Güləşçilərimiz erməniləri diz çökdürdü

 
Güləşçilərimiz erməniləri diz çökdürdü


Azərbaycan Güləş Federasiyasına istinadən bildirir ki, çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar. Yunan-Roma güləşçilərimiz ilk günkü uğuru davam etdirib və ikinci günü 2 qızıl və 1 gümüş medalla başa vurublar.

55 kq çəkidə Murad Məmmədov mübarizəyə inamla başlayıb. Xorvatiyadan olan ilk rəqibini cəmi 10 saniyə ərzində tam üstünlüklə məğlub edən güləşçimiz Hindistan, Rusiya və İran idmançıları ilə görüşdən də qalib ayrılıb və finala yüksəlib. Bu görüşlərdə rəqiblərindən 30 xal alan Murad, cəmi 2 xal verməklə Dünya çempionluğu yolunda iddiasını ortaya qoyub. Finalda onun rəqibi Qırğızıstan güləşçisi olub. Qələbə qazanan güləşçimiz Dünya çempionatını qızıl medalla başa vurub.

66 kq çəki dərəcəsində təmsilçimiz Ruhin Mikayılov ilk görüşdə Moldova güləşçisindən üstün olub. Ardınca Ermənistan təmsilçisi ilə qarşılaşan güləşçimiz gərgin keçən qarşılaşmanı öz xeyrinə tamamlayıb və 1/4 finala yüksəlib. Ruhin Mikayılovun mübarizədən kənarlaşdırdığı erməni rəqibi isə bir ay öncə gənclərin Avropa çempionu adını qazanmışdı. Yaponiya və Misir güləşçiləri üzərində ardıcıl iki qələbə ilə Ruhin Mikayılov finala vəsiqə qazanıb. Finalda güləşçimiz Gürcüstan idmançısı ilə görüşdən məğlub ayrılıb və Dünya çempionatının gümüş medalına sahib olub.


84 kq-da mübarizə aparan İslam Abbasov da finala qədər maneəsiz irəliləyib. Bolqarıstan və İsveç təmsilçilərini üstələyən güləşçimiz 1/4 finalda erməni güləşçi ilə qarşılaşıb. İslam cəmi 44 saniyə ərzində rəqibini tam üstünlüklə mübarizədən kənarlaşdırıb. Yunanıstan təmsilçisi ilə yarımfinal görüşünü də qələbə ilə başa vuran güləşçimiz finala yüksəlib. Bu görüşlərdə rəqiblərindən 23 xal alan İslam, cəmi 1 xal verib və inamlı təsir bağışlayıb. Finalda onun rəqibi Almaniya idmançısı olub. Gərgin keçən qarşılaşmada əzmkarlıq nümayiş etdirən İslam qələbəni təmin edib və çempionatı qızıl medalla başa vurub.

Xatırladaq ki, ilk yarış günündə yunan-Roma güləşçilərimiz 3 qızıl medal qazanıblar. İki gün ərzində güləşçilərimiz qarşılaşdıqları erməni rəqiblərini məğlub etməkdə davam edir. Belə ki, 2 gün ərzində erməni rəqibləri ilə 4 dəfə qarşılaşan təmsilçilərimiz bütün görüşlərdən qalib ayrılıblar. Bu gün 66 kq çəkidə Ruhin Mikayılov və 84 kq çəkidə İslam Abbasov erməni rəqiblərini məğlub edərək növbəti mərhələyə yüksəliblər. İlk yarış günündə İbrahim Nurullayev (50 kq) ilk görüşündə, Elman Muxtarov (60 kq) isə final qarşılaşmasında erməni rəqibləri üzərində inamlı qələbə qazanıblar.

55 kq

1/16 final - Mihael Besenic (CRO) - Murad Məmmədov 0:10 (10 saniyə ərzində təmiz qələbə)
1/8 final - Murad Məmmədov - Kurşnat Kurade (İND) 8:1
1/4 final - Murad Məmmədov - Aslan Visaitov (RUS) 4:1
1/2 final - Bahruz Maleki (İRİ) - Murad Məmmədov 0:8
FİNAL - Rustam Teiişov (KGZ) - Murad Məmmədov 1:4

66 kq

1/16 final - Ruhin Mikayılov - Daniel Kataraqa (MDA) 2*:2
1/8 final - Hrant Kalaçyan (ARM) - Ruhin Mikayılov 4:4*
1/4 final - Ruhin Mikayılov - Şoqo Takahaşi (JPN) 8:0
1/2 final - İbrahim Mohmud (EGY) - Ruhin Mikayılov 3:5
FINAL - Ruhin Mikayılov - Şmaqi Bolkvadze (GEO) 0:3

