Ailə səadəti onu qorumaqdan başlayır

 
Ailə səadəti onu qorumaqdan başlayır

İdeal uşaq böyütmək üçün ideal ana olmaq lazımdır.
"Düşüncə” jurnalının bu sayının qonağı "Narınc Uşaq Psixologiya Mərkəzi”nin rəhbəri, psixoloq Narınc Rüstəmovadır.

- Bir mütəxəssis kimi keçmişə nəzər saldıqda valideynlərin davranışında və sizə verdikləri tərbiyədə hansı müsbət və mənfi cəhətləri görürsünüz?
- Adətən insan nə isə gördükdə və ya etdikdə bunu keçmişi ilə müqayisə edir. Uşaq tərbiyəsi ilə də bağlı bu cürdür. İnsan öz uşaqlığını xatırlayır və öz valideynlərinin davranışını, ona verilən tərbiyəni təhlil edir. Əslində özüm də müqayisə edəndə bəzi müsbət və mənfi cəhətləri görürəm. Məsələn, psixoloq olmağımın əsas səbəbi valideynlərimin mənə psixoloji nöqtəyi nəzərdə yanaşmalarıdır. Anam fizika müəlliməsidir və onun uşaqlarla çalışmasıbizimlə münasibətdə psixoloq kimi davranmasına şərait yaradıb. Anam bizə daha çox müstəqil düşünmək üçün şərait yaradırdı. Psixologiyanın dərinliyinə bələd olmasa da, anam bunu daha çox analıq instikti ilə bağlı edirdi. Məsələn, biz nəsə istəyir və şıltaqlıq edirdiksə, o bizə fikir verməzdi. Həmin müddət bizimlə soyuq davranar, aramızda məsafə saxlayardı. Bu psixologiyada bihevioral - davranış terapiyası adlanır. Biz işdə bu terapiyanı indikinin özündə də uşaqlara tətbiq edirik. Halbuki, anam onu bizimlə münasibətdə mexaniki olaraq edirdi. Özü də bilmədən. Çətin vəziyyətlərdə belə, bizə şərait yaradırdı ki, özümüz düşünüb çıxış yolu tapaq. Heç vaxt nəyisə "çeyniyib ağzımıza qoymaz”dı. Dərslərimizi də müstəqil şəkildə, heç bir təzyiq olmadan edərdik. O, bizə deyirdi ki, sonda çalışmanı gətirərsiz yoxlayaram. Mən həmişə ev tapşırıqlarını özüm etmişəm.
Ümumiyyətlə, uşağın tərbiyəsində ananın böyük rolu var. Bu gün biz uşaqlarla işləyirik. Müşahidə aparıb görürük ki, həmişə ananın fikirləri, ananın əhvalı uşağın əhvalına da təsir edir. Ananın problemləri varsa, uşaq da bir növ o problemləri yaşayır.
Atam isə tipik Azərbaycan ailələrində olduğu kimi həmişə işləyər, axşam evə gələrdi. Məndə ata obrazı çox güclüdür. Psixologiyada buna elektra kompleksi deyirlər. Məndə ataya meyllilik çox idi. Uşaqlıqdan atam həmişə mənə güvənirdi. Çox təmkinli və humanist adamdır.
Onu da deyim ki, uşaqlıqda hiperaktiv olmuşam. Mənim oğlum Məsud da hiperaktivdir. Bura mərkəzə gələndə bir dəqiqə belə dayanmır. Məsud bir dəqiqəyə o qədər yeri gəzir, o qədər şey edir ki, adam özü məəttəl qalır. Xatırlayıram ki, uşaqlıqda çox dəcəl olmuşam. Həmyaşıdlarımdan heç kim mənə bata bilmirdi. Məktəb vaxtından ya təmizkom ya sinifkom olmuşam.Yadıma düşür ki, sinifdə bir oğlan var idi. Hamının şirniyyatını alıb yeyirdi. Bir dəfə o mənim peçenyelərimi də almışdı. Mən də onun barmağının ətini üzmüşdüm. Necə çeynəmişdimsə, barmağının dərisi çıxmışdı. Müəllimlər mənim haqqımda deyirdilər ki, Narınc ilanı da yuvasından çıxarar. Bəzi müəllimlər isə məni başa düşmürdü. Deyirdilər ki, diqqəti dağınıqdır. Dərsdə mən uşaqlarla danışır və nəsə öz işlərimlə məşğul olsam da, müəllimə qulaq asırdım. Dərsinə də cavab verirdim. Müəllim də həmişə bu halımla maraqlanır və deyirdi: "Mən dərsi izah edəndə sən öz işinlə məşğulsan. Bəs, necə olur ki, səndən həmin dərs haqqında sual verəndə yaxşı cavab verirsən?”. Tələbə vaxtlarımda da belə idim. Bütün gənclər təşkilatlarında üzv idim. Səsim "Universitet” qəzetindən də gəlirdi. Xəttim səliqəsiz idi. Ümumiyyətlə, hiperaktiv uşaqların kiçik motorikası zəif olduğu üçün xətti çox səliqəsiz olur. Anam həmişə xəttimə görə məni cəzalandırırdı. Çox vaxt məni nevropatoloqlara aparır və dərman verirdilər. Əslində isə dərman vermədən psixoloq yanına aparıb hiperaktivliyi korreksiya edərək gözəl nəticə ala bilərdi. Həmişə deyirəm ki, heyif bizim dövrdə psixoloqun yanına getmirdilər.

