Səbir edənlərə müjdə ver

 
Səbir edənlərə müjdə ver


Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır” (əl-Bəqərə, 155-157).
Bu ayədə Uca Allah insanların mütləq müsibətlərə məruz qalaraq imtahan olunmaları haqda xəbər verir. Uca Allah insanları qorxu, narahatlıq, aclıq, mal və məhsul itkisi, xəstəlik və yaxın adamların həlak olması kimi müsibətlərlə imtahan etdiyini və “bir az” deməklə üz verən müsibətin mütləq şəkildə gəlmədiyini bildirir. Əgər müsibətlər mütləq şəkildə gələrsə, insan məhv olar. Müsibət üz verdikdə səbir edən bəndələrə müjdə verilir. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “İnnə lilləhi və innə ileyhi raciun” (Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!) – deyirlər. Allaha iman gətirən bəndəyə bir müsibət gəldikdə bu sözləri deyər və səbir edərsə, Uca Allah onu tərifləyər, ona rəhm edər və onu doğru yola yönəldər. Mömin bəndə müsibətlərə səbir etməklə aşağıdakı bir çox üstünlükləri əldə edir:

Müsibətlər günahlara kəffarədir
Peyğəmbər - sallallahu aleyhi və səlləm - de­mişdir: “Müsəlmana üz vermiş hər bir yorğunluq, naxoşluq, kə­dər, üzüntü, əziyyət, dərd, hətta bir tikanın batması ilə Allah onun günahlarını yuyur”. (əl-Buxari, 5642).
Peyğəmbər demiş­dir: “Mömin kişinin və mömin qadının bədəninə, ailəsinə və mal-dövlətinə Allahla qarşılaşıncaya qədər bəla üz verərsə, boynunda heç bir günah qalmaz”. (əl-Buxari “Ədəbul-Mufrad”, 494).

Xəstəliyə səbir edənin mükafatı

Allah Elçisi demişdir: “Həqiqətən, müsəlman qul xəstələndikdə Allah mələklərinə belə vəhy edir: “Ey mələklərim! Mən qulumu iplərimdən biri ilə bağ­ladım. Əgər onun ruhunu alsam, onu bağışlayaram, yox, əgər onu sağaltsam, günahla­rından təmizlənmiş olar!”
Allah Elçisi demişdir: “Uca Allah buyurur: “Mömin bir qulumu bəlaya düçar etdikdə o, Məni həmd edərək düçar etdiyim bəlaya səbir edərsə, yata­ğından anadan doğulduğu gündə olduğu kimi günahlardan təmizlə­nərək ayağa qalxar”. Rəbb qoruyucu mə­lək­lərinə buyurur: “Həqiqə­tən, Mən bu qulumu əməl etmək­dən saxlayıb bəlaya düçar etdim. Bundan əvvəl sağlam ikən etdiyi əməllərə bərabər yazdığınız savab qədər onun üçün mükafat yazın!”

Gözlərinin itirilməsinə səbir edənin mükafatı

Peyğəmbər demişdir: “Allah buyurdu: “Əgər Mən Öz qulumu onun sevdiyi iki şeylə imtahana çəksəm və o buna səbir etsə, bu­nun əvəzində ona Cənnəti bəxş edərəm”. Allah “sevdiyi iki şeylə” deyəndə gözləri qəsd edirdi”. (əl-Buxari, 5653).

Yaxın adamını itirməsinə səbir edənin mükafatı
Peyğəmbər demişdir: “Uca Allah buyurur: “Mən mömin qulumun sevdiyi yaxın adamının canını alsam, sonra o buna (səbir edib axirətdə əvəzini alaca­ğına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar”. (əl-Buxari, 5944).
Peyğəmbər demişdir: “Həddi buluğa çatmamış üç övladı vəfat edən elə bir müsəlman valideyn yoxdur ki, Allah onları Öz mərhəməti sayəsində Cənnətə daxil etməsin. Qiyamət günü onların övladlarına deyiləcək: “Cənnətə girin!” Onlar deyəcəklər: “Valideynlərimiz daxil olma­yın­ca biz girmərik”. Onlara deyiləcək: “Siz də, valideynləriniz də Cənnətə girin!” (ən-Nəsai, 1853).

Müsibətə düçar olana axirətdə qibtə ediləcək
Allah Elçisi demişdir: ““Bəlaya düçar olanlara Qiyamət günü mükafat veriləcəyi zaman, bəla görməyənlər dünyada ikən dərilərinin kəskin alətlərlə kəsilmiş olmasını istəyəcəklər” (ət-Tirmizi, 2402).