84 kq

1/16 final - İslam Abbasov - Yoan Dimitrov (BUL) 8:0
1/8 final - Emil Sandahl (SWE) - İslam Abbasov 0:4
1/4 final - Varujhan Qriqoryan (ARM) - İslam Abbasov 0:8 (44 saniyə ərzində təmiz qələbə)
1/2 final - Dmitros Tserekidis (GRE) - İslam Abbasov 1:3
FİNAL - İslam Abbasov - Denis Kudla (GER) 5:3

120 kq
1/16 final - Əli Həsənov - Seunqçan Lee (KOR) 0:8


Geri dön

Biqeyrət....

  • 16 avqust 2014 04:42
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
Teshekkurrrr

süleman

  • 15 avqust 2014 21:06
  • Məqalə: 37
  • Şərh: 653
  • Bal:
{awards}
Affferinnnnn

--------------------
Bəzən bir insana sarılıb, dörd sözü eşitmək
istəyərsən; - darıxma, hər şey yaxşı olacaq..

Biqeyrət....

  • 11 avqust 2014 01:12
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
Tewekkur edirem...

Səssiz

  • 9 avqust 2014 20:30
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Tewekkur edirem...

--------------------
Səssiz'liyim

ヅ Bad Girl ヅ

  • 8 avqust 2014 21:04
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Tebrikler ve aferin ux halal olsun

--------------------

Sessiz Melodiya

  • 8 avqust 2014 19:25
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
Teshekkurrrr

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Savior Angel

  • 8 avqust 2014 19:10
  • Məqalə: 1
  • Şərh: 707
  • Bal:
{awards}
Obaaa halaldi.Onsuzda hemiwe bizimkiler ermenileri udub

Qaska_Quli

  • 8 avqust 2014 18:37
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
Teshekkurrrr

--------------------

GUNI

  • 8 avqust 2014 18:12
  • Məqalə: 0
  • Şərh: 6492
  • Bal:
{awards}
yeniii agzivizda bizim gulesciler diyisizzzz werhsizzz bizzz udmaliydigg veee udugg...

--------------------

umudsiz sevgi

  • 8 avqust 2014 16:49
  • Məqalə: 1
  • Şərh: 254
  • Bal:
{awards}
melumata gore twkk

--------------------
her gun daha olursen gozumde

Yokka_

  • 8 avqust 2014 16:46
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
Tesekkur edirem

Roya_____

  • 8 avqust 2014 16:29
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
halal olsunn!!

Xanim Zehra

  • 8 avqust 2014 15:56
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
tewekkur..

✰ღMouRnfuL GirLღ✰

  • 8 avqust 2014 15:29
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
onsuzda hemwe bizimkiler, ermenileri udublar, halaldi

--------------------

2-ci kurs telebesi

Mrs.IsGenDerLi

  • 8 avqust 2014 14:55
  • Məqalə: 55
  • Şərh: 2746
  • Bal:
{awards}
Aferin halal olsun!!!

--------------------


Prosta FaN

  • 8 avqust 2014 14:52
  • Məqalə: 0
  • Şərh: 1214
  • Bal:
{awards}
Ardınca Ermənistan təmsilçisi ilə qarşılaşan güləşçimiz gərgin keçən qarşılaşmanı öz xeyrinə tamamlayıb və 1/4 finala yüksəlib. Ruhin Mikayılovun mübarizədən kənarlaşdırdığı erməni rəqibi isə bir ay öncə gənclərin Avropa çempionu adını qazanmışdı
Halaldıı))

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"

Səssiz

  • 8 avqust 2014 14:23
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Tewekkurlerrr

--------------------
Səssiz'liyim

✰Dгeaм✰

  • 8 avqust 2014 14:19
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Ermeniden kiwi cixmiyib ki,burda da udsun!!

Nazlim_97_

  • 8 avqust 2014 14:04
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
TEWEKKURLER

вคɴค iкiмizi คɴlคт ❤

  • 8 avqust 2014 13:46
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Aferin halal olsun!!!

★✰..BeLieBerKa..✰★

  • 8 avqust 2014 13:39
  • Məqalə: 270
  • Şərh: 3639
  • Bal:
{awards}
Halal olsun onlara afərin winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 28
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}