- Necə oldu ki, uşaq psixoloqu olmağa qərar verdiniz?
- Uşaqlıqda mənə həmişə deyirdilər ki, "sən oxumamış psixoloqsan”. İnsanlarla danışmağı çox sevirdim. Xatırlayıram ki, 4 yaşım olanda sanatoriyaya getmişdik. Uşaqlarla elə dostlaşmışdım ki, ordan qayıdanda uşaqlar dalımca qaçaraq adımı çağırırdılar: "Narınc, Narınc”. Mənim getməyimi istəmirdilər. Hələ o vaxtdan uşaqlarla yaxşı münasibət qura bilmişəm. Hamı ilə, böyüklərlə də rahat ünsiyyət qururdum. Hiperaktiv olduğum üçün tez ünsiyyətə girib dost ola bilirdim. İnsanları yaxşı başa düşürdüm. Məndən 20 yaş böyük adamlarla belə söhbət edir və onu başa düşürdüm. Uşaqlıqdan məndə insanlarla söhbət etməyə, onları öyrənməyə maraq var idi. Zaman keçdikcə düşündüm ki, bunu inkişaf etdirə bilərəm. Psixologiyanı özüm istəyərək seçmişəm. Mən psixoloq kimi fəaliyyətə başlayanda əsasən 12-30 yaş arasında olan adamlarla işləyirdim. Məhz uşaq psixoloqu olmağımın səbəbkarı isə həyat yoldaşım Elnur müəllimdir. Elə oldu ki, birgə çalışdığımız mərkəzdə uşaq psixoloqu işdən çıxdı. Bizdə də uşaq psixoloqu yox idi. Ona görə də mən daha çox uşaqlarla işləməyə başladım. Bir sözlə, Elnur müəllim başımı aldadıb məni uşaq psixoloqu etdi.
İnanıram ki, nəsə olursa, yaxşılığa doğru olur. Arzulamaq çox önəmlidir. Vaxtilə vərəqə yazdığım arzularım artıq həyata keçib. Mən artıq yeni arzular arzulayıram. Amma bu mənə kifayət edir - övlad, iş, ailə. Hər səhər tezdən yuxudan oyanıb işə, axşam isə ailəmin yanına tələsirəm. Düşünürəm ki, bundan böyük xoşbəxtlik ola bilməz.