Ən çox müsibətə düçar olan mömin haqqında
Allah Elçisi demişdir: “Qiyamət günü Cəhənnəm əhlindən olan, dünyada ən çox nemət verilən bir adam gətiriləcək və bir dəfə Oda salınıb çıxarılacaq. Sonra ona deyiləcək: “Ey Adəm oğlu! Bir xeyir gördünmü? Sənə bir nemət gəldimi?” O da: “Xeyr! Vallahi, ya Rəbb!”- deyəcək. Sonra Cənnət əh­lindən olan, dünyada insanlar arasında ən çox müsibət görən bir adam gətiriləcək və bir dəfə Cənnətə salınıb çıxarılacaq. Ona deyi­ləcək: “Ey Adəm oğlu! Bir müsibət gördünmü? Sənə bir sıxıntı üz verdimi?” O da: “Xeyr! Vallahi, ya Rəbb! Mənə bir müsibət gəl­mədi və bir sıxıntı da görmədim”- deyəcək. (Muslim, 2807).


Geri dön

süleman

  • 14 avqust 2014 19:23
  • Məqalə: 37
  • Şərh: 652
  • Bal:
Allah razi olsun

--------------------
Bəzən bir insana sarılıb, dörd sözü eşitmək
istəyərsən; - darıxma, hər şey yaxşı olacaq..

Banned456

  • 13 avqust 2014 23:11
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
“İnnə
lilləhi və innə ileyhi raciun” (Biz, Allaha
məxsusuq və Ona da qayıdacağıq!)

Biqeyrət....

  • 13 avqust 2014 03:29
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
{awards}
ALLAH razi olsun

Awk bir hayal

  • 13 avqust 2014 00:20
  • Məqalə: 137
  • Şərh: 2757
  • Bal:
{awards}
təşəkkür edirəm

Manoliya

  • 12 avqust 2014 20:04
  • Məqalə: 46
  • Şərh: 2926
  • Bal:
{awards}
meqaleye gore twkkk

--------------------

Sessiz Melodiya

  • 12 avqust 2014 19:15
  • Məqalə: 45
  • Şərh: 6866
  • Bal:
{awards}
tewekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

^^YeRaZKa MeLeK^^

  • 12 avqust 2014 17:51
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
ALLah iwivizi avand eLeSin

--------------------

Mrs.IsGenDerLi

  • 12 avqust 2014 16:24
  • Məqalə: 55
  • Şərh: 2725
  • Bal:
{awards}
Çox sağ olun! Allah Razı Olsun!

--------------------


Prosta FaN

  • 12 avqust 2014 16:16
  • Məqalə: 0
  • Şərh: 1207
  • Bal:
{awards}
Çox sağ olun! Allah Razı Olsun!

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"

Wems A-ov

  • 12 avqust 2014 15:50
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
Yaxın adamını itirməsinə səbir edənin mükafatı
Peyğəmbər demişdir: “Uca Allah buyurur: “Mən mömin qulumun sevdiyi yaxın adamının canını alsam, sonra o buna (səbir edib axirətdə əvəzini alaca ğına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar”. (əl-Buxari, 5944).
Peyğəmbər demişdir: “Həddi buluğa çatmamış üç övladı vəfat edən elə bir müsəlman valideyn yoxdur ki, Allah onları Öz mərhəməti sayəsində Cənnətə daxil etməsin. Qiyamət günü onların övladlarına deyiləcək: “Cənnətə girin!” Onlar deyəcəklər: “Valideynlərimiz daxil olma yın ca biz girmərik”. Onlara deyiləcək: “Siz də, valideynləriniz də Cənnətə girin!” (ən-Nəsai, 1853).

✰ღMouRnfuL GirLღ✰

  • 12 avqust 2014 14:49
  • Məqalə: 129
  • Şərh: 5052
  • Bal:
{awards}
Tewekkurler Cox sag ol

--------------------

2-ci kurs telebesi

ヅ Bad Girl ヅ

  • 12 avqust 2014 14:46
  • Məqalə: 789
  • Şərh: 20233
  • Bal:
{awards}
ѕαğσℓυη мəqαℓəуə göяə...!!!

--------------------

aysel1998

  • 12 avqust 2014 14:16
  • Məqalə: 0
  • Şərh: 241
  • Bal:
{awards}
coooox gozel.suuuper twk

--------------------
Yarpaq agacdan dusdukden sonra kuleyin oyuncafina cevrilir.Sen menim gozumden dusdukden sonra kimin oyuncagina cevrileceksen...............

SLATKAYA weytanka

  • 12 avqust 2014 13:58
  • Məqalə: 1
  • Şərh: 629
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
qeyretli olan oglan her qiza namsuuz demez bacsini arada fikirlewsin ki menimde bacim var

YuAiN KrOyF

  • 12 avqust 2014 13:35
  • Məqalə: 20
  • Şərh: 174
  • Bal:
{awards}
Tewekkurler Cox sag ol Ilk serh mennen

--------------------
BaRCeLona_
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 45
Cəmi: 65

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 36
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 23
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 18
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
ஐ Payiz ஐ
Xəbərləri: 5
Cəmi: 8
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 3
Cəmi: 226
 
 
{slinks}