Yazıçıların ən sevdiyi qələmləri və yazma üsulları

 
Yazıçıların ən sevdiyi qələmləri və yazma üsulları


Yazıçılar qələm, kağız, yazı makinası məsələsinə hər zaman həssas yanaşıblar. Niyə də yanaşmasınlar? Axı bu qələmlər, yazı makinaları ilə dünya ədəbiyyatının ən vacib əsərlərini yaradıblar.

Vladimir Nabokov

Nabokov romanlarının qaralamalarını köçürəndə həmişə “Eberhard Faber Blackwing 602” qələmindın istifadə edir.

Ernest Heminquey

Heminquey yazı yazanda qələm, kağız və yazı makinasından istifadə edib. Yazıçı bu haqda deyib: “Yazı yazmağa başlayanda səndəki həvəs oxucuya ötürülməyə bilər. Belə vaxtlarda yazı makinası daha faydalıdır, çünki istifadəsi daha rahatdır və əyləncəlidir. Makina ilə yazanda səhvləri rahat görmək olur”.

Cek Keruak

Cek Keruakın sevimlisi cib boyda dəftərlər idi. Bu dəftərlərə ədəbiyyatla bağlı müxtəlif qeydlər edər, oynadığı xəyali idman müsabiqələrinin nəticələrini yazmaq üçün yararlanarmış.

Simona de Bovuar

Simona de Bovuar avtomat qələm istifadə edirmiş. Sevdiyi marka və modellərsə bunlardır: Sheaffer Snorkel Triumph, Sheaffer's Snorkel ve Esterbrook.

Mark Tven

Tvenin göz bəbəyi özünün hazırladığı dəri üzlü dəftərlər imiş. Qələm seçimi isə “Conklin Csescent Filler” olub. Bu qələmin əsas üstünlüyü masaya qoyulanda yuvarlanıb düşməməyi imiş. Ancaq Tvenin revmatizması olduğundan sonradan əsərlərini diktə edib.

Con Steinbek

Steinbek əsl qələm həvəskarıymış. Yazı yazanda yanına mütləq 24 qələm qoyan yazıçı məşhur “Blackwing” qələmlərini sevirmiş. “Mongol 480” də onun sevimlilərindən olub. Deyilənə görə, Steinbek “Cənnətin şərqi” romanını yazanda 300, “Qəzəb salğımları”nı yazanda 60 qələm bitirib.

Ceyn Osten

Osten romanlarını lələk qələm və mürəkkəblə yazırmış. Qəribə mürəkkəbin resepti isə belədir: “8 yemək qalium turşusu, 4 qaşıq dəmir-sulfat, 3 qaşıq qətranı və yarım litr boyat pivəni qarışdır. İçinə bir az şəkər qat. 14 gün ərzində odun yanında saxla və hər gün iki dəfə möhkəm çalxala”.

Truman Kapot Truman Kapot

Kapot yazı müddətini belə təsvir edir: “Əvvəl kağıza yazıb başqa qələmlə düzəlişlər edirəm. Üçüncü mərhələdə xüsusi sarı kağıza yazı makinası ilə köçürürəm. Bunu edəndə yatağımdan heç çıxmıram. Dəqiqədə 100 söz yaza bilirəm”.

J.K. Roulinq

Hər nə qədər multimilyoner olsa da, Harri Potteri yaratma dövründə J.K. Roulinq əsərlərini dəftər-qələmlə yazıb. Ancaq indi yəqin ki kompüterlə işləyir.

Artur Konan Doyl

“Şerlok Holms”un yaradıcısı Doyl bir çox kitabını “Parker Duofold” qələmini ilə yazırmış.

Aqata Kristi

Sirlərlə dolu romanların yaradıcısı Kristi “Remington Home Portable N 2” daktilosunda işləməyi xoşlayırmış.

Silviya Plat

Ted Hyuzun “Ad günü məktubları”nda yazdığına görə, Plat “Shaeffer” markalı qələmi ilə yazı yazmağı sevirmiş.


Geri dön

Mrs.mickey

  • 1 sentyabr 2014 23:49
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
Təşəkkür edirəm

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

Sessiz Melodiya

  • 17 avqust 2014 21:08
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkkurlerr

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

вคɴค iкiмizi คɴlคт ❤

  • 17 avqust 2014 16:37
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
tesekkur edirem:))

Biqeyrət....

  • 16 avqust 2014 03:40
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
Maraqli idi tewekkur

süleman

  • 14 avqust 2014 17:46
  • Məqalə: 37
  • Şərh: 653
  • Bal:
{awards}
Maraqli idi tewekkur

--------------------
Bəzən bir insana sarılıb, dörd sözü eşitmək
istəyərsən; - darıxma, hər şey yaxşı olacaq..

✰ღMouRnfuL GirLღ✰

  • 13 avqust 2014 22:37
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
˙·٠•●✰⋆✿^_^ღTəşəkkür edirəmღ^_^✿⋆✰●•٠·˙

--------------------

2-ci kurs telebesi

Sessiz Melodiya

  • 13 avqust 2014 17:09
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
TəşəkkūrŁər

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

★✰..BeLieBerKa..✰★

  • 13 avqust 2014 16:38
  • Məqalə: 270
  • Şərh: 3639
  • Bal:
{awards}
Təşəkkürlər

ヅ Bad Girl ヅ

  • 13 avqust 2014 15:28
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

SLATKAYA weytanka

  • 13 avqust 2014 15:03
  • Məqalə: 1
  • Şərh: 633
  • Bal:
{awards}
tewekurlerrrrrrrrrrrrrrrr

--------------------
qeyretli olan oglan her qiza namsuuz demez bacsini arada fikirlewsin ki menimde bacim var

Mrs.IsGenDerLi

  • 13 avqust 2014 14:36
  • Məqalə: 55
  • Şərh: 2746
  • Bal:
{awards}
✿†ε$εκκuƦlεƦ✿

--------------------


Awk bir hayal

  • 13 avqust 2014 14:21
  • Məqalə: 137
  • Şərh: 2791
  • Bal:
{awards}
təşəkkür edirəm

slaykaya devocka

  • 13 avqust 2014 14:07
  • Məqalə: 0
  • Şərh: 269
  • Bal:
{awards}
aaaaaaaaaa o sekil ahmet batmanin sabah uykum kitabidir.cox gozel kitabdir mende var o kitabdan

--------------------
wewbew-kimsesiz sevgi

Banned549678

  • 13 avqust 2014 14:01
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Ümidini itirmə bəlkə dönər .... Amma çoxda
ümidli olma .... Bəlkədə getdiyini Sən"dən daha
çox sevər .....

Xanim Zehra

  • 13 avqust 2014 13:57
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
✿†ε$εκκuƦlεƦ✿

✰Dгeaм✰

  • 13 avqust 2014 13:37
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
En sevdiyim yazici Mark Twen

DeLi awiQ

  • 13 avqust 2014 13:31
  • Məqalə: 22
  • Şərh: 80
  • Bal:
{awards}
Ilk serh mennen

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}