- Həyat yoldaşınız, psixoloq Elnur müəllimlə necə tanış olmusunuz?
- Elnur müəllimlə bir yerdə işləyirdik. Elnur müəllimin psixologiya ilə bağlı kurslarına qatılırdım. Sonradan isə onlarla birgə çalışır, pasient qəbul edirdim. Onda Elnur müəllim çox ciddi adam idi. Mən elə bilirdim ki, yəqin ki, evlidir, iki usağı var. İndi o qədər də qaraqabaq deyil. Buna da bizim ailə qurmağımız müsbət təsir edib. O bir müddət sonra mənə maraq göstərməyə başladı. Bu zaman subay olduğunu öyrəndim. Sonradan münasibət qurmağa başladıq. Adətən oxuduğumuz kitabları müzakirə edirdik. Kursdan sonra daha çox psixologiya ilə bağlı kitablarlı oxuyurduq. El müəllim rus dillində oxuyurdu, mənsə türk dilində. Kitablarımızı bir-birimizlə dəyişdirib oxuyurduq. Zaman keçdikcə aramızda münasibətin yarandığını hiss etdik. Elnur müəllim mənimlə ailə həyatı qurmaq istədiyi üçün atamla danışdı. Bu barədə çox həssas olsa da, Elnur müəllimdən xoşu gəldi. Dekabrda nişanlandıq, apreldə isə toyumuz oldu. Xatırlayıram çox maraqlı parodoksdu. O vaxtlar Elnur müəllim kursun pulunu məndən götürməmişdi. Mən də kursun pulunu saxlamağı və Elnur müəllimin ad günündə həmin pulla ona hədiyyə almağı qərara aldım. Amma iyulun 14-ü artıq onun arvadı idim. Onun ad günü isə iyulun 14-ü idi. Ad günündə ona dedim ki, "8 ay əvvəl sənə yaxın dost və müəllim kimi hədiyyə bağışlayacaqdım, indisə sənə həyat yoldaşı kimi hədiyyə verirəm”.

- İdeal ailə varmı? Ümumiyyətlə, idela ailəyə necə sahib olmaq olar?
- Konkret ideal ər və ya uşaq yoxdur. Sadəcə hər bir insanın müəyyən idealı olur. Yəni ki, insan istədiyi xüsusiyyətləri başqasında tapırsa, həmin insanı ideal görür. İnsanın istədiyi, tələb etdiyi xüsusiyyətlər isə fərqlidir. Məsələn, Elnur müəllim üçün ideal həyat yoldaşı onun üçün dadlı yeməklər bişirən qadın deyil. Bəlkə də başqa kişinin idealı məhz elə bir qadındır. Əsas odur ki, şəxsin öz idealındakı ailə modeli olsun. Bu çox önəmlidir. Məsələn, Elnur müəllim heç vaxt məndən yemək bişirməyimi tələb etmir. Biz evdə çox vaxt hazır yeməklər yeyirik. Ya da ki, harasa gedib yemək yeyə və ya evə sifariş edə bilərik. Yəni çox vaxt yemək bişirə bilmirəm. Həyat yoldaşım bunu heç vaxt problem etməz. Amma işə getməsəm, bunu mənə irad tutar. Deyər ki, "Niyə işə getmirsən?”. "Mərkəzdə vacib işlərin qala bilər”. Onun idealındakı qadın sosial mühitdə güclü və fəal olmağı bacaran qadındır. Onun üçün yemək bişirən qadın güclü deyil. Elnur müəllim həmişə deyir ki, mən elə bir qadın istəyirəm ki, öləndə gözüm arxada qalmasın. Bu gün mən onun bütün işlərini tənzimləyə bilərəm. Artıq hər şeyi bacarıram. Mənim idealımdakı kişi obrazı isə qazanan, hər şeyi evə gətirən kişi deyil. Mənim üçün ideal kişi mənə karyerada uğur qazanmağa şərait yaradandı. İdeal ailə mənim üçün hər şeyi birlikdə edən ailədir.

