda Kralin qiziyam♥♥

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 4 avqust 2014 16:21
  • Məqalə: 675
  • Şərh: 18520
  • Bal:
{awards}
cox sagol......

--------------------

Qaska_Quli

  • 4 avqust 2014 14:26
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
Teshekkurrrrrrrrrr

--------------------

Mrs.IsGenDerLi

  • 4 avqust 2014 14:19
  • Məqalə: 55
  • Şərh: 2725
  • Bal:
{awards}
Meqale ucun tewekur

--------------------


Savior Angel

  • 4 avqust 2014 13:40
  • Məqalə: 1
  • Şərh: 706
  • Bal:
{awards}
Meqale Uchun Teshekkurler

umudsiz sevgi

  • 4 avqust 2014 13:16
  • Məqalə: 1
  • Şərh: 251
  • Bal:
{awards}
tewekkur meqale ucun

--------------------
her gun daha olursen gozumde

Sıla Rəsulova

  • 4 avqust 2014 13:10
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
Ilk werih mende... tewekkur cox cox sagolun melumata gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 42
Cəmi: 64

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 585
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 14
Cəmi: 26
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 5
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}