Lazım olan ərzaqlar:
Mayasız laylı xəmir - 1 paket
Orta ölçülü alma - 4 ədəd
Portağal - 1 ədəd
Şəkər tozu - 1 st.
Yumurta - 1 ədəd
Kərə yağı - 1 x.q.
Hazırlanması:
Əvvəlcə bir qaba kərə yağı əlavə edib əridirik.Almanı kub şəklində doğrayırıq. Üzərinə portağal qabığını rəndələyirik.
Sonra şəkər tozu əlavə edirik.
Şəkər tozu əriyənə qədər qarışdırırıq. Qazı söndürüb bişirdiyimiz qarışığı soyuduruq.Mayasız laylı xəmiri üçbucaq formasında kəsir, mərkəz hissəsinə hazırladığımız qarışıqdan əlavə edib bükürük. Üzərinə yumurta sarısı vurub, 15-20 dəqiqə 180 dərəcədə qızdırılmış sobada bişiririk.
(Üzərini şokolad və ya şəkər kirşanı ilə bəzəyə bilərsiniz)
Nuş olsun!!!