- Bəs, ideal tərbiyəyə nail olmaq olarmı?
- Əslində ideal tərbiyə yoxdur. Sadəcə valideynin uşaqdan gözlədikləri var. Hər insan üçün ideal uşaq fərqli ola bilər. Məsələn, mənim üçün ideal uşaq sakit oturan, sual verəndə bütün suallara ağıllı cavab verən uşaq deyil. Mən insanların oğluma baxıb necə də sakitdir. "Deməli ağıllı uşaqdır” deməyini gözləmirəm. Mənim üçün ideal uşaq araşdıran, qaçan, hər şeyə fikir verən, cana yaxın, ünsiyyətcil, həm də eyni zamanda etik qaydaları nəzərə alan uşaqdır.
Bəzi valideynlər üçün ideal uşaq böyüyəndə onların istədiklərini yerinə yetirən uşaqdır. Mənsə sabah Məsud böyüyəndə mənim istədiklərimi deyil, öz istədiklərini həyata keçirməyini istəyirəm. Məsələn, mən ona "sən mütləq psixoloq olmalısan”deməyəcəyəm. Düzdür, ona hiss etdirmədən onu düzgün istiqamətə yönləndirəcəyəm. Övladıma heç vaxt təzyiq etməyəcəyəm.
Valideyn nəzərə almalıdır ki, uşağı cəmiyyət üçün böyütmək çox önəmlidir. Sabah biz onun yanında olmayacağıq. Övladımız baxçada artıq 6 saat, məktəbdə isə 7-8 saat bizsiz vaxt keçirəcək. Sonradan kurslara və ya müəllim yanına da gedəcək. Yəni onun yanında rolumuz getdikcə azalır. Bir gün bəlkə də biz öləcəyik, o isə tək qalacaq. Valideyn düşünməlidir ki, bu gün mən onu elə böyütməliyəm ki, sabah mənsiz də rahat yaşamağı bacarsın.
Onu da qeyd edim ki, ideal uşaq böyütmək üçün ideal ana olmaq lazımdır. Ana övladını hiss etməyə çalışmalıdır. Övladı ilə çox ünsiyyət qurmalı, onunla daha çox vaxt keçirməlidir. Ana uşağın hər hərəkətinə diqqət yetirməlidir. Düzdür, müşahidə etsə də, qarışmamalıdır. Ana həm də təhlil etməyi bacarmalıdır. Elə analar olur ki, psixologiya təhsili yoxdur, amma təcrübəsi var, hissiyyatı o qədər güclüdür ki, uşaqla yaxşı işləyir. Mən belə anaları görəndə həmişə deyirəm ki, mənim rəqiblərimdir.

- Asudə vaxtınızı necə keçirirsiniz?
- Asudə vaxtımızı çox vaxt ailə ilə birgə keçiririk. Mənim üçün uzaq bir yerə getmək önəmli deyil. Boş vaxtımızı ürəyimizdən necə keçirsə elə də keçiririk. Parka, əyləncə mərkəzinə, bir sözlə istədiyimiz yerə gedirik. Məsələn, ürəyimiz çölə çıxmaq istəyirsə, çölə çıxırıq. Əsas odur ki, bir yerdə olaq. Bir yerdə yemək də yeyə bilərik. Yəni ki, biz asudə vaxtı necə keçirməyimizi planlaşdırmırıq. Ola bilsin ki, bazar gününü evdə keçirib axşam harasa getmək istəyək. Çox vaxt ailəmiz ani qərar verməklə seçilir. Məsələn, biz anidən qərar verib Elnur müəllimin kəndinə də gedə bilərik. Bunun üçün 7-8 saat yol gedirik. Bu baxımdan birbirimizə çox uyğun gəlirik. Biz iki dəqiqəyə paltar götürəcəyik və gedəcəyik.
Elə insanlar var ki, yataraq dincəlir, elələri də var ki, seriala baxaraq, kinoya gedərək dincəlir. Bəzi insanlar isə anası ilə telefonla danışaraq dincəlir. Məsələn, mənim istirahətim daha çox aktivdir. Yəni yataraq dincəlmirəm. Harasa əyləncə mərkəzinə gedir və birgə əylənirik. Məsud yellənməyi, sürüşməyi, ümumiyyətlə, oyun oynamağı çox sevir. Onunla birgə oynayarıq, maşın sürürük. İndi o, seçim edə bilmir və biz onu istədiyimiz yerə aparırıq. İnşallah böyüyəndə artıq seçim edə biləcək. Deyəcək ki, ana –ata məni o yerə apar və s.
Elnur müəllim Məsudu çox sevir. Onunla dostluq əlaqələri qurub. Məsud da onunla yaşıdı kimi davranır. Onunla top-top oyanyır, gülür, hoppanıb-düşür.

- Gələcək planlarınız nədir?
- Gələcək planlarımız bir holdinq qurmaqdır. Gələcəkdə ailə şirkəti təsis edəcəyik və ailənin hər üzvü o holdinqdə işləyəcək. Orada hərə özünə uyğun müxtəlif vəzifələrdə işləyə bilər. İstəsək direktor kimi işləyə bilərik, istəsək də psixoloq və s. Holdinqdə müxtəlif istiqamətli mərkəzlər cəmləşəcək. Bizim uşaq mərkəzimiz artıq var. Autik uşaqlar üçün də mərkəz açacağıq. Holdinqdə baxça, tədris mərkəzi də açmaq fikrindəyik. Ailəvi şirkət təsis etmək bizim ən böyük arzularımızdandır.


Geri dön

PoZitiV Kaa=)

  • 19 avqust 2014 17:27
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
Meqaleye gore twk

--------------------

Sessiz Melodiya

  • 19 avqust 2014 13:22
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkurler/ cocuklariiii cok severiiiiiiiimmm

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

вคɴค iкiмizi คɴlคт ❤

  • 18 avqust 2014 15:59
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Təşəkkürlər

PércyDarkMoon

  • 18 avqust 2014 15:16
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

ヅ Bad Girl ヅ

  • 18 avqust 2014 14:52
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

sevgi asiqi

  • 18 avqust 2014 13:29
  • Məqalə: 0
  • Şərh: 290
  • Bal:
{awards}
angry tesekurler gozim agridi oxumaqdan

--------------------
cox terk edildim,ama kederlenmirem cunki bu qederimdendir,
amma esla terk eden olmadim bu da menim xarakterimdendir.

Biqeyrət....

  • 18 avqust 2014 12:27
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
Tesekkur edirem

Mrs.IsGenDerLi

  • 18 avqust 2014 11:21
  • Məqalə: 55
  • Şərh: 2746
  • Bal:
{awards}
Maraqlidi twkler Emeyine gore tesekkur

--------------------


süleman

  • 18 avqust 2014 10:55
  • Məqalə: 37
  • Şərh: 653
  • Bal:
{awards}
Ellerinize saglik twk

--------------------
Bəzən bir insana sarılıb, dörd sözü eşitmək
istəyərsən; - darıxma, hər şey yaxşı olacaq..

♡Music is Life

  • 18 avqust 2014 09:49
  • Məqalə: 0
  • Şərh: 301
  • Bal:
{awards}
MasaAllah. Ne cox yazidi. Emeyine gore tesekkur

--------------------
Unutma!!!! Ciyinlerinde da$idigin 2 kameraman heyatini filme almaqda
Ve hec vaxt Unutma! Bugun etdiklerin sabah dev ekranda......

★NuTeLLa★

  • 18 avqust 2014 08:42
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Mmmmm Twkler)))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 47
Cəmi: 61

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}